Azərbaycan atatürk məRKƏZİ



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə21/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

Mədəd Çobanov 
 
 
66 
monqol,  türk  və  tunqus  dilləri  sonrakı  inkiĢaf  prosesində  Altay 
dilləri adlandırılmıĢdır (səh.45).  
MəĢhur  ingilis  alimi  S.Lloyd  ―Ekiz  çaylar‖  adlı  əsərində 
ġumerlərin  tarixindən  bəhs  edərək  yazmıĢdır:  ―Turanlılar  təx-
minən on, on iki min il bundan qabaq səfalı, barlı-bərəkətli Dəclə 
və  Fərat  çayları  hövzəsində  məskən  salıb,  ətraflarında  yaĢayan 
saysız-hesabsız  vəhĢi  qəbilələrin  heyrətli  nəzərləri  qarĢısında 
dünya  sivilizasiyasının  səhərini  açdılar.  Dünyada  ulu  bir  mə-
dəniyyətin  məĢəli  alıĢdı‖  (səh.16).  ġumeroloq  V.Vrenqyosun 
qənaətinə görə, ġumerlər Uruk və Übeyd mədəniyyətinin baĢlan-
ğıcından  burada  olublar,  yəni  heç  yerdən  gəlməyiblər,  yerli 
xalqlardır...Übeyd  mədəniyyəti isə, eramızdan əvvəlki VI minil-
liyin sonu və IV minilliyin ortalarında mövcud olmuĢdur.  
 
 
 
 
 
 
Professor N.Cəfərov ―Azərbaycan...Azərbaycanın türkləĢməsi 
və  Azərbaycan  xalqının  təĢəkkülü‖  problemlərindən  bəhs  edərək 
yazmıĢdır: ―AraĢdırmalar göstərir ki, bu tarix özündə iki mühüm 
dövrü:  1.diferensiasiya  və  2.inteqrasiya  dövrlərini  birləĢdirir. 
Diferensiasiya dövrü dedikdə türk etnosunun müxtəlif xalqlara (o 
sıradan,  Azərbaycan  tüklərinə,  yaxud  Azərbaycan  xalqına)  ayrıl-
ması  prosesinin  intensiv  dövrü  nəzərdə  tutulur.  Ġnteqrasiya  isə 
Azərbaycan  cəmiyyətinin  etnik  tarixinin  sonrakı  dövrlərinə  aid 
olub,  türklərin  konsolidasiyası,  bütöv  bir  xalq  təĢkil  etməsi 
prosesindən  ibarətdir‖  (səh.91).  Bu  prosesi  eyni  ilə  ən  qədim 
tarixə malik olan ġumer - Altay – türk xalqlarının və onların dillə-
rinin ayrılıb, müstəqil təĢəkkül etməsinə və müasir dövrdə dünya 
xalqları  arasında  gedən  inteqrasiya  və  qloballaĢma  prosesi  ilə 
əlaqədar  olaraq,  Türk  dillərinin  də  yenidən  birliyə  doğru  uğurla 
irəliləməsi də indi vacib məsələlərdən biri olmalıdır.   
 
N.Cəfərov:  ―III-IV  əsrlərdə  ümumxalq  Azərbaycan  dili 
(Azərbaycan-tük  dili  –M.Ç.)  formalaĢır,  -  bu  proses  türk  tayfa 
dillərinin (birinci növbədə folklor dilinin) mərkəzləĢməsi hesabına 
gedir...‖  (səh.16).  Bu  mülahizədən  belə  qənaətə  gəlmək  olur  ki, 
əgər  ümumxalq  Azərbaycan  -  türk  dili  III-IV  əsrlərdə  təĢəkkül 


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
67 
tapıbsa,  deməli,  bu  dövrə  qədər  Azərbaycan-türk  qəbilə  və  ya 
tayfa dili, heç olmasa, bir neçə minillik inkiĢaf yolu keçməli idi...
 
Azərbaycan  alimi  E.Əlibəyzadə  ―Azərbaycan  xalqının 
mənəvi  mədəniyyət  tarixi‖  monoqrafiyasında  Azərbaycan-türk 
xalqının  mənəvi  mədəniyyət  tarixindən  bəhs  edərək  yazmıĢdır:
 
―Türk  ailəsinə  mənsub  Azərbaycan  xalqının  inkiĢaf  tari-
xində qət edilmiĢ yolun, hələlik, təxminən 10 min ili təsəvvür olu-
nur. Lakin bu ilkin təxmini təsəvvürdür...‖ 
 
 
ġumer dövrü daha sonrakı inkiĢaf mərhələsidir və bu döv-
rün çox dərin və zəngin qaynaqları var. ―Bilqamıs‖ dastanında.... 
yaddaĢlarda  qorunub  saxlanılan  və  bu  günə  gəlib  çıxan  daha 
qiymətli ənənələrimiz varmıĢ, bizim ən qədim, ən əziz, ən sevimli 
milli  bayramlarımız  olan  ―Yeni  il‖,  yəni  ―Bahar‖,  ―Yaz‖  Ģənliyi 
hələ  Ümumdünya  DaĢqınına  qədər  mövcud  imiĢ  (14.88).  Nuh 
peyğəmbərin Tufandan sonra Göylərə, Tanrıya minnətdarlıq hissi 
ilə  kəsdiyi  qoyun  qurbanı  (14.91)  bizim  bu  gün  belə  ehtiramla 
qeyd  etdiyimiz    ―Qurban  bayramı‖nın    əsası  və  baĢlanğıcı  olub-
muĢ.  Bunlar  bizim  qan  yaddaĢımızda,  ata  ruhumuzda  qorunub 
saxlanılıb.  Deməli,  bu  bayramlar  ġumer  ulularımızdan,  onların 
əcdadlarından  qalma  və  bizim  soykökümüzü  onlara  bəndləyən 
qırılmaz ənənəvi-mənəvi bağlardır... 
Azərbaycan xalqının mənəvi  aləmi zəngin bünövrə, kök  üzə-
rində  yaranıb,  inkiĢaf  edib,  öz  milli-psixoloji  axarına  düĢüb,  ka-
milləĢib.  Bu  zəngin  bünövrənin,  kökün  beĢ  güclü  dayağı  aĢkar 
olur:   
1.Qədim  dünyamızın  ulu  kitabı  ―Bilqamıs‖  və  ümumən 
ġumer-Babil mədəniyyəti; 
2.Müqəddəs dini kitablar külliyyatı ―Avesta‖; 
3.―Orxon-Yenisey‖ kitabələri; 
4.―Dədə Qorqud‖ kitabı; 
5. Nizami ―Xəmsə‖si. (səh.8-9) 
ġumerlərin  tarixindən  söhbət  açan  Fərman  Azad  belə  bir 
maraqlı  nəticəyə  gəlmiĢdir  ki,  ġumer  imperiyasının  ilk  yaĢayıĢ 
məskəni  və  mərkəzi  paytaxtı  Kür-Araz  arası  Qarabağ  ərazisində 


Mədəd Çobanov 
 
 
68 
olmuĢdur. Ġki min ildən artıq bu ərazilərdə yaĢamıĢ ġumerlər çox 
güman  ki,  qardaĢ  qırğınına  səbəb  olmamaq  üçün  deportasiyaya 
məruz  qalmaq  məcburiyyətində  olub,  (ġumerlərin  –  M.Ç.)  bir 
hissəsi  Kiçik  Asiya,  Malta,  Yunanıstan,  digər  hissəsi  isə  Ġranın 
Urmiya  gölü  ətrafına,  sontalar  yenidən  Ġkiçayarasına  (Fərat  – 
Dəclə) qayıdıb orada məskunlaĢmıĢlar...(səh.51). 
Deməli, ġumerlər eramızdan əvvəlki VI-V minilliklərdə tarixi 
Azərbaycan  ərazisində  Kür-Araz  çayları  arasında,  IV-II  minillik-
lərdə  isə  Dəclə  -  Fərat  çayları  arasında  və  digər  yerlərdə  yaĢa-
mıĢlar. Mənbələrin verdiyi məlumatlara görə, ġumer dili eramız-
dan  əvvəlki  III  minilliyin  əvvəllərindən Mesopatomiyanın qədim 
dövlətinin rəsmi dövlət dili olmuĢdur. 
Yuxarıda  qeyd  olunanlardan  belə  qənaətə  gəlmək  olur  ki, 
ġumerlərin ilk yaĢayıĢ məskəni və mərkəzi paytaxtının Kür-Araz 
arasında Qarabağ ərazisində olmasını, Azərbaycanın paytaxtı Bakı 
Ģəhərindən 55 km  aralıda  yerləĢən qədim Qobustan qaya  yazıla-
rının (təsvirləri) eramızdan əvvəlki X-VIII minilliklərə aid olması 
da  Azərbaycan  ərazisinin  lap  qədim  dövrlərdən  insan  məskəni 
olmasını təsdiq edir. Çox güman ki, həmin xalq eramızdan əvvəlki 
minilliklərdə  Kür-Araz  çayları  arasında  məskunlaĢmıĢ  olan 
ġumerlər – Türklərin ulu babaları olub... 
Buraya kimi qeyd olunan fikir və mülahizələri yekunlaĢdıra-
raq, belə qənaətə gəlmək olur ki, Qədim ġumer və Türk dilləri ey-
ni kökə, eyni tarixə və eyni linqvistik xüsusiyyətlərə (dillərin ge-
neoloji  və  tipoloji  təsnifləri,  dilin  əsasını  təĢkil  edən  əsas  lüğət 
fondu və qrammatik quruluĢu) malik olduğunu nəzərə alaraq, son 
vaxtlara qədər ―Ümumi dilçilik‖də Dünya dillərinin təsnifində gah 
Türk dilləri ailəsi, gah da Altay dilləri ailəsi adlanan dilləri ümu-
miləĢdirilmiĢ  halda  ―ġumer-Altay  dilləri  ailəsi‖  adlandırılması 
məqsədə uyğun olardı.   
 
***


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə