Azərbaycan banklarının çağdaş durumu:
dəyişikliklər üçün nələr etməli?
Qubad Ibadoğlu,
Beynəlxalq Mətbuat Mərkəzi,
25 may 2016-cı il
Azərbaycanda banklar
• Bu il mayın 1-ə olan məlumata görə,
Azərbaycanda 43 bank fəaliyyət göstərib ki,
onlardan 2-i dövlət və 41-i özəl bankdır. Xarici
kapitallı bankların sayı 21-dir. İlin əvvəli ilə
müqayisədə bankların 10 yerli filialları və 3
nümayəndəlikləri bağlanıb.
• Bu ilin aprelin 1-ə olan məlumata görə,
bankların müştərilərinin sayı 5 milyon 529 min 7
ədəd olub.
Mərkəzi Bank qarşısında
öhdəliyi olan banklar
Bankının
adı
Bankın Mərkəzi Bank qarşısında öhdəliyi
(milyon manatla)
1
“Kapital Bank”
100,000
2
“Zaminbank”
78,803
3
“Kredobank”
44,900
4
“Bank of Baku”
40,000
5
“Rabitəbank”
32,000
6
“Bank Silk Vey”
27,188
7
“AGBank”
21,000
8
“Azərbaycan Sənaye Bankı”
10,000
9
“Caspian Development Bank”
10,000
10
“Günaybank”
7,320
11
“PAŞA Bank”
3,000
Bank sektorunun çağdaş durum:
qərarlaşan tendensiyalar
•
Bankların vergi ödəmələri azalır. 2016-ci ilin ilk 4 ayında Azərbaycanda bank sektorundan
vergi daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 30% azalıb.
•
Əhali kredit kartlarından imtina edir. Ötən ilin fevralın 1-də 1 milyon 322 min ədəd
•
kredit kartları fəaliyyətdə olduğu halda bu il aprelin 1-ə qədər 542 min ədəd kredit kartları
dövriyyədən çıxıb və onların 780 min ədədi dövriyyədədir.
•
Biznesə kredit qoyuluşu aşağı düşür. Bu ilin 1-ci rübünün yekununa görə, Azərbaycan
banklarının və bank olmayan kredit təşkilatlarının ölkə iqtisadiyyatına kredit qoyuluşu 19
milyard 687 milyon manat təşkil edib. Bu, fevral ayının yekunu ilə müqayisədə 3,15% və yaxud
640,4 milyon manat azdır. Ümumilikdə ölkədə kredit qoyuluşları artıq 3-cü aydır ki,
azalmaqdadır. Belə ki, ötən ilin sonuna nisbətən indiyədək kreditlər 1 milyard 991,2 milyon
manat və ya 8,1% azalıb.
•
Fiziki şəxslərə verilən istehlak kreditləri azalır. Bu il birinci rübündə ev təsərrüfatlarının
kreditləşməsi ötən ilin eyni dövrü ilə müqayisədə 729,7 milyon manat azalaraq 7 milyard 33,9
milyon manat olub.
•
Depozitlər dollarlaşıb. Bu il aprelin 1-ə cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili
göstərir ki, xarici valyuta ilə depozitlərin cəmi depozitlərdə payı 81 faizə çatıb.
•
Depozit və kreditlər üzrə orta faiz dərəcələri arasında nisbət artıb.
•
Ödəmə vaxtı keçmiş kreditlər çoxalıb.
•
Bankların çoxu rüblük hesabatlarını dərc etmir.
Problemli kreditlər
•
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin aprel ayının 1-nə ölkənin
bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta
ekvivalentində 19687,0 milyon manat təşkil etmiş, onun 15203,4 milyon
manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il aprel
ayının 1-i ilə müqayisədə 4,6 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş
kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizini təşkil etmişdir.
•
Fitch agentliyi MDB və Gürcüstan banklarının dollarlaşması hesabatını
açıqlayıb. Müəlliflərin fikrincə, Azərbaycan bankları Ukraynalı analoqları
ilə birgə yüksək dollarlaşma səviyyəsinə malikdir. Onlar manatın
devalvasiyasından ciddi ziyan görüb. Rusiya, Belarus və qazaxıstan
bankları qismən az ziyan çəkib. Valyutaları dollardan asılı olsa da,
Ermənistan və Gürcüstan bankları daha az çətinliklə üzləşib. Azərbaycan
bankları qısa açıq mövqe üzündən xarici valyutada itirib. Dollarlaşma
problemli kreditlərin artması ilə nəticələnib. İlin sonu üçün pnların payı
10%-ə çata bilər.
Mənbə: Dollarisation in CIS/Georgian Banking Sectors
Milli Məclisə və Mərkəzi Banka
birgə tövsiyələr
1) Fiziki şəxslərin iflası haqqında Qanun qəbul olunmaldır ki, onların
həm borclarını qaytara bilmədiyi halda həyat şəraiti pisləşməsin,
həm də onların borc bazarında yenidən iştirakına müəyyən
məhdudiyyət yaransın.
2)
Hüquqi şəxslərin müflisləşməsi haqqında qanun
təkmilləşdirlməlidir.
3) Müvafiq qanunvericilikdə dəyişiklik edilməklər kredit
ombusmanın yaradılması və fəaliyyətinə dair hüquqi əsaslar
yaradılmalıdır.
4) Problemli kreditlər agentlik yaradılmalı və problemi kredit
portfelinin satılması üçün qaydalar formalaşdırılmaldır.
5) Sığortalananan əmanətlərin dərəcələri manatla 12 faizdən 15 faizə,
valyuta ilə 3 faizdən 5 faizə qaldırılmaldır.
6) Devalvasiya nəticəsində məzənnə fərqindən yaranan itki banklar,
müştərilər və dövlət arasında bərabər paylaşdırılmaldır.
Mərkəzi Banka tövsiyələr
1)
Borcunu vaxtı vaxtında ödəyən vətəndaşlar üçün yenidən maliyyələşdirmə imkani
yaradılmalidir. Konkret olaraq hansı həddə və faizdə borcu olanların kreditlərinin
faiz həddini nə qədər aşağı salmağı, müddəti nə qədər artırmağı göstərən qaydalar
müəyyən edilməlidir.
2)
Müştərilərin, əsasən də aztəminatlı ailələrin ayliq kredit ödəmələrinin onlarin
gəlirlərinin 1/3 səviyyəsində məhdudlaşdırılmaldır.
3)
3) Antikollektor sirirkətlərinin müştərilərə kömek etməsinə sərait yaradılmalıdır.
Müştərilər öz hüquqlarını qoruya bilmeli və onlara kömək edən təskilatlardan
yararlanmalidir.
4)
Bankdan kredit alanlarin aktivleri yeniden dəyərləndirilməlidir, buna uyğun olaraq
mövcud kredit sərtlərinə yenidən baxılmaldır. Bu zaman potensial risklər
haqqında məlumat şəffaf şəkildə müştəriyə bildirilməlidir. Müsterilərin kredit
reyestri yeni risklərin müəyyənləşdirilməsində banklara kömək etməlki bə
müştərilərin kredit balı sistemi yaradilmaldır.
5)
İş yerini itirdiyinə görə kredit borcunu ödəyə bilməyənlərə kreditin məbləğindən
asılı olaraq 1 ildən 3 ilədək əlavə vaxt verilməlidir ki, onlar da iş axtarıb tapandan
sonra kreditlərini qaytara bilsinlər.
6)
Yüksək riskli kreditlərin verilmə prosesi dayandirilmaldır və belə hallara yol
vermiş bankların itkiləri kompensasiya edilməməlidir.
7)
Bankların kapitallasma dərəcəsi artirilsmalıdır ve Basel III prinsiplərindən nəzərdə
tutulandan azi 2 dəfə cox olmaldır.
Maliyyə bazarlarına nəzarət palatasına
tövsiyyələr
1) Valyuta ilə kreditlərin aşagidakı kategoriyalı seqmentlərə verilsin:
•
Ixrac edən və valyuta gəlirlərı olan şirkətlərə;
•
İstehsal avadanliglarinın idxalı ilə məşğul olan şirkətlərə (Bu zaman verilən kreditlər kredit
göturənə deyil, birbaşa avadanliq istehsalçısına ödənilsin);
•
Gündəlik istehlak mallarının (geyim, qida və s.) idxalı uçun verilən xarici valyuta ilə kreditlərlər
idxalçiların valyuta gəlirləri/reservləri arasında əlaqə formalaşdırılsın.
2)
Bir fiziki/huquqi şəxsə böyük məbləğdə əsaslandirilmamış valyuta satışının
məhdudlaşdırılsın. Əgər hər hansı bir fiziki və ya hüquqi şəxs kontrakt (avadanlığın
alinması və ya digər malların idxalı məqsədilə) üzrə odəniş həyata keçirmirsə böyük
məbləğdə valyuta əldə edə bilməz.
3)
Xaricdən cəlb edilən kredit faizlerinə maksimum hədd qoyulsun. Yəni hər hansı bir bank
xaricdən kredit cəlb edərsə müəyyən faiz dərəcəsindən yuxarı faizlə kredit celb edə bilməz.
Maksimum həddin müəyyən edilməsi isə ölkənin və bankın reytinqi ilə
əlaqələndirməlidir.
4)
Yerli bankların səhmləri müəyyən bir qismi (məsələn 20 faizə qədəri) xarici investorlara
satılsın;
5)
Orta və kiçik biznesə (OKB) uzunmüddətli kreditlərin verilməsi stimullaşdırılsın;
6)
Sosial yönümlü və orta və kiçik biznes üçün uzunmüddətli kreditlərin maliyyələşdirilməsi
üçün xarici kreditlərin cəlb edilsin və bu kreditllərə dövlət təminatı verilsin. Bu kreditlər
heç bir halda ticarət və ya istehlaka yöneldiməməlidir ve yalniz istehsal məqsədli olmalıdır.
Banklar Assosiasiyasına, AMFA-ya kommersiya
banklarına və bank olmayan kredit təşkilatlarına
tövsiyyələr
• 1) Valyuta ilə olan borclara devalvasiyalardan asılı olaraq fərqli və
differensial yanaşılsın. Birinci devalvasiya nəticəsində itkilərə məruz
qalanlara daha çox güzəştlər tətbiq olunsun. Birinci devalvasiyaya
uyğun olaraq 1.05 manat = 1 dollar məzənnəsi ilə ödənişə razılaşan
müştərilərə həm ödəniş müddətində və həm də faiz dərəcəsində
endirim edilsin.
• 2) Müştərilər krediti tam olaraq əvvəlcədən bağlayırsa, o zaman
götürdüyü kreditin muddətindən (21 fevraldan əvvəl və sonra)
olaraq qaliq məbləğinə orta hesabla 20 faiz həcmində güzəştlər
tətbiq edilsin.
• 3) Vaxtı keçmiş borclarını bağlayan müştərilər əlavə faiz və cərimə
ödənişlərindən azad edilsin.
• 4) Yeni məzənnə ilə valyuta kreditlərini ödəyən müştərilərə kreditin
məbləğindən asılı olaraq 15-25 faiz arasında mükafat təyin edilsin.
• 5) Borcunun yarısından az hissəsi qalan müştərilərə qalıq məbləğini
manata çevirmək imkanları yaradılsın.
DİQQƏTİNİZƏ GÖRƏ
TƏŞƏKKÜR EDİRƏM
Dostları ilə paylaş: |