“AZƏrbaycan coğrafiyasi” kursunun predmet və VƏZİFƏLƏRİ


Naxçıvan MR-in əsas çayları Arpaçay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Onlar qar, yağış və yeraltı sularla qidalanır, yaz aylarında daşırlar



Yüklə 329,27 Kb.
səhifə3/4
tarix14.01.2018
ölçüsü329,27 Kb.
#20536
1   2   3   4

Naxçıvan MR-in əsas çayları Arpaçay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Onlar qar, yağış və yeraltı sularla qidalanır, yaz aylarında daşırlar.

Çayların adı

Başlandığı yer

Uzunluğu, km

Hövzəsinin sahəsi, min km2

Mənbəyin mütləq yüksəkliyi, m

Mənsəbinin mütləq yüksəkliyi, m

1. Kür *

2. Araz


3. Qanıx
4. Qabırrı

5. Samur


6. Pirsaat

7. Tərtər

8. Sumqayıtçay

9. Bazarçay

10. Türyançay

11. Bolqarçay

12. Əyriçay
13. Ağstafaçay

14. Arpaçay

15. Həkəri

16. Göyçay

17. Qarqarçay

18. Viləşçay

19. Qusarçay

20. Köndələnçay

21. Qudyalçay


Qızılgədik dağı (Türkiyə)

Bingöl silsiləsi (Türkiyə)

Böyük Qafqazın Cənub

yamacı (Gürcüstan Res.)

----“----

Quton dağı (Dağıstan)

Şahnəzər dağı

Gəlinqaya

Dübrar

Qarabağ vulkan yaylası



Tufandağ

Talış dağları

Böyük Qafqazın Cənub

yamacı


Pəmbək dağı (Ermənistan)

Qarabağ vulkan yaylası

Dəlidağ

Babadağ


Qarabağ sıra dağları

Talış dağları

Bazardüzü

Qarabağ sıra dağları

Salavat aşırımı


1515

1072


413
389

216


202

200


198

178


170

134


134
133

128


113

113


111

106


106

102


101


188

102


17
4,8

4,4


2,3

2,2


1,8

5,6


4,8

2,2


1,8
2,6

2,6


2,6

1,8


1,5

0,9


0,6

0,5


0,8

2740

2990


2560
2560

3600


2400

3120


1750

3040


3680

1710


3200
3000

2985


2580

1980


2080

1180


3780

1780


300



-26

-11


75
75

-28


-28

3

-28



270

-4

-28



135
210

780


358

-1

-1



-28

-28


90

-28


Qeyd. Cədvəldə uzunluğu 100 km-dən artıq olan çaylar verilmişdir.

GÖLLƏR. Azərbaycan Respublikası ərazisində 700-ə yaxın göl var. Lakin bu göllərin əksəriyyəti yay aylarında quruyur. Qurumayan təbii göllərin sayı 250-yə qədərdir. Sahəsi 1 km2-dən çox olan və böyük təsərrüfat əhəmiyətli göllərin sayı 25-dir.

Respublikamızda mənşəyinə görə tektonik, buzlaq, uçqun, sürüşmə, çay-dərə, relikt və s. göllər var.

Qobustan və Abşeron ərazisindəki göllərin əksəriyyətinin, Acınohur gölünün, Kiçik Qafqaz dağlarındakı Böyük və Kiçik Alagöllərin çuxurları tektonik yolla əmələ gəlmişdir.

Qarabağ vulkan yaylasında bir sıra krater gölləri yerləşir. İşıqlı Qaragölü və s. buna misal ola bilər.



Buzlaq mənşəli göllər Şahdağ, Bazardüzü, Tufan, Qapıcıq, Murovdağ və Dəlidağın yüksək hissələrində yerləşir.

Uçqun və sürüşmədən yaranan bənd gölləri dağlıq və qismən də dağətəyi ərazilərdə çoxdur. Göygöl, Maralgöl, Ağgöl,Qanlıgöl (bunlar hamısı Kiçik Qafqazda yerləşir), Batabat gölü (Naxçıvan ərazisində) bu mənşədən olan göllərdir.

Çay-dərə mənşəli göllər Kür-Araz ovalığında, Kür çayının meandrlı yatağı boyunca yerləşir.Bu göllərə Kürün axmazları daxildir (Sarısu,Hacıqabul,Ağgöl).

Abşeron yarımadasındakı bəzi göllər qalıq (relikt) göllərdir.Onlar Xəzər dənizinin qalıqlarıdır.Qalıq göllər- Böyükşor, Masazır, Binəqədi, Kürdəxanı və s. gölləri şorsuludur.



Liman mənşəli göllər (Ağzıbirçala gölü) Xəzər dənizinin sahillərində əmələ gəlir.

Suyunun tərkibinə görə respublikamızın ərazisində şirinsulu və şorsulu göllər ayrılır.Dağlıq ərazilərdə yerləşən göllər,bir qayda olaraq, şirinsuludur.Düzənliklərdə, dağətəyi zonalarda, qismən də alçaqdağlıqda həm şirin, həm də şor göllər var.

Azərbaycan ərazisində ən iri şorsulu göllər Acınohur, Böyükşor, BinəqədiMasazır gölləridir.

Nadir su incilərindən biri olan Göygöl okean səviyyəsindən 1556 m yüksəklikdə yerləşir.Onun su səthinin sahəsi 80 hektara yaxındır.Gölün uzunluğu 2450 m, eni 595 m, ən dərin yeri 95 m-dir. Gölün sahili yaşıl meşələrlə örtülmüşdür.Buradakı təmiz, şəffaf suyun həcmi 24 mln. m3-ə çatır.



Maralgöl okean səviyyəsindən 1902 m yüksəklikdə yerləşir.Sahəsi 23 hektar, ən dərin yeri 60 m-dir. Göygöldən fərqli olaraq, onun ətrafını subalp çəmənlikləri əhatə etmişdir. Maralgöldən axan Ağsu çayı Göygölə tökülür.

Böyük Alagöl Qarabağ vulkan yaylasında, okean səviyyəsindən 2729 m yüksəklikdə yerləşir. Gölün ən uzun yeri 3,7 km, ən enli yeri 2,9 km-dir.Sahəsi 5 km2 yaxın, ən dərin yeri 9 m-dən artıqdır. Bu gölün çüxuru tektonik yolla əmələ gəlsə də, göl çökəkliyinin formalaşmasında vulkanizmin də rolu böyükdür. Gölün sahilləri çox girintili-çıxıntılıdır.Onu qidalandıran başlıca mənbələr yağış və qar suları, eyni zamanda Kiçik Alagöldən bura axan Qurbağalı çayıdır.Böyük və Kiçik Alagöllərin ətrafı qiymətli alp çəmənlikləridir.

Naxçıvan MR ərazisində Naxçıvançayın mənbəyində Batabat gölü və Küküçayın mənbəyində (Naxçıvançayın qolu) 2500 m yüksəklikdə Qanlıgöl yerləşir.



Göllərin adı

Yerləşdiyi yer

Şirin və ya şorsulu, min ha

Su səthinin sahəsi, km2

Mütləq yüksəkliyi, m

Ən dərin yeri, m

Həcmi, mln. m3

Ağzıbirçala

(Dəvəçi limanı)

Kürdəxanı

Masazır


Böyükşor

Hacıhəsən

Qanlıgöı

Sarısu


Hacıqabul

Mehman


Ağgöl

Candargöl

Acınohur
Göygöl

Maralgöl


Göygöl

Alagöllər


Böyük Alagöl

Kiçik Alagöl

İşıqlı Qaragöl
Pəriçınqıl


Taxtakörpü (Dəvəçi

rayonu)


Abşeron yarımadası

Abşeron yarımadası

Abşeron yarımadası

Abşeron yarımadası

Abşeron yarımadası

Kürün sağ sahilində

Kürün sol sahilində

Kürün sağ sahilində

Kürün sağ sahilində

Ceyrançöl

Mingəçevir su anbarından

şimalda


Kürəkçay

Kürəkçay


Şamxorçay dərəsi

Həkəriçayın

yuxarı axarı

Qarabağ vulkan yaylası

Qarabağ vulkan yaylası

Həkəriçayın

yuxarı axarında

Qarabağ vulkan yaylasında




Şor
Şor

Şor


Şor

Şor


Şor

Şirin


Şirin

Şirin


Şirin

Şirin


Şor
Şirin

Şirin


Şirin

Şirin
Şirin

Şirin

Şirin
Şirin



37
3,3

10

10



1,6

0,54


15

8,4


12

56,2


12,5

11
0,79

0,23

0,34


1
5,2

90

1,76


0,94


-25
-3,2

7,9


11,8

13,7


89

-12


-19,6

-7,8


-5

380


107,3
1553

1899


2470

2988
2729

2739

2666
2961



4
3

1,7


2

3,2


7,2

3,5


2,0

2,3


2,2

6

-


0,3

61

66



-
9,4

4

10


5,4


40
3

6,8


12,3

3,2


2,07

59,1


12,1

29,6


44,7

-

-


29,4

6,0


4,0

-
24,3

-

10,2
2,4






SÜNİ SU OBYEKTLƏRİ. SU ANBARLARI VƏ KANALLAR. Respublikamızda 140-a qədər müxtəlif ölçüdə süni göl vardır. Onların ümumi sahəsi 87 min hektar, suyunun həcmi 18,5 km3-ə bərabərdir. Tutumu 1 mln. m3-dən artıq olan və müxtəlif tənzimləmə xüsusiyyətinə malik 34 su anbarı vardır. Hazırda respublikamızda su anbarları təsərrüfatda təbii göllərdən qat-qat artıq istifadə olunur.

Azərbaycandakı süni göllərin ən nəhəngi Mingəcevir su anbarıdır. Onun sahəsi 605 km2, uzunluğu 70 km, eni 18 km, orta dərinliyi 27 m-dir. Mingəçevir su anbarının sahəsi respublika əhəmiyyətli bütün su anbarlarının ümumi sahəsinin 72%-ni, tutumu isə 85%-ni (16 km3) təşkil edir.

Mingəçevir su anbarı Kür çayının Bozdağı yarıb keçdiyi hissədə uzunluğu 1500 m, hündürlüyü 80 m olan bənd vasitəsilə yaradılıb. Mingəçevir su anbarından Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları çəkilmişdir.

Mingəçevir su anbarının suyu ilə 200 min hektardan artıq torpaq sahəsi bərəkətli tarlalara, bağlara çevrilmişdir.

Kür çayı üzərində, həmçinin Varvara, Şəmkir, Yenikənd su anbarları tikilmişdir.

Respublikamızın sahəsi ikinci yeri tutan su anbarı Araz su qovşağıdır. Onun sahəsi 143 km2-dir. Mingəçevir su anbarından 4,3 dəfə kiçikdir.

Respublikamızın dağətəyi zonasında da bir sıra su anbarı yaradılmışdır. Sərsəng (Tərtərçayda), Ağstafa, Coğaz, (Qazaxda), Xanbulançayda (Lənkəran), Nohurqışlaq (Qəbələ), Aşıq Bayramlı (İsmayıllı), Cavanşir (Ağsu), Arpaçay, Köndələnçay su anbarları buna misal ola bilər.

Ceyranbatan su anbarı Abşeron yarımadasının sənaye müəssisələrinin və əhalisinin su təchizatında və Abşeron bağlarının, əkin sahələrinin suvarılmasında böyük rol oynayır. Onun sahəsi 14 km2-ə yaxındır. Su anbarı Samur-Abşeron kanalı vasitəsi ilə təchiz olunur.

Samur-Abşeron kanalı Samur su qovşağından başlayaraq, Ceyranbatan su anbarına qədər davam edir. Kanalın suyu ilə 92 min hektar ərazi suvarılır. Ceyranbatan su anbarı və Abşeron kanalı su ilə təmin edilir.

Yuxarı Qarabağ kanalı Mingəçevir su qovşağından Bəhramtəpə su qovşağına qədər uzanır və Mil, Qarabağ düzlərində 76 min hektar torpağı su ilə təmin edir.

Yuxarı Şirvan kanalı Mingəçevir su anbarından Ağsu çayına qədər uzanır. Bu kanal Şirvan düzünün 120 min hektardan artıq ərazisini suvarır.

Baş Mil kanalı Araz üzərindəki Mil-Muğan su qovşağından başlayır və Mil düzündə 38 km məsafədə uzanır. Onun suları ilə Füzuli, Beyləqan, Ağcabədi, İmişli rayonlarının həmin hektara yaxın torpağı suvarılır.

Baş Muğan kanalı Araz çayı üzərindəki Bəhramtəpə su qovşağından Muğan düzünədək uzanır. Bu kanalın suları Muğan düzünün 68 min hektara yaxın ərazisinə “can” verir.

Əzizbəyov adına kanal Bəhramtəpə su qovşağından Masallı rayonu ərazisinə kimi davam edir. İmişli, Biləsuvar, Cəlilabad rayonlarının 69 min hektara yaxın ərazisini suvarır.



Su anbarları

Su anbarlarının

adı

İstifadəyə verildiyi il

Qidalandığı mənbələr

Mütləq yüksəkliyi. m

Səthinin sahəsi, km2

Həcmi, mln. m3

Mingəçevir

Ceyranbatan


Cavanşir

Aşıqbayramlı

Yekəxana

Nohurqışlaq

Varvara

Şəmkir


Ağstafaçay

Sərsəng


Xaçınçay

Ağdamkənd

Arpaçay

Qanlıgöl


Nehrəm

Araz su qovşağı

Köndələnçay

Xanbulaqçay

Aşağı Kəndələnçay


1953

1958
1961

1951

1962


1953

1956


1980

1969


1977

1964


1962

1977


1965

1953


1970

1963


1976

1981


Kür çayı

Samur


Vələvələçay

Ağsu


Dəvədatan

Dəvədatan

---

Kür


Kür

Ağstafa


Tərtər

Xaçınçay


Qarqarçay

Arpaçay


Qanlıgöl

Əlincaçaydan

kanal

vasitəsilə



Araz

Köndələnçay

Bəşəru

Köndələnçay



---

28,5
14,7

---

229,7


700

18,5


158

479,5


726

507,4


291,5

955


2420

20

777,5



429,3

74

367



605

13,9
0,70

0,80

3,70


1,96

22,5


116

6,3


14,2

1,76


0,50

6,30


0,10

0,40


145

0,52


2,46

0,153


16000

186
4,60

3,60

19

16



60

2677


120

565


23

1,60


150

1

2,5



1350

4

52



9,5


Suvarma kanalları


Adları


Başlandığı yer


Uzunluğu,

km


Su götürmə

qabiliyyəti


Suvardığı sahələr, sahələr, min ha


Suvardığı ərazilər

Samur-Abşeron
Yuxarı Qarabağ

Yuxarı Şirvan

Baş Mil

Baş Muğan



Əzizbəyov adına

kanal


Tərtərçay

Ağstafaçay

Türyançay solsahil

kanalı


Türyançay

sağsahil kanalı

Həsənliarx kanalı
Maralyanarx kanalı
Rəsularx

Boztəpəarx

Yuxarı sovxoz kanalı


Samur çayı
Mingəçevir su qovşağı

Mingəçevir su qovşağı

Mil-Muğan su qovşağı

Bəhramtəpə su qovşağı

Bəhramtəpə su qovşağı

Tərtər su qovşağı

Ağstafa gölü

Türyançay su qovşağı

Türyançay su qovşağı
Araz çayı
Araz çayı
Araz çayı

Araz çayı

Araz çayı


182
172,4

122


38

37

123



65

69

42



27
38
33
27,5

27,6


4,8

85
140

78

93



55

63

70



25

12

3,5


12
12
14,2

7,1


8

92
76

127


64

68

69



91

30

6



17
2,6
2,1
13,89

9,8


3

Qusar maili düzənliyi

Abşeron yarımadası

Qarabağ və Mil düzləri

Şirvan düzü

Mil düzü

Muğan düzü

Muğan düzü

Qarabağ düzü

Gəncə-Qazax maili düz-yi

Şirvan düzü

Şirvan düzü
Abşeron düzənliyi
Arazboyu düzənlik
Muğan düzü

Mil düzü


Arazboyu düzənlik



YERALTI SULAR. BUZLAQLAR. Azərbaycan ərazisi yeraltı sularla zəngindir. Respublikanın yeraltı su ehtiyatı 5 km3-dir.

Yeraltı sular kəhriz və artezian quyuları vasitəsilə yer səthinə çıxarılır. Bu sular əhalinin içməli suya olan tələbatının ödənilməsində və suvarmada mühüm rol oynayır.

Hər il çaylarımızla axan suyun 16-17 %-i yeraltı suların payına düşür.



Qrunt suları Kür-Araz ovalığında yer səthinə yaxın yerləşməklə, yüksək dərəcədə minerallaşmışdır. Kür-Araz ovalığının əksər sahələrində qrunt sularının səviyyəsi 1-5 m dərinlikdədir.

Qrunt sularını qidalandıran başlıca mənbələr yağış, səth suları, kanal və hidrotexniki qurğulardan sızılan sulardır. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur.

Böyük və Kiçik Qafqazın düzənliklərə qovuşduğu ərazilərdə yeraltı sular bulaqlar şəklində səthə çıxır. Xüsusilə Qusar maili düzənliyinin və Qanıx-Əyriçay çökəkliyinin dağətəyi hissəsində tektonik qırılmalar boyunca yeraltı suların təbii çıxışları daha çoxdur.

Qafqazın ən iri artezian hövzəsi Kür-Araz ovalığıdır. Artezian sularının temperaturu bəzən 1500 C-yə çatır. Gəncə-Qazax, Qarabağ-Mil düzlərində artezian sularından suvarmada geniş istifadə olunur.

Respublikamızda hər il təqribən 15 km3-ə yaxın su sərf olunur. Adambaşına ildə 1900m3 su düşür.

Azərbaycan Gürcüstandan daxil olan Kür çayı və Ermənistandan daxil olan Oxçuçay, Bazarçay, Ağstafaçay, Tovuzçay və s. xeyli çirklənməyə məruz qalır.

Buzlaqlar Azərbaycan ərazisində əsasən Böyük Qafqazın dağlarının Baş suayrıcısında və Yan silsilədə mütləq yüksəkliyi 3600-4000 m-dən artıq olan ərazilərdə yayılmışdır. Dağıstanla Azərbaycanın sərhədindəki dağ zirvələrində buzlaqların sahəsi hazırda təqribən 6,6 km2-ə bərabərdir. Buzlaqlar Bazardüzü zirvəsində (4466 m) 3,6 km2, Bazaryurdda (4126m) 1 km2, Tufandağda (4191 m) 0,5 km2, Şahdağda (4243 m) isə 1,1 km2 sahə tutur.

Kiçik Qafqaz dağlarında, demək olar ki, buzlaqlar yoxdur. Yalnız Qapıcıq (3904 m) dağında sahəsi 0,15 km2 olan Oxçuçay və Gilançay bu buzlaqlardan başlayır.

Buzlaqlar çayların qidalanmasında mühüm rol oynayır.


XƏZƏR DƏNİZİ

PLAN:

1. Xəzər dənizini coğrafi mövqeyi.

2. Xəzər dənizinin hidroloji xüsusiyyətləri.

3. Xəzərin təsərrüfat əhəmiyyəti.

4. Xəzərin canlılar aləmi.

5. Xəzər dənizinin problemləri.

Xəzər dünyanın ən böyük qapalı su hövzəsi –gölüdür. Lakin ərazisinin böyüklüyünə, hidroloji xüsusiyyətlərinə görə onu dəniz adlandırırlar.

Xəzər dənizi respublikamızın həyatında böyük rol oynayır. Neft-qaz sənayesinin, balıq istehsalının, su nəqliyyatının inkişafı Xəzərlə bağlıdır. Xəzərin Azərbaycan sahillərinin saf dəniz havası, gözəl sahil mənzərələri, bol günəşli, narın qumlu çimərlikləri kurort –rekreasiya kompleksinin inkişafına imkan yaratmışdır.

Xəzər beş ölkənin dənizidir. Onun ətrafında Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan, İran Azərbaycan respublikaları yerləşir. Xəzər 800 km-dən artıq məsafədə Azərbaycan sahillərini əhatə edir. Xəzər dənizinə tarix boyu 70-ə yaxın ad verilmişdir: Kaspi, Xvalın, Bakı, Gürcüstan, Dərbənd və s. Avropa və Şərq ölkələrində ona Kaspi, Azərbaycanda isə Xəzər deyilir. Hər iki ad vaxtilə onun sahillərində yaşamış türk tayfalarının adı ilə bağlıdır.

Xəzər dənizinin sahəsi 371 min km2 (1980-ci il), həcmi 76 min km2-dir. Dəniz şimaldan cənuba 1200 km məsafədə uzanır. Onun orta eni 320 km, orta dərinliyi 184 m, ən dərin yeri (Lənkəran çökəkliyi) 1025 m, sahil xəttinin uzunluğu 6,5 min km-dir.

Xəzər dənizinin sahilləri az girintili-çıxıntılıdır. Ən mühüm yarımadaları Abşeron, Mangistau, Buzaçı, Çələkən, Türkmənbaşı, başlıca adaları Bakı və Abşeron arxipelağı, Çeçen, Oqurçı, Kulalı, əsas körfəzləri Qaraboğazgöl, Bayıl buxtası, Türkmənbaşı, Magistau, Qaızılağac, Türkmən və s.


Xəzər dənizi

1. Dəniz axinlarının istiqaməti.

2. Hərəkətsiz buzların ən çox yayılma sərhədləri.

Başqa dənizlərdən fərqli olaraq, Xəzərin səviyyəsi çox dəyişkəndir. Xüsusilə son illərdə dənizin səviyyəsi sürətlə qalxır. Yalnız 1996-cı ildə səviyyə bir qədər aşağı düşmüş, 2002-ci ildə isə -27,07 m olmuşdur.

Xəzər dənizinə şimaldan Volqa, Ural, Emba çayları qərbdən Terek, Sulak, Samur Kür çayları, cənub-şərqdən Atrek, cənubdan –İran ərazisindən Qızılüzən və başqa çaylar tökülür. Dənizə tökülən bütün çay sularının 82%-i Volqa çayının payına düşür.

Xəzər dənizi coğrafi cəhətdən bir-birindən fərqlənən üç hissəyə bölünür:



1) Şimal hissə-bura təxminən 440 şm. enliyindən şimalda yerləşən; 2) Mərkəz hissə - 440 -400 şm. enlikləri arasındakı sahəni; 3) Cənub hissə - 400 şm. enliyindən cənubdakı su hövzəsini əhatə edir.

Qeyd edilən hissələr temperaturuna, duzluluğuna, hava dövranına, fauna tərkibinə və s. görə bir-birindən fərqlənir.

Xəzər sularında duzluluq şimaldan cənuba doğru artır.

Xəzər dənizində suyun temperaturu da şimaldan cənuba dəyişir. Qışda dənizin şimal hissələrində suyun temperaturu 10 C-dən aşağı olur. Ona görə də burada dəniz buzla örtülüdür.

Xəzər dənizinə şimaldan Arktika, mülayim enliklərin hava kütlələri, cənub və cənub-şərqdən tropik hava kütlələri daxil olur və burada mürəkkəb atmosfer dövranı yaranır.

Volqa çayı Xəzər dənizindəki daxili axınlara çox böyük təsir göstərir. Axınlar dənizin qərb sahilləri boyunca cənuba, şərq sahili boyunca isə şimala doğru hərəkət edir və qapalı dövran əmələ gətirir.

Xəzər dənizində dalğaların əksəriyyəti küləyin təsiri ilə yaranır. Küləyin orta illik sürəti burada 2-5 m/san arasında dəyişilir. Ən şiddətli dalğalar Abşeron sahillərində müşahidə olunur. Şimal küləkləri (xəzri) fırtınalar zamanı hündürlüyü 10-12 m-ə çatan dalğalar yaradır. Abşeron sahillərində, eləcə də açıq dənizdə dalğaların uzunluğu bəzən 80-100 m-ə çatır.

Xəzər dənizinin canlılar aləmi olduqca zəngindir. Alimlərimiz müəyyən etmişlər ki, Xəzərdə 1332 fauna növü mövcuddur. Burada balıqların 111 növü yaşayır.

Xəzərdə mövcud olan balıqların əksəriyyəti onun Azərbaycan sahillərində və respublikamızın çaylarında da yaşayır. Buradakı kilkə və siyənək kimi malıqlar həmişə dənizdə, nərə, uzunburun, xanı, şamayı, çəki, külmə, xəşəm, naxa , ilnabalığı, çapaq, Xəzər qızılbalığı, ağ qızılbalıq, kütüm və s. balıqlar həm dənizdə, həm də çaylarda yaşayır.


Dünyada mövcud olan ağbalıq ehtiyatının 90%-dən çoxu Xəzər dənizinin payına düşür.

Xəzər sularında yaşayan yeganə məməli heyvan suitidir. Hazırda suitilərin miqdarı 550-600 minə yaxındır. Xəzərin Azərbaycan sahillərində də sutilər çoxdur. Abşeron yasaqlığında onlar (Abşeron arxipelağı adalarında) dövlət tərəfindən qorunur.

Su quşları dənizin özündə, sahil dayazlıqlarında, adalarda yaşayırlar. Quşlarn bir qismi isə qışlam, çoxalma üçün Xəzər sahillərinə pənah gətirir. Onlar, məsəslən, qarabattaq, qu quşu, soltan toyuğu, qaşqaldaq, cüllüt, qazlar, ördəklər və s. balıqlarla, sahil bitkilərə ilə qidalanır. Xəzərin Azərbaycan sahillərində su quşları Şah dili, Gil, Böyük Zirə,Səngi Muğan adalarında,Böyük və Kiçik Qızılağac körfəzlərində,Dəvəçi limanı və s. yerlərdə qışlayırlar.Həmin ərazilərdə onlar dövlət tərəfinddən mühafizə olunurlar.

Xəzər dənizinin sahil dayazlıqlarında, körfəz və buxtalarında su bitkiləri yaxşı inkişaf etmişdir.Burada 574 bitki növü və yarımnövü aşkar edilmişdir.Lakin onların cəmi 5 növü ali bitkilərə aiddir. Ali bitkilərdən dənizotu,suçiçəyi, ruppiya böyük əhəmiyyətə malikdir.Suçiçəyi və dəniz yosunları balıqların və digər dəniz canlılarının çoxalması üçün ən yaxşı sığınacaqdır.

Xəzər dənizinin üç mühüm problemi mövcuddur: 1) Xəzərin səviyyə tərəddüdü; 2) ekoloji (çirklənmə); 3) bioloji.

Bu problemlər bir-biri ilə sıx bağlıdır.Belə ki, Xəzər dənizi səviyyəsinin qalxması təbii proseslərlə yanaşı, çirklənmə ilə əlaqədardır. Xəzərdə canlıların məhv olmasını, yəni ekoloji problemi törədən əsas amil məhz çirklənmədir. Ekoloji problemin həlli dənizin bioloji məhsuldarlığını artırmağa imkan verər və başqa problemlərin də həllini asanlaşdırar.

Xəzər dənizinin səviyyəsi daima tərəddüd etmişdir, yəni gah qalxmış, gah da enmişdir.

Xəzər dənizinin maksimum səviyyəsi 1929-cu ildə müşahidə edilmişdir. O zaman onun səviyyəsi okean səviyyəsindən 26 m aşağı idi.Həmin vaxt Xəzərin sahəsi 422 min km2-ə çatırdı.Sonrakı 10-12 ildə Xəzərin səviyyəsi 2 m aşağı düşmüşdür. Bunun nəticəsində dənizin sahəsi 50 min km2 qədər (Təqribən Azov dənizinin sahəsi qədər) azalmışdır.

Səviyyənin düşməsi 1977-ci ilə qədər davam etmişdir. 1977-ci ilin ortalarından başlayaraq 1993-cü ilə qədər onun səviyyəsi təqribən 2 m-ə yaxın qalxmışdır.

Xəzərdə suyun səviyyəsinin yenidən qalxması nəticəsində dəniz sahillərində 800 km2-dən çox ərazi su altında qalmışdır.

Xəzərin səviyyəsinin dəyişməsi ilə bağlı müxtəlif fikirlər var.Bir qrup alimlər dənizin səviyyəsinin qalxmasını Yer qabığının tektonik hərəkətləri ilə bağlayırlar.

Digər alimlər Xəzərin səviyyəsinin qalxmasında iqlim amilini əsas heasb edirlər.

Son illərdə Xəzər dənizi səviyyəsinin qalxması ilə onun çirklənməsinin fəlakətli dərəcədə artması üst-üstə düşmüşdür. Son 10 ildə Xəzərdən 100 mln.tona yaxın neft çıxarılmışdır. Onun 1 mln. qədəri dənizin sularına qarışmışdır. Çirklənmələr nəticəsində Neft daşları, Bakı buxtası, Sumqayıt sahilləri “ölü” zonalara çevrilmişdir. Volqa, Ural, Terek, Sulak suları Xəzərin əsas çirkləndiriciləndindəndir. Xəzərə Dağıstan ərazisindən ildə 100 mln.m3-dən artıq sənaye, məişət, kənd təsərrüfatının çirkli suları axır.

Neft və neft məhsulları daşıyan tankelər suları daha çox çirkləndirir.

Alimlər hesablamışlar ki, Xəzərdə qiymətli balıq nöövləri azaldıqca az sənaye əhəmityyətli kilkənin miqdarı artmışdır.

Xəzərin bioloji probleminin bir neçə həlli yolları var. İlk növbədə, bioloji aləmin normal yaşayışını təmin edən mühit bərpa edilməlidir. Ekoloji tarazlığın pozulmasına yol verilməməlidir. Xəzərə axan sular təmizlənməli, ölü zonalarda ekolji şərait bərpa edilməlidir. Xəzər dənizində və ona tökülən çaylarda balıqların süni yolla artırılması üçün əsaslı tədbirlər görülməlidir. Xəzərin zəngin sərvətlərindən daima istifadə etmək üçün dəniz suyunun təmizliyi ciddi qorunmalıdır.



Yüklə 329,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə