Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   88   89   90   91   92   93   94   95   96

müvafiq linqvistik şəraiti əks etdirir. Müq.et: buyurmaq və buyruğa 
baxmaq  yaxud  baxmamaq
əmr vermək  etmək və  əmri yerinə 
yetirm
ək  yaxud  əmrdən  boyun  qaçırmaq/əmrə  əməl etməmək; 
m
əsləhət görmək və məsləhəti eşitmək və s. 
Bundan başqa, görmə, eşitmə və nitq feilləri daha çox leksik 
qruplar  arası  əlaqə  və  münasibətlərlə  səciyyələnir. Həmin 
münasib
ətlər  aşağıdakı  əlamətlərin  əksliyinə  əsaslanır.  Birincisi, 
görm
ə  və  eşitmə  hərəkətlərinin  qarşılığına  görə. Məsələn: Göz 
görm
ək, qulaq eşitmək üçündür. Gördüyünü qoyub, eşitdiyinə inan-
ma (M
əsəl).  İkincisi,  danışma  və  eşitmə  hərəkətlərinin  qarşılığına 
gör
ə. Məsələn:  Xanım,  sən heç danışmırsan. Mən  qulaq  asıram 
(Ü.Hacıbəyov).  İki  eşit, bir danış  (Məsəl).  Çalış  çox  eşidib,  az 
danışasan  (A.B.Bakıxanov),  Biz  [...]  deyək, siz qulaq  asın  (“Aşıq 
Ələsgər”). Qulaq as, nə deyir, gör ana torpaq (Səməd Vurğun). Dəli 
özü dey
ər, özü eşidər (Məsəl). 
Danışma və eşitmə feilləri çalğı, oxuma, yazma kimi fəaliyyət 
sah
ələrinə  aid olan feillərlə  də  semantik  əkslik münasibətində  ola 
bil
ər. Məsələn: Bir mirzə gərəkdir, əli qələmli, Mən deyəm vəsfini, 
yaza
,  Müşkünaz!  (Aşıq  Ələsgər). Mən nə  desəm,  yaz 
(Ə.Haqverdiyev).  Biz  sazınan  oxuyaq,  siz  qulaq  asın  (“Aşıq 
Ələsgər”). Saz çalma  –  haramdır;  saza  qulaq asma-haramdır 
(M.F.Axundov). 
 
Psixi f
əaliyyətlə bağlı olan feillər 
 
Psixi f
əaliyyət bildirən feillər üç tematik qrup əmələ gətirirlər: 
1. Qeyri-f
əal psixi vəziyyət bildirənlər (bayılmaq,  huşunu  itirmək, 
özünd
ən getmək, qəşş  eləmək). 2. Fəal psixi vəziyyət bildirənlər. 
Huşunu itirənin fəal psixi vəziyyətə qaytarılmasında iştirak edənin 
h
ərəkətini ifadə  edəni feillər də  bura aiddir (ayılmaq,  ayıltmaq, 
özün
ə  gəlmək, özünə  gətirmək).  3.  Əqli  fəaliyyət bildirənlər. 
Bunlardan qeyri-f
əal və fəal psixi vəziyyət bildirən feillər xüsusilə 
bir-biri il
ə sıx semantik əlaqədə olur. Ona  görə də onların bir yerdə 
n
əzərdən keçirilməsi məsləhətdir. 
Qeyri-f
əal və  fəal psixi vəziyyət bildirən feillər. Həmin 
feill
ərin mənsub  olduqları  məna  qrupları  içərisindəki məzmun 
279 


münasib
ətləri sinonimlikdən o yana getməyib, elə  bir linqvistik 
əhəmiyyət kəsb etmir. Qeyri-fəal və  fəal psixi vəziyyət bildirən 
feill
ərin  tematik  qruplar  arasındakı  münasibətləri daha çox 
maraqlıdır. Həmin münasibətlərin aşağıdakı əsasları var.  
1. Qeyri-f
əal psixi vəziyyətin fəal psixi vəziyyətlə  əvəz 
olunmasına görə (bayılmaq-ayılmaq, özündən getmək-özünə gəlmək 
v
ə s.). Məsələn: Arvad özündən gedir, sonra özünə gəlir (Əsatir). 2. 
Qeyri-f
əal psixi vəziyyətə  düşmə  və  fəal psixi vəziyyətə  gətirmə 
f
əaliyyətlərinin  qarşılığına  görə. Həmin semantik münasibət 
özünd
ən getmək,  huşunu  itirmək, qəşş  etmək/eləmək  feilləri ilə 
ayıltmaq, özünə gətirmək feilləri arasında özünü göstərir. Məsələn: 
Bu  kişi  niyə  özündən getdi; Bunu ayıldın,  görək! (M.F.Axundov). 
Arvad  özünd
ən getdi?  Su səpib,  ayıltdılar  (“Aşıq  Ələsgər”). 
Naçalnik  özünd
ən getdi. Həkim gəlib, dost-aşina yığılıb onu özünə 
g
ətirdilər (“Əkinçi”). 
Biz yuxarıda ayılmaq sözünün yuxu bildirən feillərlə semantik 
əkslik münasibətində çıxış etməsinin şahidi olduq. Həmin feil icbari 
yolla qeyri-f
əal psixi vəziyyətə düşmə hallarını bildirən keflənmək, 
m
əst olmaq kimi feillərlə də semantik əkslik münasibətinə girə bilir. 
M
əsələn: İç həm məst ol, həm ayıl (Bayatı). 
Әqli fəaliyyət bildirən feillər. Psixi fəaliyyət bildirən feillərin 
mühüm bir qismi yaddaşla bağlıdır. Bunlar yaddasaxlama, unutma 
v
ə  başadüşmə  üzrə  olmaqla, üç məna qrupu əmələ  gətirir. Həmin 
qruplar  aşağıdakı  sözlərlə  təmsil olunur. Yaddasaxlama feilləri: 
xatırlamaq,  yadda  saxlamaq,  yadda  qalmaq, yada salmaq, yada 
düşmək.  Unutma feilləri:  unutdurmaq, unutmaq, yaddan 
çıxar(t)maq,  yaddan  çıxmaq.  Başadüşmə  feilləri:  düşünmək, 
fikirl
əşmək,  başa  salmaq,  başa  düşmək, anlamaq, qanmaq, 
qandırmaq. 
Əqli fəaliyyət bildirən feillər 
aşağıdakı 
məna 
münasib
ətlərində olurlar:  
1. Qeyd olunan üç m
əna qrupu çərçivəsində  (unutdurmaq  – 
unutmaq,  yaddan  çıxartmaq  –  yaddan  çıxmaq,  yadda  saxlamaq  – 
yadda qalmaq, yada salmaq – 
yada  düşmək,  başa  salmaq  –  başa 
düşmək, qandırmaq – qanmaq və s.). Məsələn: Niyə bizi heç yada 
salmırsan?! Mən sizi yaddan çıxarmamışam ki, yada salamBaşa 
280 


düşmürsən,  başa  salım.  Qanmırsan,  qandırım  (Dan). Siz başa 
düşmədiniz, lazım gəldi ki, mən başa salım (C.Məmmədquluzadə).  
2. Yaddasaxlama v
ə unutma feilləri arasında (yaddan çıxmaq 
– 
yada düşmək, yaddan çıxartmaq – yada salmaq və s.). Məsələn: 
N
ə deyəcəkdim, yadımdan çıxdı. Ha fikirləşirəm – yadıma düşmür 
ki, düşmür! (Dan.). 
 
H
ərəkət feilləri 
 
Bir qisim feill
ər insan və  başqa  canlıların  məkanda 
yerd
əyişmə, tövrdəyişmə  ilə  əlaqədar olan hərəkətlərini bildirir. 
Bunların  üç  sinfini  müəyyənləşdirmək mümkündür: 1. Tövr (təbii 
v
əziyyət) dəyişikliyi  bildirənlər. 2. Üfüqi istiqamətli hərəkət 
bildir
ənlər. 3. Şaquli istiqamətli hərəkət bildirənlər. 
T
əbii vəziyyət dəyişikliyi bildirən feillər. Bəzi feillər insan və 
başqa canlı varlıqların öz təbii vəziyyətini dəyişməsi ilə bağlı olan 
h
ərəkətləri ifadə edir. Belə sözlərdə subyekt mənsubiyyəti mühüm 
rol  oynayır.  Bunlar  aşağıdakılardır:  oturmaq,  əyləşmək,  bardaş 
qurmaq, diz çökm
ək, çöməltmə  oturmaq, çömbəltmək,  ayağa 
qalxmaq durmaq, dik
əlmək, uzanmaq (insan), yatmaq  “uzanmaq” 
(insan, heyvan), tonqumaq  (it, qurd), qonmaq 
(quş).  və  s. Həmin 
feill
ər iki cür semantik münasibətdə olur. Bunlardan birincisi oxşar 
tövr (v
əziyyət), ikincisi bir-birindən fərqli vəziyyətlər kimi 
xarakteriz
ə edilə bilər. Birinci əlamətə görə feillər sinonim cərgələr 
(oturmaq, 
əyləşmək; qalxmaq, durmaq  və  s.), ikinci əlamətə  görə 
is
ə  paradiqmatik cütlər (oturmaq-durmaq  və  s.)  əmələ  gətirir. 
Bel
əliklə, deyə bilərik ki, ayrı-ayrı sinonim cərgələrə mənsub olan 
feill
ər arasında semantik əkslik münasibəti özünü göstərir. Məsələn: 
Göz
ələ “gözəl” deyərləroturar-durar (Məsəl). Oturar həsir kimi, 
Duranda  yesir kimi (Tapmaca). Dur, oturma! Fizz
ə  ayaq üstə 
durub, gen
ə oturdu (C.Məmmədquluzadə). Bardaş quranlar qalxıb 
dizi  üst
ə  oturdu, dizi üstə  oturanlar  qalxıb  bardaş  qurdu. Sona 
xanım [...] qalxır, oturur (M.F.Axundov). 
H
əmin feillərin  semantik  ardıcıllığı  oturuş  bildirən feillərlə 

əyyənləşir.  Y.Apresyan  uzanmaq  sözünü də  həmin feillərlə 
əlaqələndirərək, belə  hesab edir ki, bu feil üçlüyünün bizim üçün 
281 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə