Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   88   89   90   91   92   93   94   95   96

B.  T
əsirli və  təsirsiz feillər  arasında  konversiv  əkslik 
münasib
əti  (qaldırmaq-qalxmaq,  qalxızmaq-qalxmaq, endirmək-
enm
ək,  sal(la)maq-düşmək  və  s.). Məsələn:  [Adam]  suya  bir  daş 
atsa, gör
ər ki, daş düşən yerin kənarları qalxdı və onun belə qalxıb-
düşməsi  suyun ondan kənar olan hissələrini də  qalxızıb-düşürdü 
(H.Z
ərdabi). Sən  saldın,  o da düşdü-öz-özünə  düşmədi  ki! 
(Danışıq). 
Şaquli istiqamətli hərəkət bildirən feillərin müxtəlif söz 
cütl
ərində  yer  tutmasının  izaha  ehtiyacı  var.  Bunun  semantik 
əhəmiyyətini üzə  çıxarmaq  üçün  müvafiq  müştərək ünsürlü feil 
cütl
ərini müqayisəli şəkildə nəzərdən keçirək. 
             I 
II 
doğmaq-batmaq (Gün, Ay) 
batmaq-
çıxmaq (su) 
çıxmaq-düşmək (dağ, ağac) 
girm
ək-çıxmaq (su, ev) 
minm
ək-enmək (at) 
düşmək-çıxmaq (quyu) 
qalxmaq-
düşmək (dağ) 
enm
ək-çıxmaq (quyu) 
qalxmaq-enm
ək (dağ) 
enm
ək-çıxmaq (quyu) 
 
Bel
ə çıxır ki, eyni feilin söz cütündə birinci və yaxud ikinci 
yerd
ə işlənməsinin inikas əhəmiyyəti var. 
Eyni feilin müxt
əlif söz cütlərində birinci yoxuşa ikinci yerdə 
işlənməsi faktını müvafiq hərəkətlərin açıq, yoxsa qapalı məkanda 
baş  verməsi ilə  izah etmək  olar.  İndi  isə  mümkün olan yerlərdə 
h
əmin feilləri  onların  semantik-sözdüzəltmə  törəmələri ilə  əvəz 
ed
ək: 
               
İ 
II 
çıxartmaq-düşürtmək (salmaq) 
salmaq-
çıxartmaq 
mindirm
ək-düşürmək (salmaq) 
salmaq-
çıxartmaq 
qaldırmaq-düşürmək  (salmaq) 
salmaq-
çıxartmaq 
qaldırmaq-endirmək (salmaq) 
salmaq-
çıxartmaq 
 
salmaq-
çıxartmaq 
 
Bel
ə bir əvəzetmə maraqlı müşahidələr aparmağa imkan verir. 
Onun say
əsində 1 sütunda, ikinci yerdəki sözlərin törəmə olmayan 
sinoniml
əri  meydana  çıxır.  II  sütunda  feillərin məhz həmin 
sözl
ərdən  başlanan  qoşalaşması  (ardıcıllığı)  daha  artıq  məqbul 
288 


görünür. M
əsələn, müq. et: (ağaca) çıxartmaq-(ağacdan) salmaq və 
(cib
ə) salmaq-(cibdən) çıxartmaq. 
H
ər iki halda eyni feil müxtəlif yerlərdə  ayrı-ayrı 
ekstralinqvistik v
əziyyətləri ifadə  edir. Həmin ifadə  fərqlərini 
aşağıdakı sxemdən görmək olar. 

II 
III 
IV 

doğmaq 
 
çıxmaq 
minm
ək 
 
batmaq 
 
düşmək 
üşmək 
 
batmaq 
çıxmaq 
çıxmaq 
 
çıxmaq 
düşmək 
batmaq 
düşmək 
düşmək 
 
Göst
ərilən nümunələrdən  yalnız  III  sütundakı  feillər məkanı 
münasib
ətləri  tutuşdurmaq  üçün  ideal  imkan  verir.  Hər iki halda 
çıxmaq yuxarıya, düşmək aşağıya yönəlmiş hərəkəti bildirir. Həmin 
h
ərəkətlər müxtəlif məkanı şəraitlərə aid olsalar da, hər iki vəziyyət 
arasında  ifadə  baxımından  izomorfizm  var.  I  və  II  sütunlardakı 
feill
ərin nisbəti də buna oxşayır, lakin bu oxşarlıq ötəridir. Müvafiq 
h
ərəkətlərin müxtəlif obyektlərə  aid  olmasından  əlavə,  çıxmaq  və 
doğmaq  feilləri  arasında  izomorfizm  yoxdur.  Onlar  ayrı-ayrı 
h
ərəkətləri ifadə  edir, ona görə  də  burada  bir  yox,  iki  feil  lazım 
g
əlmişdir.  IV  sütundakı  feil  cütünün  qapalı,  V  sütundakı  feil 
cütününs
ə açıq məkanla bağlı olan qarşılığı yoxdur. 
 
 
Mübadil
ə və oyun bildirən feillər 
 
Mübadil
ə və oyun bildirən feillər iki tərəf arasında baş verən 
h
ərəkətləri ifadə  edir:  bağışlamaq-qəbul etmək, vermək-almaq, 
satmaq-almaq, uduzmaq-udmaq (aparmaq). 
İndiyə qədər haqqında 
danışılan feillər içərisində də belələri az deyil (ərə getmək – arvad 
almaq, mindirm
ək – minmək və s.), lakin mübadilə və oyun bildirən 
feill
ər  başqa  feillərdən onunla fərqlənir ki, bunlar məxsusi 
subyektl
ərlə yanaşı, müştərək obyektlərə də malik olur. 
Mübadil
ə və oyun bildirən feillər ifadə etdikləri hərəkətlərin 
xarakterin
ə görə bir-birindən fərqlənir, özü də məhz eynixarakterli 
h
ərəkətləri ifadə  edən feillər bir-biri ilə  semantik  əlaqəyə  girir. 
289 


Mübadil
ə və oyun bildirən feillər aşağıdakı əsaslara görə semantik 
münasib
ətdə  olur. Birincisi, tərəflərin hərəkətini xarakterizə 
etdikl
ərinə  görə.  İkincisi,  ifadə  olunan hərəkətlərin müəyyənliyinə 
gör
ə.  Birinci  meyar  qarşılıqlı-şərikli fəaliyyətdə  prioritet (ilkinlik) 
şərti ilə bağlıdır. Həmin meyara əsasən müvafiq feillər birinci yaxud 
ikinci t
ərəfə aid olan hərəkəti bildirir. Lakin göstərilən hərəkətlər və 
feill
ərin  əsas xüsusiyyəti məhz ondan ibarətdir ki, onlar özü-
özlüyünd
ə deyil, müqabil tərəfə nisbətdə müəyyən əhəmiyyət kəsb 
edir.  Burasını  da  qeyd  etmək  lazımdır  ki,  tərəflərdən  hansınasa 
m
ənsub olma həmin feillərin semantik əlaqələrini səciyyələndirmək 
üçün kifay
ət deyil. Mübadilə  və  oyun feillərinin semantik 
münasib
ətləri aşağıdakı əsaslara söykənir.  
1.  “Bağışlama”  və  “qəbuletmə”  əlamətlərinin  qarşılığına. 
H
əmin semantik əlaqə  bağışlamaq  və  qəbul etmək  (eləmək
feill
ərinə xasdır.  
2. T
ərəflərdən birindən o birinə  tək obyektin ötürülməsi ilə 
bağlı  olan  hərəkətlərin  qarşılığına  (vermək-almaq/götürmək). 
M
əsələn: Laçın balasın verməz, Bəlkə, zornan alalarAl dinsizdən, 
Ver dinsiz
ə. Almağa necəsən? Bir alıcı quş kimi! Verməyə necəsən? 
Başına söz qəhətdi?! (Məsəl). Verdim, al! (Ü.Hacıbəyov). 
3.  Əvəzli mübadilə  (dəyişmə) ilə  bağlı  olan  hərəkətlərin 
qarşılığına  (satmaq-almaq). Məsələn: Alan alıb  varlanıb,  Satan 
satıb  aldanıb.  Dünyada  hər  şey  satılıb-alınar,  namusdan  başqa! 
(M
əsəl).  
4. M
ərcə yaxud oyunun şərtinə görə mübadilə ilə bağlı olan 
h
ərəkətlərin qarşılığına (uduzmaq-udmaq/aparmaq). Məsələn: Alan 
apardı,  Satan  uduzdu  (Məsəl). Kim udub,  kim  uduzacaqdır? 
(Ruhulla Axundov). El
ə bəyzadələrimiz var ki, bir oturuma [...] 100 
manat 
udub-uduzar 
(N.V
əzirov).  Udmusan, uduzmusan
(Ü.Hacıbəyov). 
H
əmin feillər subyekt və obyekt mənsubiyyətinə, sözdüzəltmə 
əlaqəsinə görə də semantik münasibətdə ola bilir. Birinciyə satmaq 
v
ə satılmaq, ikinciyə isə udmaq və uduzmaq feillərinin münasibəti 
misal ola bil
ər. 
Qazanc,  itki,  axtarış  və  tapıntı  ilə  bağlı  olan  feillər.  Bunlar 
bir-biri il
ə  bağlı  olan  hərəkətləri bildirir: qazanmaq,  qazanılmaq, 
290 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə