Аzərbаycаn Dillər Univеrsitеti
bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdir
1.
İngilis dilinin qrammatikası
kafedrası
kafedra müdiri
2.
German dillərinin tərcümə
nəzəriyyəsi və praktikası
kafedrası
kafedra müdiri
3.
Beynəlxalq münasibətlər və
idarəetmə fakültəsi nəzdində
Xarici dillər kafedrası
kafedra müdiri
dosent-1 yer
4.
Psixologiya kafedrası
kafedra müdiri
5.
Ümumi dilçilik kafedrası
professor -0,5 yer
6.
Azərbaycan ədəbiyyatı
kafedrası
dosent -1 yer
Müsаbiqədə iştirаk еtmək üçün sənədlər “Аli
təhsil müəssisələrində prоfеssоr-müəllim vəzifələrinin
tutulmаsı qаydаlаrı hаqqındа” əsаsnаməyə və “Ka-
fedra müdiri, dekan və dekan müavini vəzifələrinin
tutulması qaydaları”na əsasən bu еlаn qəzеtdə dərc
оlunduğu gündən 30 gün kеçənədək qəbul еdilir.
Sənədləri rеktоrun аdınа yаzılmış ərizə ilə birlikdə
аşаğıdаkı ünvаnа göndərmək lаzımdır:
Bаkı, AZ1014, R.Bеhbudоv küçəsi 134.
Tеl: 441-22-78 (daxili-230) 441-22-79
(daxili - 230)
Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi
ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə
təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik
Azərbaycan Respublikası vətəndaşları, həmçinin mü-
vafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici
ölkə vətəndaşları da iştirak edə bilərlər.
Görkəmli ədəbiyyatşünas alim, filologiya üzrə emlər
doktoru, professor, akademik, Azərbaycan Respublikasının
Dövlət Mükafatı laureatı Teymur Kərimli ilk növbədə klassik
ədəbiyyatımızın istedadlı, məhsuldar tədqiqatçısı kimi
tanınır. Onun klassik poetik mətnlərin mahir araşdırıcısı
kimi yetişməsində bir neçə amil rol oynamışdır.
Əvvəla, Teymur müəllim özü də
şairdir, yaradıcılığa şair kimi baş-
lamışdır və buna görə də hər kəsdə
olmayan şeiri duymaq qabiliyyətinə
malikdir. İkincisi, uzun illər ərzində
“Elm” nəşriyyatının baş redaktoru
işlədiyi dövrdə və sonralar T.Kərimli
altı cildlik “Azərbaycan ədəbiyyatı
tarixi”nin bəzi cildlərinin məsul
redaktoru, Füzuli əsərləri altıcildliyi-
nin, “Molla Nəsrəddin” və “Füyuzat”
jurnallarının kitab şəklində nəşrlərinin
və.s əsərlərin redaktoru olmuş,
həmişə klassik mətnlərlə ünsiyyət
saxlamışdır. T.Kərimlinin elmi
maraq dairəsinin çox geniş olduğu-
nu xüsusilə qeyd etmək istərdik. O,
Nizami, Nəsimi, Füzuli, Şəhriyar və
bir çox başqa klassiklərimizin, eləcə
də çağdaş sənətkarlarımızın yaradı-
cılığına dair dəyərli tədqiqat işlərinin
müəllifidir.
Teymur Həşim oğlu Kərimli
1953-cü il oktyabrın 2-də Naxçıvan
Muxtar Respublikası Ordubad rayo-
nunun ucqar dağ kəndlərindən və Ki-
çik Qafqazın ən uca zirvələrindən biri
olan Qazangöldağın ətəyində, Nurgüd
kəndində anadan olub. 1960-1964-cü
illərdə Nurgüd ibtidai məktəbində
oxuyan T.Kərimli təhsilini Sumqayıt
şəhər 12 saylı orta məktəbində və
Bakı riyaziyyat təmayüllü internat
məktəbində davam etdirmiş, 1970-
ci ildə orta məktəbi qızıl medalla
bitirmişdir. 1975-ci ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU)
filologiya fakültəsini bitirdikdən
sonra təyinat üzrə Kəlbəcər qəsəbə
2 saylı orta məktəbində Azərbaycan
dili və ədəbiyyatı, rus dili müəllimi
kimi pedaqoji fəaliyyətlə məşğul
olmuşdur. Sonra AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun aspirantu-
rasında təhsil almış, 1983-cü ildə
“Nizamidə tarixin romantik qavra-
yışı (“Yeddi gözəl” poeması üzrə)”
mövzusunda namizədlik disserta-
siyasını müdafiə etmişdir. Onun
2003-cü ildə müdafiə etdiyi “Nizami
yaradıcılığında tarixi şəxsiyyət və
tarixi hadisə ideya-estetik qayənin
konteksti və yardımçısı kimi”
mövzusundakı doktorluq disser-
tasiyası elmi ictimaiyyətin böyük
marağına səbəb olmuşdur. Hazırda
o, orta əsrlər ədəbiyyat tariximizin
görkəmli mütəxəssislərindən biridir.
Akademik İsa Həbibbəyli haqlı olaraq
yazır: “Teymur Kərimlinin Nizami
Gəncəviyə aid tədqiqatlarında bu
böyük sənət dühasının əsərləri onun
özünəqədərki tarixlə və öz dövrünün
tarixi hadisələri və şəxsiyyətləri ilə
birlikdə öyrənilmişdir. T.Kərimli
qüdrətli sənətkar olan Nizami
Gəncəviyə də dahi şair olmaqdan baş-
qa həm də böyük tarixi şəxsiyyət kimi
yüksək qiymət vermişdir. Teymur
Kərimliyə görə, Nizami Gəncəvinin
ölməz “Xəmsə”si yazıldığı dövrə
qədərki möhtəşəm hadisələrin və
şəxsiyyətlərin böyük ədəbiyyat
vasitəsilə yazılmış tarixi, yaran-
dığı dövrün isə mükəmməl ədəbi
salnaməsidir... O, tarixçi biliklərinə
malik olan geniş dünyagörüşlü
ədəbiyyatşünas alim səviyyəsində
diqqəti cəlb edir”. Alim 2007-ci ildə
AMEA-nın müxbir üzvü, 2015-ci
ildə həqiqi üzvü seçilib. 2010-cu ildə
“Heydər Əliyev və klassik ədəbiyyat”
araşdırmasına görə Azərbaycan
Respublikasının Dövlət Mükafatı
laureatı olub. Otuz ildən artıq AMEA
Ədəbiyyat İnstitutunda çalışan alim
institutun “Orta əsrlər Azərbaycan
ədəbiyyatı” şöbəsinin müdiri, direktor
müavini vəzifələrində çalışıb. O,
2015-ci ildən Məhəmməd Füzuli adı-
na Əlyazmalar İnstitutunun direktoru,
AMEA Humanitar Elmlər Bölməsinin
akademik katibidir.
Nizami yaradıcılığı, Nizami
və tarix problemi T.Kərimlinin
ədəbiyyatşünaslıq araşdırmala-
rında mərkəzi yer tutur. Onun bu
istiqamətdəki araşdırmaları 2002-ci
ildə “Elm” nəşriyyatında çap etdirdiyi
“Nizami və tarix” monoqrafiyasında
əksini tapmışdır. (Kitabın redakto-
ru AMEA-nın müxbir üzvü Yaşar
Qarayev olmuşdur). Monoqrafiyada
Nizaminin yaradıcılığında tarixə
münasibətə dair araşdırmalardan
kənarda qalmış geniş spektrdə
problemlər nəzərdən keçirilir.
“Xəmsə”nin yazıldığı tarixi şərait,
Nizami yaradıcılığında antropomorf
cizgilər kəsb edən Tanrı obrazı,
Məhəmməd peyğəmbərin obrazı,
tarixi şəxsiyyət və dini ideal, Ni-
zaminin məmduhları, “Xəmsə”də
tarixi şəxsiyyət və mühit, hökmdar
surətlərinin tarixi təkamülü, “Xəmsə”
poetikasının tarixi rolu kimi məsələlər
təhlil edilir. Professor Vaqif Arzu-
manlı bu tədqiqat işi barədə yazır:
“Nizami və tarix problemlərinin araş-
dırılmasında indiyə qədər nəzərdən
qaçmış bəzi problemlər–məsələn,
Nizaminin hətta tarixi olmayan möv-
zuda da tarixilik məsələlərini qoyub
həll etməsi, bütün yaradıcılığının ana
xəttini tarixiliyin təşkil etməsi, fərdin
özünü də bəşər tarixi kontekstində
götürməsi, şairin əsərlərində real
tarixlə mifik-mistik-romantik tarixin
çulğaşaraq ümumi ana məqsədə
xidmət etməsi, Nizami poetik
sənətinin tarixiliyi və Nizaminin tarixi
poetikası problemləri və.s. və.i.a.
açıqlaması, vacib mətləblər monoq-
rafiyada öz əksini tapmışdır”. Tarixi
faktlarla Nizami əsərlərində cərəyan
edən hadisələri ətraflı müqayisə
edən T.Kərimli dahi şairin tarixə
özünəməxsus münasibəti barədə
yazır: “Nizaminin tarixə müraciət
özəlliklərindən biri də tarixi şəxsiyyət
və tarixi hadisəni öz ideya-estetik
qayəsinə tabe etdirmək bacarığında-
dır. Belə demək mümkünsə, Nizami
tarixin, tarixi qaynaqların yedəyində
getmir, tarix, tarixi qaynaqlar Nizami
sənətinin yedəyində gedir”.
Teymur Kərimli Nizaminin tarixə,
tarixi şəxsiyyətlərə münasibətini
araşdırarkən böyük Azərbaycan
şairinin dühasını, humanizmini
özünəməxsus rakursdan nəzərdən
keçirir. Nizamini dünya tarixini
lazımsız təfərrüfatlardan təmizləyərək
humanist ideyalarına uyğun şəkildə
oxucusuna çatdıran, onu özünün bədii
şəkildə yazdığı tarixdən dərs deyən
müdrik bir ustad kimi təqdim edir.
Alim yazır: “Xəmsə”də tarixi hadisə
və tarixi şəxsiyyətdən istifadə edərkən
Nizaminin məqsədi heç də tarixi ol-
duğu kimi nəzmə çəkib oxucuya çat-
dırmaq olmamışdır. Buna görə də yeri
gəldikcə öz poemalarında təsvir etdiyi
tarixi hadisə və tarixi şəxsiyyətlər
Nizami tərəfindən müxtəlif məna
çalarları alır və çox vaxt da ideallaş-
dırmağa məruz qalırlar. Bu məqsədlə
Nizami bir sıra əməliyyatlar aparır,
tarixi hadisə və şəxsiyyətləri müxtəlif
təfərrüfatlardan, qarışıqlardan,
aşqarlardan təmizləyir və saf “külçə”
halına salaraq öz oxucusuna təqdim
edir. Doğrudur, bu zaman bədii
epizoda çevrilmiş tarixi hadisə və ya
bədii obraza çevrilmiş tarixi şəxsiyyət
müəyyən qədər sxematikliyə məruz
qalır, onun reallığı və canlılığı azalır,
ancaq bütün bunlar tarixi reallıq
baxımından baş verdiyinə görə, əsərin
bədiiliyinə xələl gətirmir”.
Teymur Kərimli Nizaminin
Azərbaycan türkü olduğunu hər
vəchlə inkar etməyə çalışan, onu
fars və ya ləzgi kimi təqdim etmək
istəyən “araşdırıcıların” qeyri-elmi
fikirlərinə tutarlı dəlillərlə cavab
verən alimlərimizdəndir. Əsərlərində
o, dahi şairin irsində tarixi hadisələrin
bədii əksinin milli məqsədlərə
xidmət etdiyini sübut etmiş, Nizami-
nin türklərə və türklüyə rəğbətinin
onun etnik mənsubiyyəti ilə bağlı
olduğunu göstərmişdir. “Nizami və
tarix” monoqrafiyasında tədqiqatçı
belə bir qənaətə gəlir ki, Nizamidən
sonra cismani və mənəvi cəhətdən
gözəl insanı “türk” adlandıran bir
sıra farsdilli şairlər məhz Nizamidən
nümunə götürmüşlər. T.Kərimli
Nizaminin mədh etdiyi ilk hökmda-
rın (“Məxzənül-əsrar” poemasında)
Ərzincan hakimi Fəxrəddin Məlik
Bəhram şah ibn Davudun türk oldu-
ğunu da təsadüf hesab etmir. Şairin
türk olan Səlcuqlulara münasibəti
də alimin nəzərindən qaçmamış-
dır. “Məxzənül-əsrar” poemasında
sonuncu qüdrətli Səlcuqlu hökmdarı
Sultan Səncərə yaxınlaşan bir qarı
çəkinmədən, cəsarətlə ona qar-
şı edilmiş ədalətsizlikdən şikayət
edir, səlcuqluların-türklərin hakim
olduğu bir məmləkətdə belə halla-
rın yolverilməz olduğunu deyir. Bu
epizodun özü Nizaminin türklərə və
türklüyə münasibəti barədə çox söz
deyir.
Nizaminin milliyətcə ləzgi
olduğunu sübut etməyə çalışan
erməni əsilli Arben Kardaşa cavab
olaraq T.Kərimlinin akademik Bəkir
Nəbiyevlə birlikdə yazdığı, 2011-
ci il 9 sentyabr tarixli “Ədəbiyyat
qəzeti”ndə çap edilmiş “Türkofobi-
yanın növbəti residivi” adlı məqalədə
oxuyuruq: “Təəssüf ki, hələ də infor-
masiya kasadlığından əziyyət çəkən
bəzi dairələrdə məlumatsızlıqdan ya
da qəsdən Nizamini İran şairi kimi
qələmə vermək cəhdləri, böyük şairin
türk kökünü təhrif edərək başqa etnik
qruplara bağlamaq həvəsi də özünü
göstərir. Nizaminin bütün yaradıcılı-
ğında türklərə və türklüyə məhəbbət
qırmızı xətt kimi keçir. Əsərlərində
bir çox türk sözlərindən istifadə
etmişdir. Onun əsərlərindən öz doğma
xalqına – türk etnosuna məhəbbəti
açıq-aşkar duyulmaqdadır. Nizaminin
türklərə məhəbbəti bir də onda özünü
biruzə verir ki, şair yaratdığı müsbət
monumental obrazların əksəriyyətini
ya türk kimi təsvir edir, ya da onların
müsbət insani sifətlərini türklərlə
müqayisə edir”.
Akademik Teymur Kərimli həm
də görkəmli füzulişünasdır. Onun
tədqiqatlarında Füzuli irsinin bir sıra
araşdırılmamış problemləri, diqqətdən
kənarda qalmış məsələləri nəzərdən
keçirilir. Alim Füzuli yaradıcılığına
dair araşdırmalarından ibarət kitabını,
təsadüfi deyil ki, “Görünməyən
Füzuli” adlandırmışdır. Azərbaycanda
füzulişünaslığının kifayət qədər
zəngin tarixi vardır. Bununla bərabər,
böyük şairimizin həyat və yaradıcı-
lığının tədqiqi, ədəbi irsinin təbliği
sahəsində görüləcək işlər də çoxdur.
T.Kərimli haqlı olaraq belə hesab edir
ki, Füzulinin böyük sənət möcüzəsini
açmaq, onun bədii obrazlarını,
kəşflərini, yaradıcılığının görünməyən
tərəflərini müasir oxuculara çatdırmaq
ədəbiyyatşünaslığımız qarşısında
duran ən vacib məsələlərdəndir.
Müsahibələrdən birində alim göstərir
ki, yaradıcılığının tədqiqi zamanı
Füzuli çox vaxt Şərq kontekstindən
ayrılmış, Avropa və rus-sovet
ədəbiyyatşünaslığının tələbləri
baxımından araşdırılmışdır. Təbii ki,
belə araşdırmalar mütləq təhriflərə
aparıb çıxarmalıdır. Çünki Füzu-
lini ümumşərq mədəniyyətindən,
ədəbiyyatından, Şərq poetikasından
ayrı tədqiq etmək qeyri-mümkündür.
T.Kərimli haqlı olaraq belə hesab edir
ki, bu gün Füzulini öyrənmək həm də
ona görə zəruridir ki, mənəvi-əxlaqi
dəyərlərimizin qloballaşma ilə qarşı-
qarşıya durduğu indiki vəziyyətdə
ən böyük və etibarlı istinad
nöqtələrimizdən biri də Füzuli irsidir.
T.Kərimli Füzuli yaradıcılığı-
nı araşdırarkən böyük şairimizin
yaratdığı poetik fiqurları aşkar etmiş
və onlar barədə məqalə yazmışdır.
Fikrimizcə, alim Füzuli şeirinin
bədiiliyini, təsir gücünü artıran çox
vacib bir məsələni tədqiq etmiş-
dir. T.Kərimliyə görə böyük şairin
istedadının, sənət möcüzəsinin ən
diqqətəlayiq cəhətlərindən biri onun
şeirlərindəki gözlənilməzlik effek-
tidir. Tədqiqatçının özü bu barədə
yazır: “Şeirə cila verərkən Füzulinin
işlətdiyi poetik təsir vasitələrindən
biri gözlənilməzlik effektidir. Bunun
təsir mexanizmi ondan ibarətdir ki,
klassik poeziyaya bələd olan oxucu
beytin birinci misrasından sonra
hansı fikrin, obrazın gələcəyini
təxmin edərək gözləyir. Lakin
tamamilə başqa, daha gözlənilməz,
təsirli fikir, yaxud obraza rast
gəldikdə əvvəlcə çaşır, sonra isə
estetik ləzzət və razılıq hiss keçirir.
Ancaq bu gözlənilməzliyi, Füzuli,
necə dəyərlər, oxucunun önünə qızıl
nəlbəkidə qoymur. Bəzən oxucu
həmin mənaya varmaq üçün xeyli
düşünməli, baş sındırmalı olur”.
Xüsusi olaraq qeyd etmək istərdik
ki, tədqiqatçı araşdırmalarında
Füzulinin yaradıcılıq laboratoriyası,
bədii kəşfləri ilə yanaşı böyük şairin
oxucusunun fikrinin inkişaf xəttini
də araşdırmaya cəlb etmiş, maraqlı
elmi nəticəyə gəlmişdir.
Nizami yaradıcılığında tarixili-
yi tədqiq edən T.Kərimli Füzulinin
yaradıcılığında da tarixilik mövzu-
sunu araşdırmış, “Fərdin tarixiliyi
və Füzuli “Leyli və Məcnun”unda
tarixilik” adlı məqalə yazmışdır. Alim
ayrıca məqalədə Füzulinin “Leyli
və Məcnun” poemasını ondan əvvəl
yazılmış “Leyli və Məcnun”larla
müqayisə etmiş, Füzuli əsərinin oriji-
nallığını araşdırmışdır.
Teymur müəllim həyatını klassik
ədəbiyyatın tədqiqinə həsr etmək
qərarına gəlmiş gənclərin tədqiqatçı
kimi yetişməsinə xüsusi fikir verir,
onlara qayğı ilə yanaşır.
Klassik Azərbaycan ədəbiyyatının
yorulmaz araşdırıcısı akademik
Teymur Kərimliyə 65 yaşının tamam
olduğu bu günlərdə uzun ömür, can
sağlığı, yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Paşa ƏLIOĞLU,
filologiya üzrə elmlər doktoru
Klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı,
nizamişünas, füzulişünas alimimiz
Erməni jurnalistdən sensasion araşdırma:
“Azərbaycanlıları diri-diri yandırdılar”
Ermənistanın "Epress” saytı 27 il qabaq Ermənistanın
Quqark rayonunda azərbaycanlıların kütləvi qətl edilməsi barədə
material dərc edib.
Jurnalist Mane Papyanın 1988-ci ildə
rayonda baş vermiş hadisələrə yenidən
qayıtması bir sıra erməni KİV-ini şoka salıb.
Ermənilər adətən bu hadisələr barədə sus-
mağa çalışırlar. Halbuki Ermənistan Dövlət
Təhlükəsizlik Komitəsinin sədri, general
Usik Arutunyan bildirib ki, 1988-1989-cu
illərdə Ermənistanda 25 azərbaycanlının
milli münaqişə zəminində ermənilər
tərəfindən öldürüldüyü təsdiq edilib və
onlardan 11-i birbaşa Quqark rayonunda
həlak olub.
Mane Papyan faciəli hadisələrin baş
verdiyi kəndlərə gedib və hadisə şahidləri
ilə söhbət edib. Şahidlər azərbaycanlılara
qarşı edilən haqsızlıqları xatırlayıblar.
Məsələn, həmin vaxtlar Kirovakanda (Va-
nadzor) prokuror işləmiş Qriqori Şahverdi-
yanın arxivində olan sənədlərə görə, 1988-ci
ilin mart ayından noyabr ayına kimi Quqark
rayonunda 624 azərbaycanlı əsassız olaraq
işdən çıxarılıb.
"Qarabağ” komitəsinin keçmiş üzvü Ar-
tur Sakuns da etiraf edib ki, azərbaycanlıları
gecələr kəndlərindən zorla köçürən zaman
yolda erməni dəstələrinin hücumuna məruz
qalırmışlar. Şahverdiyanın sənədlərində
isə azərbaycanlıların yalnız öz evlərində
deyil, iş yerlərində də həmkarları tərəfindən
döyülməsi üzrə 42 hal qeydə alınıb. Ba-
zarda azərbaycanlıları döyərək mallarını
əllərindən alıblar.
Qriqori Şahverdiyanın sözlərinə görə,
həmin günlərdə Kirovakan şəhərində
7 azərbaycanlının qətlini qeydə alıblar.
Telman Hüseynovun öldürülməsi daha
qəddarlıqla olub. "Onu İrina adlı sevgilisinin
evində balta ilə vurmuşdular. Qətl açılmışdı
və iki yeniyetmə – Usik Marutyan və Tiqran
Evinyan həbs edilmişdi”, – deyə prokuror
xatırlayır.
Evlərinə hücum edilən azərbaycanlıları
xilas etməyə tələsdiyini söyləyən Şahverdi-
yan həmin günlərdə əli silahlı ermənilərdən
qorxmadığını indi təəccüblə xatırlayır:
"Hamının əlində silah vardı, millətlərarası
zorakılıq artmışdı. Ən dəhşətli hadisə
Şaumyan kəndində baş verdi. Mənə dedilər
ki, kəndin sakinləri hansısa azərbaycanlını
(Qasım K.) qayadan atmaq istəyirlər. Biz
hadisə yerinə çataraq bu adamı müdafiə
etməyə çalışdıq. Milis, milli təhlükəsizlik
orqanlarının əməkdaşları da orada idi.
Adamlar bizə hücum etdilər. Mənə deyirlər
ki, mən orada huşumu itirmişəm və məni
oradan çıxarıblar”.
Şaumyan kəndində həmin günlərdə
məktəb direktorunun müavini işləmiş
Rima Sarqsyan məktəbin bir azərbaycanlı
şagirdinin ermənilər tərəfindən qaya-
dan atıldığını söyləyir. Həmin günlərdə
Kirovakandan əli silahlı gənclər kəndə
doluşaraq azərbaycanlılara atəş açırmışlar.
Azərbaycanlılar isə kəndi tərk edərək dağla-
ra qalxıbmışlar. Kəndin Samvel adlı sakini
həmin azərbaycanlı oğlanı tutaraq qayadan
atıb. Samvel sonradan Qarabağa gedərək
orada da dinc azərbaycanlıları qətlə yetirib.
"Epress”in əməkdaşı ilə söhbət
edən Samvel kəndi tərk edib qaçmış
azərbaycanlıları dağlarda qırdıqlarını etiraf
edib. Moskvadan gəlmiş istintaq qrupu
Samveli həbs edib. Sonra isə azad edib.
Şaumyan sakini Stepan Ayvazyan isə
kənddə qalmış azərbaycanlıların Kirovakan-
dan gəlmiş ermənilər tərəfindən öldürülüb
yandırıldığını deyir: "Vanadzordan gələn
qruplar Edik Martirosyanın rəhbərliyi altın-
da Şaumyana gəlirdilər. Meyitləri yandırır-
dılar ki, onları tanıyan olmasın”.
Direktor müavini Rima Sarqsyan
xatırlayır ki, azərbaycanlılardan biri qaçıb
məktəbə giribmiş, ermənilər onu tutaraq
yandırıblar.
Kürdəmirdə Azərbaycan
Prokurorluğunun
yaranmasının 100 illik
yubileyi münasibətilə
tədbir keçirilib
Oktyabrın 1-də rayonun Heydər Əliyev
Mərkəzində Azərbaycan Prokurorluğunun
yaranmasının 100 illik yubileyi münasibətilə tədbir
keçirilib.
Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı Cey-
hun Cəfərov, rayonun hüquq-
mühafizə, idarə, müəssisə,
təşkilat rəhbərləri, ictimaiyyət
nümayəndələri, prokurorluq
işçiləri Heydər Əliyev parkı-
na gələrək ümummilli liderin
abidəsi önünə gül dəstələri
düzüb dahi rəhbərin xatirəsini
dərin ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları
Heydər Əliyev Mərkəzində ulu
öndərə həsr olunan guşələrə,
foto-stendlərə maraqla tamaşa
ediblər.
Tədbirdə Kürdəmir Rayon
İcra Hakimiyyətinin başçısı
Ceyhun Cəfərov prokurorluq
orqanları əməkdaşlarını peşə
bayramı günü münasibətilə
təbrik etdi, onlara işlərində və
xidməti fəaliyyətlərində uğurlar
arzuladı. Ceyhun Cəfərov
çıxışında bildirdi ki, respub-
likamızın hüquq-mühafizə
orqanları sistemində xüsusi yeri
və mövqeyi olan prokurorluq
orqanlarının yaranması 100
il əvvələ – Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması
dövrünə təsadüf edir. Şərqdə ilk
demokratik, hüquqi və dünyəvi
respublika olmuş Azərbaycan
Xalq Cümhuriyyəti Nazirlər
Şurasının 1 oktyabr 1918-ci
il tarixli qərarı ilə Bakı dairə
məhkəməsinin tərkibində
prokurorluq orqanı təsis olun-
muşdur. Bu dövrdən başlaya-
raq Azərbaycan prokurorluğu
qanunçuluq və hüquq qayda-
sının möhkəmləndirilməsi,
cinayətkarlığa qarşı mübarizə,
insan və vətəndaş hüquqlarının
və azadlıqlarının qorunması
sahəsində çətin, lakin şərəfli yol
keçmişdir.
Müstəqil Azərbaycan
dövlətinin qurucusu, ümummilli
lider Heydər Əliyev 1993-
cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıtdıqdan
sonra respublikada qanunun
aliliyinin təmin olunmasını,
vətəndaş hüquq və azadlıq-
larının yüksək səviyyədə
qorunmasını özünün başlıca
fəaliyyət prinsiplərindən biri
elan etmiş, bu ali məqsədlərin
gerçəkləşdirilməsinə yönəlmiş
çoxşaxəli tədbirlərin həyata
keçirilməsini diqqətdə saxlamış-
dır.Azərbaycanda hakimiyyətə
qayıtdığı vaxtdan ulu öndər
Heydər Əliyevin əsas məqsədi
tam hüquqi dövlət qurmaq,
müasir tələblərə uyğun demok-
ratik qanunlar qəbul etmək və
dövləti məhz qanunlarla idarə
etmək idi. Ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanaraq 1995-ci il noyabrın
12-də ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil
Azərbaycan Respublikasının
Konstitusiyasında respublikamı-
zın dövlət quruluşu sistemində
prokurorluğun layiqli yeri
müəyyənləşdirilmiş, səlahiyyət
dairəsi və vəzifələri təsbit edil-
mişdir.Hamımıza məlum olduğu
kimi, ulu öndərin 1998-ci il
17 iyul tarixli sərəncamı ilə
1 oktyabr – Prokurorluq orqan-
ları işçilərinin peşə bayramı
günü kimi təsis edilmiş və
həmin ildən başlayaraq proku-
rorluq işçilərinin peşə bayramı
hər il qeyd olunur.
Daha sonra tədbirdə
iştirak edən qonaqlar çıxış
edərək, prokurorluq orqanları
əməkdaşlarını peşə bayramı
günü münasibətilə təbrik etdilər.
Tədbirin sonunda xidmətdə
fərqlənmiş bir qrup proku-
rorluq əməkdaşları rayon icra
hakimiyyəti başçısı tərəfindən
Fəxri fərmanla təltif edildilər.
Ilqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
Mundialda ilk qələbəmiz
Yaponiyada keçirilən qadın komanda-
ları arasında voleybol üzrə dünya çempi-
onatının ilkin mərhələsində Azərbaycan
millisi ilk qələbəsini qazanmışdır. Faiq
Qarayevin yetirmələri Kobe şəhərində
Koreya Respublikasının komandasını 3:1
hesabı ilə məğlubiyyətə uğratmışlar. Həmin
gün “C” qrupunun digər iki oyununda ABŞ
voleybolçuları Trinidad və Tobaqo yığma-
sına qalib gəlmişlər – 3:0, Rusiya millisi
isə Tailand kollektivi üzərində çətin qələbə
qazanmışdır – 3:2.
İki turdan sonra qrupun lideri ABŞ
komandası 6 xal toplamışdır. Rusiyanın 5,
Azərbaycanla Tailandın 3, koreyalıların 1 xalı
var, Trinidad və Tobaqo isə hələ xal qazanma-
yıb.
Üçüncü turun görüşləri bu gün
keçiriləcəkdir. Azərbaycan voleybolçuları
Rusiya komandasına qarşı oynayacaqlar.
Çexiya və Latviya da
Azərbaycanla bacarmadı
Gürcüstanın Batumi şəhərində keçirilən
43-cü Ümumdünya Şahmat Olimpiadasında
bir günlük istirahətdən sonra Azərbaycan
komandaları 6-cı turda növbəti qələbələrini
qazanmışlar.
Kişi komandalarının turnirində
qrossmeysterlərimiz çexiyalı rəqiblərini
məğlubiyyətə uğratmışlar – 3:1. Bu matçda
Şəhriyar Məmmədyarov və Arkadi Naydiç mü-
vafiq surətdə birinci və üçüncü taxtalarda Da-
vid Navara və Zbinev Xraçekə qalib gəlmişlər,
Teymur Rəcəbov və Rauf Məmmədov isə
ikinci və dördüncü masalarda Viktor Lazniçka
və İrji Stoçeklə heç-heçəyə razılaşmışlar.
Hesabat turunadək yüzfaizli nəticə
göstərən digər iki komanda – Polşa və Ukray-
na yığmalarının matçında polyakların xeyrinə
2,5:1,5 hesabı qeydə alınmışdır.
Qadın komandalarının turnirində isə
həmvətənlərimiz Latviya üzərində 2,5:1,5
hesabı ilə qələbə qazanmışlar. Matçın taleyini
dördüncü taxtada Ülviyyə Fətəliyevanın
Elizabet Limanovska üzərində qələbəsi həll et-
mişdir. Digər üç taxtada Günay Məmmədzadə,
Xanım Balacayeva və Gülnar Məmmədova
heç-heçə oynamışlar.
Millimiz Olimpiadada beşinci qələbədən
sonra xal ehtiyatını 10-a çatdırmış və lider
ABŞ komandasından cəmi bir xal geri qalır.
Dünən keçirilən 7-ci turda Azərbaycanın
kişilərdən ibarət komandası Polşa yığması ilə
görüşmüş, qadın şahmatçılarımız isə italiyalı
rəqiblərinə qarşı oynamışlar. Hər iki matç
heç-heçə başa çatmışdır – 2:2.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
I D M A N
7
2 oktyabr 2018-ci il, çərşənbə axşamı
Akademik Teymur Kərimli – 65