Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   2   3   4   5   6   7   8   9   ...   26

 

 



 

üçün işlənib hazırlanan tədbirlər planı sintеtik və analitik təhlil matеriallarına uyğun 

olmalıdır; auditor yoxlama zamanı yoxlamanı  dövriyyə vəsaitləri ilə əlaqəsi оlmayan 

matеriallarla yükləməməlidir və s.  

Bütün  qeyd  etdiklərimiz  dövriyyə  vəsaitlərinin  səmərəliliyini  artırmaq  üçün 

maliyyə  nəzarəti  sisteminin  əhəmiyyətini  artırır.  Bazar  iqtisadiyyatı  dövründə 

müəssisənin  səmərəli  fəaliyyətinin  təşkilində  maliyyə  nəzarətinin  təkmilləşdirilməsi 

mühüm  rol  oynayır.  Maliyyə  nəzarətinin  təkmilləşdirilməsi    nəzarətin  ən  müasir 

mexanizmlərinin  tətbiqini,  bu  sahədə  qanunvericiliyin  təkmilləşdirilməsini,  yeni 

struktur  bölmələrinin  yaradılmasını,  nəzarət  sisteminin  əlaqələndirilməsini,  təsir 

gücünün artırılmasını və s. nəzərdə tutur. 

Prоblеmin öyrənilmə səviyyəsi. Dövriyyə aktivlərinin iqtisadi mahiyyəti, ona 

tələatın  müəyyən  olunması,  maliyyələşdirilmə  mənbələri,  səmərəliliyinin  artırılması 

və  bu  istiqamətdə  maliyyə  nəzarəti  ürzə  görülən  tədbirlər  yerli  və  xarici 

tədqiqatçıların, alimlərin fikirləri, tədqiqatları ilə əks olunur.  



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  məqsədi  –  müəssisələrdə 

dövriyyə  vəsaitlərindən  istifadənin  səmərəliliyinin  artırılması  üçün  maliyyə 

nəzarətinin təkmilləşdirilməsi ilə bağlı elmi baxımdan əsaslandırılmış təkliflər hazır 

etməkdir. 

Tədqiqatın vəzifələri dedikdə, tədqiqatın məqsədinə nail olmaq üçün qarşımıza 

çıxan vəzifələr başa düşülür:  

 

Müəssisələrdə dövriyyə vəsaitlərinin iqtisadi mahiyyəti, tərkibi və quruluşunun 



araşdırılması; 

 



Müəssisələrdə  dövriyyə  vəsaitlərinə  olan  tələbatın  müəyyən  edilməsi 

(normalaşdırılması) qaydasının öyrənilməsi; 

 

Dövriyyə vəsaitlərinin formalaşdırılması mənbələrinin təhlili; 



 

Maliyyə nəzarətinin təşkili zəruriliyi və əhəmiyyətini araşdırmaq; 



 

Maliyyə nəzarətinin üsul və formalarını tədqiq etmək; 



 

Müəssisənin  dövriyyə  vəsaitlərindən  istifadə  üzrə  maliyyə  nəzarətinin  təşkili 



qaydalarını araşdırmaq; 


 

 



 

 



Müəssisələrdə 

dövriyyə 

vəsaitlərindən 

istifadənin 

səmərəliliyinin 

artırılmasında maliyyə nəzarətinin rolunu təhlil etmək; 

 

Müəssisələrdə  dövriyyə  vəsaitlərindən  istifadənin  səmərəliliyinin  artırılması 



üçün maliyyə nəzarətinin təkmilləşdirilməsi istiqamətlərini 

araşdırmaq.

 

Tədqiqatın  prеdmеti.  Müəssisənin  dövriyyə  vəsaitlərinin  istifadəsinin 

səmərəliliyini  artırmaq  üçün  maliyyə  nəzarəti  sisteminin  təkmilləşdirilməsi 

istiqamətlərini araşdırmaq tədqiqatın predmetini təşkil edir.  

Tədqiqatin əsas elmi yeniliyi.  Dövriyyə vəsaitlərindən istifadənin təhlilində 

onların  dövrеtmə  surəti,    dövretmə  müddəti,  onlardan  səmərəli  istifadə  yolları, 

dövriyyə  vəsaitlərindən  istifadənin  səmərəliliyini  artırmaq  məqsədilə  maliyyə 

nəzarətinin təkmilləşdirməsi üzrə bir sıra istiqamətlər araşdırılmışdır. 



Tədqiqatın nəzəri və mеtоdоlоji əsası. Dissertasiya işinin nəzəri əsaslarını bir 

çox  yerli  və  xarici  maliyyə  və  iqtisadiyyat  üzrə  tədqiqatçıların  elmi  əsərləri, 

Azərbaycan  Respblikası  Qanunvericiliyi,  Prezident  fərmanları,  sərəncamlar  və  s. 

təşkil edir.  



İşin  həcmi  və  quruluşu.  Dissеrtasiya  işi  giriş,  3  fəsil,  nəticə  və  təkliflər  və 

istifadə  еdilmiş  ədəbiyyat  siyahısından  ibarət  olmaqla,  86  səhifə  həcmində  yerinə 

yetirilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

FƏSİL I. MÜƏSSİSƏLƏRDƏ DÖVRİYYƏ VƏSAİTLƏRİNİN 

MAHİYYƏTİ VƏ ƏHƏMİYYƏTİ. 

1.1.

 

Müəssisələrdə dövriyyə vəsaitlərinin iqtisadi mahiyyəti, tərkibi 

quruluşu 

 

 

Müəssisənin  istənilən  istehsal  prosesi  əsas  və  dövriyyə  kapitalını  təmsil  edən 



istehsal vasitələri ilə işçi qüvvələrinin birləşməsinin nəticələridir.

 

 



Dövriyyə  vəsaitləri  istehsalın  mühüm  ünsürüdür.Onlar  yenidən  nağd  pula 

çevrilə bilən və bir il ərzində istifadə olunan vəsaitlərdir. O,istehsalı zəruri maliyyə 

resursları ilə təmin edir, müəssisənin fəaliyyətinin fasiləsizliyinə şərait yaradır. 

 

Müəssisənin  ahəngdar,  davamlı  və  məhsuldar  fəaliyyəti  onun    dövriyyə 



vəsaitlərinin  sabitliyindən  asılıdır.  Vəsaitlərin  çatışmazlığı  müəssisənin  də 

fəaliyyətinin  məhdudlaşdırılmasına,  icrası  nəzərdə  tutulan,  lakin  icra  olunmamış 

proqramların sayının artmasına gətirib çıxara bilər.   

 

Əvvəllər dövriyyə vəsaitlərinin tərkibinə yalnız əmək əşyaları və digər material 



dövriyyə aktivləri daxil edilirdi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq onların 

tərkibi  də  genişləndi  və    qısamüddətli  qiymətli  kağızlar,  qısamüddətli  borclar  kimi 

yeni növlər də onun tərkibinə daxil olundu. Bu dövriyyə vəsaitləri istehsalla birbaşa 

bağlı  olmayıb  P-P

sxeminə  əsasən  dövr  edirlər.  Burada  P  –  dövriyyənin  əvvəlində 



pul  vəsaitlərini,    P'  –  dövriyyənin  sonunda  pul  vəsaitlərini  ifadə  edir.  Yəni,  qeyd 

olunan  dövriyyə  vəsaitləri  yalnız  tədavül  sferasında  və  pul  formasında  mövcud 

olurlar. 

 

Məlumdur  ki,  dövriyyə  aktivlərinin  başlıca  əlaməti  forma  dəyişdirməsidir. 



Lakin artıq bu xüsusiyyət vacib əhəmiyyət daşımır, çünki pul vəsaitləri kimi dövriyyə 

vəsaitləri dövr edən zaman forma dəyişdirmirlər.  

 

Bəzi  iqtisadi  ədəbiyyatlarda  bir  çox  hallarda  dövriyyə  aktivləri  və  dövriyyə 



kapitalı  anlayışları  eyniləşdirilir.  Onların fərqini  mühasibat  balansında  görmək  olar. 

Belə  ki,  dövriyyə  aktivləri  məntiqi  baxımdan  mühasibat  balansının  aktivlərində  öz 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə