82
Beynəlxalq audit təcrübəsinin tətbiqi üzrə.
―Azərbaycan Respublikasinda auditor xidmətinin inkişaf konsepsiyasi‖nın əsas
məqsədi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı
ilə təsdiq olunmuş «Azərbaycan 2020: gələcəyə baxış» inkişaf konsepsiyasının
reallaşdırılması baxımından ölkə iqtisadiyyatının sabit və dayanıqlı inkişafını təmin
etmək, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dünya
iqtisadiyyatına inteqrasiya üçün tədbirlərin reallaşmasına dəstək verməkdir.
Həmçinin maliyyə nəzarəti sahəsində bir sıra yeni struktur elementləri də
yaradılmışdır.
Maliyyə nəzarətinin təkmilləşdirilməsi qeyd etdiklərimizlə kifayətlənmir.
Bunun üçün bir sıra vacib tədbirlər həyata keçirmək lazımdır:
a)
Beynəlxalq arenaya çıxa biləcək milli auditor şirkətləri yaratmaq və
formalaşdırmaq. Nəinki xarici bazara milli auditor şirkətlərimiz çıxa bilmir,
hətta daxili bazarda belə bir çox böyük şirkətlər audit yoxlaması üçün məhşur
xarici şirkətlərə müraciət edirlər;
b)
Nəzarət işlərinin müəyyən dərəcədə məhdudlaşdırılması və koordinasiyası;
c)
Xüsusi şirkətlərin fəaliyyətindən maliyyə nəzarəti və vergilərin toplanması
istiqamətlərində istifadəyə başlanması;
d)
Təsərrüfat subyektinin fərqli nəzarət orqanları tərəfindən yoxlanmasının
təkrarlanması hallarını aradan qaldırmaq və bu məqsədlə də Maliyyə Nazirliyi
və Hesablama Palatasının həmsədrliyi ilə maliyyə nəzarətini həyata keçirən
təşkilatların idarəetmə heyəti üzvlərindən təkil olunmuş təşkilatlararası şura
yaradılmalıdır. Bölgələrdə maliyyə nəzarətini həyata keçirən orqanların
bölmələrinin yaradılmalıdır ki, bununla da maliyyə nəzarəti təşkilatları
arasındakı qarşılıqlı əlaqələri möhkəmlətmək mümkün olsun;
e)
Online yoxlamalardan və elektron vasitələrdən maliyyə nəzarəti zamanı
istifadəsinə geniş imkanlar yaratmaq. Bunun üçün ―Mühasibat uçotu haqqında‖
83
Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edərək elektron
auditin tətbiqi üçün mühasibatlığın elektron formadada təşkili, o cümlədən
məlumatların təqvim illəri əsasında elektron fayllar şəklində arxivləşdirilməsi
qaydası müəyyən olunmalıdır.
f)
Nəzarətin həyata keçirilməsi zamanı görülən iş ürzə keyfiyyət parametrlərinə,
səmərəliliyə xüsusi diqqət yetirmək lazımdır. Təhlil zamanı analitik xarakterli
yoxlama üsullar inkişaf etdirilməlidir;
g)
Mülkiyyət formasından asılı olmayaraq təsərrüfatdaxili nəzarət sistemini əsaslı
formada inkişaf etdirmək üçün bütün təsərrüfat subyektlərində daxili auditin
təşkili;
h)
Maliyyə nəzarəti orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq, aşkar
olunmuş çatışmazlıqları daha tez aradan qaldırmaq məqsədilə onlara inzibati
təsir göstərmək üçün şərait yaradılmalıdır. Bunun üçün bir çox ölkələrdə də
tətbiq edilən maliyyə nəzarəti nəznində ixtisaslaşmış xüsusi məhkəmə orqanı
yaradıla bilər.
i)
Hər bir sahənin inkişafında əsas məsələlərdən biri həmin sahədə sağlam
rəqabət şəraitinin yaradılmasıdır. Bu məsələdə dövlətin üzərinə iş düşür. Belə
ki, dövlət auditin həyata keçirilməsi üçün minium haqq müəyyən etməli və bu
qanunvericiliklə tənzimlənməlidir.
j)
Yoxlamanın həyata keçirilməsi şəraitin təmin olunması və lazımi sənədlərlə
təmin olunma və onların düzgünlüyü üzrə sifarişçi məsuliyyət daşımalıdır;
k)
Daha güclü normativ-hüquqi bazaya malik olmaq, movcud inkişaf nəzərə
alınaraq normativ-hüquqi bazada da dəyişiklilər etmək, onu təkmilləşdirmək;
l)
Beynəlxalq audit standartlarının tələblərinə riayət edərək onun əsasında milli
audit standartlarının yaradılması;
m)
Inzibati pozuntuların qarşısının alınması və aradan qaldırılması üzrə
Azərbaycan Respublikası Hesablama Palatasına cəza qərarı çıxarmaq
hüququnun verilməsi;
84
n)
Baş verəcək pozuntu halları üzrə cərimə mexanizminin işlənib hazırlanması və
s.
o)
Maliyyə nəzarətinin daha səmərəli, effektiv olması üçün hüquq normaları
təkmilləşdirilməlidir. Bu təkmilləşmənin istiqamətlərinə aiddir: qanunsuz əldə
oluna gəlirləri aşkara çıxarmaq sahəsində istifadə olunan hüquqi vasitələri
təkmiləəşdirmək və möhkəmlətmək; bank sirri kimi qəbul olunan hüquqi
prinsipləri dəqiq müəyyən etmək; vəsaitlərin dövriyyəsinə nəzarət məqsədilə
yoxlamanı aparan orqana lazımi sənədlərlə tanışlığa şərait yaradılması;
qanunvericikdə mövcud olmayan, saxta adlar üçün hesab açılmasını və
istifadəsini qeyri-qanuni sayan müddəanın qəbulu və s.
Maliyyə nəzarətinin səmərəliliyini artırmaq məqsədilə müəyyən prinsiplərə
əməl olunmalıdır:
Maliyyə nəzarətinin həyata keçirilməsində aşkarlıq prinsipinə əməl
olunmalıdır. Lakin təsərrüfat subyektinin kommersiya sirlərinin də qorunması
təmin olunmalıdır.
Baş verə biləcək mənfi hallar üçün qabaqlayıcı tədbirlər hazırlanmalıdır.
Belə tədbirlər müəssisənin strateji planlarında əks olunur.
Maliyyə nəzarəti təsərrüfta subyektləri ilə yanaşı, dövlətin təsərrüfat-
maliyyə əməliyyatlarını əhatə edir. Yoxlama zamanı, bu fəaliyyətin nəticələri
yoxlanılıb qiymətləndirilir. Müasir bazar iqtisadiyyatı dövründə maliyyə
nəzarətinin hərtərəfli olması daha çox əhəmiyyət daşıyır.
Maliyyə nəzarətinin icrası zamanı demokratik ölçülər nəzərə alınmalıdır.
85
ƏDƏBİYYATLAR SİYAHISI
1)
―Mühasibat uçotu haqqında‖ Azərbaycan Respublikasının Qanunu. 2004-cü il
2)
―Audit xidməti haqqında‖ Azərbaycan Respublikasının Qanunu. 1994-cü il
3)
―Azərbaycan Respublikası Auditorlar Palatası haqqında Əsasnamə‖ 1994-cü il
4)
―Daxili audit haqqında‖ Azərbaycan Respublikasının Qanunu. 2007-ci il
5)
Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası (2012-
2020-ci illər)
6)
―Firmanın iqtisadiyyatı‖ T. Ə. Hüseynov. Dərslik. Bakı, 2009
7)
―Auditin əsasları‖ S.M. Səbzəliyev, R. M. Hacıyev, Dərslik. 2013
8)
―Maliyyə nəzarəti‖ B. A. Xankişiyev. Dərslik. Turan, 2012,
9)
―Müəssisələrin maliyyəsi‖ B. Ataşov, N. Novruzov. Dərs vəsaiti. Bakı, 2009
10)
―Müəssisənin iqtisadiyyatı‖ Yahudov X. M., Bakı, 2005
11)
―Müəssisənin maliyyəsi‖ İsgəndərov R. Ə. Bakı, 2007
12)
―Audit‖ Abbasov İ. M. Dərslik. Bakı Elm 1999
13)
М.В. Мельник, А.С. Пантелеев, А.Л. Звездин ―Ревизия и контроль‖ Под
редакцией профессора М.В. Мельник Москва ИД ФБК-ПРЕСС 2003
14)
Бровкина Н. Д. Контроль и ревизия : учеб. пособие. — Москва: ИНФРА-
М, 2007.
15)
Ковалев В. В., Ковалев Вит. В. К56 ―Финансы организаций‖
(предприятий), 2006.
16)
И.И. Добросердова, И.Н. Самонова, Р.Г. Попова ―Финансы предприятий‖
17)
Артеменко В.Г, Беллендер М.В. Финансовый анализ, Финансы и
статистика 1997
18)
Шермет А.Д. – Аудит. Dərslik, Москва, 2001 г.
19)
www.sai.gov.az
20)
www.audit.gov.az
21)
www.maliyye.gov.az
22)
www.economy.gov.az
23)
http://www.azersun.com/maliyye_hesabati_2014.pdf
86
24)
www.anl.az
25)
www.kitabyukle.wordpress.com
26)
www.elektronkitab.com
27)
www.monographies.ru
28)
www.auditfin.com
29)
www.repetitora.com
30)
www.studme.org
87
XÜLASƏ
Dissertasiya işi girişdən, üç fəsildən, nəticə və təklifdən, istifadə edilmiş
ədəbiyyat siyahısından ibarət olmaqla tərtib edilmişdir.
Girişdə dissertasiya işi mövzusunun aktuallığı, tədqiqatın məqsəd və vəzifələri,
problemin öyrənilmə səviyyəsi, tədqiqatın predmeti, tədqiqatın nəzəri metodoloji
əsasları və işin strukturu verilmişdir.
Dissertasiyanın birinci fəslində dövriyyə vəsaitlərinin iqtisadi mahiyyəti,
tərkibi, formalaşma mənbələrindən bəhs olunur.
Dissertasiyanın ikinci fəslində maliyyə nəzarətinin təşkilinin əhəmiyyəti,
formaları, dövriyyə vəsaitlərinin istifadəsi üzrə maliyyə nəzarətinin təşkili
qaydalarından bəhs olunur.
Dissertasiyanın üçüncü fəsli müəssisənin dövriyyə vəsaitlərinin səmərəliliyinin
artırılması məqsədilə maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətlərindən
bəhs edir.
Dissertasiya işinin sonunda tədqiqatın nəticələri göstərilmiş və təcrübədə tətbiq
edilməsi üçün işlənib hazırlanmış təkliflər irəli sürülmüşdür.
88
SUMMARY
The thesis consists of an introduction, three chapters, conclusion and
suggestions, as well as the list of references.
The introduction of the thesis introduces information about the urgency of the
dissertation topic, aims and objectives of the research, the level of studying the
problem, thesubject of the research, including theoretical and methodological
foundations of the and the thesis structure.
The first chapter of the thesis refers to the economic importance, composition,
and sources of formation of circulating assets.
The second chapter emphasizes the importance of financial control, its forms,
as well as the rules of financial control on the use of working capital.
The third chapter of the thesis is devoted to the directions of improvement of
financial control system in order to increase the efficiency of working capital.
The results of the research and proposals developedin order to apply them in
practice are presentedin the conclusion of the thesis.
89
РЕЗЮМЕ
Диссертация состоит из введения, трех глав, заключения, предложений, а
также списка использованной литературы.
Во введении представлена актуальность темы диссертации, цели и задачи
исследования, уровень изучения проблемы, предмет исследования, в том числе
теоретические методологические основы исследования и структура
диссертационной работы.
В первой главе диссертации говорится об экономической значимости,
составе, источниках формирования оборотных средств.
Во второй главе подчеркивается значимость организации финансового
контроля, его формы, а также порядок организации финансового контроля по
использованию оборотных средств .
Третья глава диссертации посвящена направлениям усовершенствования
системы финансового контроля с целью повышения эффективности оборотных
средств предприятия.
В заключении диссертации представлены результаты исследования, а
также выдвинуты предложения, разработанные с целью применения их на
практике.
90
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasının magistri
Eminli Ülviyyə Arzu qızının “Müəssisənin dövriyyə vəsaitlərinin səmərəliliyinin
artırılması məqsədilə maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi”
mövzusunda yazdığı magistr dissertasiyasının
REFERATI
Mövzunun aktuallığı. Dövriyyə vəsaitləri istehsalın mühüm ünsürüdür. O,
istehsalı zəruri maliyyə resursları ilə təmin edir, müəssisənin fəaliyyətinin
fasiləsizliyinə şərait yaradır. Müəssisənin ahəngdar, davamlı və məhsuldar fəaliyyəti
onun dövriyyə vəsaitlərinin sabitliyindən asılıdır. Vəsaitlərin çatışmazlığı
müəssisənin də fəaliyyətinin məhdudlaşdırılmasına, icrası nəzərdə tutulan, lakin icra
olunmamış proqramların sayının artmasına gətirib çıxara bilər.
Dövriyyə aktivlərinə tələbatın müəyyən olunması müəssisənin fəaliyyətinin
əsas vəzifələrindən biri hesab olunur ki, bu tələbatın optimal həddi müəssisənin
fəaliyyətinin fasiləsizliyini, maksimal işgüzar aktivliyini, istifadədən kənar pul
vəsaitinin aradan qaldırılmasını təmin etməlidir.
Dövriyyə vəsaitlərindən istifadənin yaxşılaşdırılması sahibkarlığın inkişafı
baxımından qarşıya qoyulmuş aktual məsələlərdən birinə çevrilmişdir. Çünki
dövriyyə vəsaitlərinin istifadəsinin yaxşılaşdırılması investisiyaların da həcminin
artmasına səbəb olur.
Dövriyyə aktivlərinin təhlili zamanı onlardan səmərəli istifadə olunmasını
aşkara çıxarmaq üçün aktivlərin dövr müddəti, dövrеtmə surəti, vəsaitin dövriyəyə
cəlb оlunması, dеbitоr bоrclarının vəziyyəti, dеbitоr bоrcunun dövriyyə aktivlərinin
məcmunda хüsusi çəkisi, əmtəə-matеrial еhtiyatlarının dövriyyəsi və s. kimi
göstəriciləri ətraflı şəkildə öyrənmək lazımdır.
Dövriyyə vəsaitlərindən səmərəli istifadə olunması məqsədilə müəyyən
tədbirlər həyata keçirilməlidir: yoxlama zamanı müəssisə rəhbərinin əmri ilə təsdiq
olunmuş siyahıda adı оlmayan işçilərə, orada işləməyən şəхslərə və əvvəlki avans
üçün hеsabat vеrməyən təhtəlhеsab şəхslərə kassadan nağd pul vеrilməsi
91
əməliyyatları xüsusi diqqətlə yoxlanılmalıdır; ezamiyyə хərclərinin rəsmiləşdirilməsi
ilə əlaqəli sənədlərin düzgün rəsmiləşdirilməsi diqqətlə təhlil olunmalıdır; vеrgiyə
cəlbеtmə məqsədi ilə nоrma həddində və nоrmadan artıq sərf еdilmiş nümayəndəlik
хərclərinin analitik uçоtu təşkil olunmalıdır; dövriyyə vəsaitlərindən səmərəli istifadə
üçün işlənib hazırlanan tədbirlər planı sintеtik və analitik təhlil matеriallarına uyğun
olmalıdır; auditor yoxlama zamanı yoxlamanı dövriyyə vəsaitləri ilə əlaqəsi оlmayan
matеriallarla yükləməməlidir və s.
Bütün qeyd etdiklərimiz dövriyyə vəsaitlərinin səmərəliliyini artırmaq üçün
maliyyə nəzarəti sisteminin əhəmiyyətini artırır. Bazar iqtisadiyyatı dövründə
müəssisənin səmərəli fəaliyyətinin təşkilində maliyyə nəzarətinin təkmilləşdirilməsi
mühüm rol oynayır. Maliyyə nəzarətinin təkmilləşdirilməsi nəzarətin ən müasir
mexanizmlərinin tətbiqini, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, yeni
struktur bölmələrinin yaradılmasını, nəzarət sisteminin əlaqələndirilməsini, təsir
gücünün artırılmasını və s. nəzərdə tutur.
Prоblеmin öyrənilmə səviyyəsi. Dövriyyə aktivlərinin iqtisadi mahiyyəti, ona
tələatın müəyyən olunması, maliyyələşdirilmə mənbələri, səmərəliliyinin artırılması
və bu istiqamətdə maliyyə nəzarəti ürzə görülən tədbirlər yerli və xarici
tədqiqatçıların, alimlərin fikirləri, tədqiqatları ilə əks olunur.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi – müəssisələrdə
dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması üçün maliyyə
nəzarətinin təkmilləşdirilməsi ilə bağlı elmi baxımdan əsaslandırılmış təkliflər hazır
etməkdir.
Tədqiqatın vəzifələri dedikdə, tədqiqatın məqsədinə nail olmaq üçün qarşımıza
çıxan vəzifələr başa düşülür:
Müəssisələrdə dövriyyə vəsaitlərinin iqtisadi mahiyyəti, tərkibi və quruluşunun
araşdırılması;
Müəssisələrdə dövriyyə vəsaitlərinə olan tələbatın müəyyən edilməsi
(normalaşdırılması) qaydasının öyrənilməsi;
Dövriyyə vəsaitlərinin formalaşdırılması mənbələrinin təhlili;
92
Maliyyə nəzarətinin təşkili zəruriliyi və əhəmiyyətini araşdırmaq;
Maliyyə nəzarətinin üsul və formalarını tədqiq etmək;
Müəssisənin dövriyyə vəsaitlərindən istifadə üzrə maliyyə nəzarətinin təşkili
qaydalarını araşdırmaq;
Müəssisələrdə
dövriyyə
vəsaitlərindən
istifadənin
səmərəliliyinin
artırılmasında maliyyə nəzarətinin rolunu təhlil etmək;
Müəssisələrdə dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması
üçün maliyyə nəzarətinin təkmilləşdirilməsi istiqamətlərini
araşdırmaq.
Tədqiqatın prеdmеti. Müəssisənin dövriyyə vəsaitlərinin istifadəsinin
səmərəliliyini artırmaq üçün maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi
istiqamətlərini araşdırmaq tədqiqatın predmetini təşkil edir.
Tədqiqatin əsas elmi yeniliyi. Dövriyyə vəsaitlərindən istifadənin təhlilində
onların dövrеtmə surəti, dövretmə müddəti, onlardan səmərəli istifadə yolları,
dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini artırmaq məqsədilə maliyyə
nəzarətinin təkmilləşdirməsi üzrə bir sıra istiqamətlər araşdırılmışdır.
Tədqiqatın nəzəri və mеtоdоlоji əsası. Dissertasiya işinin nəzəri əsaslarını bir
çox yerli və xarici maliyyə və iqtisadiyyat üzrə tədqiqatçıların elmi əsərləri,
Azərbaycan Respblikası Qanunvericiliyi, Prezident fərmanları, sərəncamlar və s.
təşkil edir.
İşin həcmi və quruluşu. Dissеrtasiya işi giriş, 3 fəsil, nəticə və təkliflər və
istifadə еdilmiş ədəbiyyat siyahısından ibarət olmaqla, 86 səhifə həcmində yerinə
yetirilmişdir.
Dostları ilə paylaş: |