76
g)
Mülkiyyət formasından asılı olmayaraq təsərrüfatdaxili nəzarət sistemini əsaslı
formada inkişaf etdirmək üçün bütün təsərrüfat subyektlərində daxili auditin
təşkili;
h)
Maliyyə nəzarəti orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq, aşkar
olunmuş çatışmazlıqları daha tez aradan qaldırmaq məqsədilə onlara inzibati
təsir göstərmək üçün şərait yaradılmalıdır. Bunun üçün bir çox ölkələrdə də
tətbiq edilən maliyyə nəzarəti nəznində ixtisaslaşmış xüsusi məhkəmə orqanı
yaradıla bilər.
i)
Hər bir sahənin inkişafında əsas məsələlərdən biri həmin sahədə sağlam
rəqabət şəraitinin yaradılmasıdır. Bu məsələdə dövlətin üzərinə iş düşür. Belə
ki, dövlət auditin həyata keçirilməsi üçün minium haqq müəyyən etməli və bu
qanunvericiliklə tənzimlənməlidir.
j)
Yoxlamanın həyata keçirilməsi şəraitin təmin olunması və lazımi sənədlərlə
təmin olunma və onların düzgünlüyü üzrə sifarişçi məsuliyyət daşımalıdır;
k)
Daha güclü normativ-hüquqi bazaya malik olmaq, movcud inkişaf nəzərə
alınaraq normativ-hüquqi bazada da dəyişiklilər etmək, onu təkmilləşdirmək;
l)
Beynəlxalq audit standartlarının tələblərinə riayət edərək onun əsasında milli
audit standartlarının yaradılması;
m)
Inzibati pozuntuların qarşısının alınması və aradan qaldırılması üzrə
Azərbaycan Respublikası Hesablama Palatasına cəza qərarı çıxarmaq
hüququnun verilməsi;
n)
Baş verəcək pozuntu halları üzrə cərimə mexanizminin işlənib hazırlanması və
s.
o)
Maliyyə nəzarətinin daha səmərəli, effektiv olması üçün hüquq normaları
təkmilləşdirilməlidir. Bu təkmilləşmənin istiqamətlərinə aiddir: qanunsuz əldə
oluna gəlirləri aşkara çıxarmaq sahəsində istifadə olunan hüquqi vasitələri
təkmiləəşdirmək və möhkəmlətmək; bank sirri kimi qəbul olunan hüquqi
prinsipləri dəqiq müəyyən etmək; vəsaitlərin dövriyyəsinə nəzarət məqsədilə
yoxlamanı aparan orqana lazımi sənədlərlə tanışlığa şərait yaradılması;
77
qanunvericikdə mövcud olmayan, saxta adlar üçün hesab açılmasını və
istifadəsini qeyri-qanuni sayan müddəanın qəbulu və s.
Maliyyə nəzarətinin səmərəliliyini artırmaq məqsədilə müəyyən prinsiplərə
əməl olunmalıdır:
Maliyyə nəzarətinin həyata keçirilməsində aşkarlıq prinsipinə əməl
olunmalıdır. Lakin təsərrüfat subyektinin kommersiya sirlərinin də qorunması
təmin olunmalıdır.
Baş verə biləcək mənfi hallar üçün qabaqlayıcı tədbirlər hazırlanmalıdır.
Belə tədbirlər müəssisənin strateji planlarında əks olunur.
Maliyyə nəzarəti təsərrüfta subyektləri ilə yanaşı, dövlətin təsərrüfat-
maliyyə əməliyyatlarını əhatə edir. Yoxlama zamanı, bu fəaliyyətin nəticələri
yoxlanılıb qiymətləndirilir. Müasir bazar iqtisadiyyatı dövründə maliyyə
nəzarətinin hərtərəfli olması daha çox əhəmiyyət daşıyır.
Maliyyə nəzarətinin icrası zamanı demokratik ölçülər nəzərə alınmalıdır.
78
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Dövriyyə vəsaitləri istehsalın mühüm ünsürüdür. O,istehsalı zəruri maliyyə
resursları ilə təmin edir, müəssisənin fəaliyyətinin fasiləsizliyinə şərait
yaradır.Müəssisənin ahəngdar, davamlı və məhsuldar fəaliyyəti onun dövriyyə
vəsaitlərinin sabitliyindən asılıdır. Vəsaitlərin çatışmazlığı müəssisənin də
fəaliyyətinin məhdudlaşdırılmasına, icrası nəzərdə tutulan, lakin icra olunmamış
proqramların sayının artmasına gətirib çıxara bilər. Bu baxımdan dövriyyə
vəsaitlərindən səmərəli istifadə müəssisə qarşısındakı mühüm məsələlərdəndir.
Dövriyyə aktivlərinin təhlili zamanı onlardan səmərəli istifadə olunmasını
aşkara çıxarmaq üçün aktivlərin dövr müddəti, dövrеtmə surəti, vəsaitin dövriyəyə
cəlb оlunması, dеbitоr bоrclarının vəziyyəti, dеbitоr bоrcunun dövriyyə aktivlərinin
məcmunda хüsusi çəkisi, əmtəə-matеrial еhtiyatlarının dövriyyəsi və s. kimi
göstəriciləri ətraflı şəkildə öyrənmək lazımdır.
Dövriyyə aktivlərinin uçotu və auditi müasir tələblərə uyğun şəkildə qurularsa,
o zaman onlardan səmərəli istifadə etmək mümkün olar. Bu zaman müəssisənin
istеhsal еhtiyatlarından, tədavül sfеrasındakı maddi aktivlərdən, qısamüddətli maliyyə
qоyuluşlarından, pul vəsaitlərindən, hеsablaşmalarda оlan vəsaitlərdən istifadə
yaxşılaşar. Yəni, müəssisənin dövriyyə vəsaitlərindən səmərəli və qənaətlə istifadə
olunması maya dəyərinin aşağı salınmasına, satışdan alınan mənfəətin artırılmasına
gətirib çıxarır.
Dövriyyə vəsaitlərindən səmərəli istifadə olunması məqsədilə müəyyən
tədbirlər həyata keçirilməlidir: yoxlama zamanı müəssisə rəhbərinin əmri ilə təsdiq
olunmuş siyahıda adı оlmayan işçilərə, orada işləməyən şəхslərə və əvvəlki avans
üçün hеsabat vеrməyən təhtəlhеsab şəхslərə kassadan nağd pul vеrilməsi
əməliyyatları xüsusi diqqətlə yoxlanılmalıdır; ezamiyyə хərclərinin rəsmiləşdirilməsi
ilə əlaqəli sənədlərin düzgün rəsmiləşdirilməsi diqqətlə təhlil olunmalıdır; vеrgiyə
cəlbеtmə məqsədi ilə nоrma həddində və nоrmadan artıq sərf еdilmiş nümayəndəlik