Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   18   19   20   21   22   23   24   25   26

66 

 

 



 

 

Yuxarıdakı misala əsasən materialdan qənat təqribən 20 faiz olmuşdur  – 0,9 : 



0,75 = 1,2 və ya ((100 x 1,2) -100) = 120 - 100 = 20 faiz təşkil edəcəkdir. 

 

Məhsul  istehsalı  zamanı  mövcud  avadanlıqlarda  istilikdən  istifadə  həcmini,  



yəni  istilik  itkisini  ölçmək  məqsədilə  yanacaqdan  istifadə  əmsalı nəzərdən  keçirilir. 

Bu  əmsal  avadanlığın  faydalı  iş  əmsalı  ilə  xarakterizə  olunur.  Eyni  miqdarda 

avadanlıqdan  istifadə  edərək  daha  artıq  miqdarda  məhsul  götürülməsi  avadanlığın 

faydalı iş əmsalının artırılmaıs ilə mümkün olur.  

 

Nəzərə almaq lazımdır ki, materialın istifadəsinə qənaət olunmasında kadrların 



bilik  və  bacarıqları,  müəssisənin  texniki  təchizatla  nə  dərəcədə  təmin  olunması  da 

özünü göstərir.  

 

Ehtiyatlara  qənaət  olunması  əmək  sərfini  də  azaldır  və  bu  da  əmək 



məhsuldarlığını artırır.  

 

Müəssisələrdə  də,  materiallar  üzrə  bir  sıra    qənaətin  mənbələri  mövcuddur. 



Materiallardan  istifadə  təhlili  göstərir  ki,  sənaye  müəssisələrində  xammal,  material, 

yanacaq  və  elektrik  enerjisi  üzrə  qənaət  eldə  etmək  üçün  istifadə  edilməmiş  böyük 

ehtiyat mənbələri vardır. 

 

Elektrik enerjisindən istifadə üzrə də böyük  ehtiyat mənbələri vardır. Bir sıra 



müəssisələrdə  avadanlığın  çox  boşuna  işlənməsi  halları  olur,  avadanlığın  iş  rejimi 

azaldılır  və  həqiqi  gücü  xidmət  etdiyi  aqreqatların  tələbatından  xeyli  artıq  olan 

motorlar qurulur. 

 

Müxtəlif  müəssisələrdə  materialların  ehtiyat  mənbələri  vardır  ki,  bu  da 



onlardan  qənaətlə  istifadə  imkanı  verir.  Materiallara  səmərəli  istifadənin  bir  sıra 

yolları  vardır.  Məsələn,  xammalın  kompleks  istifadəsi,  xammal  və  materialların 

istifadə normalarını azaltmaq, qiymətli materialların əvəzedicilərindən istifadə və s.  

 

Materiallardan  istifadənin  səmərəliliyini  təmin  edən  istiqamətlərdən  biri  də 



itkiləri minimumlaşdıran və ya tullantılardan istifadəyə imkan verən yeni texnikandan 

istifadədir. 

 

Materialdan  istifadəyə  qənaətin  digər  bir  yolu  istehsalın  kimyalaşdırılması 



hesab olunur. Bu isə imkan verir ki xammal kompleks formada istifadə olunsun.  


67 

 

 



 

 

Qənaətin  istiqamətlərinə  xammal,  material  və  yanacağın  hərəkətinin  düzgün 



uçota alınmasını da aid edə bilərik. 

 

Ümumiyyətlə,  dövriyyə  vəsaitlərinin  uçоtu  qarşısında  duran  əsas  vəzifələrə  



aşağıdakıları aid edə bilərik: 

 



Dövriyyə vəsaitlərinin hərəkəti üzrə bütün əməliyyatların vaхtında və düzgün 

sənədləşdirilməsi; 

 

Anbarlarda, еmal müəssisələrində ehtiyatların qоrunub saхlanılmasına nəzarət; 



 

Ehtiyatların tədarükü üzrə оlan хərclərin uçоta alınması;  



 

Faktiki maya dəyərinin hеsablanması;  



 

Müəyyənləşdirilmiş еhtiyat nоrmaları üzərində davamlı nəzarət;  



 

Istifadə  edilməyən  və  ya  artıq  matеrialın  aşkara  olunması  və  оnların  satışının 



yoxlanılması;  

 



Tədarükçülərlə hеsablaşmaların zamanında yerinə yetirilməsi;  

 



Pul  vəsaitlərinin  hərəkətinin,  hеsablaşma  əməliyyatlarının  düzgünlüyü  və 

qanuniliyinə nəzarət; 

 

Dеbitоr və krеditоr bоrclarının müəyyən olunması üzərində nəzarət; 



 

Müəssisənin  kassasında  olan  pul  vəsaiti  və  qiymətli  kağızları  qorumaq,  nağd 



pul dövriyyəsinin tənzimlənməsinə nəzarət; 

 



Müəssisənin  sərbəst  pul  vəsaiti  qоyuluşunun  daha  səmərəli  yollarının  aşkar 

olunması;  

 

Müəssisənin  kassasında,  hеsablaşma  hesabı    və  digər  hеsablarda  оlan  pul 



vəsaitinə nəzarət еtmək; 

 



Pul vəsaitlərinin öz təyinatı üzrə istifadə оlunması qaydalarına əməl etmək; 

 



Pul  vəsaitlərinin  hərəkətini,  hеsablaşma  əməliyyatlarını  uçоt  rеgistrlərində 

vaхtında göstərmək;  

 

Vaxtı  ötmüş  dеbitоr  və  krеditоr  bоrclarının  qarşısını  almaq  üçün  lazımi 



tədbirlər görmək və s.  


68 

 

 



 

İstehsalatda  materiallara  qənaəti  hesablamaq  üçün  məmulat  vahidinə  material 

məsrəfi norması ilə  hesabat ilində məmulatdan faktiki istehsalın həcminə hasilindən 

hesabat ilində materialın faktik məsrəfi çıxmalıyıq. 

  Əgər hesablama nəticəsi müsbətdirsə, qənaəti, mənfidirsə, israfçılığı göstərir.  

Dövriyyə  vəsaitlərindən  istifadənin  yaxşılaşması  mütləq  və  ya  nisbi  formada 

ola bilər.  

Mütləq yaxşılaşmada istehsalın əvvəlki ilə eyni həcmdə baş verməsində daha 

az dövriyyə vəsaitinin istifadəsi baş verir. 

Nisbi  yaxşılaşmada  isə  satılan  məhsulun  artım  tempi  dövriyyə  vəsaitlərinin 

artımından yüksək olur.  

 

Əgər müəssisədə xammal və material ehtiyatları artıq miqdarda toplanarsa, bu 



müəssisənin  maliyyə  sabitliyinə  də  mənfi  təsir  edir.  Belə  olduğu  halda,  məssisə 

kreditləri, debitor borclarını zamanında ödəyə bilmir bu da məhsulun maya dəyərinin 

də artımına gətirib çıxarır.  

 

Müəssisədə tədavül fondlarının düzgün idarə olunması dövriyyə vəsaitlərindən 



səmərəli  istifadənin  əsas  istiqamətlərindən  sayılır.  Bazar  münasibətləri  şəraitində 

maliyyə  münasibətlərinin  əhəmiyyətinin  artdığı  bir  dövrdə,  pul  vəsaitlərinin 

hərəkətində vaxt amilinin nəzərə alınması, inflyasiya və valyuta kurslarının dəyişməsi 

tədavül fondlarının idarə olunması və onların üzərində mütəmadi nəzarət tələb edir və 

onun əhəmiyyətini artırır. Tədavül sferasında dövriyyə vəsaitlərinin dövretmə sürətini 

artırmaq  üçün  əmtəəlik  məhsulu  ən  qısa  zamanda  satmaq  lazımdır.  Bunun    üçün 

tərəfdaşlarla  müqavilələri  vaxtında  imzalamaq,  maliyyə  sənədlərinin  dövriyyəsini 

tezləşdirmək, lazımi marketinq xidmətinin inkişafı kimi tədbirlər mühüm rol oynayır. 

 

Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyi daxili və xarici olmaqla, iki tip 



amillərdən asılıdır. Daxili amillər dedikdə, istehsal ehtiyatlarının təşkili, normativdən 

çox  olan  ehtiyatların  dövriyyədən  çıxarılması;  normalaşdırmanın  inkişafı; 

hesablaşmanın səmərəli formalarının tətbiqi və s. nəzərdə tutulur. 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə