Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   18   19   20   21   22   23   24   25   26

73 

 

 



 

 



Maliyyə  Nazirliyi  tərəfindən  maliyyə  nəzarəti  işini  nizamlamaq  məqsədilə 

verilmiş  ―Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət maliy-

yə  nəzarətinin  həyata  keçirilməsi  qaydaları  haqqında‖  1-64  saylı,  27  iyun 

2001-ci il tarixli təlimatı  

 

Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il  3  sentyabr  tarixli  377 



nömrəli sərəncamı ilə təsdiq edilmiş ―Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət 

Proqramı (2004- 2006-cı illər)‖ və s. 

Ölkə  ərazisində  Auditorun  peşə  məsuliyyətinin  icbari  sığortası  haqqında‖, 

―Daxili  audit  haqqında‖,  ‖,  ―Banklar  haqqında‖,  ―Mühasibat  uçotu  haqqında‖, 

―Maliyyə-sənaye  qrupları  haqqında‖  və  s.  bu  kimi  qanunların  qəbulu  auditin  ölkə 

iqtisadiyyatında  və  cəmiyyətin  həyatında  oynadığı  rol  və  vəzifələri  əks  etdirir. 

Həmçinin, ötən dövr ərzində iqtisadi-maliyyə həyatında və qanunçuluq sferasında baş 

verən dəyişikliklər nəzərə alınmaqla və beynəlxalq təcrübəyə uyğun olaraq ―Auditor 

xidməti  haqqında‖  Azərbaycan  Respublikasının  Qanununa  çoxsaylı  əlavə  və 

dəyişikliklər edilmişdir.

 

1999-2008-ci  illərdə  Azərbaycan  Respublikasında  Auditorlar  Palatası 



tərəfindən  ilk  dəfə  olaraq  ―Azərbaycan  Respublikasında  audit  sisteminin  islahatı‖ 

konsepsiyası  işlənib  hazırlanmış  və  mərkəzi  icra  hakimiyyəti  orqanlarına  təqdim 

edilmişdir.  Burada  audit  sisteminin  normativ  hüquqi  bazasının  təkmilləşdirilməsi, 

beynəlxalq  təcrübə  əsasında  ölkədə  auditin  təşkili,  ölkəmizdə  auditor  kadrlarının 

hazırlanması və ixtisasartırmasının istiqamətləri, auditin keyfiyyətinin yüksəldilməsi 

və ona nəzarətin təkmilləşdirilməsi və s. istiqamətdə təkliflər işlənib hazırlanmışdır. 

    

Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il  3  sentyabr  tarixli  377 



nömrəli  sərəncamı  ilə  təsdiq  edilmiş  ―Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Dövlət 

Proqramında  (2004-  2006-cı  illər)‖  auditor  xidmətinin  təkmilləşdirilməsi  məqsədilə 

auditin qanunvericilik bazasının təkmilləşdirilməsi və auditor xidmətinin beynəlxalq 

audit  standartlarına  uyğunlaşdırılması,  milli  audit  standartlarının  hazırlanmasının 




74 

 

 



 

başa  çatdırılması;  Auditorlar  Palatasının  fəaliyyətinin  təkmilləşdirilməsi  və  s.  kimi 

məsələlərin həlli Auditorlar Palatasına tapşırılmışdır.    

 ―Azərbaycan  Respublikasinda  auditor  xidmətinin  inkişaf  konsepsiyasi‖nda 

2014-2020-ci  illərdə  həyata  keçirilməsi  nəzərdə  tutulmuş  tədbirlər  aşağıdakı 

istiqamətlərdədir:  

 

Auditor xidmətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi üzrə: 



 

Auditor  fəaliyyətinin  idarə  olunması,  tənzimlənməsi  və  auditin 



institusional potensialının gücləndirilməsi üzrə: 

 



Beynəlxalq audit standartlarının tətbiqinin genişləndirilməsi üzrə; 

 



Auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi üzrə; 

 



Auditor kadrlarının hazırlanması və yenidən hazırlanması üzrə; 

 



Auditin təşkili üzrə; 

 



Auditdə  şəffaflığın  artırılması,  haqsız  rəqabət  və  korrupsiyaya  qarşı 

mübarizə üzrə; 

 

Auditin  təşkili  və  tənzimlənməsinə  dair  metodik  vəsait  və  tövsiyələrin 



hazırlanması üzrə; 

 



Auditin təbliği və təşviqi üzrə

 



Auditdə informasiya texnologiyalarının tətbiqi üzrə; 

 



Nəşrlər, seminar və konfransların keçirilməsi üzrə; 

 



Təhlil, tədqiqat və sosioloji sorğular üzrə

 



Beynəlxalq audit təcrübəsinin tətbiqi üzrə.

 

―Azərbaycan Respublikasinda auditor xidmətinin inkişaf konsepsiyasi‖nın əsas 



məqsədi  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı 

ilə  təsdiq  olunmuş  «Azərbaycan  2020:  gələcəyə  baxış»  inkişaf  konsepsiyasının 

reallaşdırılması  baxımından  ölkə  iqtisadiyyatının  sabit  və  dayanıqlı  inkişafını  təmin 

etmək,  şəffaflığın  artırılması,  vətəndaş  cəmiyyətinin  inkişaf  etdirilməsi,  dünya 

iqtisadiyyatına inteqrasiya üçün  tədbirlərin reallaşmasına dəstək verməkdir. 

 



75 

 

 



 

Həmçinin  maliyyə  nəzarəti  sahəsində  bir  sıra  yeni  struktur  elementləri  də 

yaradılmışdır. 

Maliyyə  nəzarətinin  təkmilləşdirilməsi  qeyd  etdiklərimizlə  kifayətlənmir. 

Bunun üçün bir sıra vacib tədbirlər həyata keçirmək lazımdır: 

a)

 



Beynəlxalq  arenaya  çıxa  biləcək  milli  auditor  şirkətləri  yaratmaq  və 

formalaşdırmaq.  Nəinki  xarici  bazara  milli  auditor  şirkətlərimiz  çıxa  bilmir, 

hətta daxili bazarda belə bir çox böyük şirkətlər audit yoxlaması üçün məhşur 

xarici şirkətlərə müraciət edirlər;  

b)

 

Nəzarət işlərinin müəyyən dərəcədə məhdudlaşdırılması və koordinasiyası; 



c)

 

Xüsusi  şirkətlərin  fəaliyyətindən  maliyyə  nəzarəti  və  vergilərin  toplanması 



istiqamətlərində istifadəyə başlanması;  

d)

 



Təsərrüfat  subyektinin  fərqli  nəzarət  orqanları  tərəfindən  yoxlanmasının 

təkrarlanması hallarını aradan qaldırmaq və bu məqsədlə də Maliyyə Nazirliyi 

və  Hesablama  Palatasının  həmsədrliyi  ilə  maliyyə  nəzarətini  həyata  keçirən 

təşkilatların  idarəetmə  heyəti  üzvlərindən  təkil  olunmuş  təşkilatlararası  şura 

yaradılmalıdır.  Bölgələrdə  maliyyə  nəzarətini  həyata  keçirən  orqanların 

bölmələrinin  yaradılmalıdır  ki,  bununla  da  maliyyə  nəzarəti  təşkilatları 

arasındakı qarşılıqlı əlaqələri möhkəmlətmək mümkün olsun;   

e)

 



Online  yoxlamalardan  və  elektron  vasitələrdən  maliyyə  nəzarəti  zamanı 

istifadəsinə geniş imkanlar yaratmaq. Bunun üçün ―Mühasibat uçotu haqqında‖ 

Azərbaycan  Respublikası  Qanununa  əlavə  və  dəyişikliklər  edərək    elektron 

auditin  tətbiqi  üçün  mühasibatlığın  elektron  formadada  təşkili,  o  cümlədən 

məlumatların  təqvim  illəri  əsasında  elektron  fayllar  şəklində  arxivləşdirilməsi 

qaydası müəyyən olunmalıdır.  

f)

 

Nəzarətin  həyata  keçirilməsi  zamanı görülən iş  ürzə keyfiyyət  parametrlərinə, 



səmərəliliyə xüsusi diqqət yetirmək lazımdır. Təhlil zamanı analitik xarakterli 

yoxlama üsullar inkişaf etdirilməlidir




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə