20
səviyyəsi bir yandan fərdi məsrəf normalarından, digər yandan isə müvafiq məhsulun
istehsal proqramının quruluşundan asılıdır.
Normalaşdırma obyekti baxımından normalar məmulat üzrə normalar və detal
üzrə normalar kimi iki qrupa ayrılır. Məmulat üzrə normalar dedikdə, tamamilə
məmulata sərf ediləcək materialların plan üzrə miqdarı nəzərdə tutulur və bu
normalar müəssisələrdə material ehtiyatına olan tələbatı müəyyən etmək məqsədilə
istifadə olunur. Detal üzrə normalar isə həmin məmulatın ayrı – ayrı detallarına plan
üzrə sərf ediləcək materialların miqdarını əks etdirir, əsasən də müəssisə daxilindəki
sex və sahələrdə istifadə olunur.
Material məsrəf normalarının tərkib və quruluşunun öyrənilməsi material
resurslarının normalaşdırılmasında mühüm rol oynayır.Material məsrəf normalarının
əsas tərkib elementləri faydalı məsrəf, texnoloji tullantı və itkilər, təşkilatı-texniki
tullantı və itkilərdir.
Faydalı məsrəf istehsal olunan məhsulun istehlak dəyərini yaradır və kəmiyyətcə
texnoloji-konstruktor sənədlərdə əks olunur. Material məsrəflərinin tərkibinin digər
elementləri olan itkilər təkrar istehsalın həyata keçirilməsinin mümkünlüyü nəzərə
alınaraq, istifadə oluna bilən və istifadə oluna bilməyən tullantı və itkilərə ayrılır.
Biz, ümumilikdə, material məsrəf normalarının tərkibini düstur formasına
salsaq, onu aşağıdakı kimi ifadə edə bilərik:
M = F
m
+ İ
tex
+ İ
təş-tex
(1)
Burada, M – Material məsrəf norması;
F
m
– Faydalı məsrəf (hissənin xalis çəkisi);
İ
tex
– Texnoloji tullantı və itkilər;
İ
təş-tex
– Təşkilati-texniki tullantı və itkilər.
Texniki-texnoloji itkilərin və tullantıların azaldılması, bunların təsərrüfat
dövriyyəsinə təkrar cəlb edilməsi materiallara qənaətin başlıca istiqamətlərindən
biridir.
21
Dövriyyə vəsaitlərinin normalaşdırılması mümkün olan hissəsi istehsal
ehtiyatlarıdır. Bu normativlər günlük ehtiyatın həcminə əsasən müəyyən edilir.
İstehsal ehtiyatlarını təyinatı üzrə aşağıdakı qruplara ayırmaq olar:
a) Xammal, material, satın alınmış yarımfabrikatlar üzrə ehtiyatlar;
b) Köməkçi materiallar üzrə ehtiyatlar;
c) Yanacaq ehtiyatları;
d) Tara və tara materialları üzrə ehtiyatlar;
e) Ehtiyat hissələri üzrə ehtiyatlar;
f) Azqiymətli, tezköhnələn əşyalardan ehtiyatlar.
Hər hansı bir material ehtiyatı həm istehsal vasitələri ehtiyatı, həm də istehlak
şeyləri ehtiyatı kimi özünü göstərə bilər. Bu onun hansı sahədə sərf olunması ilə
müəyyən olunur.Məsələn, əgər un şəxsi istehlak üçün alınırsa, o istehlak şeyləri
ehtiyatına aid olunur. Lakin çörəkbişirmə sexlərində alınan un çörək istehsalında
istifadə olunduğundan bu onu istehsal vasitələri ehtiyatına daxil edir.
İstehsal ehtiyatları müəssisənin fəaliyyətinin fasiləsizliyinin təmin olunması
baxımından aşağıdakı kimi qruplaşdırılır:
Cari ehtiyatlar;
Hazırlıq ehtiyatları;
Zəmanətli (sığortalı) ehtiyatlar;
Mövsümi ehtiyatlar.
İki materialgöndərmə arasındakı vaxt intervalında təsərrüfat subyektinin
normal fəaliyyətini təmin etmək üçün cari ehtiyatlar yaradılır. Onun həcmi materialın
alındığı zaman maksimum, lakin ikinci dəfə material alınması vaxtı minimum olur.
Təsərrüfat subyektində materialın qəbulu, istehsala hazırlanması və istehlak
olunacağı yerə gətirilməsi ilə bağlı olan müddətdə istehsalın fasiləsizliyini təmin
etmək üçün hazırlıq ehtiyatları yaradılır.
Material dəyərləri ehtiyatının ikinci qrupu olan sığortalı ehtiyatlar müəssisə
tərəfindən hər hansı bir səbəbdən material gətirilməsi ləngidikdə və ya istehsal planı
artıqlaması ilə yerinə yetirildikdə istehsalın fasiləsizliyi və səmərəliliyini təmin etmək
22
məqsədilə təşkil olunur. Zəmanətli ehtiyatların həcmi cari ehtiyatların həcminin 50%-
dən çox olmur. Əgər müəssisənin maddi texniki təchizatı anbar formasında təşkil
olunmuşdursa, onda zəmanətli ehtiyatlar yaradılmır.
Xammal və materialların istehsal və ya tədarükünün mövsümi olması, xammal
və materialların mövsümi istehlakı mövsümi ehtiyatların yaradılmasını zəruri edir.
Onların həcmi materialın gətirilməsi və fasilənin başlanmasında maksimum, mövsüm
başa çatdıqda isə minimum həddə olur.
Təkrar istehsal prosesinin fasiləsizliyini ən az ehtiyatlarla və xərclərlə təmin
etmək istehsal ehtiyatlarının idarə edilməsinin başlıca məqsədidir. Bu məqsədə
çatmaq üçün aşağıdakılara əməl olunmalıdır:
ehtiyatların normalaşdırılması;
ehtiyatların səviyyəsinə daim nəzarət olunması, vaxtaşırı onların faktiki
həcminin müəyyən olunması;
ehtiyatların normaya uyğun gəlməsi ilə əlaqəli tədbirlər icra etmək.
Material resursları istehlak mərhələsində müxtəlif təyinatlar alır ki, bu da
məsrəf normalarının da müxtəlifliyinə səbəb olur. Bu cəhətdən material məsrəf
normaları əsas material, köməkçi material, yanacaq, elektrik enerjisi normaları kimi
normalardan ibarət olacaqdır.
Əsas materiallar istehsal olunan məhsulun əsasını təşkil etdiyi üçün onlar üçün
məsrəf normaları məhsul vahidinə görə müəyyən olunur. Lakin köməkçi materialların
istehlakının bütün istiqamətləri üçün eyni ölçüdən istifadə etmək mümkün olmur.
Əsas xammal və materiallar üzrə orta ehtiyat norması iki material partiyasının
göndərilməsi arasındakı müddətdə ehtiyat formasında var olan material resurslarının
ümumi həcmi və onların saxlanması ilə bağlı xərclərin məbləği hesablandıqda tətbiq
olunur. Onu tapmaq üçün orta cari, sığorta və hazırlıq ehtiyatları normalarını
cəmləmək lazımdır.
Köməkçi materiallar üzrə ehtiyat normaları hesablanarkən nəzərə almaq
lazımdır ki, köməkçi materiallar 2 qrupa ayrılır: böyük miqdarda və davamlı şəkildə
istifadə olunan materiallar; az miqdarda və nadir hallarda istifadə olunan köməkçi
Dostları ilə paylaş: |