7
əkisini tapır. Dövriyyə kapitalı isə passiv balansda əks olunur. Çünki onlar dövriyyə
aktivlərinin formalaşmasında maliyyə resursu mənbəyi kimi çıxış edirlər.
Həm dövriyyədənkənar, həm də dövriyyə aktivləri öz dövriyyəsinə pul
formasında başlayır. İlkinin pul formasına çevrilməsi bir neçə il ərzində baş versə də,
dövriyyə aktivlərinin pul formasına çevrilməsi bir istehsal-kommersiya tsikli başa
çatdıqdan sonra baş verir.
Dövriyyə vəsaitlərinin dövriyyəsi bir-birilə üzvi şəkildə əlaqəli olan, birinin
digəri üçün şərt olduğu 3 mərhələdən ibarətdir. Bu mərhələlərin ardıcıllığı tədavül-
istehsal-tədavül formasındadır. Dövriyyə vəsaitlərinin dövriyyəsini daha aydın
formada aşağıdakı kimi gostərmək olar:
P – İE....İP....HM – P
1
I II III
Pul vəsaitləri (P) istehsal ehtiyatları almaq məqsədilə istehsala daxil olunur.
Sonra isə alınan ehtiyatlar (İE) istehsala daxil edilir. İstehsal məhsulu (İP) anbara
daxil edilir. Dövriyyənin sonrakı mərhələsində hazır məhsul (HM) alıcılara yollanır.
Satılan məhsul üzrə pul vəsaiti (P
1
) satıcının hesabına daxil olur. Sonradan isə bu
dövriyyə yenidən başlayır. [6, səh 211]
Dövriyyə aktivlərinin tam dövriyyəsini sxem şəklində Sxem 1.1.1-də
göstərildiyi kimi təsəvvür etmək olar:
8
Sxem 1.1.1. Dövriyyə aktivlərinin tam dövriyyəsi
Dövriyyə vəsaitlərinə belə bir tərif də vermək olar:―Dövriyyə vəsaitləri -
dövriyyə istehsal fondlarının və tədavül fondlarının yaradılması üçün avans edilən
pul vəsaitlərinin məbləğidir.‖
Dövriyyə vəsaitlərinin dövriyyə və tədavül fondlarına ayrılması həm elmi –
nəzəri, həm də praktiki əhəmiyyət kəs edir. Yəni, əgər dövriyyə vəsaitlərinin
dövriyyə fondları hissəsi bilavasitə istehsalla əlaqəlidirsə, tədavül fondları istehsal
olunmuş məhsulun istehlakçıya çatdırılması ilə əlaqəli xərcləri ifadə edir.
Dövriyyə fondları istehsal fondlarının ikinci tərkib hissəsidir. Dövriyyə
istehsal fondları istehsal prosesində yalnız bir dəfə iştirak edərək öz dəyərlərini
istehsal olunan məhsulun üzərinə birdəfəlik və tamamilə keçirirlər, əsas fondların
amortizasiyası ilə birlikdə əmtəədə maddiləşmiş köhnə dəyəri ifadə edirlər. İstehsal
prosesində həmin köhnə dəyərə yeni yaradılmış dəyər əlavə edilir. Onlar istehsal
prosesində öz natural-əşya formasını da dəyişir. Dövriyyə fondlarına əmək
predmetləri, avadanlığın təmiri üçün ehtiyat hissələri, az qiymətli və tezaşınan
alətlər, inventar, xammal,materiallar,dəstləşdirici materiallar,gələcək dövrün xərcləri
və s.aiddir. Dövriyyə fondları istehsal ehtiyatında olan və istehsal prosesində olan
pul vəsaitləri istehsal
ehtiyatlarına daxil
edilir
ehtiyatlar
istehsala daxil
edilir
istehsal məhsulu
anbara daxil olur
hazır məhsul
alıcı üçün
yüklənir
satılmış məhsula
görə pul vəsaitləri
satıcının hesabına
daxil olur
9
dövriyyə fondlarına ayrılır. Müəssisənin dövriyyə fondlarını sxematik olaraq Sxem
1.2-də olduğu kimi göstərə bilərik.
Sxem 1.1.2. Müəssisənin dövriyyə istehsal fondları
Əmək cisimlərinin istehsal ehtiyatları dövriyyə istehsal fondlarının birinci
hissəsini təşkil edir. İstehsal ehtiyatları istehsalçı müəssisə tərəfindən alınmış, şəxsi
əmlakı kimi istehsal prosesi üçün hazırlanmış və istehsalın fasiləsizliyini təmin etmək
üçün həmin prosesə daxil olmağı gözləyən vəsaitlərdir.
İstehsal ehtiyatlarının miqdarı həm mütləq, həm dəyər və həm də nisbi
ölçülərlə müəyyən oluna bilər.
Mütləq ölçü dedikdə,ölçülə bilən fiziki vahidlər nəzərdə tutulur, məsələn ton,
sentner, metr, ədədlə və s. Mütləq ölçülərlə istehsal ehtiyatlarının miqdarının
müəyyən olunması anbar təsərrüfatının effektiv təşkilinə, maddi-texniki təchizatın
planlaşdırılmasının həyata keçirilməsinə kömək edir.
İstehsal ehtiyatlarının həcmini dəyər ölçüsü ilə qiymətləndirərkən ehtiyatın
mütləq həcmini onu təşkil edən material vahidinin qiymətinə vurmaq lazımdır. Dəyər
ölçüsü ilə istehsal ehtiyatlarının miqdarının hesablanması istehsalın dəyər
10
göstəricilərinin planlaşdırılmasında,istehsalın rentabelliyinin hesablanmasında,
maliyyə planının tərtibində və s.-də əhəmiyyətlidir.
İstehsal ehtiyatlarınınnisbi ölçülərlə müəyyən olunmasında ehtiyatın kütləsi və
dəyəri heç bir əhəmiyyət kəsb etmir.
İstehsal ehtiyatlarının əsas hissəsini xammal və materiallar təşkil edir.
Xammal - malların istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi və
müəssisənin tələbatlarını ödəmək üçün istifadə edilən və istifadə müddəti 1 ildən az
olan vəsaitlərdir. Məsələn, müxtəlif filizlər, qeyri-filiz qazıntılar, yun, pambıq və s.
nəzərdə tutulur.
Material isə sənayedə emaldan keçirilən ehtiyatlardır, məsələn, metal prokatı,
taxta-şalban və parça kimi əmək cisimlərini aid edə bilərik. Materiallar istehsal
prosesindəki rollarına görə əsas və köməkçi materiallar kimi təsnif olunurlar. Əsas
material hazırlanan məhsulun istelsalında ana maddə kimi çıxış edir. Məsələn, parça -
geyim fabriki üçün, metal - maşınqayırma zavodları üçün əsas material hesab olunur.
Köməkçi materiallar isə istehsalın daha effektli həyata keçirilməsi üçün şərait
yaradır. Bu materiallar üzrə xərclər gələcək dövrlərdə hazırlanacaq məhsulun maya
dəyərinə daxil edilir.
Yanacaq dövriyyə fondları tərkibində yanacaq ayrıca uçota alınır.
İstehsal ehtiyatlarına həmçinin, yarımfabrikatlar, istehsalın koope-
rativləşdirilməsi yolu ilə alınan və həmin müəssisədə hələ istehsal prosesinə daxil
edilməyən detallar, tara materialları və tara, əsas fondların cari təmiri üçün lazım olan
ehtiyat hissələri, az qiymətli və tez işlənib xarab olan, yəni bir ildən artıq işlədilə
bilməyən və az qiymətli olan alətlər və təsərrüfat vəsaitləri daxil edilir.
İstehsal prosesində olan dövriyyə istehsal fondlarına bitirilməmiş istehsal,
müəssisənin özündə hazırlanan yarımfabrikatlar və gələcək dövrlərin bəzi xərcləri, o
cümlədən yeni məhsul istehsalının mənimsənilməsi üçün çəkilən xərclər daxil edilir.
Yarımfabrikatlar – müəssisənin bir hissəsində hazırlanan, sonra həmin müəssisənin digər
hissələrində və ya başqa müəssisələrdə istehsalda istifadə olunan məhsullardır.
Dostları ilə paylaş: |