Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

31

 

 



qeydiyyatdan keçirir.    Ərizələrə içində qiymətə dair təklif olan zərflər əlavə olunur. 

Qəbul  başa  çatdıqdan  sonra  zərflər  açılır  və  ən  yüksək  qiymət  təklif  edən  iştirakçı 

tenderin qalibi elan olunur. Qiymətlər eyni olarsa ərizəni birinci verən iştirakçı qalib 

sayılır.  Qeyd  edək  ki,  hərracın  ingilis, holland, qiyabi növləri məlumdur.  Ancaq  bu 

hərrac  növləri  sadə  hərrac  qrupunda  birləşdirilir  və  bu  növ  hərraclar  yalnız  fond 

qiymətlilərinin  artıqlığı  və  ödəniş  qabiliyyətinin  aşağı  olduğu  hallarda  satıcılar 

arasında  yaranan,  yaxud  əksinə,  fond  qiymətlilərinin  azlığı  və  yüsək  ödəniş 

qabiliyyətinin olduğu hallarda alıcılar arasında yaranan rəqabət zamanı tətbiq olunur. 

Lakin eyni zamanda həm satıcılar, həm də alıcılar arasında rəqabət yarandığı hallarda 

daha  səmərəli  hərrac  formasından  –  ikiqat  hərracdan  istifadə  olunur.  Bu  halda 

ticarətin  təşkili  müəyyən  qiymətlə  maliyyə  aktivlərinin  eyni  zamanda  həm 

alınmasına,  həm  də  satılmasına  dair  ərizələrin  qəbulunu  nəzərdə  tutur.  Ticarətin 

təşkilatçıları  qarşısına  qoyulan  ən  əsas  vəzifə  daxil  olan  ərizələrin  maksimum  razı 

salınmasıdır.  Ərizələrin  razı  salınması  metodlarından  asılı  olaraq  ikiqat  hərrac 



aralıqsız və birdəfəlik növlərə bölünür. 

Birdəfəlik  hərracın  aparılmasının  əsas  məqsədi  bütün  saziş  iştirakçıları  üçün 

eyni  olan  hərrac  qiymətinin  müəyyən  olunmasıdır.Bu  proses  aşağıdakı  misalda 

olduğu  kimi  (cədvəl№  2.1.)  həyata  keçirilir:daxil  olan  ərizələr  alış  sifarişləri  üzrə 

qiymətin azalan ardıcıllığı ilə, satış sifarişləri isə əksinə yığılır və sıralanır. 

Cədvəl № 2.1. Hərrac qiymətinin müəyyən olunması. 

Alış sifarişi 

Satış sifarişi 

Qiymətli kağızların miqdarı 

Qiymət  Qiymət 

Qiymətli kağızların miqdarı 

Ərizə üzrə 

Yüksələn nəticə ilə 

Ərizə üzrə 

Yüksələn nəticə ilə 

300 

300 


Bazar 

Bazar 


500 

500 


100 

400 


47 

41 


50 

550 


200 

600 


46 

42 


100 

650 


400 

1000 


45 

43 


250 

900 


600 

1600 


44 

44 


500 

1400 


1000 

2600 


43 

45 


600 

2000 


3000 

5600 


42 

46 


2500 

4500 



32

 

 



Bu    zaman  nəzərdə tutulur ki,  investor səhmi  almaq  istədiyi  qiymətdən  aşağı 

qiymətə  də  almağa  razıdır.Uyğun  olaraq  satıcılar  da  ancaq  satmaq  istədikləri 

qiymətin  aşağı  sərhəddini  göstərirlər  –  onlar  səhmləri  daha  yüksək  qiymətə  də 

satmağa  razıdırlar.Bunlar  nəzərə  alınaraq  maksimum  ərizənin  reallaşdırıla  biləcəyi 

vahid  qiymət  müəyyən  edilir.  Baxılan  misalda  bu  44-dür.  Bu  qiymətə  1400  satış 

ərizəsi satılacaq, ümumi miqdarı 1600 olan alış ərizələrinin 200-ü isə sifariş kitabında 

qalacaq və növbəti hərraca saxlanılacaq.  

Aralıqsız hərrac qiymətli kağızların alqı-satqı qiymətlərinin qeydiyyatının eyni 

zamanda  həyata  keçirilməsini  nəzərdə  tutur.  Bu  zaman  elektron  lövhədə  hər  bir 

qiymətli  kağız  növü  üzrə  minimum  satış  və  maksimum  alış  qiyməti  və  son  sazişin 

başlanması  vaxtı  göstərilir.  Brokerlər  bu  qiymətləri  müşahidə  edərək  ya  aktivlərin 

alınması, ya satılması qərarını qəbul edir, ya da spedi adlanan alış və satış qiymətləri 

arasındakı fərqi azaldan öz qiymətlərini təklif edirlər. Məsələn, alış 83, satış 84 $. Bu 

zaman aktivi almaq istəyən broker aşağıdakı variantlardan birini seçməlidir: 

 

onları 84 dollara almaq, çünki bu, hazırki dövr üçün ən yaxşı qiymətdir; 



 

əgər qiymətin düşməsini proqnozlaşdırırsa, onda gəzləmək; 



 

mövcud  alış  qiymətindən  yüksək  qiymət  təklif  etmək,  məsələn,  83.5 



dollar.Bu qiymət bazarda ən yaxşı qiymət olacaqdır və aktivləri satmaq istəyənlər ilk 

növbədə ona müraciət edəcəklər. 

İlkin  bazardan  sonra  qiymətli  kağızlar  təkrar  bazara  daxil  olurlar.  Qiymətli 

kağılarla  geniş  əməliyyatlar  bu  bazarın  mütəşəkkil  forması  olan  fond  birjasında 

davam edir. Birja əməliyyatlarına aktivlərin alqı-satqısı, listinq və delistinq, opsion, 

forvard və fyüçers əqdlərinin bağlanması, əmtəələrin qiymətləndirlməsi (kotirovkası), 

girov,  hesablaşma,  klirinq,  konsaltinq,  qiymətli  kağızların  saxlanması  və  təqdim 

edilməsi  kimi  fəaliyyət  növlərini  aid  etmək  olar.  Bu  əməliyyatların  əsas 

xüsusiyyətləri aşağıdakılardır: 

 



əməliyyatlar xüsusi yerlərdə keçirilir

 



birja əmtəələri üzrə standart kütlələrlə keçirilir

 



əmtəənin özü birjada olmadıqda onun təsviri üzrə keçirilir; 


33

 

 



 

daimi, aşkar və sərbəst qiymətqoyma şəraitində keçirilir



 

dövlət tərəfindən tənzimlənmir; 



 

qanunlarda  və  birjanın  nizamnaməsində  göstərilmiş  vahid  qaydalarla, 



vasitəçilər tərəfindən həyata keçirilir. 

Listinq  qiymətli  kağızların  birjanın  xüsusi  qiymətləndirmə  siyahısına  daxil 

edilməsidir.  Listə  daxil  edilmiş  qiymətli  kağızlar  satışa  buraxılır  və  hər  bir  emitent 

özünün  qiymətli  kağızlarının  bu  siyahıya  daxil  edilməsinə  can  atır,  çünki  siyahiya 

daxil edilmiş qiymətli kağızlara investorlar daha çox maraq göstərir. Delistinq isə bu 

prosesin əksidir. 

Kotirovka  birjanın  hər  iş  günü  ərzində  birja  satışları  prosesində  qiymətlərin 

müəyyən  edilməsi  və  onların  birja  bülletenində  dərc  olunmasını  bildirir. 

Qiymətləndirmə  zamanı  satıcı  və  alıcının  qiymətləri  elan  olunur.  Birja  bülletinində 

isə  emitentin  adı,  qiymətli  kağızın  nominal,  alıcının,  satıcının  və  bağlanmış 

qiymətləri, satışın həcmi, son əqdin tarixi, dividend, əqd qiymətinin mütləq və nisbi 

dəyişməsi göstərilir. Bu qiymətlər əsasında birja əqdləri üzrə orta qiymət hesablanır 

və  hər  gün  elan  olunur.  Bu  əməliyyat  əqdlərin  bağlanmasında  səmt  göstərən  kimi 

çıxış edir, həmçinin bazar konyukturasına ciddi təsir göstərir. 

Qiymətli  kağızlar  bazarında  əməliyyatlar  kassa  və  müddətli  olmaqla  2  qrupa 

bölünür.  Müddətli  əməliyyaların  növləri  kimi  fyüçers,  forvard  və  opsionlar  geniş 

yayılmışlar. Fyüçers əqdində iki iştirakçı öz üzərinə müqavilədə göstərilən müddətdə 

əmtəənin  əqdin  bağlandığı  ana  olan  qiymətlə  müvafiq  olaraq  alınması  və  satılması 

üzrə öhdəlik qəbul edir. Əqd bağlandıqda heç nə alınmır və satılmır. Sadəcə hər iki 

tərəf öz üzərinə aktivin alınması və satılmasına dair öhdəlik qəbul edir. 



Forvard  kontraktları  (əqdləri)  aktivlərin  təyin  olunmuş  müddətdə  təsbit 

edilmiş  qiymətlə  təqdim  edilməsi  haqqında  müqavilədir.  Əqd  bağlandıqda  aktivin 

miqdarı,  keyfiyyət  xassələri  və  digər  parametrləri  tərəflər  arasında  razılaşdırılır.  Bu 

əqd  fyüçersə  yaxındır.  Lakin  onların  müəyyən  fərqləri  mövcuddur:  fyüçers  əqdləri 

yalnız  birjada  baəlana  bilər,  lakin  forvard  birjadankənar  bazarda  da  baəlana  bilər; 

fyüçers əqdi həm formasına, həm də məzmununa görə standartlaşdırılmışdır; fyüçers 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə