Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


    poors 5000, Dou Jones



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

22

 

 



poors 5000, Dou Jones  Nyu-York fond birjasının indeksi, birjadankənar bazarda 

isə NASDAQ indeksidir.   

Klassik fond birjasının əsas əlamətləri aşağıdakılardır:  

 



fond  birjası  konkret  yeri,  yəni  ticarət  meydanı  olan  mərkəzləşdirilmiş 

bazardır; 

 

bu  bazarda  müəyyən  tələblərə  cavab  verən  daha  keyfiyyətli  qiymətli 



kağızların  seçimi  prosedurası  mövcuddur.  Bu  tələblərə  maliyyə  dözümlülüyü, 

qiymətli  kağzların  birnövlü  və  standart  əmtəə  kimi  kütləviliyi,  təklifin  kütləviliyi, 

qitmətlərin dəqiq göstərilmiş tərəddüdlüyü və s. aiddir; 

 



Birja üzvləri kimi bazarın ən yaxşı operatorlarının seçimi prosedurasının 

və qiymətli kağızlarla ticarətin vaxt reqlamentinin mövcudluğu; 

 

Müqavilələrin  qeydiyyatının  və  onlara  görə  hesablaşmaların 



mərkəzləşdirilməsi; 

 



rəsmi birja kotirovkalarının qoyulması və birja üzvlərinə nəzarət. 

Dünya  praktikasında  fond  birjalarının  3  tipi  mövcuddur:  İctimai-hüquqi 



birjalar      hər  zaman  dövlətin  nəzarəti  altında  saxlanılır.  Dövlət  birja  ticarət 

qanunlarının  tərtib  edilməsində  iştirak  edir  və  onların  həyata  keçirilməsinə  nəzarət 

edir,  ticarət  zamanı  birjada  qayda-qanunun  olmasını  təmin  edir,  birja  maklerlərini 

təyin edir və onları işdən azad edir. Bu tip birjalara Almaniya və Fransada rast gəlmək 

olar. 

Xüsusi  birjalar  səhmdar  cəmiyyəti  formasında  yaradılır,  tam  sərbəst  birja 

ticarətini təşkil edir. Bu, o demək deyildir ki, birja dövlət nəzarətindən kənarda qalır. 

Dövlət  birja  ticarətinin  tənzim  edilməsində  öz  üzərinə  heç  bir  təminat  götürmür. 

Buradakı  bütün  sazişlər  qanun  çərçivəsində  olur.  Bu  tip  birjalar  İngiltərə  və  ABŞ  

üçün xarakterikdir. 

Qarışıq birjalar. Əgər fond birjası səhmdar cəmiyyəti formasında yaradılırsa 

və  onun  kapitalının  50%-dən  az  olmayaraq  dövlətə  məxsusdursa  ,  onda  bu  cür 

birjaları  qarışıq  birjalar  adlandırırlar.  Belə  birjaların  fəaliyyətinə  birja  komissarı 



23

 

 



nəzarət edir və rəsmi şəkildə birja kurslarını qeydiyyatdan keçirir( Avstriya, İsveç və 

İsveçrə).  

    Fond  birjası  bir  neçə  funksiyalar  yerinə  yetirir  ki,  bunlara  da  aşağıdakılar 

aiddir: 


1.

 

Şəxsi yığımları səfərbər etmək və qiymətli kağızlarla əməliyyatlar vasitəsilə 



uzunmüddətli  kapital  qoyuluşlarına  çevirmək  .  O,  qiymətli  kağızların  tələb  olunan 

likvidliyini təmin edir və qısamüddətli yığımların uzunmüddətli maliyyələşməyə cəlb 

olunmasına imkan yaradır. 

2.

 



Birjada  tədavül  edən  qiymətli  kağızların  qiymətləndirilməsi,  qeydiyyatdan 

keçirilməsi və məzənnə bülletenlərində dərc edilməsi. 

3.

 

Nəzarət  səhm  paketərinin  formalaşdırılması  yolu  ilə  kapitalın 



mərkəzləşdirilməsinin sürətləndirilməsi.  

4.

 



Maliyyə alətləri və əmtəələr, onların qiyməti və davranış qaydaları haqqında 

informasiyalrın yayılması. 

5.

 

Qayda və qanunların hazırlanması. 



Birja fəaliyyətinin ənənəvi fərqləndirici cəhəti onun qeyri-kommersiya xarakter 

daşımasıdır. Birjalar hüquqi şəxslərdən mənfəət vergisindən azaddır. Fond birjalarının 

gəlirləri müxtəlif mənbələrdən formalaşır. Əsas gəlir mənbələri: birjada vasitəçi kimi 

çıxış  edən  şirkətlərin  yerinə  yetirdikləri  sifarişdən  yığılan  rüsum;  səhmlərin  birja 

siyahısına daxil edildiyinə görə emitentlərin ödəmələri; birjanın yeni üzvlərinin qəbul 

ödəmələri,  birja  üzvlərinin  illik  və  məqsədli  ödəmələri;  cari  itgilərin  örtülməsinə, 

yaxud zəruri ehtiyatların yaradılmasına edilən ödəmələrdən ibarətdir.  

Beynəlxalq  praktikada  birjaların  müxtəlif  təşkilati-hüquqi  formaları 

mövcuddur: 

 



Gəlirsiz korporasiya (Nyu-York birjası); 

 



Gəlirsiz üzvlük təşkilatı (Tokio birjası); 

 



Məhdud məsuliyyətli yoldaşlıq (London və Sidney birjaları); 

 



Yarımdövlət təşkilatı (Frankfurt birjası). 


24

 

 



Ümumiyyətlə  təcrübədə  fond  birjası  ya  assosasiya,  ya  da  səhmdar  cəmiyyəti 

şəklində  yaradılır.  Respublikamızda  mövcud  olan  qanunvericiliyə  əsasən  fond 

birjaları  qapalı  tipli  səhmdar  cəmiyyəti  formasında  yaradılır.  Bu  qayda  AR-nın 

“Qiymətli  kağızlar  haqqında”  Qanununda  da  təsbit  edilmışdir.  Qanunda  həmçinin 

qeyd  olunur  ki,  fond  birjası  qiymətli  kağızlar  bazarında    ticarətin  təşkılatçısı  kimi, 

depozitari  fəaliyyəti  və  qarşılıqlı  öhdəliklərin  müəyyən  olunması  fəaliyyəti  istisna 

olmaqla digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjası ticarət salonunda 

əqdlərin  bağlanmasının,  əqdlər  üzrə  hesablaşmaların  və  uçotun  qaydalarını,  fond 

birjasının fəaliyyəti ilə əlaqədar olan müxtəlif qaydaları və sənədləri müstəqil işləyib 

hazırlayır və təsdiq edir. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. 

Qiymətli  kağızlar  bazarının  digər  iştirakçıları  birjada  yalnız  birja  üzvlərinin 

vasitəçiləri ilə əməliyyatlar apara bilərlər.  

Birjaların  təsisatçılarının  tərkibi  onun  növündən  asılıdır.  Lakin  umumilikdə 

aşağıdakı fiziki və hüquqi şəxslər birjanın təsisatçısı kimi çıxış edə bilməzlər: 

 

yuxarı və yerli dövlət idarəetmə və hakimiyyət orqanları; 



 

bank əməliyyatları üçün lisenziya almış banklar və kredit təşkilatları; 



 

sığorta və investisiya fondları; 



 

dini cəmiyyətlər və xeyriyyə təşkilatları; 



 

mövcud  qanunvericiliyə  görə  müəssisə  fəaliyyəti  həyata  keçirə  bilməyən 



fiziki şəxslər. 

Fond  birjaları  öz  fəaliyyətlərini  birla  nizamnaməsinə  uyğun  olaraq  həyata 

keçirirlər. Nizamnamədə birjanın idarə olunması qaydası, orqanlarının yaradılması və 

onların funksiyaları, birja üzvlərinin tərkibi, onun üzvlüyünə daxil olmaq qaydaları, 

üzvlüyündən çıxmaq və xaric edilmək qaydası və s. nəzərdə tutulur. Birjanı Ümumi 

İclas, Birja Şurası və Direktorlar Şurası idarə edir. Birjanın ali orqanı Ümumi İclasdır. 

Bu orqan birjanın Təftiş Komissiyasını seçir. Ümumi İclas birjanın ixtisaslaşmasını, 

yaxud onun universiallığını müəyyən edir. Onun əsas funksiyaları aşağıdakılrdır: 

 

birja üzrə idarəetmənin və birja ticarətinin həyata keçirilməsi



 

birjanın məqsəd və vəzifələrinin müəyyən edilməsi; 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə