Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   2   3   4   5   6   7   8   9   ...   23

13

 

 



istehsal  sahələrinin  xeyirinə  yenidən  bölüşdürülməsi  və  təsərrüfat  subyektlərinin 

inkişafı məqsədlərindən ötrü investisiyaların cəlb olunmasıdır. İkinci bazarı daxilində 

aşağıdakı 4 səviyyəni fərqləndirirlər: 

 



birinci  səviyyə  fond  birjasıdır.  Burada  birjada  qeydiyyatdan  keçmiş  və 

qiymətləndirilməyə buraxılmış qiymətli kağızlarla ədqlər baş verir

 

ikinci  səviyyə  birjada  qeydiyyatdan  keçməmiş  qiymətli  kağızlarla 



əməliyyatların keçirildiyi birjadankənar bazardır; 

 



üçüncü səviyyə vasitəçilərin vasitəsilə və yüksək rüsumlar təyin etmiş fond 

birjalarını  ötərək  qeydyyatdan  keçirilmiş  qiymətli  kağızların  alqı-satqısı  baş  verən 

birjadankənar bazardır; 

 



dördüncü  səviyyə  ticarətin  vasitəçiləri  birləşdirən  komputer  şəbəkələri 

vasitəsilə  keçirildiyi  komputerləşdirilmiş  bazardır.  Belə  sistemin  köməkliyi  ilə 

investor  komisyon  ödəmələrdə  böyük  qənaət  əldə  edir  və  fond  bazarının  qeyri-

sabitliyə düçar olması riski azalır.   

b)

 

 Mütəşəkkil  və  qeyri-mütəşəkkil  bazar.  Qiymətli  kağızların  mütəşəkkil 



bazarında  qiymətli  kağızlar  bazar  iştirakçıları  arasında,  onların  zəmanəti  ilə  digər 

bazar  iştirakçıları  –  lisenziyaya  malik  peşəkar  vasitəçilər  tərəfindən  sərt  qaydalar 

əsasında  dövriyyə  edir.  Qeyri-mütəşəkkil  bazarlarda  isə  qiymətli  kağızların 

dövriyyəsi  zamanı  bazar  iştirakçılarının  vahid  qəbul  edilmiş  qaydalara  riayət 

etməsinə heç bir tələb qoyulmur. 

Sxem №1.3. Qiymətli kağızlarla ticarətin təşkili üsuluna görəbazrın tərkibi 

quruluşu. 

 

 

 

 

             

                                                                

         

     Qiymətli   kağızlar  bazarı 



               Kassa 

               Təkrar 

            Müddətli 

          Birjadankənar 



       Qeyri-mütəşəkkil 

     Komputerləşdirilmiş 

               İlkin 

             Ənənəvi 

              Birja 

           Mütəşəkkil 


14

 

 



c)

 

Birja  və  birjadankənar  bazar.  Birja  bazarı  mütəşəkkil  fond  birjalarında 



yalnız  bütün  bazar  iştirakçıları  arasından  ciddi  surətdə  seçilmiş  birja  vasitəçiləri 

arasında  birja  qaydalarına  riayət  etmək  şərti  ilə,  birjadankənar  bazar  isə  fond 

birjasından kənarda qiymətli kağızların ticarətini təşkil edir. 

d)

 



 Ənənəvi  və  komputerləşdirilmiş  bazar.  Ənənəvi  qiymətli  kağızlar  bazarı    

adından  göründüyü  kimi  əməliyyatların  ənənəvi  qaydada  həyata  keçirildiyi 

bazardır.Komputerləşdirilmiş  bazarda  ticarət  fond  üzvlərini  birləşdirən  vahid 

komputer  şəbəkəsi  vasitəsilə  aparılır.  Yeni  komputerləşdirilmiş  bazarlar  ərazicə 

bölüşdürülmüş  elektron  birjaları  kimi  çıxış  edir.Belə  bazarların  daxilində 

birjadankənar ticarət təkcə ənənəvi olaraqtelefonla deyil, xüsusi komputer sistemləri 

vasitəsilə  aparıla  bilər.  Bu  cür  sistemlərin  ən  iri  miqyaslısı  1971-ci  ildən  ABŞ-da 

tətbiq  olunan  Milli  Qiymətli  Kağız  Dilerləri  Assosiasiyasının    avtomatlaşdırılmış 

qiymətləndirmə sistemidir (NASDAQ). Bu, bütün ölkə ərazisini əhatə edən, özünün 

abonentlərinə  çoxsaylı  terminal  vasitəsilə  bilavasitə  iş  yerindən  qiymətli  kağızlarla 

əqdlər bağlamaq imkanı verən mürəkkəb və geniş elektron şəbəkədir.  Bundan əlavə 

artıq  birjadankənar  bazar  daxilində  iri  miqyaslı  əməliyyatların  komputer  sistemi 

vasitəsilə, birbaşa – heç bir vasitəçi olmadan həyata keçirildiyi bazar formalaşmışdır. 

Bunlara  misal  olaraq  İNSTİNET,  POSİT  və  Crossing  Network  kimi  elektron 

qiymətli kağızlar ticarət sistemlərini misal göstərmək olar.      

e)

 



Kassa  və  müddətli.  Kassa  qiymətli  kağızlar  bazrında  əqdlər  1-2  iş  günü 

ərzində icra olunur, yaxud sifarişçi üçün qiymətli kağızların dərhal alqı-satqısı tələb 

olunduqda, o, bu bazardan istifadə edir.Yerinə yetirilmə müddəti 2 gündən çox olan 

əqdlər isə qiymətli kağızların müddətli bazarında həyata keçirilir.Adətən bu 3 ayadək 

olan dövrü əhatə edir. Bu bazarda əməliyyatlar üzrə hesablaşmalar ya ayın ortasında 

(per-medio), ya da ayın sonunda (per-ultimo) həyata keçirilir.           



 

 

 

 

 


15

 

 



1.2. Qiymətli kağızlar bazarının iştirakçıları. 

 

Azərbaycan  Respublikasının  1iyun  2000–ci  il  tarixli  Mülki  Məcəlləsinə  görə 

(maddə  992-1.2.)  qiymətli  kağızlar  bazarının  iştirakçıları  qiymətli  kağızların 

emissiyasında,  tədavülündə,  ödənilməsində,  sahibliyində,  saxlanılmasında,  qiymətli 

kağızlarla  əməliyyatların  aparılmasında  subyekt  və  ya  tərəf  kim  çıxış  edən  şəxslər, 

habelə  qiymətlikağızlar  bazarının  tənzimlənməsini  həyata  keçirən  dövlət  və  qeyri-

kommersiya  təşkilatları  olan  qiymətli  kağızlar  bazarının  iştirakçılarının  özünü 

tənzimləyən  təşkilatlarıdır.  Fond  bazarının  peşəkar  iştirakçıları  qanunvericilik 

əsasında  qiymətli  kağızlar  bazarında  xüsusi  razılıq  əsasında  fəaliyyət  göstərən 

şəxslərdir. 

Fond  bazarının  iştirakçılarının  (alıcı,  satıcı  və  vasitəçilər)  tərkibi  aşağıdakı 

kimidir: 

 

emitentlər; 



 

investorlar; 



 

brokerlər, dilerlər; 



 

qiymətli  kağızların  uçotu,  saxlanması,  və  onlarla  əməliyyatlara  görə 



hesablaşmalar üzrə ixtisaslaşan təşkilatlar; 

 



qiymətli kağızlar bazarını tənzimləyən dövlət orqanları; 

 



özünütənzimləmə  təşlikatları  (investisiya  təsisatlarının  assosasiya  və 

birlikləri). 

 “Qiymətli kağızlar haqqında” Qanunda ( 14 iyul 1998–ci il) göstərildiyi kimi 

emitent qiymətli kağızların sahibi qarşısında onlarda təsbit edilmiş hüquqların həyata 

keçirilməsi üzrə öz adından öhdəliklər daşıyan hüquqi şəxs, icra hakimiyyəti orqanı 

və  ya  bələdiyyə  orqanlarıdır.Yəni  bu  qismdə  müxtəlif  hüquqi  şəxslər  çıxış  edə 

bilərlər.    

Bir  qayda  olaraq  emitentlər  qiymətli  kağızların  ilkin  bazarının 

iştirakçılarıdırlar.  Fond  bazarında  emitenti  onun  buraxdığı  qiymətli  kağızların 

investisiya  keyfiyyətlərinə  görə  qiymətləndirirlər.  Emitentlər  içərisində  liderliyi 

həmişə dövlət saxlayır. Çünki dövlətin emissiya etdiyi qiymətli kağızların riski sıfıra 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə