Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

25

 

 



 

birjanın inkişaf strategiyasının işlənib hazırlanması; 



 

birjadaxili nomativ sənədlərin qəbul edilməsi və dəyişdirilməsi



 

seçilmiş orqanların fomalaşdırılması; 



 

birja fəaliyyətinə xitam verilməsinə dair qərarın qəbul edilməsi və s. 



Ümumi Yığıncaq ildə bir dəfə çağrıldığından, birjanın operativ idarə edilməsi 

üçün  Birja  Şurası  yaradılır.  O,  Ümumi  Yığıcağın  səlahiyyətlərinə  daxil  olan 

məsələlərdən başqa birjanın cari fəaliyyətinə nəzarət edərək qarşıya çıxan məsələləri 

həll edir. Bu məsələlərə aşağıdakılar aiddir: 

 

idarəetmə hesabatlarına baxılması və qiymətləndirilməsi



 

birjadakı ticarət qaydalarına dəyişikliklərin edilməsi



 

bütün ödənişlərin həcminin müəyyənləşdirilməsi; 



 

birjaya  yeni  üzvlərin  qəbulu  və  ya  çıxarılması  haqqında  qərarın  qəbul 



olunması;  

 



birja ticarətinə rəhbərlik etmək və s. 

Birjanın idarəedici orqanı İdarə Heyəti və ya Direktorlar Şurasıdır. İdarə Heyəti 

birjanın baş vəzifəli şəxi olan birja prezidentini təyin edir. 

Ümumilikdə  birjanın  daxili  quruluşu  bu  orqanları  əhatə  edə  bilər: 

qiymətləndirmə  komissiyası;  hesablaşma  palatası;  qeydiyyat  komissiyası; 

informasiya-analitik xidməti; xarici əlaqələr şöbəsi; konsaltinq şöbəsi; texniki təminat 

şöbəsi; inzibati-təsərrüfat şöbəsi; arbitraj komissijası. 

Birjanın  üzvləri  kimi  onun  nizamnamə  kapitalının  formalaşmasında  iştirak 

edən,  üzvlük  haqqı  ödəyən,  birja  əmlakında  payçı  kimi  iştirak  edən  və  birjanın 

əsasnaməsi  və  qaydaları  ilə  müəyyənləşən  şəxslər  çıxış  edə  bilər.  Birja  üzvləri  iki 

qrupa bölünür: a) əqdləri öz və ya müştərinin hesabına həyata keçirənlər; b) əqdləri 

yalnız  öz  hesabına  həyata  keçirənlər.  Üzvlərin  sayı  nizamnamə  kapitalının 

həcmindən, bir səhmin nominal dəyərindən və bir üzvün sahib ola biləcəyi səhmlərin 

sayından asılıdır. Birja öz üzvlərinə aşağıdakı üstünkükləri verir: 

 

birjanın ümumu yığıncağında və idarə edilməsində işiştirak etmək



 

idarəetmə və nəzarət orqanını seçmək və seçilmək; 




26

 

 



 

birjanın  əmlakından,  informasiyasından  və  orada  göstərilən  xidmətlərdən 



istifadə etmək, birja zalında vasitəçi kimi ticarət etmək. 

Fond  birjasında  mühüm  yeri  “tiker”  adlanan  elektron  tablo  tutur.  Tablo  fond 

birjasının məcburi atributlarındandır. Tabloda birjada gün ərzində bağlanmış hər bir 

əqdin  həcmi  və  qiyməti,  emitent  şirkətlərin  adları  və  onların  səhmlərinin 

məzənnələrinin  dəyişməsi  göstərilir.  İri  şirkətlərin  səhmləri  üçün  5  məzənnə 

göstərilir:  1)  Açılış  məzənnəsi;  2)Gün  ərzində  minimal  məzənnə;  3)Gün  ərzində 

maksimal məzənnə; 3)Cari məzənnə; 4)Vahid məzənnə. 

Respublikamızda  yeganə  fond  birjası  2000-ci  ildə  təsis  edilmiş  Bakı  Fond 

Birjasıdır (BFB). BFB haqqında III fəsildə daha geniş məlumat verilmişdir. 

Dünya  səviyyəsində  tanınmış  fond  birjaları  isə  maliyyə  bazarının  təxminən 

90%-nin  cəmləşdiyi  ABŞ,  Avropa  və  Yaponiya  regionlarının  birjalarıdır.  Hazırda 

dünyanın ən böyük fond birjası 1792-ci ildə yaradılmış Nyu-York fond birjasıdır. Bu 

birja qeyri-kommersiya korporasiyası şəklində fəaliyyət göstərir. Birjanı 24-ü seçilən 

olmaqla ilə 27 nəfərdən ibarət Direktorlar Şurası idarə edir. Bu birjanın üzvləri yalnız 

fiziki  şəxslər  ola  bilərlər.  Hazırda  birjanın  1366  üzvü  var.  Bundan  əlavə  birjada 

listinqində qeyd olunmuş 2800 şirkət (onlardan 450-si 53 xarici ölkənin şirkətləridir), 

400 broker firması, 12min-ə yaxın korporativ investor, 52mln. fərdi investor fəaliyyət 

göstərir.  Təkcə  onu  qeyd  etmək  lazımdır  ki,  80mln.  amerikalının  gəliri  NFB-da 

səhmlərə  yatırılan  dividendlərdən  formalaşır.  2014-cü  ildə  səhmlərin  ilkin 

yerləşdirilməsi əməliyyatlarının həcmi 52mlrd. dollar, 2014-cü ilin iyulunda birjanın 

kapitallaşdırma məbləği 20,692 trln. dollar təşkil etmişdir.   

Digər  iri  fond  birjası  1773-cü  ildə  yaradılmış  London  birjasıdır.  Ticarətinin 

həcminə  görə  bu  birja  Nyu-York  və  Tokio  birjaları  ilə  rəqabət  aparır.  Bu  birjada 

əqdlərin  75-85%-i  birjanın  avtomatlaşdırılmış  qiymətləndirmə  sistemi  (Stock 

Exchange Quatation-SEAQ) daxilində baş verir. Bu sistemdə satılmaq üçün qiymətli 

kağızın  ən  azı  2  marketmeykeri  olmalıdır.  Marketmetker-iş  günü  ərzində  aktivlərin 

qiymətlərini  təyin  etməli,  birja  tərəfindən  son  12  ay  ərzindəki  dövriyyədən  asılı 

olaraq hər bir səhm üzrə təyin etdiyi həcmdə alqı-satqı əməliyyatlarını keçirməli olan 




27

 

 



investisiya  təsisatıdır.    Nyu-York  fond  birjasından  fərqli  olaraq  bu  birjanın  üzvləri 

hüquqi şəxslər də ola bilər. Onun üzvlərinin sayı 5000-dən çoxdur. Listinqində 2500 

şirkət  vardır  ki,  bunların  da  2000-dən  çoxu  yerli  şirkətlərdir.  Lakin  birja 

dövriyyəsinin  40%-i  xarici  emitentlərin  səhmlərinin  payına  düşür.    2015-ci  ildə 

səhmlərin  ilkin  yerləşdirilməsi  üzrə  əməliyyatların  həcmi  46  mlrd.  dollar  təşkil 

etmişdir. İyul ayında birjanın kapitallaşdırma məbləği 4,023trln. dollar olmuşdur. 

Avropanın digər iri fond birjası Frankfurt birjasıdır. Birja 1993-cü ildən qeyri-

kommersiya  şirkəti  kimi  fəaliyyət  göstərməyə  başlamışdır.  Birja  ölkə üzrə  səhm  və 

istiqraz  dövriyyəsinin  75%-ni  özündə  cəmləşdirir.  2015-ci  ildə  onun  ticarət 

dövriyyəsi  1,915trln,  həmin  ilin  iyulunda  kapitallaşdırma  məbləği  1,973trln  dollar  

olmuşdur. 

1878-ci  ildə  təsis  edilmiş  Tokio  fond  birjası  dünya  üzrə  fond  birjaları 

siyahısında ilk üç yerdən birini tutur. Bu birja əsas göstəricilərinə görə yalnız Nyu-

York  və  London  fond  birjaları  ilə  müqayisə  edilə  bilər.  Yaponiyada  birja 

dövriyyəsinin 80%-i bu birjanın payına düşür. Birjada 1517 səhmdar cəmiyyəti iştirak 

edir.  Listinqində  2500  şirkət  qeydiyyatdan  keçmişdir.  İdarəetmə  səlahiyyətlərinə 

malik  üzvlərinin  sayı  isə  124-dür.  Onlardan  123-ü  daimi  üzvlər,  1-i  isə  birjada  öz 

əməkdaşları  ilə  təmsil  olunan  saytorilərdir.  Daimi  üzvlər  broker-diler  əməliyyatları 

keçirir, satrorilər isə daimi üzvlər arasında vasitəçilik funksiyalarını həyata keçirirlər. 

Onlara  öz  hesablarına  əməliyyat  keçirmək  qadağandır.  Birjanın  kapitallaşdırma 

məbləği 4,679trln. dollardır. 

 

 

 

 

 

 

 

 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə