Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


M ö v z u 2. Qədim Şərq fəlsəfəsi



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   2   3   4   5   6   7   8   9   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

M ö v z u 2. Qədim Şərq fəlsəfəsi 
 
Qədim Şrəqdə elmi biliklərin və fəlsəfi təfəkkürün təşəkkül tapması. Qədim 
yazılı mənbələr və fəlsəfi fikrin yaranmasının ilkin mədəni-tarixi şərtləri. Fəlsəfənin 
meydana gəlməsinin ümumi qanunauyğunluqları. 
Qədim Misir və Babilistanda ilkin fəlsəfi təsəvvürlərin, ilkin rüşeymlərinin 
meydana gəlməsi. 
Qədim Çində fəlsəfənin formalaşmasına təbiət elmlərinien inkişafının təsiri. 
Qədim Çin fəlsəfi məktəbləri: konfutsilik, moizm, qanun məktəbi (legizm), daosizm, 
in-yan məktəbi (naturfəlsəfə) adlar məktəbi. İnsana məhəbbət Konfutsi məktəbinin 
əsas fəlsəfi təlimidir. Moizm məktəbinin fəlsəfəsi. Moizm məktəbi nümayəndələrinin 
idrak nəzəriyyəsi. Daosizm fəlsəfi təlimi. Bu təlimin insan əqlinə və ruhun 
ölməzliyinə münasibəti.
Qədim Hindistanda fəlsəfə. Bir sıra fəlsəfi fikirlərin cəmləşdiyi vedlər (bilik) 
qədim ədəbi abidədir. Vedlərin tərkib hissələri. Riqved, Brahman, Aranyaklar, 
Upanişad. Qədim Hindistanda ortodoksal fəlsəfi məktəblər: sankhiya, yoqa, 
vayşeşika, nyaya, mimansa, vedanta. Qeyri-ortodoksal fəlsəfi məktəblər: çaynizm, 
buddizm, lokayatlar (çarvaklar). 
Qədim Şərq fəlsəfəsinin dünya fəlsəfi fikir tarixində rolu. 
M ö v z u 3. Antik Yunan və qədim Roma fəlsəfəsi 
 
Antik yunan klassik fəlsəfəsinin formalaşmasında mifologiyanın və «Yeddi 
müdriklərin» rolu.
Antik yunan klassik fəlsəfəsinin yaranması və onun inkişaf mərhələləri. Antik
fəlsəfənin kosmosentrik xarakteri. Erkən naturfəlsəfi təlimlər. Milet məktəbi – 
Avropada ilk fəlsəfi məktəbdir. Fales, Anaksimandr, Anaksimenin fəlsəfi məsələri 
həll etməyə ilk cəhdləri. Qədim Yunan fəlsəfəsində Fales sadəlövh materializmin 
banisidir. Onun dünyanın yaranması haqqındakı baxışları. Anaksimandrın əbədi 
sonsuz varlıq haqqındakı təlimi. Onun materiyanın saxlanmasına və göy cisimlərinin 
düzülüşünə dair baxışları və kortəbii dialektikası. Anaksimenin atom və boşluq 
haqqındakı təlimi və onun kortəbii dialektikası. Heraklitin təbiətdə hərəkət və 
dəyişiklik haqqındakı fikirləri və dünyanın maddiliyi ideyasının zənginləşməsində 
onun rolu. Heraklitin kortəbii dialektikası və təbiətdəki qanunauyğunluqlara dair 
baxışları.
Pifaqor və pifaqorçular məktəbi. Bu məktəbin antik fəlsəfədə ilk idealist 
məktəb olması. Antik dialektikanın təşəkkülü. 
Eleya məktəbi və bu məktəbin nümayəndələrinin fəlsəfəsində varlıq və 
təfəkkürün qarşılıqlı münasibəti məsələsi. Ksenofan, Parmenid, Zenonun təlimləri ilə 
antik fəlsəfənin formalaşmasının başa çatması.
Empedokl və Anaksaqorun fəlsəfəsi antik fəlsəfi təfəkkürün inkişafında xüsusi 
mərhələdir.


Levkipp və Demokritin atomist təlimi antik materializmin zirvəsidir. 
Demokritin hərəkət, səbəbiyyət və cəmiyyət haqqında irəli sürdüyü fikirlər.
Yunan fəlsəfəsinin klassik dövrü. Sofistlər «düşünən, danışan və iş görən 
yunan maarifçiləridir». Sofistlər insan probleminə doğru dönüş. Sofistlərin 
müdrikliyi. Sokrat klassik dövrün ilk filosofudur. Sokratın «Özün özünü dərk et!» və 
«Mən bilirəm ki, mən heç nə bilmirəm!» kəlamları və onların fəlsəfi mənası. Onun 
fəlsəfəsində insan, şüur və bilik problemləri. Sokratın dövləti idarəetmə qaydalarına 
dair baxışları. 
Platonun obyektiv idealizmi. Platonun ideyalar aləmi və onun xüsusiyyətləri 
haqqında bədən və ruh haqqında təlimi. Platonun idealzminin qnoseoloji və ontoloji 
kökləri. Platonun sosioloji baxışları.
Aristotelin materiya, forma və hərəkət haqqında təlimi. Onun təlimində varlıq 
və qeyri-varlıq ideyası. Aristotelin hissi idrakla məntiqi idrakın dialektikasına dair 
ideyaları. Aristotelin fəlsəfənin kateqoriyaları, həyatın mənşəyi və mənası haqqında, 
ruh və zəka haqqında irəli sürdüyü müddəalar. Aristotelin siyasi, sosioloji, məntiqi və 
etik baxışları. 
Ellinizm dövrünün fəlsəfi məktəbləri – peripatetiklər, Akademik fəlsəfə, 
epikürçülər, stoiklər, eklektiklər, neoplatoniklər – onların baxışlarındakı oxşar və 
fərqli cəhətlər. Epikür tərəfindən atomist təlimin inkişaf etdirilməsi. Epikürün 
Hedonist etikası. Stoiklərin fəlsəfəsi.
Qədim Romada fəlsəfə. Lukretsi Karın atomizmi. Keyfiyyətlər haqqında təlimi 
və onun idrak nəzəriyyəsi.
Fəlsəfi fikrin inkişafında antik fəlsəfənin rolu. 

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə