Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə14/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

 
43
CALAIRLI-1728-ci ildə Irəvan  əyalətinin Aralıq nahiyəsində 
kənd adı; CALALOĞLU-Tiflis quberniyasının Borçalı 
qəzasında kənd adı; CAMIŞLI-Irəvan xanlığının Abaran 
mahalında kənd adı; CAMIŞCUR-Irəvan quberniyasının 
Aleksandropol qəzasında çay adı; CANDAR- 1590-cı ildə 
Rəvan əyalətinin Abaran nahiyəsində kənd adı; CANDARLAR- 
1590-cı ildə  Rəvan  əyalətinin Karpi nahiyəsində  kənd adı; 
CIBIKLI-Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur 
qəzasında kənd adı; CIVƏ - Irəvan quberniyasının  Şərur-
Dərələyəz qəzasında kənd adı; CINCAVAT- Irəvan 
quberniyasının Sürməli qəzasında kənd adı; CINCAVAT-Irəvan 
quberniyasının Sürməli qəzasında dağ adı; CIVIXLI-
Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında kənd adı; 
ŞABAN QIŞLAĞI-1728-ci ildə Irəvan  əyalətinin Karbi nahi-
yəsində  kənd adı;  ŞABAN QIŞLAĞI- 1728-cı ildə Irəvan 
əyalətinin Dərəçiçək nahiyəsində qışlaq adı; ŞABANLI- Irəvan 
xanlığının Abaran mahalında kənd adı;  ŞAĞANLI- Irəvan 
quberniyasının  Şuraqel qəzasında kənd adı;  ŞADAK- 1718-ci 
ildə Irəvan  əyalətinin Sisyan nahiyəsində  kənd adı;  ŞADILI- 
1728-ci ildə Irəvan  əyalətinin Aralıq nahiyəsində  kənd adı; 
ŞAKABAD-1728-ci ildə Irəvan əyalətinin Xınzırək nahiyəsində 
kənd adı; ŞƏKI- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur 
qəzasında kənd adı; ŞƏKIKAN-1590-cı ilə aid mənbədə Irəvan 
əyalətinin Ağcaqala nahiyəsində  kənd adı;  ŞƏMŞƏDIL-Yeli-
zavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal adı; 
ŞƏRKI-Irəvan quberniyasının Irəvan qəzasında kənd adı; 
ŞIVLI-Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında 
kənd adı;  ŞIRAKQALA- Irəvan quberniyasının Eçmiadzin 
qəzasında kənd adı; ŞIRAKQOÇ- 1590-cı ildə Rəvan əyalətinin 
Vedi nahiyəsində kənd adı; ŞIRAK DÜZÜ- Boz-Abdal. Ələyəz 
və  Şirak dağları arasında vadi-düzənin adı;  ŞIRVAN- 1590-cı 
ildə  Rəvan  əyalətində,  Ələyəz dağında yaylaq adı; 
ŞIRVANCIQ- Irəvan quberniyasının Aleksandropol qəzasında 
kənd adı;  ŞIRVANCIQ-1728-ci ildə Irəvan  əyalətinin  Şirakel 


 
44
nahiyəsində  kənd adı;  ŞIRƏÇI- Irəvan quberniyasının Sürməli 
qəzasında kənd adı;  ŞORƏLI-Irəvan xanlığının Göycə 
mahalında kənd adı;  ŞORKƏND-Irəvan quberniyasının 
Eçmiadzin qəzasında kənd adı;  ŞOR KOLANI- Bax: Rəncbər; 
ŞORGÖL- Irəvan quberniyasının Sürməli qəzasında göl adı; 
ŞORLU-  Irəvan xanlığının Zəngibasar mahalında kənd adı; 
ŞORLU DƏMIRÇI- Irəvan quberniyasının Irəvan qəzasında 
kənd adı;  ŞURAQEL- Irəvan quberniyasının Aleksandropol qə-
zasında dağ adı;  ŞURAKUZ-1590-cı ildə  Rəvan  əyalətinin 
Ağcaqala nahiyəsində kənd adı. 
Qeyd etmək lazımdır ki, verilmiş etnotoponimlər Ermə-
nistan  ərazisindəki türkmənşəli etnotoponimlərin tam siyahısı 
deyildir. Siyahının çox yer tutmaması  məqsədilə ifadə planına 
görə oxşar etnotoponimlər verilmiş bura daxil edilməmişdir.  
Etnotoponimlərin təhlili göstərir ki, onların  əsasında aşağıdakı 
etnonimlər 
durur: 
  ABAN, ABAR, ABARAN, ABBAS, 
ABDAL, Avşar, AYDINLI, AYRIM, Aktan, Alan, Alban, 
Alpan, ALPOUT, ARAN, Axtaçı (padar), BABURLU , 
BAZAR, Bazça, BAYAN , BAYANDUR, BAYAT, BAYDAR, 
BAYRAMLI, Balkalı, BARANI, Basar, BAHARLI, 
BOZAVƏND, BOZtuqan, BOYAT, BOLQAR, BOSTON, 
BƏYDILI, BƏRGÜŞAD, Qabaq, QAQAUZ, QAZAN, Qazax, 
QARA, Qara Çomaqlı, QARABAĞ, Qaraqar, QARA-
QOYUNLU, QARADAĞLI, QARAISA, QARAPAPAX, 
Qarqar, Qasumlu, QAÇAĞAN el adı, QACAR , Qerus, QOV, 
Qorus, QUQAR, QURQAN, QURTLAR, QUŞÇU, Qüyu, 
QIZILlı, QIPÇAQ, Dondar, Eymur, Et, Zolaqlı, Zəngənə, Ivə, 
Inallı, Yazık (peçeneq), YAYCI, Kabar, Kazan, Kayı, Kayıq, 
Kaltak, Kanqlı, apan (peçeneq), Karqa, Karkın, Karık (oğuz), 
Katak, keçili, Kiliç, KIRAN, Kobak, kobyak, Kol, KOLANI, 
koman, kotyan, Kuyərçi, Kul, kulas, Kuloba, KURUT, Kuşi, 
KÜZƏÇIK, KINIQ, Kırık (tirə), Köçəkli, Köçər, KƏBƏR, 
Kəkəli, kəmər (kimmer), KƏNGƏR, KƏPƏNƏK, KƏRKI, 
KƏSƏMƏN, Kəçər, MANQUT, MANTAŞ, MUĞAN, 


 
45
MƏLEV, MƏLƏKLU, OZAN, Oyrat, Olet (Oryat tayfasının 
qolu), OXÇU, OĞUZ, Peyrəlu, Peçene(q), Piykan, Purnək, 
PUŞANLI, REYHANLI, SAATLI, SABUNÇU, Sadak, Sak, 
Sal, Samur, SARVAN, SARICALI, sat, sincan, suvar, Söyöt, 
Tabanlı, Tavuz, TATAR, TATLU TƏKƏLI, Tele, TOVUZ, 
TUQUT, Tuk, TULUS, TURKMƏN, TÜRK, Təklə, uqraq, UZ, 
XALAC, Xəzər, Çaqan, ÇANDAR, ÇAXIRLI, Çerikli, Çibikli, 
ÇIQIN, Çirik, ÇOR, ÇUL, ÇƏPNI,  ŞABANLI,  Şahdili,  şivili, 
şirak,  ŞIRVAN,  ŞƏMŞƏDIL, Hun, HƏMZƏLI, CALAIR, 
CAMIŞ, CAĞATAY, Cibikli, Civə(Yivə), Cinli, Gamış, 
GORAN, Gorus, Gün, GÖDƏKLI, GƏNCƏ, Əncə, Əfşar. 
Təklif olunan siyahıya daxil edilən adların hər birinin et-
notoponim olması bizim tərəfimizdən iddia olunmur. Qeyd 
olunduğu kimi, bu onomastik vahidlər müxtəlif mənbələrdən 
seçilmişdir və  həmin mənbələrdə onlar etnotoponim kimi 
verilmişdir. Tədqiqat prosesində aydın olur ki, bu vahidlərin bu 
və ya digərinin doğrudan da etnotoponim olması araşdırma tələb 
edir. Belə vahidlərin çoxluğu isə bir dissertasiya daxilində 
onların hamısını əhatə etməyə imkan vermir.   
 
1.4. Ermənistanın türk mənşəli areal etnotoponimləri 
Qeyd olunduğu kimi areal onimlər onimin özünün və ya 
onun elementlərinin müəyyən  ərazidə  təkrarlanması ilə mü-
əyyənləşdirilir.  Onimin, bizim halda etnotoponimin təkrar-
lanması müxtəlif səbəblərlə bağlı ola bilər. V.A.Nikonov onim-
lərin təkrarlanması  və  ərazidə yayılmasının  əsas səbəbini 
miqrasiyada görür. O yazır: «Eyniliyin əsas səbəbi  əhalinin 
miqrasiyası  və onimin paralel yaranmasıdır. Yeni əraziyə 
köçənlər təzə yerə döğma yurdlarının, köhnə yaşayış yerlərinin 
adlarını gətirirlər» (127, 114). 
A.A.Axundov belə coğrafi adların əksəriyyətini «omonim 
yer adları» hesab edir(2, 40-72). 
Əlbəttə, areal onimin yaranmasının əsas səbəbini əhalinin 
miqrasiyası hesab etmək olar. Lakin bununla yanaşı, areal 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə