Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə17/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
    Bu səhifədəki naviqasiya:
  • ABDAL

 
54
və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya 
geminatın olmasını  təyin etmək isə mürəkkəbdir və daha çox 
tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Zənnimizcə, tayfa 
adının ilkin variantı abaz şəklində olmuş  və bu da ab+az 
formasında parçalana bilər.  Qeyd etmək lazımdır ki, 
Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur. Abas əsaslı 
toponimlər geniş yayılmışdır. Onlara müxtəlif regionlarda rast 
gəlmək mümkündür. Ermənistanda Abbasabad adlı üç kənd, 
Abbasdərəsi qışlaq və  kənd adları, Abbaskəndi, Abbasgölü, 
Abbasgöl məzrəsi, Abbaslar kəndləri olmuşdur. R.Əliyevanın 
tədqiqat işinin əlavəsində verilmiş Azərbaycan toponimləri siya-
hısında Abbasabad adı qeyd olunmuşdur (31,108). Azərbaycan 
toponimlərinin ensiklopedik lüğətində Neftçala rayonunda 
Abasalılı, Abasalı, Yardımlı rayonunda Abbasabad, Qazax 
rayonunda Abbasbəyli, Tovuz rayonunda Abbasqulular, Şəki 
rayonunda Abbaskənd,  Şəmkir rayonunda Abbaslı, Ağsu 
rayonunda Abbasxanlı toponimlərinin olması göstərilmişdir (9, 
8). Abas etnonimli etnotoponimlərin geniş yayılmasını  nəzərə 
alaraq biz onların areallıq cədvəlini verməyə ehtiyac duymuruq.   
 
2.4. ABDAL əsaslı areal etnotoponimlər.  
Abdal qədim türk tayfasının adıdır. Bu tayfa Ağ hun tay-
fasının adını  əks etdirir. Əsasında abdal tayfasının adı duran 
etnotoponimlər də geniş yayılmışdır. Abdal tayfasının 
başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə 
olması da məlum faktdır(90). Ağdam rayonunda yerləşən Abdal 
kəndi haqqında Azərbaycan toponimlərinin ensiklopedik 
lüğətində verilmiş  məlumatda göstərilir ki, «Suriyalı tarixçi 
Zaxari Ritor (VI əsr)  Şimali Qafqazda Hun əyalətində yaşayan 
müxtəlif tayfalar arasında türkdilli abdel tayfasının da adını 
çəkir. Akad. V.V.Bartold abadel/abdal tayfasını hun tayfası 
sayır. Qazaxlarda, qaraqalpaqlarda, türkmənlərdə  və Türkiyədə 
də abdal adlı tayfa qeydə alınmışdır. Mənbələrdə Heftal, heptal, 
eftal kimi qeyd edilən etnonim abdal adının müxtəlif fonetik for-


 
55
mAlarıdır. Alban tarixçisi Movses Kalankatlı Albaniyada 
yaşayan abdal tayfasının adını  çəkir. Onun yazdığına görə 
heptallar (abdallar) Makedoniyalı Isgəndər dövründə (e.ə. 4 əsr) 
buraya köçürülmüşlər. Hər halda abdal tayfasının Qafqaz Alba-
niyasında eradan əvvəl yaşaması ehtimal olunur» (9, 8). XV-
XVI  əsrlərdə Türkiyənin ictimai-siyasi həyatında abdal tayfası 
əhəmiyyətli rol oynamışdır (92, 108). Abdal əsaslı et-
notoponimlər Azərbaycan və Ermənistan ərazisindən başqa RF-
nin Başqırdıstan respublikasında, Türkmənistanda da 
yayılmışdır (73, 171-179). Ordubad rayonundakı  Abdal dağ adı, 
Dağlıq Qarabağın Vərəndə mahalındakı Abdal kəndi, XIX əsrdə 
Şimali Qafqazın Ter əyalətində Abdal dağı toponimlərindəki 
abdal sözü qədim türk tayfasının adını  əks etdirir. Göründüyü 
kimi abdal əsaslı etnotoponimlərin yayılma arealı olduqca 
genişdir. Ermənistanda AVDAL- Abovyan rayonunda kənd adı, 
YUXARI  ABDALLAR- 1728ci ildə Irəvan  əyalətinin Qarni 
nahiyəsində  kənd adı,  ABDALLAR- Irəvan xanlığının 
Karpibasar mahalında kənd adı, Abdallar Ulya kənd adı, Avdal, 
Avdallar kənd adları, Avdalağa qala adı qeydə alınmışdır. Avdal 
Ulya etnotoponimindəki Ulya komponenti ərəb dilindən olub 
yuxarı mənasındadır. 
Azərbaycan toponimlərinin ensiklopedik lüğətində Azər-
baycanın Ordubad rayonunda Abdal adında dağ, Tovuz 
rayonunda isə  kənd olması haqqında məlumat verilir. Bundan 
başqa Qubadlıda Abdalanlı, Oğuzda Abdallı  kəndləri də vardır 
(9, 8-9).  
 
2.5, AYRUM əsaslı areal etnotoponimlər.  
Ayrum  (variantları Eymur, Arum, Ayrım, Imer, Imir) 
qədim türk tayfasının adıdır. Mahmud Kaşğarinin «Divanu luqat 
it-türk»  əsərində  Oğuz sözünün izahı ilə  əlaqədar olaraq 
Eymurlara dair aşağıdakı  məlumat verilir: «Oğuz türklərin bir 
qəbiləsidir. Oğuzlar türkməndir. Onlar iyirmi iki uruqdur 
(nəsildir). Onların hər birinin özünəməxsus nişanı, mallarına xas 


 
56
damğası vardır ki, uruqları bu damğalara görə ayırırlar. Qeyd 
olunan əsərə əlavə edilmiş türk qəbilələri siyahısında bu tayfa on 
birinci yerdə özü də  Əymur  şəklində göstərilmişdir. Oğuz 
etimologiyası baxımından böyük dəyərə malik olan «Tarixi–
mübarək şah»da (1206) da, digər oğuz tayfaları ilə yanaşı, təhrif 
edilmiş şəkildə olsa da, eymurlərin adı çəkilir. 
Türk və monqol tayfaları haqqında geniş məlumat vermiş 
Rəşidəddin Dağ xanın oğlu Oğuz xanın nəvəsinə aid etdiyi adı 
Eymur  şəklində qeyd edir. Eyni zamanda bu sözün çox yaxşı və 
dövlətli adam mənasını ifadə etdiyini bildirir.  
Xivəli Əbül Qazi xanın «Şəcəreyi-Tərakimə» adlı əsərində 
(XVII  əsr) bu etnonim ərəb  əlifbası ilə yazılmışdır və Iymur 
(Imir), Aymur və Aymır kimi üç şəkildə oxuna bilər. 
Azərbaycan toponimlərinin ensiklopedik lüğətində oxu-
yuruq: «Ayrım… Kiçik Qafqazda yaşamış azərbaycanlıların 
qədim etnoqrafik adıdır. Onların məskun olduğu  ərazi Ayrım 
mahalı adlanırdı. Bir fikrə görə Teymur Ankara vuruşmasından 
(1402) sonra Türkiyə  ərazisindən köçürdüyü 50 min ailəni 
Gəncə, Qarabağ  və indiki Ermənistanda yerləşdirmiş, onlar 
sonralar ayrım adı ilə tanınmışdır. …Gəncə xanı Cavad xanın 
general Knorrinqə yazdığı məktubda ayrımlar Gəncə xanlığının 
qədim elatı adlandırılır. XVII əsrdə ayrımların bir hissəsi Irana 
keçərək 
şahsevənlərə qarışmışdır. Digər hissəsi isə 
Azərbaycanın Kiçik Qafqaz zonasında və indiki Ermənistan 
ərazisində yaşamaqda davam etmişdilər» (9, 30-31). 
Ayrum tayfasına mənsub olan bu adla bağlı meydana gəl-
miş coğrafi adlardan biri də respublikamızın Ağdaş Rayo-
nundakı Eymur kəndidir. Qazax rayonundakı Quşçu Ayrım, 
Tovuz rayonundakı Mollaayrım, Ermənistandakı Ayrum, Ayrum 
Mets, Ayrum Pokr, Gürcüstandakı Imera, Imira, Imirasani (Imir 
Həsənli) kimi coğrafi adlar bu toponimin müxtəlif variantlarıdır. 
Zaqafqaziyanın tarixi toponimiyasında da Şinix Ayrum, Polad 
Ayrum və Ayrum adlı yaşayış  məntəqələri olmuşdur. 
Türkiyənin müasir toponimiyasında da Eymur adını daşıyan 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə