24
lokal qrup adları ilə səsləşməsini sübuta yetirir. Bu cəhət
etnotoponimlərə aid tədqiqatların yeni, genonim və genotopo-
nimlərlə qarşılıqlı əlaqəli istiqamətini müəyyənləşdirir.
Beləliklə, yuxarıda qeyd olunanlar göstərir ki, Qafqazda,
xüsusən Ermənistan ərazisindəki etnotoponimlərin tədqiqi
prosesində ilkin elmi araşdırmalardan birini həmin ərazidəki
genotoponimlərin, genonimlərin və kompozitin digər
komponentlərinin leksik-semantik xüsusiyyətlərinin aşkara
çıxarılmasına yönəltmək lazımdır. Bu isə əvvəlcə arealda
yayılmış etnonimlərin ümumi mənzərəsini aydınlaşdırmağı
zəruriləşdirir. Çünki daha geniş
tədqiqat ayrı-ayrı
etnotoponimlərə görə deyil, onların ümumi toplusu əsasında
aparılmalıdır.
1.2. Azərbaycan və Qərbi Azərbaycan ərazisinin etnonim
mənzərəsi
Təbii ki, «etnik mənşəli, o cümlədən qəbilə və tayfa ad-
larınin iştirak etdiyi yer adlarına görə azərbaycanlıların tə-
şəkkülündə hansı qədim qəbilə və tayfaların iştirak etməsi
haqqında danışmaq olar» (140, 7). Azərbaycan ərazisində
məskunlaşmış qədim qəbilə və tayfalar haqqında müxtəlif
mənbələrdə müəyyən məlumatlar vardır.
Qədim Azərbaycan etnonimlərinə yunan və Roma mən-
bələrində - Hekatey Miletskinin (miki, dondar), Heredotun
(kaspi, kel, girkan, anariak, qarqar, sirak, mard, sak, massaket və
s.), Dionisinin (hun, kaspi, girkan, mard və s.) əsərlərində rast
gəlinir (76, 107; 105, 15; 88, 7).
Y.M.Cəfərov qeyd edir ki, Qafqaz ərazisindən bəhs edən
antik tarixçilər eramızın ilk əsrlərində burada hunların da
yaşadığını təsdiqləyirlər (Bax: 87, 220-232; 37, 21-30; 46, 35-
36; 114, 5-20 və s.).
Suriya mənbələrində qədim Azərbaycanın buntürk, hun,
qıpçaq, oğuz (quz), bulqar, icmax, peçenek, xəzər, xaçmatak və
s. tayfalarının adları çəkilir(133; 97).
25
Albaniya-Arran dövrünün etnonimlərinin böyük əksəriy-
yətinə V-VII əsrlər erməni tarixçi və coğrafiyaşünaslarının
əsərlərində də rast gəlinir. V əsr erməni tarixçilərindən Favstos
Buzənd bu ərazi haqqında məlumat verərkən həmin regionda
yaşamış quqar, alban, maskut, xeçmatak, icemax, hun, çilb, kel,
qat və s. tayfaların məskunlaşdıqlarını qeyd etmiş, Moisey
Xorenski özünün “Ermənistan tarixi” əsərində qədim türkdilli
xalqlardan olan bulqarların, hunların, xəzərlərin, barsillərin
Zaqafqaziyaya hücumlarından bəhs edir, Lazar Parbski isə
Albaniyada kəngərlərin yaşadığından danışmışdır. VII əsr
“Erməni coğrafiyası” əsərində Asiya Sarmatiyasında yaşamış
kaspi, bakan, zəgan, icemax, maskut, xeçmatak, xantuk, xeran,
şarvan, max və s., Moisey Kaqankatvatsinin “Alban tarixi”
əsərində alban, basil, qarqar, lbin, çilb, hun, çol, tərtər, köçər,
mexrin, maskut, uti, xeçmatak, peçenek və s. etnosların adları
çəkilir. Gəncəli Mxitar Qoşun “Alban xronikası” və gəncəli Ki-
rakos Qanzaketsinin “Tarix” əsərlərində Azərbaycanın bir çox
etnonimlərinə rast gəlinir: hun, aqvan, alan, qacar, qıpçaq,
muğal-tatar, səlcuq, tatar, türk, kanı, eri, movakan, xəzər, qıpçaq
və s. tayfa adlarına və müxtəlif tayfa adlarını mühafizə edən
Ereti, Kiş, Muğan, Şəki və s. kimi toponimlərə təsadüf
olunmaqdadır.
Azərbaycanın orta əsr etnonimiya və etnotoponimyasının
öyrənilməsində fars mənbələrindən X əsr anonim abidəsi Hüdud
əl-Aləm, Fəzlullah ibn Ruzbixan Xuncinin «Tarix aləm-arayi
Amini» əsərində Azərbaycan və onunla həmsərhəd ölkələrdə
XV əsrdə mövcud olmuş onlarca etnonim və etnotoponim öz
əksini tapmışdır: türk, türkman, qacar, mosullu, rumlu, cığatay,
çakarlı, şamlı, düxarlı, Kepçak, Qoşqar və s.
Ərəb coğrafiyaşünas və səyyahlarının əsərlərində Azər-
baycan tayfa adlarını və tayfa adlarını özündə əks etdirən coğrafi
adları öyrənmək üçün xeyli material vardır. Bu əsərlərdə avarlar,
alanlar, arranlılar, bulqarlar, dağlılar, deyləmlilər, karluklar,
kasaklar|kalaklar, osmanlılar, sərirlilər türklər, türkmənlər,
26
xəzərlər, çarukluq, cuvaldar kimi etnonimlər, Alan qalası,
Qandzak\Gəncə, Muğan, Muğan düzü, Muğaniyyə, Tərtər, Xəzər
dənizi, Xunan, Şabran\Şəbəran və s. kimi etnotoponimlər özünə
yer tapmışdır.
XIII əsrin sonu və XIV əsrin əvvəllərinə aid Azərbaycan
(türk) etnonimlərinin öyrənilməsində Rəşidəddin Fəzlullah ibn
Əbu-əl-xeyr Əli Həmədaninin əsərləri, xüsusilə onun “Cami ət-
təvarix“ əsəri (136) əvəzedilməz mənbələrdəndir. Görkəmli alim
ağaceri, bayaut, curyat, cəlair, carukluq, cəmşidi, cirkin/çirkin,
itbarak, kalac\xalac, kanlı|kanqlin, karatut, karkas, karkın,
karluk|xarluut, qaşqar, kinkit|kingiyat, kipçak|kipçaut, kuçaylar,
konkotan|xonkxotan, oğuz, sakait|saxait, səlciut, suldus, qantuq|-
tanqxut, türkmən, türk, urnat, elçigin və s. tayfa adlarını çəkir.
Rəşidəddinin əsərində 24 oğuz tayfası sadalanır. Müəllif
Oğuzun 6 oğlundan (Gün xan, Ay xan, Yulduz xan, Göy xan,
Dağ xan, Dəniz xan) olan nəvələrinin adları (Qayı, Bayat,
Alkarauli, Karaüylü, Yaraz, Dügər, Durduqa, Bayarlı, Aveş
(Auş), Kırık, Bekdili, Karkın, Bayandur, Bika, Culdur, Çipni,
Salor (Salır), Imur, Alayuntlu, Uçqız, Yandır, Bükdür, Binva,
Kanık) ilə əlaqələndirir, onqonlarını göstərir. Rəşidəddin,
həmçinin Uyğur, Qanlı, Qıpçaq, Karluk, Kalaç və Ağaceri
adlarının Oğuzun qardaş və əmi oğlanlarının adları, eyniadlı
tayfaların həmin şəxslərin törəmələri olduğunu da qeyd etmişdir.
Azərbaycan etnonimlərini tədqiq etmiş Elmira Əhmədova
Əbu Bəkr əl-Qütbi əl-Əhərinin (XIV əsr) və Məhəmməd əl-
Hələbinin (XV əsr), Əbd ər-rəşidəl-Bakuvinin əsərlərində
çobanilər, cəlairlər, onların sülalələri, ağqoyunlular türk, kani,
kimax, oquz, türkmən, xəzər, alan, bulqar, quzlar, səlcuqlar,
bacanak\peçenek, oğuz və s. barədə mükəmməl məlumatlar
verildiyini qeyd edir(26).
C.V.Qəhrəmanovun “Opisanie arxeoqrafiçeskix do-
kumentov“ (104) və T.M.Musəvinin “Orta əsr Azərbaycan
tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər)(61) kitabları
da etnonimlərin öyrənilməsi baxımından çox qiymətlidir. Həmin
Dostları ilə paylaş: |