27
əsərlərdə kələntərlər, kəngərli, qaraxanbəyli, qarabaldırlar,
əfdar, qırxlı, şamlı, sabunçu, borbor, qaraçallı, sulfa, bacravanlı,
baharlı, xocamusaxlı, sarılı (Sarıəlili), kəbirli, ulaclı, qarasalehli,
dəmirçilər, aslanbəyli, zirəli, mansurlu, Aşıq Musalı, Sultan
Əhmədli, Qaradağlı Padar, Əlixanlı, Qullar Kəngərli,
Aslanbəyli, Şamlı və s. kimi etnonim və etnotoponimlər
verilmişdir.
Bu dövrlərdə işlənmiş etnonimlərimizdən bir çoxuna -
“Qarabağnamələr“də (40; 41) rast gəlinir. Məsələn, qacar, sa-
rıclı, Otuziki, kəbirlilər, qaradağlı, kəncəli, naxçıvanlı, şahsevən,
qarabağlı, şəkili, qızılbaşlar, dəvəli və s.
S.Q.Klyaştornı V əsr tarixçisi Lazar Barpetsinin məluma-
tına istinad edərək göstərir ki, Zaqafqaziya xalqlarının birləşmiş
ordusu 482-ci ildə Ermənistanın və Gürcüstanın sərhədində
yerləşən Kəngər vilayətindəki Kəngər dağının altında
toplaşmışdı(108, 175-176).
Azərbaycanın V-X əsr hadisələrini təsvir edən XVII əsr
abidələri sırasına daxil edilən “Tarixi-Derbend X-XI vekov“,
Azərbaycan tarixşünaslığının banisi A.A.Bakıxanovun
“Gülüstani-Irəm“ külli miqdarda etnonimlərimiz həm ayrıca,
həm də toponim və antroponimlərin tərkibində qeydə alınmış,
onlardan bir çoxları haqqında tarixi-etnoqrafik məlumatlar
verilmişdir: xəzər, Xəzəriyyə, türk, çağatay, Dəşti-Qıpçaq,
Xəzər\Kaspi dənizi, Şabran, avarlar, Avaristan, maskat, Xunzax,
Suvar qalası, Muğan və s. (“Tarixi-Dərbəndnamə“),
aşkunaz\aşkenaz (skiflər), bacqurd\başqurd, bicanak\peçenek,
bulqar (Burqaz, burqar, balkar), qarqarlar, quhlar, hunlar, qay,
kasak (kasoq)\kaşak, kimmerlər, qapçaqlar, leklər, moqanlu,
silvi, çilb, türkmənlər, çepni, şirr, Bayat qapı, Dəvəçi,
Sədən\Sədun, Xəzər dənizi, Xunan, Şaki\Şakki və s.
(V.F.Minorski), ayrum, albanlar, arşalı, bərməkilər, çarlar,
zığlar, qaramanlı, karanay, kaspilər, kəngərli, qubalılar, kırklı,
muğanlı, osallı, təkəli, ustaclı, xələc, xəlilli, çakirli, Avar
mahalı, Alan qapısı, Alxanlı kəndi, Bərmək mahalı, Qəley-
28
Suvar, Çiraq qala, şabran dərəsi, Əliqulu xan Şahsevənski,
Əhməd xan Abdali, Əşrəf Çoban, Cəfər Bərməki, Kərim xan
Əfşar, Fətəli xan Qacar, Həsən Ağqoyunlu, Əmiraslan xan
Kırklı və s.( 146; 118).
XIX əsrin əvvəllərindən başlayaraq rus imperiyasının
Azərbaycanı idarə edilməsinə kömək məqsədilə yazılmış rusdilli
sənədlər -dövlət, kəndlilərin təsərrüfat və məişətinə dair kitablar,
müxtəlif quberniya, qəza və mahallara aid məlumat əsərləri, o
cümlədən “Sbornik materialov dlə opisanie mestnostey i plemen
Kavkaza“, “Sbornik svedeniy o kavkazskix qorüax“, “Materialı
dlə izuçeniə gkonomiçeskoqo bıta qosudarstvennıx krestğən za-
kavkazskoqo kraə izvleçennıx iz posemeynıx spiskov 1886 q.»,
“Izvestiə kavkazskoqo otdela russkoqo imperatorskoqo
obhestva“, “Spiski naselennıx mest Rossiyskoy Imperii“,
“Kavkazskiy kalendarğ“, “Azerbaydcanskiy nastolğnıy
kalendarğ“ və s. eləcə də görkəmli qafqazşünaslardan
A.A.Şifnerin, N.K.Zeydlitsin, E.A.Veydenbaumun, N.Dornun,
A.M.Dirrin, P.K.Usların və s. əsərləri də Azərbaycan
etnonimiyası və etnotoponimiyası ilə zəngindir.
T.I.Hacıyev yazır: «etnoslar gəlib-gedirlər, toponimlər isə
yerində durub müşahidə aparır, gələnləri qəbul edir, gedənləri
yola salır, ona ilk dəfə verilən adı özü ilə yaşadır. Azərbaycan
toponimləri də bu torpağın qədim tərcümeyi-halını bizə
çatdırır»(36).
Azərbaycan etnogenezi problemlərinin həlli ilə dərindən
məşğul olan, sələflərindən fərqli olaraq bu məsələyə sistemli və
elmi-nəzəri cəhətdən yanaşan M.H.Vəliyevin (Baharlının) 1921-
ci ildə nəşr etdirdiyi “Azerbaydcan: fiziko-qeoqrafiçeskiy,
gtnoqrafiiçeskiy oçerki” və 1925-ci ildə çapdan buraxdığı
“Naselenie Azerbaydcana”- “Muzey gtnoqrafiçeskix sokrovih”
kitabları bu baxımdan əvəzedilməz mənbədir. Müəllifin ikinci
əsəri ancaq bu məsələyə həsr olunmuş, burada ilk dəfə olaraq,
Azərbaycanın etnik tərkibi, etnosların təşəkkültapma tarixləri,
Azərbaycan xalqının formalaşmasında iştirak etmiş əsas türkdilli
29
etnoslar, onların məskunlaşdıqları yaşayış məntəqələri geniş və
hərtərəfli araşdırılmışdır. O bu əsərində Azərbaycanda yaşamış
və yaşayan əksər tayfaların adlarını müəyyənləşdirməyə
çalışmış, həmin tayfaların əksəriyyəti haqqında tarixi və
etnoqrafik məlumatlar vermiş, onların adlarını əks etdirən
etnotoponimləri sadalamışdır. Məsələn, bulqar, xəzər, zıq,
qazax, şıxlı, salahlı, quş, xələc, kəngər, cəlair, şamlı, bəydili,
inallı, təklə, qaramanlı, əhmədli, imirli, dügər, ilxıçı, bayat,
çobani, baharlı, padar, lək, xəlilli, osallı və s. (tayfa adları),
Xəzər, Zıq, Qazax, Quşçu, Xələc, Kəngərli, Ilxıçı, Şamlı,
Bəydili, Təklə Muğan, Qaramanlı, Əhmədli, Dükər, Bayat və s.
(şəhər və kənd adları).
M.T.Vəliyevin əsərində padarlar ən məhşur oğuz tayfa-
larından biri kimi təqdim edilir və göstərilir ki, Elxanilər döv-
ründə padarlar Orta Asiyadan Azərbaycana göçürülmüş 200 min
türkdilli ailə içərisində mühüm yer tutmuşlar. Onlar əvvəllər
Cənubi Azərbaycanda yaşamış, XVI-XVII əsrlərdə Səfəvilər
dövründə isə müəyyən hissəsi dağıstanlıların qarşısını almaq
məqsədilə Şimali Azərbaycana köçürülmüşdür(84, 398-399).
N.A.Abelov keçən əsrin 70-ci illərində Şamaxı qəzasında
Pir Mərdəkan dağında 194 ailədən ibarət Quşi adlı tayfa
yaşadığını qeyd etmişdir.
Tədqiqatlardan aydın olur ki, Aərbaycanda, eləcədə Er-
mənistan ərazisində türkdilli tayfa və qəbilələrin məskunlaşması
tarixi çox qədimdir (37, 25).
Araşdırmalar göstərir ki, Gəncə qəzasının etnotoponim-
lərinin formalaşmasında leq, kanq, quşi, kazan, kazax, qanzak,
dəli, /tele/, hun, eymur, ayrım, düyərli, padar, bayan, bucaq, şatı,
xaput /haput/, kəngərli, xunus, kollü, koran və s. mühüm rolu
olmuşdur.
Azərbaycan xalqının etnogenez məsələləri ilə daha də-
rindən məşğul olan və bu istiqamətdə öz səylərini ardıcıl davam
etdirən Q.Qeybullayevin “Toponimiə Azerbaydcana”, “K
gtnoqenezu azerbaydcanüev”, “Qədim türklər və Ermənistan",
Dostları ilə paylaş: |