Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

 
23
bilən lazımi qədər ştab və ober zabitlər tə"yin etmək onun ixtiyarına verilsin
3)  İqlim  şəraitinə görə köçürmə  işləri ləngiyə biləcək yerlərdə rus ordusu 
orada gözləsin və ordu köçənləri müşayiət etsin; 4) Kasıb köçkünlər üçün 
xəzinədən vəsait ayrılsın.
1
  
Paskeviç bu təkliflərin yerinə yetirilməsi üçün fevralın 26-da 
Lazarevə  və fevralın 29-da İrəvan müvəqqəti idarəsinə xüsusi təlimat 
göndərir. Lazarevə verilən 19 maddəlik təlimatda göstərilir: köçürülən 
xristianlardan ticarətlə  məşğul olanlar şəhərlərdə yerləşdiriləcəklər ki, yenə 
ticarətlə məşğul olsunlar; kəndlilərə kifayət qədər münbit torpaq ayrılacaq və 
onlar 6 il müddətinə vergilərdən, üç il isə torpaq mükəlləfiyyətindən azad  
ediləcəklər; köçməyə hazır olan ailələrə onlara veriləcək güzəştlər haqqında 
xüsusi formada vərəqlər verilməlidir; köçürülənlər kəndlər üzrə partiyalara 
ayrılmalı, hər partiyada 150-dən 300-ə  qədər ailə olmalıdır; köçürülənləri 
İrəvan və Naxçıvan  əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin 
ərazilərdə xristian əhalisi mümkün qədər artırılsın; hər partiyanı müşayiət 
etmək üçün ermənicə bilən bir zabit və 2-5 kazak ayrılsın; köçkün partiyaları 
yola çıxan kimi, dərhal  İrəvan müvəqqəti idarəsinə ailələrin sayı, onların 
yaşadıqları ərazinin iqlim şəraiti, məşğuliyyətləri, malik olduqları sürülər və 
sərhədə yetişəcəkləri təxmini vaxt haqqında xəbər göndərmək lazımdır. 
Rus qoşunlarının müqaviləyə  əsasən geri çəkilmə prosesi martın 8-
dən e"tibarən Marağadan başlandığı üçün, ilk növbədə orada yaşayan 
erməniləri köçürmək nəzərdə tutulmuşdu. Qarabağa yaxın  ərazidə yerləşən 
Üzümçü kəndinin və  ətraf kəndlərin ermənilərini Qarabağda yerləşdirmək 
qərara alınmışdı. 
Kasıb ailələrə kömək üçün xəzinədən 25 min manat gümüş pul 
ayrılmışdı. Lazarevin və ona təhkim edilən erməni zabitlərinin vəzifəsi 
köçürülənlərin sərhədə çatdırılması ilə bitmiş hesab edilirdi. Bundan sonra 
işlərə rəhbərlik İrəvan müvəqqəti idarəsi yanında yaradılan Komitəyə həvalə 
edilirdi. Komitə köçkün partiyalarını  sərhəddə qarşılamaq üçün heyət 
göndərməli idi. Həmin heyət onları yeni yaşayış  məntəqəsinədək müşayiət 
edirdi. Qarabağ üzrə bu vəzifə gömrük hərbi dairəsinin rəisi, knyaz 
Abxazova həvalə edilmişdi.
2
  
Paskeviç İrəvan müvəqqəti idarəsinə verdiyi 16 maddəlik təlimatında 
göstərirdi ki, Komitə köçürülən ailələrin sayına uyğun torpaq sahəsi ayırmalı 
və onların nəzərdə tutulan yerlərdə  məskunlaşmasına rəhbərlik etməlidir. 
                                                           
1
 AKAK, YII cild, sənəd 563. 
2
 Qлинка  Н.С.,  Описания  переселения  армян  Aзербайджанских  в  пределы 
России, M.1831, səh.98-107. 


 
24
Komitə çalışmalıdır ki, köçürülən kəndlər əvvəlki ərazilərdəki kimi ayrıca və 
qonşuluqda yerləşdirilsinlər. Dağlıq  şəraitində yaşamışlar dağlıq yerdə, 
düzənlikdə yaşayanlar isə düzənlikdə yerləşdirilməlidir ki, onlar mümkün 
qədər xəstəlik və ölümdən xilas olsunlar, onların adət-ənənələrinin və 
təsərrüfat vərdişlərinin saxlanmasına  şərait yaransın.  Müsəlmanların 
yaşadıqları  kəndlərdə xristianların yerləşdirilməsindən uzaq qaçmaq, 
xristianlardan ibarət ayrıca dairə  və mahallar təşkil etmək lazımdır. 
Müsəlman (xristian) kəndlərinin 
əhatəsində yaşayan xristianları 
(müsəlmanları)  öz dindaşlarının yanına köçürmək lazımdır. Köçürülənlər 
mülkədar torpaqlarında deyil, dövlət torpaqlarında yerləşdirilməlidirlər. Yeni 
məhsul götürənədək ilkin taxıl səpini üçün köçürülənlərə  bərabər miqdarda 
borc verməli, təsərrüfatın dirçəldilməsi üçün götürülən borc faizsiz olaraq
dörd ildən sonra altı il müddətinə ödənilməlidir. Məskunlaşdırmaq üçün yer 
seçərkən sağlamlıq üçün şərait və yaxşı suyun olması nəzərə alınmalıdır. Hər 
bir ailənin yerləşdirilməsi haqqında xüsusi formada hesabat və  çəkilən 
ümumi xərclərin hesabatı müəyyən edilməlidir.
1
  
Lakin sonralar hər iki təlimatın tələbləri bir çox hallarda 
pozulmuşdu. Lazarev və onun yerlərə göndərdiyi nümayəndələri 
Türkmənçay müqaviləsini və onlara verilən təlimatı pozaraq erməniləri 
könüllü deyil, zorakılıqla köçürməyə  cəhd göstərirdilər. Bununla əlaqədar 
Abbas Mirzə iki dəfə polkovnik Lazarevə müraciət edir ki, onun itaətində 
olan zabitlərin erməniləri zorla köçürməsi hallarına son qoysun və 
Türkmənçay müqaviləsinin  şərtlərinə  əməl etsin. Salmas monastırının 
yepiskopu  İzraeli ermənilərin zorla köçürülməsinə maneçilik törətdiyi üçün 
arxiyepiskop Nerses qraf Paskeviçə müraciət edərək xahiş edir ki, Xoydakı 
yerli komendanta göstəriş versin ki, İzraelini bu işdən çəkindirin və 
cəzalandırmaq üçün onu Eçmiədzinə göndərin.
2
  
Eyni zamanda Abbas Mirzə  də Rusiya ilə  İranın yeni sərhədləri 
boyunca ermənilərin kütləvi surətdə yerləşdirilməsindən ehtiyat edirdi. Ona 
görə  də ermənilərin kütləvi surətdə köçürülməsinə maneçilik göstərməyə 
çalışırdı. Bunun üçün onun nümayəndələri yerlərdə olur, erməniləri dilə tutur 
və  əgər köçməzlərsə, onları 6 il müddətində vergilərdən azad etməyi vəd 
edirdilər.
3
  
                                                           
1
 Развитие  Eревана  после  присоединения  Восточной  Aрмении  к  России. 
Сборник документов, İряван 1978, səh.189-191 
2
 AKAK, YII cild, sənəd 568. 
3
 AKAK, YII cild, sənəd 586. 


 
25
Köçürmə  işlərinin ləngidiyini və maneçilik göstərildiyini görən 
Lazarev 1828-ci il martın 30-da xristianlara müraciət edir. O, müraciətin 
əvvəlində  bəzi bədxahların yalan məlumatlar yayaraq köçmək istəyənləri 
qorxuya saldıqlarını qeyd etməklə  bərabər, Rusiyanın onlara vəd  etdiyi 
güzəştləri sadalayır. O, yazırdı : "Rusiyada siz Əlahəzrətin digər təbəələri 
kimi, bərabər hüquqlu olduğunuzu görəcək, bütün əziyyətləri unudacaqsınız, 
orada siz xristianların məskunlaşdırıldığı yeni vətən  əldə edəcəksiniz və 
müqəddəs dininizin alçaldılmasını bir daha görməyəcəksiniz. İranın müxtəlif 
əyalətlərinə  səpələnmiş xristianların bir yerə  cəmləşdiyini görəcəksiniz. 
Tələsin!  Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, o zaman 
sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh 
olmayacağıq. Azca itkiyə  məruz qalsanız da, qısa zamanda hər  şeyə nail 
olacaqsınız, özü də həmişəlik olaraq."
1
  
Lazarevin müraciətinin ermənicə  mətni  İranda yaşayan ermənilər 
arasında yayılmışdı. 
1828-ci il martın 9-da Lazarev Xoydan Paskeviçə yazdığı raportunda 
göstərmişdi ki, artıq 4500 ailə köçürülərək Araz çayının o tərəfinə 
gətirilmişdir.
2
 Mayın 27-də göndərdiyi raportunda isə  təxminən 500 ailə 
müsəlman kürdlərinin Kürdüstandan İrəvan  əyalətinə köçmək niyyətində 
olduqlarını bildirmişdi. 
Lakin fevralın 29-da Lazarevə göndərilən məktubla müsəlmanların 
köçürülməsinə imkan verməmək tapşırılmışdı.
3
  
Köçürülənlərin mülkədar torpaqlarında yerləşdirilməməsi haqqında 
Paskeviçin verdiyi təlimatın  əksinə olaraq ermənilərin böyük hissəsi həmin 
torpaqlarda yerləşdirilmişdi. Müəllifi Qriboyedov olduğu ehtimal edilən 
"Ermənilərin  İrandan bizim vilayətlərə köçürülməsi haqqında qeydlər"də 
göstərilir ki, ermənilərin mülkədar torpaqlarında yerləşdirilməsi bir yana, 
müsəlmanların yerini dar eləmələrinə baxmayaraq, üstəlik, onlara güzəştlər 
verilir. Halbuki, ziyan çəkən tərəf müsəlmanlardır.  Əslində buranın 
müsəlmanlarını köçkün hesab etmək lazımdır. Çünki müharibə zamanı sərdar 
onları döyüş meydanından köçürmüşdür və ən kasıb vəziyyətdə yaşayırdılar. 
Ermənilər köçürülən zaman müsəlman ailələrinin  əksəriyyəti yaylaqda 
                                                           
1
 Qlinka N.S., göstərilən əsəri, səh. 111. 
2
 AKAK, YII cild, sənəd 592. 
3
 Yenə orada, sənəd 598. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə