Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

42 

 

IV 



 

BUXARİNİN TƏRİFİ, MAHMUD BƏYİN TƏFSİRİ 

 

Buxarinin  tərifinə  görə  Turkiyə  Cümhuriyyəti  dəxi  Çin  dərəcəsində 



olmasa  da,  Hindistan  qədər  “Moskva  agentləri”  təqib  edilən  bir  məmləkət  halına 

girmişdir.  Çünki  burada  Kommunist  Firqəsinin  hürriyyətsizliyi  bir  faktdır.  Çünki 

burada  da  kommunistlər  təqib  olunur.  Buxarin  hər  nə  qədər  istifadə  etdiyimiz 

nöqtədə Türklərdən səhihliklə bəhs etmiş deyilsə də. III İnternasional agentlərindən 

Kitayqorodski  bu  bəhsi  Moskvada  nəşr  olunan  rəsmi  kommunist  qəzetələri 

vasitəsilə  yayılan  məqalələrində  ətraflı  izah  eyləmişdir.  Kitayqorodskinin  26 

avqust  tarixli  193  nömrəli  “Pravda”  qəzetində  “Türkiyədə  işçi  hərəkatı  vardır” 

sərlövhəsi  ilə  yazılan  məqaləsi  və  yenə  “Pravda”  qəzetində  “Türkiyədə  işçi 

hərəkatı  vardır”  sərlövhəsi  ilə  yazılan  məqaləsi  və  yenə  “Pravda”  qəzetində  (30 

avqust  1927.  nömrə  196)  Türkiyə  seçkiləri  və  bu  seçkilərdə  iştirak  hüququ  və 

azadlığından  məhrum  qalan  Türkiyə  Kommunist  Firqəsinə  aid  nəşr  olunan  baş 

məqalənin  məğzi  vaxtilə  “Yeni Qafqasiya”  məcmuəsinə əks etdiyi kimi,  gündəlik 

mətbuata  da  keçmişdi.  Bu  məqalələrdə  bir  tərəfdən  Çin  milliyyətpərvərliyi  kimi 

kamalçıların  da  (o  cümlədən  möhtərəm  deputat  Mahmud  bəyin)  “Türkiyədə  işçi 

hərəkatı  yoxdur”  iddiası  inkar,  bu  hərəkatın  mövcud  olub  “Kamal  hökuməti” 

tərəfindən  təhdid  və  təqib  olunduğu  “isbat”  olunur;  digər  tərəfdən  də  Türkiyə 

Kommunist  Firqəsinin  gizli  surətdə  işləmək  zərurətində  qaldığı  təsbit  olunurdu. 

Fəqət  Kitayqorodskinin  bu  mövzuda  daha  ziyadə  diqqəti  cəlb  edən  bir  məqaləni 

hələ Türkiyə  mətbuatına  yol tapmamışdır. Moskvada Kommunist Firqəsi Mərkəzi 

Komitəsinin  fikirlərini  yayan  gündəlik  “Pravda”  qəzetinin  15  gündə  bir  nəşr  olan 

“Bolşevik” adında bir əlavəsi vardır. Bu məcmuə Sovet hökumət nümayəndələri ilə 

Kommunist  Firqəsinin  ali  üzvlərinə  məxsus  olmaq  üzrə  çap  olunan  bir  topludur. 

Bu  toplunun  30  sentyabr  1927  tarixində  nəşr  olunan  nüsxəsində  yenə 

Kitayqorodskinin  qələmilə  “Kamal  Turkiyəsi  haqqında  qeydlər”  başlığı  altında 

uzunca  bir  məqalə  nəşr  edilmişdir.  Bu  məqaləyə  Kitayqorodski  bir  haşiyə 

yazmışdır.  Haşiyədə  deyilir  ki,  “mətbuat  səhifələrində  bu  künə  qədər  Kamal 

Türkiyəsi  haqqında  çap  olan  yazılar  birtərəfli  olmuşdur.  Biz  Ankara  hökumətinin 

bu  vaxta  qədər  yalnız  islahpərvəranə  hərəkatını  işıqlandırmışıq  və  təsvir  etmişik. 

Halbuki  bu  məqalə  ilə  mən  Türkiyənin  kölgəli  tərəflərini  işıqlandırmaq 

fikrindəyəm”. 

Türkiyə  Cümhuriyyətinin  -  Kitayqorodskiyə  görə  “kölgəli”  tərəfləri  isə 

bundan  ibarətdir:  “Bir  kərə  Türkiyə  Milli  Demokrat  bir  cümhuriyyət  deyil,  sadə 

burjua-liberal  bir  cümhuriyyətdən  ibarətdir.  Xalq  Firqəsi  yeni  zənginlərin 

firqəsidir. Mustafa Kamal Paşa bu yeni zənginlərin lideri və qəhrəmanıdır. Kəndli 

bu  rejimdən  qeyri-məmnundur.  Onu  xatircəm  edəcək  islahat  yapılmamışdır  və  bu 

rejim  durduqca  yapılmaz  da.  Fəhlənin  vəziyyəti  isə  təsviri  qeyri-qabil  bir 




43 

 

şəkildədir.  O,  səfil  və  pərişandır.  Əsgərlər  sabiq  idarələrdə  olduğu  kimi,  insanın 



şəxsinə  lazım  olan  hörmətdən  məhrumdurlar.  Təlim  əsnasında  döyülür  və  təhqir 

olunurlar”. 

Bu növdən bir çox çərən-pərənləri qeyd və təsbit etdikdən sonra (bugünkü 

Türkiyənin simasını təsvirə qalxışan Kitayqorodski tərbiyəsizliyin ciddən fövqünə 

çıxır.  Kamal  Türkiyəsinin  siması  -  Kitaytorodskiyə  görə  -  “Zəhmətkeş  xalqın 

qanlarını  soran  varlı  şəhər  və  kənd  siniflərinin  mənafeyini  güdən  həris,  qəddar, 

mürtəce və çılpaq bir burjua hakimiyyətindən ibarətdir”. 

Gündəlik İstanbul qəzetlərində təsbit etdiyi vəchlə Türkiyədə “kommunist 

hərəkatını tənzim və təşkil etmək vəzifəsi ilə məmur olan bu adama görə İngiltərə 

ilə  sovetlər  arasında  zühur  edəcək  hər  cürə  ehtimalların  təhhəqüq  edə  biləcəyi  bu 

dövrdə  Kamal  Türkiyəsinin  sovetlərə  qarşı  verdiyi  “sədaqət  imtahanından” 

müvəffəqiyyətlə  çıxıb-çıxa  bilməyəcəyini  öyrənmək  lazım  imiş.  Onun  nəzərində 

«”Türkiyə  bu  imtahanda  müvəffəq  olmamışdır”.  Çünki,  İstanbul  mətbuatı  yoldaş 

Rozenquliçin  Londonu  tərk  edərkən  söylədiyi  nitqini  ələ  salmışdır.  Yoldaş 

Voykovun qətlini “Milliyyət” qəzeti “Bir bəyazın bir qızılı öldürməsi kimi ümumi 

bir  hadisə  qəbilindən  hesab  eyləmiş”  və  bu  qədərlə  kifayətlənərək  Polşa 

hökumətinin  bu  xüsusdakı  tədbirlərini  kafi  görmüşdür.  Şükri  Qaya  bəyin 

Cenevrəyə  gedərək  Beynəlmiləl  Çalışma  Komitəsi  ilə  görüşməsi  də  Sovet 

mühərririnə  şübhəli  görunmüşdür.  Necə  ki,  Fransa  ilə  kuponlar  məsələsinin 

nəhayət bir surəti - hələ yaxınlaşdırılması da onun fikrinsə, sual və qayğı doğurur. 

Xülasə  “Qızıl  diplomatiya  uzaqgörən  olmalı,  baş  verəcək  beynəlmiləl  ixtilaflarda 

Türkiyənin  sovetlərə  qarşı  bitərəfliyini  yalnız  sözdə  deyil,  işdə  də  təmin  etməyə 

baxmalıdır!” 

Bu  təminatı  görürük  ki,  XV  Kommunist  qurultayında  söz  söyləyən 

Buxarin  nəzəri  və  əsaslı  bir  surətdə  vəz  edərək  bütün  Şərq  məmləkətlərindən 

istəyir.  Belə  bir  təminatın  III  İnternasionalca  ən  böyük  zamini,  şübhəsiz 

Kommunist  Firqəsinin  hər  növ  ehtimala  qarşı  bəhs  ,olunan  məmləkət  daxilində 

qiyama hazır olmasıdır. 

Hərbçi  deputat  möhtərəm  Mahmud  bəyin  “Milliyyət”  qəzetində  nəşr 

olunan  baş  məqaləsində  hər  nə  qədər  III  İnternasional  hərəkatından  Sovet 

hökumətinin  məsul  tutulmayacağı  irəli  sürülürsə  də,  Buxarinin  İnternasional  rəisi 

olmaqla  bərabər,  Sovetlər  İttifaqını  idarə  edən  Kommunist  Firqəsi  Mərkəzi 

Komitəsi üzvlərindən və “siyasi qələm”in ən fəal nümayəndələrindən olduğu dəxi 

məchul deyildir. Hankı Şərq hərəkatının özü ilə artıq gedilə bilməyəsək irticaçı bir 

qüvvət  olduğunu  tərif  edən  formulunu  da,  diqqət  edəyin  ki,  Buxarin  III 

İnternasional  qurultayına  deyil,  Sovetlər  İttifaqı  Kommunist  Firqəsinə  qəbul 

etdirmişdir.  Demək  ki,  Sovet  hökuməti  ilə  III  İnternasionalı  ayrı  qeyri  (birər 

müəssisə  kimi  qiymətləndirmək  doğru  olmaz.  Bunlar  bir  sikkənin  iki  üzünə 

bənzərlər. 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə