Xarici ölkələrin mülki prosessual hüququnun təhlilindən belə nəticə çıxamıaq olar ki,
xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti problemləri «şəxsi qanun» və
«nıəhkəmə qanunu» qaydalarının normalarına uyğun olaraq nizamlanır.
3.
MPM-in 441.1-ci maddəsinə müvafiq olaraq əcnəbilərin prosessual hüquq və
fəaliyyət qabiliyyəti vətəndaşı olduqları dövlətin qanunları («şəxsi qanun») ilə müəyyən
edilir. Azərbaycan Respublikası qanunvericiliyində bir qayda olaraq ikili vətəndaşlığa yol
verilməsinə baxmayaraq, bir sıra ölkələrin qanunvericiliyi ikİli vətəndaşlığa yol verir. Bu
halda, yəni xarici şəxsin bir neçə vətəndaşlığı olduqda, onun prosessual hüquq və fəaliyyət
qabiliyyəti daha sıx bağlı olduğu dövlətin qaydaları ilə müəyyən edilir.
Əcnəbinin daha
SLX
bağlı olduğu dövlət dedikdə, əcnəbinin onun daha çox yaşadığı,
qeydə alındığı, əmlakının əsas hissəsinin olduğu, işlədiyi, milli yaxınlığı olan dövlət
anlaşılmalıdır. Bu halda da, «şəxsi qanun«ta yanaşı «məhkəmə qanunu» da mühüm rol
oynayır, belə ki, ikili vətəndaşlığı olan əcnəbinin daha sıx bağlı olduğu dövlət konkret olaraq
işə baxan məhkəmə tərəfindən müəyyən olunur.
4.
Azərbaycan Respublikasının Konstitusiyasın m 69-cu maddəsinə müvafiq olaraq
vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasınm vətəndaşlan ilə bərabər bütün
hüquqlardan istifadə edə bilər və bütün vəzifələri daşıya bilərlər, başqa sözlə vətəndaşlığı
olmayan şəxslər də milli rejim prinsipindən istifadə edirlər. Vətəndaşlığı olmayan şəxslərin
prosessual hüquq və fəaliyyət qabiliyyəti də «şəxsi qanun» əsasında müəyyən edilir. Lakin
vətəndaşlığı olmayan şəxsin konkret dövlətə mən- subluğu olmadığı üçün onun prosessual
hüquq və fəaliyyət qabiliyyəti daimi yaşadığı yerin olan dövlətin, belə dövlət olmadıqda isə
onun adətən olduğu dövlətin qanunları («şəxsi qanun») ilə müəyyən edilir.
Hansı dövlətin vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı və ya adətən olduğu yer
hesab edilməsi məhkəmənin («məhkəmə qanunu») səlahiyyətindədir.
5.
QaçqmIarın və məeburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu
haqqmda 21.05.1999-cu il tarixli Azərbaycan Respublikasmm Qanununun 4- cü maddəsinə
uyğun olaraq Azərbaycan Respublikasında qaçqın statusu almaq istəyən şəxs Azərbaycan
ərazisində sərhəd-nəzarət məntəqələrindən buraxılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən,
qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini
etiqadına, müəyyən sosial qrupa mənsublu- ğuna və ya siyasi əqidəsinə görə təqiblərin
qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan
və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə
etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əwəl adətən
yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq
istəməyən şəxsdir.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığmacaq Azərbaycan Res-
publikasmm Konstitusiyasının 70-ci maddəsinin birinci hissəsinə və 109-cu maddəsinin 21-ci
bəndinə uyğun olaraq verilir.
QaçqmIarın prosessual hüquq və fəaliyyət qabiliyyəti onların sığınacaq tapdıqlan
dövlətin qanunlan ilə müəyyən edilir.
509
Qaçqın statusu almış şəxsə və onun 16 yaşına çatmış ailə
üzvlərinə müəyyənləşdirilmiş
nümunədə qaçqın vəsiqəsi, habelə qaçqınların statusu haqqında 1951-ci İl tarixli
Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət
etmək hüququ verən yol sənədi verilir.
Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən
və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir
(Qanunun 12-ci maddəsi).
Beləliklə, qaçqının sığınacaq tapdığı ölkə dedikdə, Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq qaçqın vəsiqəsini verən ölkə sayılmalıdır və qaçqının
prosessual hüquq və fəaliyyət qabiliyyəti qaçqın vəsiqəsini verən ölkənin qanunları əsasında
müəyyən edilməlidir.
Maddə 442. Xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların prosessual hüquq və
fəaliyyət qabiliyyəti
442.1.
Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyəti yaradıldığı xarici dövlətin
qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən prosessual hüquq qabiliyyətinə malik olmayan
xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının
qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər.
442.2.Beynəlxalq təşkilatın prosessual hüquq vo fəaliyyət qabiliyyəti yaradıldığı
beynəlxalq müqavilə onun təsis .sənədləri və ya Azərbaycan Respublikasımn səlahiyyətli
dövlət orqanı ilə bağlanmış sazişlə müəyyən edilir.
1.
MPM-in 442.1-ci maddəyə uyğun olaraq xarici hüquqi şəxslərin prosessual hüquq və
fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin qanunu («şəxsi qanun») ilə müəyyən edilir.
Xarici hüquqi şəxslərin və sahibkarların prosessual statusu həmin şəxslərin qeydə
almdığı ölkənin qanunvericiliyi ilə müəyyən olunur. Məhkəmə xarici hüquqi şəxslərin və
sahibkarların' tərəf qismində iştirak etdiyi işləri baxılmaq üçün hazırlayarkən onların Öz
ölkələrində qeydə alındığı təsdiq edən sənədləri tələb etməlidir. Bu sənədlər həmin ölkənin
ticarət reyestrindən çıxarış və ya həmin hüquqi şəxsin və sahibkann hüquqi statusunu təsdiq
edən digər sənədlər ola bilər.
Azərbaycan Rcspublikasmm ərazisində yalnız o xarici hüquqi şəxslər və ya sahibkarlar
respublika vətəndaşları ilə bərabər prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik ola
bilərlər ki, onlar məhkəməyə öz statusunu təsdiq edən sənədi təqdim etmiş olsunlar.
Beləliklə, xarİcİ hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti onların
«şəxsi qanunu», məhkəmədə onlarm prosessual statusu isə Azərbaycan Respublikasının
qanunvericiliyi əsasında müəyyən olunur.
2.
Öz ölkəsinin qanunu ilə («şəxsi qanum>) prosessual hüquq və fəaliyyət qabiliyyətinə
malik olmayan xarici hüquqi şəxs və ya sahibkar Azərbaycan Respublikasının qanununa
əsasən hüquq qabiliyyətli hesab edə bilər.
Yaş senzinə əsasən xarici vətəndaş öz Ölkəsinin ərazisində sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq imkanından məhrum ola bilər və ya təşkilat hüquqi şəxs sayılmaya
510