Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin


madan özündə əks etməlidir



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə242/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   238   239   240   241   242   243   244   245   ...   267

madan özündə əks etməlidir. 

Yeni açılmış hallara əsasən məhkəmə aktlan ləğv edildikdə iş MPM-in 3-cü (aidiyyət) 

və 4-cü fəsillərinə (məhkəmə aidiyyəti) uyğun olaraq aidiyyəti üzrə məhkəməyə göndərilir. 

Yeni  açılmış  hallar  üzrə  məhkəmə  aktlan  ləğv  edildikdə  iş  yenidən  baxılması  üçün 

birinci  instansiya  məhkəməsinə  göndərilir.  Həmin  məhkəmə  işə  yenidən  ümumi  qaydada 

baxır. 

504 


4-

 

cü bölmə 

XARİCİ ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ İCRAAT 

46-


 

cı fəsil 

Məhkəmələrin beynəlxalq səlahiyyətləri 

Maddə 439. Xarici şəxslərin prosessual hüquqları 

439.  l.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin,  xarici  hüquqi  şəxslərin  və 

beynəlxalq  təşkilatların  (hundan  sonra  -  xarici  şəxslər)  pozulmuş  və  ya  mübahisə  edilən 

hüquq  və  qanunla  qorunan  mənafelərinin  müdafiəsi  üçün  Azərbaycan  Respublikası 

/nə/ı^əmə/əriHə müraciət etmək hüququ vardır. 



439.2.

 

Xarici  şəxslər  Azərbaycan  Respublikası  vətəndaşları  və  hüquqi  şəxsləri  ilə 

bərabər pra.ve.wwa/ hüquqlardan istifadə edir və prossesual vəzifələri daşıyırlar. 

1.

 



MPM-in 4-cü bölməsi xarici şəxslərin - əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, 

xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların - iştirak etdiyi mülki hüquq mübahisələri 

üzrə mülki mühakimə icraatmm bir çox məsələlərinə həsr edilib. Bu bölmədə həmçinin .xarici 

şəxslərin bilavasitə işdə iştirak etmədiyi, lakin hüquq münasibətlərinin xarici dövlətin ərazisi 

ilə bağlı olduğu hallar da nizama salınır (məsələn, tərəflərin xaricdə yaşamaları, mübahisə 

predmetinin xarici ölkədə olması, müqavilənin xaricdə bağlanması və s.). 

İşdə  xarici  şəxslərin  iştirakından  asılı  olmayaraq  mübahisəyə  mülki  mühakimə 

icraatmm ümumi qaydalan əsasmda baxılır. 

Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti  haqqmda  Qanunda 

xarici şəxslərə aşağıdakı kimi anlayış verilir; 



Əcnəbilər  -  Azərbaycan  Respublikasmın  vətəndaşı  olmayan  və  başqa  dövlətin 

vətəndaşlığına mənsub olan şəxslərdir. 



Vətəndaşlığı  olmayan  şəxslər  -  Azərbaycan  Respublikasmın  vətəndaşı  olmayan  və 

başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. 

Şəxsin xarici ölkənin vətəndaşı olmasma dəlalət edən sənəd milli pasport və ya onu əvəz 

edən sənəd ola bilər. 



Xarici hüquqi şəxslər dedikdə - Azərbaycan Respublikasından kənarda hər hansı xarici 

dövlətdə təsis edilən və qeydiyyatdan keçən hüquqi şəxslər anlaşılmalıdır. 



Beynəl.xalq  təşkilatlar  dedikdə  -  dövlətlərin  ümumi  razılığına  əsasən  bağlanılan 

beynəlxalq  müqavilələr  əsasmda  yaradılan  və  özünün  müstəqil  Nizamnaməsi  olan  hüquqi 

şəxslərdir. 

2.

 



Xarici  şəxslərin  məhkəmə  müdafiəsi  prİnsİpi  Konstitusiyanın  69-cu  maddəsində 

qanunvericilik yolu ilə təsbit edilib. 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Qanunun 4-cü 

maddəsinə  müvafiq  olaraq  Konstitusiya,  qanunlarla  və  Azərbaycan  Respublikasının 

İştirakçısı  olduğu  beynəlxalq  müqavilələri  ilə  digər  qaydalar  müəyyən  edil-  məyibsə, 

əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasmın  vətəndaşları  ilə 

bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün 

505 



vəzifələri yerinə yetirirlər. 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi 

Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. 

Xarici  şəxslərə  verilən  mülki  prosessual  məhkəmə  müdafiəsi  mülki  mühakimə 

icraatının bütün növlərinin (iddia icraatı, xüsusi iddia icraatı, xüsusi icraat) əhatə edir. 

3.

 



Şərh  edilən  maddəyə  müvafiq  olaraq  xarici  şəxslər  Azərbaycan  Respublikasının 

vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual 

vəzifələr daşıyırlar. Xarici şəxslər prosesdə ümumi əsaslarla tərəf (iddiaçı, cavabdeh) və ya 

üçüncü şəxs (müstəqil tələblər irolİ sürən və müstəqil tələblər irəli sürməyən) qismində çıxış 

edə  və  MPM-in  47,  50-ci  maddələrində  nəzərdə  tutulan  prosessual  hüquq  və  vəzifələrdən 

sərbəst istifadə edə bilərlər. 

Xarici şəxslər məhkəmədə öz işlərini şəxsən və ya nümayəndələr vasitəsilə apara, öz 

tələblərini əsaslandırmaq üçün sübutlar və dəlillər təqdim edə və məhkəmə qətnaməsindən 

şikayət edə bilərlər. 

Maddə 440. Xarici şo.xslorin iştirakı ilə olan işlər üzrə icraat 

440.1.

 

Azərbaycan  Re.spublikasınm  məhkəmələri  mülki  və  iqtisadi  mübahisələr  üzrə 

beynəlxalq  səlahiyyətə  bu  şərtlə  malikdirlər  ki,  işdə  iştirak  edən  şəxslərdən  hər  hansı  biri 

xarici olsun, onun Azərbaycan Re.spublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer 

olsun. 

440.2.

 

Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və 

digər qanunlara uyğun olaraq həyata keçirilir. 

440.3.

 

Azərbaycan  Re.ıpublikast  vətəndaşlarının  i'ə  hüquqi  şəxslərinin  prosessual 

hüquqları  üzrə  .xüsusi  məhdudiyyətlərə  yol  verən  dövlətlərdən  olan  xarici  şəxslərə 

münasibətdə Azərbaycan Respublikası tərəjındən cavab məhdudiyyətləri müəyyən edilə bilər. 

1.

 



Şərh edilən maddədə xarici şəxslərin İştirak etdiyi mülki və iqtisadi işlər üzrə hüquq 

münasibətləri  sahəsində  Azərbaycan  məhkəmələrinin  səlahiyyəti  (beynəlxalq  aidiyyət) 

məsələsi həllini tapıb. Burada söhbət Azərbaycan qanunvericiliyi və beynəlxalq müqavilələrlə 

müəyyən edilən Azərbaycan məhkəmələrinin səlahiyyətinin hədlərindən gedir. 

Göründüyü  kimi,  məhkəmələrin  beynəlxalq  səlahiyyəti  tərəflərdən  birinin  xarici  şəxs 

olması, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və gəldiyi yerin olması İlə 

şərtləndirilir.  Bu  münasibətlərdə  MPM-in  ərazi  aidiyyəti  ilə  bağlı  njrroaları  (34-36-cı 

maddələr) tətbiq edilməlidir. Ərazi aidiyyətinin ümumi qaydala- rma görə, vətəndaşlığından 

asılı  olmayaraq  Azərbaycan  ərazisində  yaşayan  şəxslərə  qarşı  verilən  iddialar  üzrə  işlər 

Azərbaycan məhkəmələrinə aiddir. Bu tələb Məcəllənin 35-ci maddəsindən irəli gəlir. Belə ki, 

iddia cavabdehin rəsmi qeydə aluıdığı yerin məhkəməsinə verilir, hüquqi şəxsə iddia hüquqi 

şəxsin ünvanının olduğu yerə görə verilir. 

2.

 

Azərbaycan  Respublikasının  məhkəmələrində  xarici  şəxslərin  iştirak  etdikləri  işlər 



üzrə icraat MPM-ə, Azərbaycan Respublikası İlə digər dövlətlər arasında bağlanan ikitərəfli 

hüquq yardımı göstərilməsi haqqında müqavilələrin məqsədi digər öl 

506 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə