Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   22   23   24   25   26   27   28   29   ...   102

55 
 
ibn  ən-Nəcm  bu  qoĢunlarla  əl-Bab  nahiyəsində  yerləĢən  əs-Sula
131
  yaxınlaĢır  və 
onların köməyi ilə keçidi açır: xəzərlər keçidi aĢıb islam ölkəsinə hücum edirlər. 
[Müəllif]  deyir:  Elə  bu  vaxt  Səid  ibn  Səlm  və  onun  ordusu  Bab  əl-Əbvab 
Ģəhərinə  çataçatda  idilər.  BaĢ  vermiĢ  hadisədən  xəbər  tutanda  o,  xəzərlərlə 
üzləĢməkdən çəkinərək Bərdəyə qayıdır. 
[Müəllif]  deyir:  Xaqan  və  onun  orduları  islam  ölkəsinə  soxulub  saysız-
hesabsız müsəlman qırdılar, yüz min kiĢi, qadın və uĢağı əsir aldılar. Bundan sonra 
xəzərlər  öz  ölkələrinə  qayıtdılar.
132
  Həyyun  ibn  ən-Nəcm  isə  Bab  əl-Əbvab 
Ģəhərinə çəkildi. 
[Müəllif]  deyir:  Müsəlmanların  baĢlarına  gələnlər  xəlifə  Harun  ər-RəĢidə 
çatanda  o,  çox  kədərləndi.  Sonra  o,  Səidə  məktub  göndərib,  onu  ölkənin 
hakimliyindən kənar etdi. Yerinə Əli ibn Ġsa ibn Mahanı təyin etdi. Lakin Əli ölkə 
iĢlərinin  öhdəsindən  gələ  bilmədiyi  üçün  xəlifə  Harun  ər-RəĢid  onu  vəzifəsindən 
azad edib, yerinə Yəzid ibn Məzyəd əĢ-ġeybanini təyin etdi. 
Yəzid  yola  düĢüb  Arrana  gəlir.  O,  Bərdədə  yerləĢib,  hamının 
təhlükəsizliyinə  təminat  verdi  və  əhalini  sakitləĢdirdi.  Sonra  o,  əl-Fəzl  ibn 
Yəhyanın mavləsi əl-Harisi və Səid ibn Səlmin onun yanında olan adamlarını yığıb 
onları  zəncirlədi  və  xəlifə  Harun  ər-RəĢidin  hüzuruna  göndərdi.  Bundan  sonra 
Yəzid ibn Məzyad Dərbənd əhlinə məktub yazıb onlara aman verdi və bütün ölkə 
sakitləĢdi. Yəzidi kiçiklər də, böyüklər də sevirdi, o, ölümünə qədər Bərdədə qaldı 
və burada da vəfat etdi.
133
 
Onun  yerinə  Əsəd  ibn  Yəzid  təyin  olundu,
134
  sonra  onu  kənar  edib  yerinə 
Hüzeymə ibn Hazim ət-Təimini təyin etdilər.
135 
[Müəllif]  deyir:  Hüzeymə  ibn  Hazim  gəlib  (səh.  260)  Bərdədə  yerləĢdi  və 
əhalinin  iĢlərini  sahmana  saldı.  Sonra  o,  Bab  əl-Əbvaba  gedib,  bütün  qüsurlu, 
pozğun və lazımsız adamları xəlifə Harun ər-RəĢidin hüzuruna göndərdi. 
(səh. 344) 
 
Xəlifə əl-Mütəsim-billahın hakimiyyəti
136 
 
[Müəllif] deyir: Xilafət onun əlinə keçəndə o, Ġshaq ibn Ġbrahim ibn Müsabi 
xürrəmilərlə  müharibəyə  göndərir.
137
  Xəlifə,  onu  əl-Cəbələ  hakim  təyin  edir.
138
 
Ġshaq  xürrəmilərlə  döyüĢə  girib,
139
  altımıĢ  min  adam  qırır.  Sağ  qalanlar  Ruma 
(Bizansa) qaçır. 
Xürrəmilərlə  müharibə  ərzində  Ġshaq  ibn  Ġbrahim  qadın  və  uĢaqlardan 
baĢqa, onlardan yüz min adam qırmıĢdı. Düzünü isə Allah bilir. 
 
 
 
 
 


56 
 
Əl-AfĢinin hakim təyin edilməsi, onun Babək 
əl-Xürrəmi ilə müharibələri. Onun Azərbaycan 
və Ərminiyədə hakimiyyəti haqqında hekayət 
 
[Müəllif] deyir: Xəlifə əl-Mütəsim-billah iĢlərini möhkəmlədəndən sonra öz 
vergi  yığanlarını  bütün  ölkələrə  göndərir.  Sonra  o,  əl-AfĢini  Azərbaycana  və 
Ərminiyəyə hakim təyin edir və ona əmr edir ki, Babək əl-Xürrəmi ilə müharibəni 
davam etdirsin.
140
 
Əl-AfĢin  düĢərgəsini  əvvəllər  Bərzənd  Ģəhəri  olan  yerdə  saldı.  O,  Ģəhəri 
bərpa  etdi  və  onu  yollar  ayrıcında  qurulmuĢ  istehkama  çevirdi.  Əl-Bəzzdən, 
Muğandan,  Ərdəbildən  və  Varsandan  gələn  dörd  yol  burada  birləĢirdi.  Əl-AfĢin 
burada olarkən  köməyinə  gələn qoĢunu da  yığıb, (səh. 345) Babək əl-Xürrəmi ilə 
müharibəni baĢlamağa qərar verdi. 
[Müəllif]  deyir:  Əl-AfĢinin  Babəklə  ilk  döyüĢü  Ərdəbilin  yeddi 
fərsəxliyindəki ƏrĢaq adlı yerdə
141
 baĢ verdi. Babək məğlub olub, əl-Bəzzə çəkildi. 
Əl-AfĢin  Məhəmməd  ibn  Süleyman  əs-Səmərqəndi  adlı  birisini  Arranın 
hakimi  təyin  edib,  onu  Bərdəyə  göndərdi.  Özü  isə  Babəklə  ara  vermədən 
döyüĢürdü.  Xəlifə  əl-Mütəsim  ona  yazdı  ki,  o,  Babəklə  müharibədə  daha  mətin 
olsun və göstəriĢ almayana qədər tələsməsin. [Müəllif] deyir: Əl-AfĢin də Babəklə 
müharibəni davam etdirdi. 
Əl-Mütəsim Bağdadda iki il qaldıqdan sonra hicri 220-ci (835) ildə əl-Katul 
adlı  yerə
142
  köçüb  əmr  etdi  ki,  Samirə  Ģəhərinin  inĢasına  baĢlasınlar.  ġəhərin 
tikintisi baĢa çatan kimi xəlifə oraya köçdü. 
[Müəllif] deyir: Bütün bu vaxt ərzində əl-AfĢin Babəklə müharibəni davam 
etdirirdi.  DöyüĢlərdə  inad  göstərən  əl-AfĢin  Babəki  əl-Bəzz  Ģəhərinə  tərəf 
sıxıĢdırdı və Ģəhəri mühasirəyə aldı. 
Müharibəni davam etdirməyə qüdrəti çatmadığını görən Babək, iyirmi nəfər 
adamı ilə Ģəhərdən çıxıb qaçdı. Onu tanımasınlar deyə, o, paltarını dəyiĢərək Kazac 
adlı Ģəhərə
143
 gəlib çıxdı. 
[Müəllif] deyir: Kazacın sakinləri (səh. 346) Babəkə baxır, onu tanımırdılar:  
hətta  qarət  məqsədi    ilə  ona  basqın  etdilər.  [Müəllif]  deyir:      Babək      onların   
üstünə      atılıb    hamısını      qırdı.  [Müəllif]  deyir:  Bunun  xəbəri  Ģəhərin  Səhl  ibn 
Sumbat adlı hakiminə çatdı. O öz adamları ilə hadisə yerinə getdi və Babəki görən 
kimi  tanıdı.  Səhl  baĢa  düĢdü  ki,  Babək  gizlənir.  O,  Babəkə  itaət  göstərərək,  ona 
qulluq etdi. Bu rəftar Babəkin xoĢuna gəldi. Səhl onu öz qalasına gətirdi. Sonra o, 
Babəki  Ģəraba  qonaq  etdi.  Babək  də  yeyib-içdi.  Məst  olan  kimi  Səhl  ibn  Sumbat 
əmr etdi ki, onun ayağına qandal vurub, sağ əlini boynuna bağlasınlar. Sonra Səhl 
Babəki öz adamlarına qoĢub, əl-AfĢinin yanına göndərir. 
Əl-AfĢin  Babəki  görən  kimi  çox  sevinir.  Sonra  o,  Səhl  ibn  Sumbata  bir 
milyon dəyərində hədiyyələr göndərir. 


57 
 
[Müəllif]  deyir:  Xəlifə  əl-Mütəsim  Səhl  ibn  Sumbatın  Babəkin  baĢına 
gətirdiyindən xəbər tutduqda Səhlə mirvari və qiymətli daĢlarla bəzənmiĢ qızıl tac 
göndərir:  Tacın  qiyməti  beĢ  yüz  min  dirhəm  idi.  Bundan  baĢqa  Xəlifə  Səhl  ibn 
Sumbatı bütün batriklərin baĢçısı təyin edir. 
[Müəllif]  deyir:  Əl-AfĢin  Babəklə  bir  yerdə  xəlifə  əl-Mütəsimin  yanına 
gəlir, Xəlifə əmr edir ki, Babəkin boynu vurulsun. 
Babək hicri tarixi ilə 201 (30.VIII.816-19.VIII.817)-ci ildə meydana çıxdı. 
 
Babək haqqında baĢqa rəvayət 
 
Əl-Mütəsim  əl-AfĢini  əl-Cəblə  hakim  təyin  edib  ona  göstəriĢ  verir  ki, 
Babəklə müharibəni davam etdirsin. Bu hadisə hicri tarixi ilə 220-ci il Cumada əs-
səni ayının qurtarmasına iki gün qalmıĢ baĢ vermiĢdi (28.VI.835). 
Əl-Mütəsim Əbu Səid Məhəmməd ibn Yusifi Ərdəbilə göndərib əmr etdi ki, 
o,  Zəncanla  Ərdəbil  arasında  Babək  tərəfindən  sökülüb  dağıdılan  qalaları  bərpa 
etsin.  Babək  (səh.  347)  oraya  bir  atlı  dəstə  göndərdi,  lakin  Əbu  Səid  Məhəmməd 
onu darmadağın etdi. 
Bu, Babək ordusunun birinci məğlubiyyəti idi. 
Əl-AfĢinin  Bərzəndə  göndərdiyi  əsgərlər  oradakı  qalaları  əllərinə 
keçirtdilər.  Məhəmməd  ibn  Yusif  XuĢĢda
144
  yerləĢib,  orada  istehkam  (xəndək) 
qazdırdı. Xəlifə əl-Mütəsim Böyük Buğa
145
 ilə əl-AfĢin üçün pul göndərdi. Babək 
ona  basqın edib, pulları əlinə keçirmək qərarına  gəlir. Əl-AfĢinlə Babək arasında 
ağır döyüĢ baĢ verdi və Babək  məğlub olub geriyə çəkildi. Babək istəyirdi ki, əl-
AfĢinlə olan iĢləri uzatsın: buna görə o, dağlara qar düĢənə kimi onunla döyüĢlərə 
girmirdi. [O, güman edirdi ki,] əl-AfĢin Ģiddətli soyuqlardan qorxub tərəddüd edər. 
Əl-AfĢinin bir əsgəri dedi: «Mən yuxumda gördüm ki, Allahın elçisi - Allah 
ondan razı olsun və salamlasın - deyir: «Sən bu adamla müharibə edib, bu iĢdə səy 
göstərməlisən, əks təqdirdə mən dağlara əmr edərəm ki, səni daĢ qalaq etsinlər!» 
Adamlar  bu  əsgərin  gördüyü  yuxu  haqqında  Ģayiələr  yaydılar  və  əl-AfĢin 
yuxusunda  Allahın  Elçisini  -  Allah  ondan  razı  qalıb  salamlasın  -  görən  əsgəri 
yanına  çağırıb  dedi:  «Sənin  bu  yuxundan  əvvəl  də  Allah  mənim  cəhdlərim  və 
ordunun faydası üçün niyyətlərim haqqında hər Ģeyi bilirdi. Və əgər Allah dağları 
kiminsə üstünə aĢırmaq niyyətində olsa, onda qoy bu adamlar kafir olsun!» 
Gələnlərdən  biri  dedi:  «Ya  Əmir!  Əgər  bizim  alnımıza  Ģəhidlik  yazılıbsa, 
sən  buna  mane  olma!  Qoy  biz  Allah-Taalanın  mükafatına  nail  olaq!  Hamımızı 
çağır və biz sənin iradənə tabe olub irəliləyəcəyik. Çox güman ki, Ģöhrət və əzəmət 
sahibi Allah bizim qalib olmağımıza yardım edər!» 
Əl-AfĢin dedi: «Allahın (döyüĢ) günü seçməkdə köməyinə və xeyir-duasına 
ümid  bağlayın.  (səh.  348)  ġöhrət  və  əzəmət  sahibi  Allahdan  baĢqa  heç  kəsdə  nə 
qüvvə, nə də qüdrət var!» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə