Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   23   24   25   26   27   28   29   30   ...   102

58 
 
Əl-AfĢin qoĢunları  nizama  salıb,  Babəkin sərkərdələrindən Adinin tutduğu 
yüksəkliyi mühasirəyə aldırdı. Əbu Səid Məhəmməd ibn Yusif, Cəfər əl-Xəyyat və 
Əhməd  ibn  əl-Xəlil  kimi  sərkərdələr  müxtəlif  istiqamətlərdən  hücuma  keçdilər. 
Əbu Səid öz əsgərləriylə qabağa düĢdü və onlar həmləyə keçdilər. 
Adin dağın baĢında ağır və iri daĢlarla yüklənmiĢ arabalar düzmüĢdü, elə ki 
ərəb  əsgərlər  hücuma  keçdilər,  o,  arabaları  aĢağıya  yuvarlatdı.  Ərəblər  baĢıaĢağı 
gələn arabaları görüb aralandılar. 
Babək  görəndə  ki,  ərəb  əsgərləri  onu  hər  tərəfdən  mühasirəyə  alıblar, 
arabalardan  istifadə  hiyləsi  də  baĢ  tutmadı,  o,  Əmirəlmöminindən  aman  almaq  və 
bu  barədə  danıĢıqlar  aparmaq  üçün  öz  adamını  əl-AfĢinin  yanına  göndərir.  Əl-
AfĢin bunu Babəkə vəd edir, lakin ondan girov istəyir. Elə bu vaxt əl-AfĢinə xəbər 
gəlir  ki,  ərəblərin  bayraqları  artıq  əl-Bəzzdə  dalğalanır  və  Babəkin  sarayları 
üzərinə sancılıb. Babəkin dörd sarayında isə onun altı yüz adamı gizlənmiĢdi. 
Birdən  saraylarda  gizlənənlər  qapıları  açdılar  və      Babəkin  burda  gizlənən 
əsgərləri bayıra çıxıb ərəbləri qırmağa baĢladılar. 
Babəkin özü isə bu vaxt artıq qaladan qaçıb, bir dərədə gizlənmiĢdi. 
Əl-AfĢin  neftatanlara  (naffatin) və  baĢqa  əsgərlərinə  əmr etdi ki, Ģəhəri və 
sarayları  od  vurub  yandırsınlar.  ġəhərdə  nə  var  idisə  hamısı  yandı,  uçub-dağıldı, 
Ģəhər  dümdüz  səhraya  çevrildi.  Babəkin  saraylarda  və  əl-Bəzzdə  qalan 
döyüĢçülərinin hamısı son nəfərədək öldürüldü. Babəkin uĢaqları və arvadları əsir 
alındı. 
Babək  (səh.  349)  Ərminiyəyə  tərəf  qaçdı.  Əl-AfĢin  ətrafda  olan  hakimlərə 
və  batriklərə  məktublar  göndərib  əmr  etdi  ki,  onlar  öz  vilayətlərindəki  yollara 
nəzarət  edib  heç  kəsi  buraxmasınlar,  saxlayıb  kimliyini  öyrənsinlər.  Əl-AfĢinin 
yanına cəsuslar gəlib xəbər gətirdilər ki, Babək filan yerdə, dərədədir, bu sıx kol və 
ağaclarla  örtülü  böyük  bir  dərə  idi.  Onun  bir  tərəfi  Ərminiyəyə,  digəri  isə 
Azərbaycana  çıxırdı.  Atlı  adam  üçün  bu  dərə  keçilməz  idi,  Babək  isə  qalın 
meĢəlikdə, bataqlıqda gizlənmiĢdi.  
Əl-AfĢin bütün yolları 400-500 atlı əsgəri olan dəstələrlə kəsdirmiĢdi. 
Bu vaxt xəlifə əl-Mütəsimin qızıl möhürlü fərmanı gəldi. Bu, Babəkə aman 
verilməsi  barədə  fərman  idi.  Əl-AfĢin  adam  çağırıb,  fərmanı  Babəkə  çatdırmağı 
əmr  etdi.  Lakin  Babəkin  nə  uĢaqlarının,  nə  də  döyüĢçülərindən  heç  birinin  bu 
fərmanı Babəkə çatdırmaq cürəti olmadı. Onda iki nəfər qalxıb dedi: «Bizə söz ver 
ki, ailələrimizin dolanacağını təmin edəcəksən!» O da bunu vəd etdi. Onlar fərmanı 
götürüb  Babəkin  yanına  getdilər.  Babəkin  böyük  oğlu  da  onlarla  atasına  öz 
məktubunu göndərdi. O, baĢ vermiĢ hadisələri ona çatdırıb xahiĢ edirdi ki, Babək 
onu xilas edəcək amanı qəbul etsin. 
Babək oğlunun məktubu ilə tanıĢ olandan sonra məktubu gətirənin boynunu 
vurdu. Xəlifənin fərmanını isə heç açmayıb, sinəsi üstə qoydu və ikinci elçiyə dedi: 
«Oğlumun  yanına  get  (səh.  350)  və  bu  sözləri  ona  çatdır: Bir  gün  hökmdar  kimi 
yaĢamaq qırx il qul qalmaqdan daha yaxĢıdır!» 


59 
 
Babək  azuqəsi  qurtaranadək  qalın   meĢəlikdə  qaldı.   Əl-AfĢinin silahlı 
dəstələri  ona  tərəf  gedən  yol-cığırlara  nəzarət  edirdilər.  Artıq  Babəkə  aclıq  üz 
vermiĢdi.  Bir  gün  o  tərəfə-bu  tərəfə  baxıb,  yamacda  iki  öküz  sürən  əkinçi  gördü. 
Öz qulamına dedi: «Bu əkinçinin yanına get və özünlə dinar apar. Çörəyi olsa, al!» 
Əkinçinin  bir  Ģəriki  də  var  idi.  O  uzaqdan  görür  ki,  bir  nəfər  onun 
yoldaĢından çörək alır və fikirləĢir ki, yəqin həmin adam zor iĢlədir. O, keĢikçilərin 
yanına gedib, onları baĢa salır ki, yanlarına bir nəfər gəlmiĢdi. KeĢikçilərin baĢçısı 
atına minir və hadisə Səhl ibn Sumbatın dağlarında baĢ verdiyi üçün onun yanına 
gedir.  Səhl  ibn  Sumbat  və  onun  adamları  atlanıb  Babək  olan  yerə  gedirlər.  Səhl 
atdan düĢüb Babəkin ayaqları altında yeri öpür və deyir: «Ey, mənim ağam! Yolun 
harayadır? Babək cavab verir ki, Rumadır. Səhl ibn Sumbat deyir:  «Səni məndən 
yaxĢı  heç  kəs  baĢa  düĢə  bilməz.  Xəlifənin  bizim  münasibətlərimizə  heç  bir  dəxli 
yoxdur. Mənim yanıma heç kəs gəlmir, sən özün mənim vəziyyətimi yaxĢı bilirsən. 
Bu qıĢı mənim yanımda, qalamda keçir, sonrasına da baxarıq, görək nə edirik. Mən 
sənin qulunam!» 
Babək Səhl ibn Sumbatın vədlərinə inanıb onun qalasında qaldı (səh. 351). 
Səhl  ibn  Sumbat  əl-AfĢinə  yazıb  ona  bildirdi  ki,  Babək  və  adamları  onun 
yanındadır,  qardaĢı  Abdullah  isə  ibn  Ġstifanusun  qalasındadır.
146
  Əl-AfĢin  ona 
cavab  verdi:  «Əgər  bu  doğrudursa,  o  zaman  məndən  və  Əmirəlmöminindən  nə 
istəsən alarsan!» 
Əl-AfĢin  yaxın  adamlarından  birinə  Babəkin  xarici  görkəmini  təsvir  edib, 
onu  Səhl  ibn  Sumbatın  yanına  göndərdi.  Səhl  ibn  Sumbata  xəbər  verdi  ki,  onun 
yanına Babəki tanıyan bir adamı göndərir. Səhl ibn Sumbat bu adama deyir: «Sən 
onu yalnız səhər yeməyi vaxtında görə bilərsən. Elə ki gördün biz səhər yeməyini 
tələb  edirik,  sən  bizim  aĢpazların  paltarını  geyib  gələrsən  və  nə  tələb  etdiyini 
öyrənərsən.» 
Bu adam belə də etdi. Babək üzünü döndərib bu adamı tanımadı və soruĢdu: 
«Bu  adam  kimdir?»  Səhl  ibn  Sumbat  cavab  verdi:  «Bu,  Xorasandan  gələn  bir 
xaçpərəstdir  və  filan  ildən  bizdədir».  Babək  soruĢdu:  «Bəs  səni  burada  saxlayan 
nədir?» O cavab verdi: «Mən burada evlənmiĢəm!» Babək dedi: «Haqlısan, çünki 
məsəl  var,  deyərlər:  «Birindən  soruĢurlar  haralısan,  o,  cavab  verir  ki,  «arvadım 
olan yerdən!» 
Sonra  bu  adam  Əl-AfĢinin  yanına  qayıdıb,  gördüklərini  ona  danıĢır.  Əl-
AfĢin Əbu Səidlə Buzbaranı məktubla Səhl ibn Sumbatın yanına göndərir. Onlara 
əmr edir ki, Səhl ibn Sumbatın heç bir sözündən çıxmasınlar. Onlar belə də edirlər. 
Səhl ibn Sumbat onlara yer və kifayət qədər ərzaq verir. 
Bundan  sonra  o,  Babəkə  (səh.  352)  deyir:  «Sən  bu  qalada  nəsə  dilxor 
görünürsən!  Yaxınlığımızda  gözəl  bir  vadi  var.  Əgər  etiraz  etmirsənsə,  biz  bu 
vadiyə  enək,  özümüzlə  də  Ģahin  və  qırğı  götürək,  nahara  qədər ov  edək!»  Babək 
deyir: «Əgər istəyirsən gedək» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə