Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   31   32   33   34   35   36   37   38   ...   102

77 
 
O  isə  bu  [iĢi]  ər-Reyi  tutana  kimi  təxirə  salır  və  [ancaq  bundan]  sonra  Siməki 
buraxaraq  ər-Reydən  göndərir.  Beləliklə,  Simək  Azərbaycanda  olan  Bukeyrin 
yanına yollanır. 
(Səh.  154.)  Simək  ibn  XəraĢə  və  Utbə  ibn  Fərkad
42
  varlı-karlı  ərəblərdən 
idilər;  Kufəyə  onlar  var-dövlət  içində  gəlmiĢdilər.  Bukeyr  getmək  sərəncamı  olan 
kimi  dərhal  yola  düĢüb  [Azərbaycana]  getmiĢdi.  O,  Cərmizənin
43
  həndəvərinə 
çatar-çatmaz  Vac-Ruzda  məğlub  olmuĢ  Ġsfəndiyaz  ibn  əl-Fərruxzaz
44 
gözlənilmədən  onların  qabağına  çıxır  və  [Bukeyrin]  Azərbaycanda  üzləĢdiyi  ilk 
döyüĢ  baĢ  verir.  Onlar  vuruĢur  və  Allah  [Ġsfəndiyazın]  ordusunu  məğlubiyyətə 
uğradır.  Bukeyr  Ġsfəndiyazı  əsir  tutur.  Ġsfəndiyaz  ondan  soruĢur:  «Sənə  nə  daha 
xoĢdur: sülh, 
yoxsa hərb?» Bukeyr deyir: «Əlbəttə, sülh». [Cavabında] o söyləyir: «Onda 
məni  öz  yanında  saxla,  çünki  nə  qədər  ki  mən  Azərbaycan  camaatı  üçün  sülh 
bağlamamıĢam,  ya  da  geri qayıtmamıĢam, o sənə  qarĢı çıxmayacaq. Camaat ölkə 
ətrafında olan əl-Kəbc
45
  və ər-Rum dağlarına
46
 çəkilib. Yerlərini  möhkəm edənlər 
də  müəyyən  vaxta  kimi  möhkəmlənib».  [Bukeyr]  onu  öz  yanında  saxlayır  və 
[Ġsfəndiyaz  da]  onun  sərəncamında  qalır.  Beləliklə,  [bütün]  ölkə  bir  neçə  qala 
istisna olmaqla [Bukeyrin] əlinə keçmiĢ olur. 
Simək  ibn  XəraĢə  [Bukeyrin]  köməyinə  gələrkən  Ġsfəndiyaz  onun  yanında 
əsirlikdə  [idi].  [Simək  ibn  XəraĢə]  və  Utbə  ibn  Fərkadın  hərəsi  onlara  tapĢırılan 
[yerləri] fəth edir. Simək [Bukeyrin] yanına  gəldiyi zaman Bukeyr zarafat edərək 
ona  demiĢdi:  «Sənin  kimi,  Utbə  kimi    varlı-karlılarla  mən  nə  edim?  Ürəyimin 
istəyinə  əməl  edərək  mən  sizi  tərk  etməli  və  qabağa  getməliyəm.  Ġstəyirsən 
mənimlə qal, istəyirsən Utbənin yanına get, mən sənə icazə verirəm. Ancaq ki mən 
sizi  tərk  edib,  buradan  da  murdar  olan  bir  yerə  getməyi  özümə  [borc]  bilirəm». 
Sonra    o,      [xəlifə]    Ömərə    [öz    hakim    vəzifəsindən]      istefa    ilə  müraciət  edir. 
[Ömər] ona yazıb əl-Bəbə
47
  doğru irəliləməyə izn verir və əmr edir ki, öz vilayəti 
baĢına o, [bir kəsi] təyin etsin. Bukeyr fəth etdiyi [ərazilərə] Utbəni öz yerinə təyin 
edir,  [özü  isə]  qabağa  gedir.  Ġsfəndiyazı  da  Utbəyə  ötürür.  Ütbə  onu  öz  yanına 
götürür. Utbə [künyəsi] Əbu Ducənə olmayan Simak ibn XəraĢəni
48
 Bukeyrin  fəth  
etmiĢ  olduğu  əyalətə  baĢçı  qoyur. Ömər bütün Azərbaycanı Utbə ibn Fərkadın 
[əlində] cəmləĢdirir. 
Rəvayət edirlər: Bəhram ibn əl-Fərruxzaz
49
 Utbə ibn Fərkadın  yoluna çıxır 
və Utbə yaxınlaĢana kimi öz ordusu ilə onu gözləyir. Sonra onlar döyüĢürlər. Ütbə 
onu  məğlub  edir.  Bəhram  qaçır.  Bəhramın  məğlub  olub  qaçması  haqqında  xəbər 
gəlib çatdıqda, Bukeyrin yanında əsirlikdə olan Ġsfəndiyaz deyir: «Müharibə artıq 
bitdi, sülh [vaxtı da] gəlib çatdı». O, Bukeyrlə sülh bağlayır və hamı bundan razı 
qalır.  [Beləliklə],  Azərbaycan  dinc  yolla  ram  edilir.  Bukeyr  və  Utbə  bu  haqda 
Ömərə  yazırlar.  Allahın  onlara  yetirdiyi  qənimətdən  onlar  xüms  ayırıb,  onu 
nümayəndələrlə [xəlifəyə] göndərirlər. 


78 
 
Bukeyr  ona  tapĢırılan  [ərazini]  Utbədən  hələ  qabaq  fəth  etmiĢdi,  amma  ki 
sülh  [yalnız]  Utbə  Bəhramı  məğlub  etdikdən  sonra  baĢ  tutur.  Ütbə  öz  adından 
yazaraq  (səh.  155)  Azərbaycan  əhalisinə  fərman  verir;  həmin  fərmana  görə 
Bukeyrin əyaləti onun əyalətinə [qatılaraq] birləĢdirilir: 
«Bismillahi-r-rəhmani-r-rəhim! Bu, əmirü-1-möminin Ömər ibn əl-Xəttabın 
amili  Utbə  ibn  Fərkadın  Azərbaycanın  bütün  -  onun  aran,  dağ,  ətraf  və  ən  ucqar 
yerlərinin əhalisinə, habelə onun dini icmalar əhlinə  - onların həyatı,  mal-dövləti, 
dini  məzhəb və  qaydaları üçün verdiyi əmin-amanlıq [fərmanıdır]! [Bu] Ģərtlə ki, 
onlar - yeniyetmə, qadın və yaĢayıĢ vəsaitindən məhrum xroniki xəstələr, həmçinin 
dünya  malından  heç  nəyi  olmayan  münzəvi  dindarlar  istisna  olmaqla  [maddi] 
imkanlarına görə cizyə (can vergisi) verməlidirlər! Bu, həm onların [özlərinə], həm 
də  onların  arasında  məskun  olub  yaĢayanlara  [Ģamildir].  Onlar  müsəlman 
döyüĢçülərindən olan müsəlmanı bir gecə-gündüz qonaq saxlamalı, ona bələdçilik 
etməlidirlər! 
Onlardan  kimsə  hər  hansı  ildə  orduya  səfərbər  edilərsə,  həmin  ilin  cizyəsi 
onun üzərindən götürülür. 
[Ölkəyə  gəlib]  qalan  hər  kəs  [daimi]  yaĢayan  Ģəxslər  kimi  [hüquqlara] 
malikdir. 
[Olduğu  yerdən]  çıxıb  gedən  [hər  bir]  kəs  mənzil  baĢına  çatanadək,  onun 
əmin-amanlığı [təmin olunur]! 
Yazdı: Cundub. 
Təsdiq  etdilər:  Bukeyr  ibn  Abdullah  əl-Leysi  və  Simək  ibn  XəraĢə  əl-
Ənsari. 
Yazıldı: 18-ci ildə» 
 
Əl-Bəbin fəthi 
 
Seyfin
50
 rəvayətinə görə əl-Bəb həmin ildə fəth edilib. O xəbər verir: 
Rəvayət edirlər (yəni  adlarını  yuxarıda  çəkdiyim  Ģəxslər):
51 
[Xəlifə] Ömər Əbu Musanı
52
 Bəsrəyə, Suraka ibn Amru
53
 da – o, Zu-n-nur 
adlanırdı, əl-Bəbə göndərir. Onun ön dəstəsinə o, Ədbü-r-Rəhman Rəbiəni
54
 baĢçı 
qoyur - o da həmçinin Zu-n-nur adlanırdı; iki cinahdan birinə Hüzeyfə ibn Əsid əl-
Qifərini,
55
 digərinə isə Bukeyr ibn Abdullah əl-Leysini təyin edir (Suraka ibn Amr 
hələ onun yanına gəlməzdən əvvəl Bukeyr artıq əl-Bəblə üz-üzə durmuĢdu. [Ömər] 
ona  (Surakaya)  yazmıĢdı  ki,  o  özünü  Bukeyrə  çatdırsın.  Əl-məqasim
56
  baĢına 
[xəlifə]  Səlmən  ibn  Rəbiəni
57
  qoyur.  (səh.  156)  Suraka  Əbdü-r-Rəhman  ibn 
Rəbiəni  qabaqcadan  yola  salır,  [özü  isə]  o,  Azərbaycanı  tərk  edən  kimi  [onun] 
ardınca [səfərə] çıxır. [Suraka] əl-Bəb yaxınlığında Bukeyrin yanına gəlib çıxır və 
onu  özünə  qoĢaraq  Ömərin  tərtib  etdiyi  qaydada  əl-Bəb  ölkəsinə  soxulur.  Ömər 
Həbib  ibn  Məsləmə
58
  ilə  ona  kömək  edir;  [Həbibi]  əl-Cəzirədən
59
  onun  yanına 
göndərir. [Həbibin] yerinə isə əl-Cəzirəyə Ziyad ibn Hanzələni
60
 yollayır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə