Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   33   34   35   36   37   38   39   40   ...   102

81 
 
Ömərə  Surakanın  ölüm  və  Əbdü-r-Rəhman  ibn  Rəbiənin  onu  əvəz  etməsi 
[xəbəri]  gəlib  çatdıqda,  o,  Əbdü-r-Rəhmanı  əl-Bəb  sərhəd  bölgəsi  üzərindəki 
[vəzifəsinə]  təsdiq  edir  və  ona  türklərin  üstünə  yürüĢ  etmək  əmri  verir.  Əbdü-r-
Rəhman  döyüĢçüləri  ilə  [yürüĢə]  çıxaraq  əl-Bəbi  tərk  etdiyi  zaman  ġəhribəraz 
ondan  soruĢur:  «Sən  nə  etmək  fikrindəsən?»
 
[Əbdü-r-Rəhman  ona]:  «Bələncər
63
 
[üstünə getmək] fikrindəyəm», - deyə cavab verir. [ġəhribəraz] söyləyir: «Gəlsənə 
biz  onların  əl-Bəbə  görə  bizi  narahat  etmədikləri  ilə  qane  olaq»  [Əbdü-r-Rəhman 
isə]  etiraz  edir:  «Lakin  biz  [türkləri]  onların  öz  yurdunda  haqlamayınca  onların 
əlindən arxayın ola bilmərik. Allaha and olsun, bizim elə camaatımız var ki, əgər 
əmirimiz  bizə  qabağa  getməyə  izn  versəydi,  mən  onlarla  gedib  [Çin]  səddinə 
çıxardım».  [ġəhribəraz]  soruĢur:  «Onlar  kimdir  belə?»  O  deyir:  «[Bunlar  o] 
adamlardır ki, onlar Allah elçisinin Allahın salavatı və salamı olsun ona! - tərəfini 
tutmuĢ və bu iĢə [xoĢ] niyyətlə qoĢulmuĢlar. Hələ cahiliyyə zamanı onlar təvazö və 
hörmət  sahibi  olmuĢlar,  [indi  isə]  onların  təvazö  və  hörməti  daha  da  artıb.  Bu, 
onlara  daim  [xas  olan]  bir  Ģeydir.  Və  nə  qədər  ki  onlara  üstün  gəlib  sarsıdan 
yoxdur, nə qədər ki onları sarsıdıb iradələrini qıran yoxdur, qələbə onların olacaq!» 
Və o, Ömər vaxtında Bələncərə yürüĢ edir: bu yürüĢdə nə bir qadın dul, nə də bir 
uĢaq  yetim  qalır.  Həmin  yürüĢdə  onun  atlı  qoĢunu  Bələncərdən  iki  yüz  fərsəx
64
 
aralı  əl-Beyda
65
  [Ģəhərinə]  gedib  çıxır.  [Əbdü-r-Rəhman]  basqın  edir  və  sağ-
salamat qayıdır. Sonra o, Osman
66
 dövründə də bir neçə yürüĢ edir. Lakin Əbdü-r-
Rəhmanın  həlak  olmasına  gəlincə,  bu,  öz  hakimiyyəti  dövründə  Osmanın  [bir 
zaman]  mürtədlik  etmiĢ  bir  Ģəxsi  Kufə  əhlini  islah  edib  düzəltmək  məqsədilə 
[Kufəyə]  amil  təyin  etməsindən  əhalinin  narazı  olub  döndüyü  bir  vaxtlar  baĢ 
vermiĢ  olur.  Amma  [Osmanın]  bu  [tədbiri]  onları  nəinki  islah  edib  düzəltmədi, 
[əksinə] dünya nemətlərinə tamah bəsləyən bir Ģəxsin onlara ağalıq etməsi üzündən 
[Kufə əhlini] daha da korlayıb yoldan etdi. Onlar Osmana elə qısqı gəldilər ki, o, 
bir məsəl olaraq deməyə baĢladı: 
Mən,  itini  [bəsləyib]  kökəltmiĢ  [sonda]  onun  diĢ-caynaq,  cırmağına  məruz 
qalmıĢ [o] Əmra bənzədim. 
Əs-Sari ġueybə, [o isə] Seyfə, [Seyf də] əl-Qusn ibn əl-Qasıma, [bu da] bir 
Ģəxsə, [o da] Səlman ibn Rəbiəyə isnadən mənə yazıb ki, [Səlman] demiĢdir: 
Əbdü-r-Rəhman  ibn  Rəbiə  türklərlə  üz-üzə  gəldikdə,  Allah  türklərin  ona 
qarĢı  çıxmasına  mane  olur.  [Türklər]  deyirlər:  «Bu  adam,  əgər  onu  ölümdən 
qoruyub saxlayan mələklər onunla olmasaydı, heç vaxt cürət edib bizim üstümüzə 
gəlməzdi».  Odur  ki,  ondan  qaçıb  [qalalarda]  qapanırlar.  [Əbdü-r-Rəhman  isə] 
qənimət  və  zəfərlə  geri  qayıdır:  bu  da  Ömərin  xilafəti  vaxtı  [olur].  Sonralar  o, 
Osman zamanında da onların üstünə bir neçə yürüĢ edir və [hər dəfə] olduğu kimi 
bu dəfə də qələbə çalır, ta ki Kufə əhli Osmanın [vaxtilə] mürtədlik etmiĢ bir Ģəxsi 
amil  təyin  etməsi  ilə  əlaqədar  dönüb  [itaətsizlik  göstərmiĢ  olur].  Bundan  sonra 
[Əbdü-r-Rəhman]  türklərə  basqın  etdikdə  onlar  bir-birinə  gileylənərək  deyirlər: 
«Bunlar ölən deyillər». [Bir parası isə]: «Hələ görərik!»  -  deyir və [sözünə] əməl 


82 
 
edərək [ərəblərə] görə kolluqda pusquya yatır. Sonra onlardan biri müsəlmanların 
birisinə  (səh.  159)  qəfildən  [ox]  atıb  onu  öldürür.  [Ölənin]  yoldaĢları  onu  qoyub 
qaçırlar.  [Ancaq]  bundan  sonra  [türklər]  Əbdü-r-Rəhmana  qarĢı  çıxıĢ  edir  və 
vuruĢurlar.  DöyüĢ  Ģiddətlənib  bərkiyəndə  bir  carçı  ətrafa  car  çəkir:  «Hövsələ 
göstər,  ey  Əbdü-r-Rəhman  tayfası,  yerin  cənnətdir!»  Əbdü-r-Rəhman  da  ölənə 
kimi  vuruĢur.  DöyüĢçülərin  [sıraları]  pozulub  açılanda  Səlman  ibn  Rəbiə  bayrağı 
əlinə alıb onunla döyüĢür. Carçı: «Hövsələ göstər, ey Səlman tayfası!» deyə ətrafa 
car  çəkdikdə,  Səlman:  «Doğrudanmı,  sən  bir  təlaĢ  görürsən?»  -  deyib, 
döyüĢçülərini [vuruĢ meydanından] çıxarır. 
Səlmanla  Əbu  Hüreyra  əd-Dausi
67
  əvvəlcə  Cilana,  oradan  da  Curcana 
yollanırlar. Həmən [döyüĢdən] sonra türklər artıq cürətə gəlir və ürək edib Əbdü-r-
Rəhmanın cəsədini götürürlər: ondan indiyə kimi yağıĢ dilərkən istifadə edirlər. 
Əmr ibn Mə'ad Yəkrib
68
 Matar ibn Səlc ət-Təmimiyə isnadən rəvayət edir: 
Əl-Bəbdə mən Əbdü-r-Rəhman ibn Rəbiənin yanına gəldim. ġəhribəraz da 
onun  yanında  idi.  [Bu  zaman]  yorğun,  əldən  düĢmüĢ  bir  nəfər  gələrək  Əbdü-r-
Rəhmanın  yanına  daxil  olur  və  keçib  ġəhribərazın  bir  böyründə  oturur.  Matarın 
əynində  zolaqlı  bir  Yəmən  xələti  [vardı]:  yeri  qırmızı,  naxıĢı  isə  qara,  ya  da 
[əksinə]  naxıĢı  qırmızı,  yeri  isə  qara  [idi].  Onların  ikisi  də  bir-birini  sorğu-suala 
tutur. 
Sonra  ġəhribəraz  [Əbdü-r-Rəhmana]  deyir:  «Əmir  sağ  olsun!  Bilirsən  bu 
adam haradan gəlib? Bu adamı mən bir neçə il bundan əvvəl səddə göndərmiĢdim 
ki, gedib görsün o, nə cürədir və onun arxasında kimlər [olur]. Onu çoxlu pul-para 
ilə təchiz etdim. Ona görə qonĢu [hökmdarın adına məktub] yazdım və onun üçün 
ərməğan göndərərək xahiĢ etdim ki, [elçim] haqqında o biri [hökmdarlara] yazsın. 
Hər hökmdar üçün də hədiyyə [hazırlayıb] elçiyə verdim. O da bu [hədiyyələri] hər 
hökmdara  bir-bir  təqdim  edə-edə  gedib  [səddə]  çıxır.  Səddin  yerləĢdiyi  ərazinin 
hökmdarına  gəlib çatdıqda hökmdar onun haqqında  həmin ölkədəki öz caniĢininə 
yazır. [Elçi] onun yanına gəlir və [caniĢin] öz quĢağasını Ģahini ilə birlikdə onunla 
[səddə] göndərir. Elçi ona [hədiyyə olaraq] bir ipək parça verir. 
[Sonra  elçi  danıĢaraq]  deyir:  «QuĢağası  mənə  təĢəkkür  etdi.  Biz  [mənzil 
baĢına] gəlib çatdıqda [qarĢımızda] birdən iki dağ [peyda oldu]; onların da arasında 
keçilməz bir sədd. [Sədd] dağların [baĢına] kimi ucalaraq onlarla bir səviyyədə idi. 
Səddin arxasında isə dərinliyinə görə gecə zülmətindən də qatı bir yarğan görsəndi. 
Bütün  bu  [mənzərəyə]  mən  göz  gəzdirərək  diqqətlə  baxdım.  Sonra  uzaqlaĢıb 
getmək istədikdə quĢağası mənə dedi: «Bircə dayan, qoy səni mükafatlandırım! Elə 
hökmdar  olmur  ki,  Allaha  yaxınlıq  naminə  dünya  malından  özündə  olan  ən 
qiymətli [bir Ģeyi gətirib] bu dərəyə atmasın.» Sonra o özü ilə [gətirdiyi] ətdən bir 
parça kəsib, onu dərəyə atdı. ġahin də onun dalınca Ģütüdü. [Bu zaman quĢağası] 
dedi:  «Əgər  [quĢ]  özünü  ətə  havada  çatdırsa,  onda  heç  zad.  Yox,  əgər  yerə 
düĢdükdən  sonra  çatdırsa,  onda  nə  isə  [olacaq]!»  Sonra  Ģahin  caynaqlarında  ət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə