Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   41   42   43   44   45   46   47   48   ...   102

97 
 
Xəlifə  ibn  Xəyyat  ġəbəb  əl-Usfuri.  Kitəb  ət-tabakat.  Bağdad,  1968.  səh.  142; 
Əhməd Ətiyyətullah. Əl-Qamus əl-isləmi. Qahirə. 1970. I nəĢri, с III. Səh. 441). 
58.  Əbu  Əbdü-r-Rəhman  Həbib  ibn  Məsləmə  ibn  Məlik  əl-Fihri  əl-
QuraĢi  (620-42/662)  -  Peyğəmbərin  tanınmıĢ  əshabələrindən  biri,  istilalar 
dövrünün  ad  çıxarmıĢ  sərkərdəsi.  Hərbi  xidmətlərinə  görə  o,  yalnız  Xalid  ibn  əl-
Valid və Əbu Übeydə ibn əl-Cərrah kimi sərkərdələrlə müqayisə edilə bilər. Həbib 
Yərmuk  döyüĢünün  iĢtirakçısı  olmuĢ  və  Əbu  Übeydə  tərəfindən  Antakiyaya  vali 
təyin edilmiĢdi. O, Bizans ərazilərinə çoxlu sayda yürüĢlər etdiyindən  «Həbib ər-
Rum» ləqəbini almıĢdır. Xəlifə Ömər onu həm əl-Cəzirəyə, həm də Azərbaycan və 
Ərminiyyəyə  vali  təyin  edir.  Osman  dövründə  Azərbaycan  və  Ərminiyyə  əhalisi 
itaətsizlik  göstərdikdə  xəlifə  onu  və  Səlman  ibn  Rəbiəni  onları  ram  etməyə 
göndərir.  Qafqaza  hərbi  yürüĢünü  Həbib  Qara  dəniz  tərəfdən  edir.  Müaviyə 
hakimiyyət  baĢına  gəldikdə  Həbibi  Ərminiyyəyə  vali  təyin  edir.  Ümumiyyətlə, 
Həbib Müaviyənin ən görkəmli sərkərdəsi olub və Müaviyənin bütün yürüĢlərində 
iĢtirak edib. Həbib 42/662-ci ildə Ərminiyyədə ölüb (əz-Zirikli, əl-Ə'ləm.... 1954. c. 
II. Səh. 172-173; Ġbn Hacər əl-Əskaləni. Təhzibu-t-təhzib. Beyrut. 1968, c. II. səh. 
190-191; Mühəmməd ibn Hibbən əl-Busti. Kitəb məĢəhir uləmə'i-l-əmsar. Qahirə, 
1959.  səh.  52;  Ġbn  əl-Əsir  əl-Cəzəri.  əl-kəmil  fi-t-tə'rix.  Beyrut,  1967.  c,  III.  səh. 
424:  Tə'rix  Xəlifə  ibn  Xəyyat.  Beyrut,  1977.  II  nəĢri.  səh.  205:  Ġbn  Hacər  əl-
Əskaləni. əl-Ġsabə fi əxbəri-s-sahabə, Qahirə, 1323-cü h.i.. c. I. Səh. 309). 
59.    əl-Cəzirə  -  Bağdaddan  Ģimalda,  Dəclə  ilə  Fərat  çayları  arasında  olan 
ərazi. 
60. Ziyad ibn Hanzələ - Peyğəmbərin əshabələrindən biri; məĢhur Yarmuk 
döyüĢündə  müsəlman  qoĢun  hissəsinin  baĢçısı.  Xəlifə  Ömər  vaxtında  isə  bir 
müddət Kufə valisi. 
61.  ƏĢ-ġəmməx  ibn  Dırar  ibn  Harmələ  əl-Məzini  əz-Zubyəni  (öl. 
24/644)  -  cahiliyyə  və  islam  dövrünü  yaĢamıĢ  müxədrəm  Ģair,  «məĢubət»  (ləkəli) 
Ģeir  növündə  qəsidələr  yazmıĢ  məĢhur  Ģairlərdən  biri.  ġairlik  istedadına  görə  əĢ-
ġəmməxin adı mudar qəbiləsindən olan ən-Nəbiğə əz-Zubyəni (535-604) və Ləbid 
ibn Rəbi'ə (560-661) kimi görkəmli Ģairlərlə bir sırada çəkilir. ġair müsəlmanların 
bir  çox  hərbi  yürüĢlərində  iĢtirak  etmiĢ  və  öz  Ģeirlərində  onların  hünər  və 
fədakarlığını  vəsf  və  tərənnüm  etmiĢdir.  ƏĢ-ġəmməx  ərəblərin  Osman  vaxtında 
Muğana etdikləri yürüĢ zamanı həlak olmuĢdur. Bəzi müəlliflərin, о cümlədən əl-
Xətib  əl-Bəğdədinin  dediyinə  görə  Ģairin  əsl  adı  əĢ-ġəmməx  deyil,  Mə'qil  olub. 
1895-ci  ildə  Qahirədə  əĢ-ġəmməxin  Ģeirlər  divanı  çapdan  çıxıb  (əz-Zirikli.  əl-
Ə'ləm.... 1954, с III. səh. 252-253; Əbdü-l-Qadir ibn Ömər əl-Bağdadi. Xizənətu-l-
ədəb  və  lubb  lubəb  lisəni-l-arab.  Qahirə,  с  I.  II  nəĢri,  səh.  526;  Əhməd 
Ətiyyətullah.  Əl-Qamus  əl-isləmi.  I  nəĢri,  1976.  c.  IV.  səh.  139;  Ханна  аль-
Фахури. История арабской литературы.  M. 1959. т. I. s. 101-120; 178. 188-
189) 


98 
 
Hamələ  ibn  Cuveyyə  əl-Kinəni  -  ərəblərin  adlı-sanlı,  nüfuzlu 
Ģəxsiyyətlərindən  biri.  Əl-Qədisiyyə  vuruĢu  ərəfəsində  Ġraqdakı  müsəlman 
ordusunun  baĢ  komandanı  Sə'd  ibn  Əbi  Vaqqas  xəlifə  Ömərin  göstəriĢi  ilə 
görkəmli adamlardan xüsusi heyət təĢkil edib, onu iran Ģahı ilə danıĢıqlar aparmaq 
üçün göndərdikdə, Hamələ də həmin heyətin tərkibinə salınmıĢdı (Tərix ət-Təbəri, 
Qahirə, 1969. с. III. səh. 496). 
Bələncər - ġimali Dağıstanda, xəzərlərin ölkəsində mövcud olmuĢ iri Ģəhər. 
Müasir  tədqiqatçıların  bir  qismi  ərəb  müəlliflərinin  məlumatlarına  əsaslanaraq, 
Bələncəri  coğrafi  məkan  etibarilə  Sulak  çayı  ilə  Buynaksk  Ģəhəri  arasında 
yerləĢdirir və onu hunların keçmiĢ paytaxtı Varaçan Ģəhəri ilə eyniləĢdirir; bəziləri 
isə Bələncərin vaxtilə Buynaksk Ģəhərinin ərazisində  yerləĢmiĢ olduğunu söyləyir 
(М.И.Артамонов.   История хазар. Л.,   1962.   с.   183.   186.   229.   312.   392.   
393;    Я.А.Федоров.  Г.С.Федоров.  Ранние  тюрки  на  Северном  Кавказе.  М.. 
1978. с. 118.   192; Ю.Р.Джафаров.  Гунны и Азербайджан.  Баку. 1985. 
с. 
93: Ибн Хордадбех. Книга путей и стран.   Баку. 1986. 
с.109; 
В.В. 
Бартольд). Соч.. М. 1968. т. V., s. 597).  
64.  Fərsəx  uzunluq  vahidi  olub,  6  km-ə  bərabərdir.  Beləliklə,  200  fərsəx 
1200 km edir. 
65.  əl-Beyda  -  xəzərlərin  paytaxt  Ģəhəri.  Tədqiqatçılar  onu  Ġtil  Ģəhəri  ilə 
eyniləĢdirirlər. 
66.  Osman  ibn  Affən  (öl.  36/656)  -  üçüncü  haqq  xəlifə;  644-656-cı  illər 
arasında xəlifəlik edib. 
67. Əbu  Hüreyra  Əbdü-r-Rəhman  ibn Saxr əd-Dausi əl-Yəməni (602-679) 
7/628-ci ildə islamı qəbul edərək, Məhəmməd peyğəmbərin yaxın silahdaĢlarından 
biri  olur.  O,  əshabələrin  ən  çox  hədis  biləni  olub:  onun  rəvayət  etdiyi  hədislərin 
sayı  5374-ə  çatır.  Əz-Zəhəbinin  qeyd  etdiyinə  görə,  Əbu  Hüreyra  fəqih,  həm  də 
Quran  təfsirçisi  olub.  O,  Quranı  əzbərdən  bilən,  onu  gözəl  oxumağı  bacaran 
tanınmıĢ  qürralardan  idi.  Xəlifə  Ömər  vaxtında  o,  əl-Bəhreyninin,  Müaviyənin 
xəlifəliyi zamanı  isə  Mədinə  Ģəhərinin  valisi  və  Məkkənin  qazısı olub.  (əz-Zirikli  
Əl-Ə'ləm....  с  IV.  səh.  80-81;  Ġbn  əl-Himəd  əl-Hanbəli,  ġəzəratu-z-zəhəb  fi  əxbər 
mən  zəhəbə.  Beyrut.  c.  I.  səh.63-64;  əz-Zəhəbi.  Тə`riхи-l-isləm  va  tabakatu-l-
məĢəhir va-l-ə'ləm. Qahirə.  1368-ci h.i.. с II, səh.43, 334. 338; əz-Zəhəbi. əl-Ġbər 
fi xəbər mən ğabər. əl Küveyt, 1960. c. I. səh.63; əz-Zəhəbi. Siyar ə'ləmi-n-nübələ. 
Qahirə, 1957, с  II. səh.417,  418.  423,445.  449; Ġbn Насər əl-Əskaləni. Təhzibu-
t-təhzib. Beyrut, 1968. с XII. səh 262-267). 68.      
68. Əbu  Saur Amr ibn  Mə'ad  Yəkrib   (və ya  Mə'dikərib) əz-Zubeydi 
(542-21/641) - (Kindilər dövləti zamanı qeys aylan və kinənə qəbilələrinin baĢçısı 
Mə'dikəribin  oğlu,  məĢhur  Ģair  Ġmru-l-Qeysin  əmisi  oğlu)  cahiliyyə  və  islam 
dövrünü yaĢamıĢ müxədrəm  Ģair,  Yəməndəki  zubeyd qəbiləsinin  baĢçısı,  igid 
döyüĢçü. Ġslamı o, Məhəmməd peyğəmbərin sağlığında, 630-cu ildə zubeydlilərin 
nümayəndə heyəti baĢında Mədinəyə gələrək qəbul edir, amma yalançı peyğəmbər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə