Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   37   38   39   40   41   42   43   44   ...   102

89 
 
istehkamlar  tikdirir,  dövlət  idarəçiliyi  sahəsində  geniĢ  islahatlar  keçirir,  torpaq  və 
vergi sistemlərini təkmilləĢdirir. Onun bu sahədə gördüyü iĢlərdən sonralar ərəblər 
öz 
dövlət 
quruculuğunda istifadə etmiĢlər. 
3.
 
«Fazusban»  -  farsca  «paduspan»  olub,  caniĢin  deməkdir.  Bu  titul 
Sasanilər dövründə ölkənin ən iri inzibati bölgüsünü idarə edən caniĢinə verilirdi. 
4.
 
«Fars  məmləkəti»  dedikdə  burada,  Ģübhəsiz,  bütün  Sasanilər 
məmləkəti  nəzərdə  tutulur.  Ümumiyyətlə,  orta  əsr  ərəb  mənbələrində  «Ġran» 
məfhumu adətən «biləd fəris» və «bilədu-l-furs» (farslar ölkəsi) ya da ki «bilədu-l-
acəm» (qeyri-ərəblərin ölkəsi) ifadələri ilə bildirilirdi. 
5.
 
Dünbavənd  -  Rey  yaxınlığında  yerləĢən  dağ  silsiləsi  və  ona  bitiĢik 
vilayətin  adı.  Yaqut  əl-Haməvinin  qeyd  etdiyinə  görə  həmin  ərazi  bəzən 
«Dümavənd», bəzən də «Dübavənd» adlanırdı (Yaqut əl-Haməvi, Kitəb mucəmi-l-
buldən. Tehran. 1965, c.II, səh. 585, 606-608). Hal-hazırda Tehrandan təxminən 60 
km Ģərqdə Dəmavənd adda Ģəhər mövcuddur. 
6.
 
Təbəristan - Ġranın indiki Mazandaran vilayətinin keçmiĢ ərəb adı. 
7.
 
Fəsa - Fars əyalətinin qədim və ən böyük Ģəhərlərindən biri. 
8.
 
ZərdüĢt - islamaqədərki Ġran əhlinin ən çox etiqad etdiyi və onun adı 
ilə  bağlı  olan  atəĢpərəstlik  dininin  banisi,  müqəddəs  «Avesta»  kitabının  müəllifi. 
ZərdüĢtlüyün  Ġran  ərazisində  dövlət  dininə  çevrilməsi  Sasanilər  sülaləsinin 
müəssisi ƏrdəĢir Babəkan (226-240) dövrünə təsadüf edir.  ƏrdəĢir ölkə daxilində 
baĢqa din və məzhəbləri təqib edərək, zərdüĢtlüyün yayılması qayğısına qalmıĢ və 
bu məqsədlə çoxlu atəĢgədələr tikdirmiĢdi.  
9.
 
Məzdək  Bamdad  (ərəbcə:  Bamdəz)  -  V  əsrin  sonları  -  VI  əsrin 
əvvəllərində  Ġranda  geniĢ  vüsət  tapmıĢ  yeni dini təriqətin  yaradıcısı,  həm də  xalq 
üsyanının baĢçısı.  Məzdəkin  dini  müddəaları onun  sələfi  -  Mani  məzhəbinin əsas 
prinsiplərinə  köklənmiĢdi.  Maninin  məzhəbi  kimi  onun  da  təriqəti  ölkənin  dövlət 
dini olan zərdüĢtiliyə qarĢı yönəlmiĢdi. Məzdək ictimai həyatda da, mülkiyyətdə də 
insanların  bərabərliyini  təbliğ  edirdi.  AĢağı  təbəqələrin  mənafeyini  müdafiə 
etdiyindən onun hərəkatı haqlı olaraq xalq kütlələrinin rəğbət və dəstəyini qazanır. 
Siyasi sahədə bu hərəkat əslində əyanların və yüksək din xadimlərinin hakimiyyəti 
əleyhinə  çevrilir.  Bir  vaxtlar  Xosrov  ƏnuĢirvanın  hakimiyyətə  can  atan  atası 
Qubad  Firuzun  (488-531)  özü  Məzdək  hərəkatına  tərəfdar  çıxmıĢ  və  ondan  siyasi 
məqsədləri üçün istifadə  etmiĢdi.  Lakin ömrünün sonuna  yaxın o, vəliəhdi  -  oğlu 
Xosrov ƏnuĢirvana  Məzdək  və  onun adamlarına  qanlı  divan tutmağa  rəvac verir. 
ƏnuĢirvan da 528-ci ildə guya hörmət və ehtiram əlaməti olaraq Məzdəkin Ģərəfinə 
xüsusi  bir  ziyafət  qurur  və  ziyafət  zamanı  Məzdəki  həm  də  onun  bütün  yaxın 
məsləkdaĢlarını  qırıb  məhv  edir.  Bundan  sonra  Məzdəkin  ardıcılları  amansız 
təqiblərə  məruz  qalıb,  məmləkətin  ucqar  yerlərinə,  əsasən  də  Orta  Asiya 
məntəqələrinə qaçıb getməli olurlar В.B.Бapmoльд. Coч.м. II. 
Ч
.
 
1. M, 1963. c.2I7: 
m.VI.  M..  1966,  c.  215:  m.VII.  M..  1971,  c.  441:  Mэpu  Бoйc.  Зopoacтpuйцы. 


90 
 
Bepoвания u oбычau. M.. 1987, c. 158-160)  
10.
 
Mani  (215-276)  III  əsrdə  Ġraqda  peyğəmbərlik  iddiası  ilə  çıxıĢ  edən 
dini  xadim.  Onun  dini  fəaliyyəti  Ġranda  Sasanilər  sülaləsinin  ilk  nümayəndələri  I 
ƏrdəĢir Babəkan (224-240) və onun oğlu I ġapurun (240-272) hakimiyyəti illərinə 
təsadüf edir. Özünü ZərdüĢt, Budda və Ġsa peyğəmbərin xələfi elan edən Mani yeni 
din  yaradaraq,  bunu  çəkdiyi  rəsm  Ģəkilləri  vasitəsilə  Yaxın  və  Orta  ġərq 
ölkələrində uğurla yaymağa və əhalinin müxtəlif təbəqələri, hətta əyanlar arasında 
belə  özünə  tərəfdarlar  qazanmağa  nail  olur.  Mani  məzhəbi  mahiyyət  etibarilə 
Ġranda  dövlət  səviyyəsində  himayə  olunan  ZərdüĢt  dininin  təbliğ  etdiyi  təbəqəli 
ictimai quruluĢa qarĢı çıxaraq, Budda və xristian təlimlərindəki zahidlik ideyalarını 
əsas  tuturdu.  Onun  dini  ideyaları  tezliklə  Roma  imperiyası  hüdudlarında,  habelə 
Yunanıstan  və  latın  dilli  ölkələrdə  tanınır.  Lakin  sonralar  Mani  məzhəbi  həm 
xristian,  həm  də  islam  aləmində  ciddi  təqiblərlə  üzləĢir.  Mani  edam  edildikdən 
sonra isə onun ardıcılları Ġranı tərk edərək, Amu-Dərya çayı arxasındakı ərazilərə 
qaçır  və  orada  məskunlaĢırlar.  Amma  ərəb  iĢğalları  ilə      əlaqədar  onlar  geri 
qayıtmaq  imkanı  əldə  etmiĢ  olurlar.  Lakin  xəlifə  Mehdi  (775-785)  dövründə   
onların   yenidən   köçürülməsi   baĢlanır.   Xəlifə   əl-Müqtədir (908-932) isə bu 
əməliyyatı xüsusi sərtliklə həyata keçirərək baĢa çatdırır. (В.В.Бартольд.  Соч.  т.  
II.  ч.  I.  M. 1963, с.216: т. VI. М. 1966. с. 86. 214. 475; т. VII  М. 1971. с. 441; 
т. IX.   М. 1977. с. 266). .     
11.
 
 Məcusi  -  fars  dilindəki  «muğ»  sözünün  ərəb  variantıdır.  Bu  adla 
Ġranda atəĢpərəstlər, həm də əsasən ZərdüĢt dinindən olanlar adlanırdı. Muğlar oda 
ibadət  edib,  GünəĢə  səcdə  qılırdılar.  Əl-Fəxri  və  əĢ-ġəhristani  məcusların  vaxtilə 
70 təriqəti olduğunu qeyd edirlər. Əl-Fəxrinin dediyinə görə sonralar onların yalnız 
doqquzu qalmıĢdır: kayumərsiyyə, zərvaniyyə, zərdüĢtiyyə, sənəviyyə,  maniviyyə,  
mədzəkiyyə,  deysəniyyə,  mərkayuniyyə  və  kaynəviyyə  (Али  ибн  Мухаммад  ал-
Фахри. Китаб талхис aл-байан фи зикр фирак ахл ал-адйан. М.. 1988. с. 19. 
40: Мухаммад ибн Абд ал-Карим аш-Шахрастани. Книга о религиях и сектах 
(Китаб ал-милал вa-н-нихал). с. I . М..  I984. л. 27). 
12.
 
 Ġsbahbəz  (ispahbəz)  -  pəhləvi  dilində  «spahbed»dir  ki,  bu  da 
Sasanilər  dövründə  bir  müddət  yüksək  hərbi  titul  olub,  I  Xosrov  ƏnuĢirvanın 
məlum  islahatlarından  qabaq  ölkənin  hərbi  qüvvələri  təkcə  bir  Ģəxsin  -  ali  baĢ 
komandanın əlində cəmləĢmiĢdi və o, «Eran spahbed» (yəni Ġranın baĢ sərkərdəsi) 
titulunu daĢıyırdı. Çox ehtimal ki, ƏnuĢirvan ölkədə bütün hərbi hakimiyyətin bir 
Ģəxsin  əlində  olmasından  ehtiyatlanaraq,  ölkə  ərazisini  dörd  böyük  caniĢinliyə 
böldüyü  kimi  orduya  baĢçılığı  da  dörd  sərkərdə  arasında  bölüĢdürür  («Книга 
деяний Ардашира сына Папака». М.. 1987, s. 20). 
13.
 
Qubaz  ibn  Firuz  (I  Qubad  (Qəvad)  Firuz)  -  488-531-ci  illərdə 
hakimiyyətdə olmuĢ Ġran ĢahənĢahı: I Xosrov ƏnuĢirvanın atası: 
14.
 
Əs-Sind  -  Yaqut  əl-Həmaviyə  görə  əl-Hind,  Kirman  və  Sicistan 
(Sistan)  arasında  yerləĢən  ölkə  olub  (Yaqut  əl-Həmavi.  Kitab  mü'cəmi-l-buldən. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə