Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   36   37   38   39   40   41   42   43   ...   102

87 
 
Zurri  və  əl-Karsə
87
  isə  [baĢqa]  bir  çadırda  qalırdılar.  Onlar  Bələncərdəki  hərbi 
düĢərgədə  qonĢu  idilər.  Əl-Karsə`  deyərdi:  «Nə  gözəldir  paltarda  qan  parıltısı!» 
Əmr  ibn  Utbə  isə  əynindəki  ağ  donuna  baxaraq  söylərdi:  «Nə  gözəldir  al  qan 
[ləkəsi] sənin ağ üzündə!» 
Osmanın  hakimiyyəti  illərində  kufəlilər  [bir  neçə  dəfə]  Bələncərə  hərbi 
yürüĢlər  etmiĢlər;  bu  yürüĢlər  [onun  hakimiyyətinin]  9-cu  ilinədək  itkisiz 
keçdiyindən  nə  bir  qadın  dul,  nə  də  bir  uĢaq  yetim  qalmıĢdı.  9-cu  ilində  isə 
(səh.306)  həmlədən  iki  gün  qabaq  Yəzid  ibn  Muaviyə  [yuxuda]  görür  ki,  onun 
çadırına  bir ceyran  gətiriblər. O, [ömründə] bundan gözəlini görməmiĢdi; ceyranı 
onun  bürüncəyinə  bürüyüb  bükmüĢlər.  Sonra  onu  bir  qəbrə  aparırlar.  Qəbrin 
üstündə  dörd  nəfər  durmuĢdu.  O  bundan  hamar,  bundan  yaraĢıqlı  bir  qəbir 
görməmiĢdi. [Ceyranı] onun içində dəfn edirlər. 
Sonra  [müsəlman]  döyüĢçüləri  türklərin  üstünə  həmlə  edərkən,  Yəzidə  bir 
daĢ  dəyib,  baĢını  yarır  və  qandan  onun  paltarı  elə  bulaĢır  ki,  elə  bil  ona  bəzək 
vurulmuĢdu.  Bununla  da  onun  yuxuda  görmüĢ  olduğu  ceyran,  həm  də  yaraĢıqlı 
paltar üzərindəki qan [ləkəsi] çin olur. 
Etdikləri  həmlədən  bir  gün  qabaq  Mi`dəd  Əlqamədən  xahiĢ  edib  deyir: 
«Bircə  öz  bürüncəyini  verəydin,  onu  baĢıma  dolayaydım».  [Əlqamə  onu]  verir. 
Sonra  [Mi'dəd]  Yəzidin  həlak  olduğu  bürcə  gedir  və    [düĢməni]  oxa  tutaraq,  bir 
neçəsini  vurub  öldürür.  [Lakin]  ərradədən  atılan  daĢ  onun  təpəsinə  dəyib  əzir. 
DöyüĢçüləri  onu  çəkib  aparır  və  Yəzidin  yanında  basdırırlar.  Əmr  ibn  Utbə  də 
yaralanır  və  donunu  arzu  etdiyi  halda  görərək,  həlak  olur.  Əl-Karsə'  isə  hücum 
günü elə vuruĢur ki, nizədən deĢik-deĢik olmuĢ [xələti] yeri ağ, naxıĢları da elə bil 
qırmızı olan bir dona çevrilir. Nə qədər ki o həlak olmamıĢdı, döyüĢçülər mətanətlə 
vuruĢurdular, amma onun ölümü ilə onlar məğlub olurlar. 
Əs-Səri ġueybə,  [o isə] Seyfə,  [Seyf də] Davud ibn Yəzidə isnadən mənə 
yazıb ki,  [Davud] rəvayət etmiĢdir: 
Yəzid  ibn  Müaviyə ən-Nəxəi,  Allah  ondan  razı  qalsın, Əmr ibn Utbə və 
Mi`dəd  Bələncər  günü  həlak  olmuĢlar.  Midədə  gəlincə  o,  Əlqamənin  bir 
bürüncəyini  [baĢına]  sarıyıb  dolayır.  Mancanaq  daĢının  bir  parası  onun  təpəsinə 
dəyib  yaralayır.  O  da  əlini  [baĢına]  qoyub  buna  əhəmiyyət  vermir.  Sonra  isə 
keçinir.  Əlqamə  onun  [bürüncək  üstündəki]  qanını  yusa  da,  [ləkəsi]  getmir  və 
cümə  [namazlarına]  onda  gələrək  deyərdi:  «Məni  buna  bağlayan  odur  ki,  onda 
Midədin qanı var». Amma Əmr isə ağ xələt  geyərək deyərdi: «Buna qan əcəb də 
yaraĢardı!» [Sonralar] bir daĢ dəyib, onu qana boyayaraq öldürür. Yəzidə də nə isə 
dəyib,  [ondan]  ölür.  [Yuxusunda  o,  görmüĢdü  ki,]  bir  qəbir  qazıb  hazırlamıĢlar. 
Yəzid  də  ona  baxıb  deyir:  «Əcəb  də  yaraĢıqlıdır!»  [Beləcə]  yatmıĢ  [adamın]  öz 
yuxusunda  gördüyü  çin  olur:  [gözəllikdə]  ondan  qəĢəngi  olmayan  bir  ceyran 
gətirib,  onu  həmin  qəbrdə  basdırırlar.  [Demə,]  həmin  ceyran  elə  onun  özü  imiĢ. 
Yəzid,  Allah  ona  rəhmət  etsin,  həlim,  gözəl  [bir  insan]  idi.  [Onun  ölüm  xəbəri] 
Osmana  gəlib  çatdıqda,    [Osman]  demiĢdi:    «Biz  Allahınıq  və  Onun  dərgahına 


88 
 
qayıdarıq».  Kufə  əhli  üzə  durdu.  Pərvərdigara,  onların  günahından  keç,  onları 
qəbul et!» 
Əs-Səri  ġueybə,  [o  da]  Seyfə,  [Seyf  də]  Mühəmməd  və  Təlhaya  isnadən 
mənə yazıb ki, [Mühəmmədlə Təlha] rəvayət etmiĢlər: 
Səid  [ibn  əl-As]  o  sərhəd  bölgəyə  Səlman  ibn  Rəbiəni  [hakim],  (səh.307) 
Hüzeyfə  ibn  əl-Yəməni  isə  kufəlilərin  baĢında  hərbi  yürüĢlərə  [komandan]  təyin 
edir.  Bundan  əvvəl  həmin  bölgədə  [komandan]  Əbdü-r-rəhman  ibn  Rəbiə  idi. 
[Hakimiyyətinin] onuncu ilində Osman onları baĢda Həbib ibn Məsləmə əl-QuraĢi 
olmaqla ġam camaatı ilə gücləndirir. Səlman Həbibə sərəncamlar verir, o isə [tabe 
olmaqdan] imtina edirdi. ġam camaatı deyirdi: «Biz Səlmanı döyüb əziĢdirəcəyik!» 
[Səlmanın]  adamları  da  cavabında:  «Onda  biz  də,  Allaha  and  olsun!  –  Həbibi 
əziĢdirib dustaq edərik! Əgər [fikrinizdən] daĢınıb çəkinməsəniz, həm sizdən, həm 
də bizdən çoxlu qırılıb ölən olacaq!», - deyə söyləyirdilər. 
Aus ibn Məğra
88
 bu haqda deyib: 
Səlmana əl vursanız, biz də kötəklərik sizin Həbibi! 
Ġbn Affanın yanına getsəniz, biz də gedərik [onun yanına]. 
Ədalətli olsanız, bu məntəqə bizim əmirin məntəqəsidir. 
Bu
89
 isə bir neçə dəstə baĢında gəlmiĢ [adi] bir əmirdir. 
Biz - məntəqə sahibləri gecələrlə onu qoruyub saxlamıĢıq, 
AtıĢaraq hər həmləni basıb dəf etmiĢik. 
Həbib  istəyirdi  ki,  Kufədən  gəlmiĢ  bir  ordu  əmiri  tək  əl-Bəb  hakiminə 
göstəriĢlər  versin.  Amma  bunu  görən  Hüzeyfə,  [onun  döyüĢçüləri  də]  lazımi 
hövsələ  göstərirlər.  Hüzeyfə  ibn  əl-Yəmən  üç  dəfə  [Bələncərə]  basqın  edir. 
Üçüncüsünün  əsnasında  isə  Osman  qətlə  yetirilir.  Osmanın  qətl  [xəbəri]  onlara 
gəlib çatdıqda, [Hüzeyfə] deyir: «Ġlahi, Osmanın qatilləri, Osmana təcavüz edənlər, 
gözləri Osmanı götürməyənlər Sənin lənətinə gəlsinlər! Pərvərdigara, biz onu, o da 
bizi  məzəmmət  edib  qınayardı!  Məgər  ondan  qabaq  kimsə  bizi,  bizlər  də  onu 
haçansa  qınamayıb?  Amma  bunu  fitnə  üçün  bəhanə  edib  götürdülər.  Ġlahi,  onları 
qılıncdan keçirəsən!» 
 
Qeydlər 
 
1.  Orta  əsr  ərəb  mənbələrində  iĢlənən  «Kisra»  -  «Xosrov»  sözünün  təhrif 
olunmuĢ  Ģəklidir.  «Xosrov»  -  Sasani  padĢahlarına  verilən  yüksək  tituldur.  Sasani 
hökmdarlarından  yalnız  ikisinin  əsl  adı  Xosrov  olub:  I  Xosrov  ƏnuĢirvanın  və 
onun nəvəsi II Xosrov Pərvizin. 
2. I Xosrov ƏnuĢirvan Qubad (ərəb qaynaqlarında «Qubaz») - 531-579-cu 
illərdə Ġranda hökmranlıq etmiĢ məĢhur Sasani padĢahı. ƏnuĢirvan qonĢu Bizansla 
uğurlu  müharibələr  aparmıĢ,  570-ci  ildə  isə  onun  ordusu  Yəməni  tutmuĢdur. 
ƏnuĢirvan  atası  I  Qubadın  baĢlamıĢ  olduğu  quruculuq  iĢlərini  davam  etdirərək, 
sərhəd  məntəqələrinin  təhlükəsizliyini  təmin  etmək  məqsədilə  bir  çox  qala  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə