Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   35   36   37   38   39   40   41   42   ...   102

85 
 
dövlətindən  [bir  qədər  sərvət]  ələ  keçirir.  Camaat  ondan  ehtiyatlanıb  qorunduğu 
üçün [Abdullah] onlardan çox az əsir tuta bilir və qayıdaraq əl-Valid ibn Ukbənin 
yanına gəlir. 
(Səh.247)  Sonra  əl-Valid  Azərbaycan  əhalisi  ilə  [onların]  800  min  dirhəm 
[xərac  verməsi]  Ģərtilə  sülh  [müqaviləsi]  bağlayır.  [Əslində]  bu,  həmin  o  sülh 
müqaviləsi idi ki, [Azərbaycan əhalisi] onu hələ Nihavənd savaĢından
79
 bir il sonra 
22 (642)-ci ildə Huzeyfə ibn əl-Yəmənlə bağlamıĢdı. Lakin Ömərin vəfatı ilə onlar 
bu [pulu] saxlayıb verməmiĢdilər. Osman hakimiyyətə gəlib, əl-Valid ibn Ukbəni 
Kufəyə  vali  təyin  etdikdə  isə    [əl-Valid]  ordu  yeridərək,  onları  basıb  əzir.  Bunu 
gördükdə  onlar  [əl-Validə]  tabe  olur  və  xahiĢ  edirlər  ki,  o,  əvvəlki  sülh 
müqaviləsini onlar üçün imzalasın. O [bunu] edir və [xərac] pulunu onlardan tutub 
alır.  Sonra  onların  ətrafındakı  müsəlman  düĢmənlərinə  qarĢı  geniĢ  basqınlara 
baĢlayır.  Abdullah  ibn  ġubeyl  əl-Əhməsi  öz  hərbi  yürüĢündən  sağ-salamat  və 
qənimətlə  [əl-Validin]  yanına  qayıtdıqda  [əl-Valid]  24  (644)-cü  ildə  Səlman  ibn 
Rəbiə  əl-Bəhilini  12  minlik  [bir  ordu]  ilə  Ərminiyyəyə  yollayır.  [Səlman] 
Ərminiyyə  ərazisi  ilə  hərəkət  edərək  [adam]  qırır,  əsir  edir,  qənimət  ələ  keçirir. 
Sonra  əlidolu  geri  dönüb,  əl-Validin  yanına  gəlir.  Beləliklə,  əl-Valid  zəfər  çalıb 
məqsədinə çataraq, çəkilib gedir. 
 
30 (650)-cu il 
 
(səh.  281)  Əs-Səri  ġueybə,  [ġueyb  isə]  Seyfə,  [o  da]  Mühəmməd  və 
Təlhaya isnadən mənə yazıb ki, [bunların ikisi də] rəvayət etmiĢdir: 
Əbdü-r-Rəhman ibn Rəbiəyə kömək olaraq Hüzeyfə ər-Rey yürüĢündən əl-
Bəb  yürüĢünə  keçirilir.  Onunla  Səid  ibn  əl-As
81
  da  yola  düĢür  və  onlar  birlikdə 
gəlib  Azərbaycana  çıxırlar.  [Ərəblər]  orduya  arxa  yaratmaq  məqsədilə  [adətən] 
belə edirdilər. Hüzeyfə [yürüĢdən] qayıdanadək [Səid Azərbaycanda] qalır. Sonra 
onların ikisi də geri dönür. 
 
32 (652)-ci il 
 
(səh.304)  Bu  ildə  Səid  ibn  əl-As  Bələncər  sərhəd  məntəqəsinə  Səlman  ibn 
Rəbiəni amil təyin edir və oradakı Hüzeyfə ordusunu, Seyfin dediyinə görə, Həbib 
ibn  Məsləmə  əl-Fihrinin  baĢçılıq  etdiyi  ġam  döyüĢçüləri  ilə  möhkəmləndirir. 
[Həmin]  ildə  də  [orduya]  baĢçılıq  üstündə  Səlmanla  Həbibin  araları  dəyir  və 
bununla [əlaqədar] ġam camaatı ilə kufəlilər arasında mübahisə baĢlanır. 
Bu barədə xəbərin Ģərhi: 
Əs-Sərinin ġueybə, [ġueybin isə] Seyfə, [onun da] Mühəmməd və Təlhaya 
isnadən  yazdıqları  içində  belə  bir  məlumat  var  ki,  [Mühəmmədlə  Təlha]  rəvayət 
etmiĢlər: 


86 
 
Osman Səidə yazır: «Səlmanı əl-Bəbə yürüĢə göndər!» Əbdü-r-Rəhman ibn 
Rəbiəyə  də  -  [o  zaman]  o,  əl-Bəbin  [valisi]  idi,  yazır:  «Rəiyyət  [müsəlmanların] 
çoxunu harınlaĢdırıb korlayıb, Sən [yürüĢləri] kəs, [belə] müsəlmanlarla hücumlar 
etmə! Qorxuram ki, baĢları bəlaya düĢə». Amma bu, Əbdü-r-Rəhmanı öz fikrindən 
daĢındırıb  saxlaya  bilmir  və  o,  Bələncərdən  əl  çəkmir.  Odur  ki,  Osmanın 
hökmranlığının  doqquzuncu  ilində  o  yürüĢ  edərək,  Bələncərə  gəlib  çıxır. 
[Müsəlmanlar] onu mühasirəyə alıb, mancanaq və ərradələrdən atəĢə tuturlar. Əgər 
bir  kəs  cürət  edib  [Ģəhərə]  yaxınlaĢsaydı,  onu  yorub  əldən  salar  ya  da  vurub 
öldürərdilər. Sonra birdən ordu ilə hücum edirlər və elə həmin günlərdə də Mi`dəd 
həlak olur. 
Sonra bir gün türklər sözləĢib vədələĢir və Bələncər əhli çıxıĢ edir. Türklər 
də  onlara  qoĢulub,  [birgə]  vuruĢurlar.  Ləqəbi  Zu-n-Nur  olan  Əbdü-r-Rəhman  ibn 
Rəbiə  həlak olur,  müsəlmanlar da  məğlub olub pərən-pərən düĢürlər. Səlman ibn 
Rəbiənin  ardınca  düĢüb  gedənləri  o,  mühafizə  edib  əl-Bəbdən  çıxarır.  (səh  305) 
Amma Xəzər və onun [sahilyanı] ölkələrinə üz tutub gedənlər isə Cilan və Curcana 
doğru hərəkət edirlər: Səlman əl-Fərisi
82
 ilə Əbu Hureyra da onların arasında idilər. 
[
Yerli] camaat Əbdü-r-Rəhmanın cəsədini ələ keçirir, onu qutuya qoyur və 
[cəsəd] onların əlində qalır. Onlar yağıĢ və kömək diləyərkən, bu günə kimi ondan 
istifadə edirlər... 
Əs-Səri  ġueybə,  [ġüeyb  isə]  Seyfə,  [o  da]  əl-Qusn  ibn  əl-Qasimə,  [bu  da] 
bənu kinənədən olan bir adama isnadən mənə yazıb [ki, həmin Ģəxs] demiĢdir: 
Xəzərlər  üstünə  basqınlar  aramsız  davam  etdikdə,  onlar  bir-birinə 
Ģikayətlənib gileylənməyə baĢlayır və özlərini qınayaraq deyirlər: «Biz elə bir xalq 
idik ki, bu azsaylı millət nə qədər ki gəlməmiĢdi, bizə heç kəs bata bilmirdi, [indi 
isə]  biz  onların  qabağında  dura  bilmirik».  Bəzisi  də  digərinə  deyirdi:  «Bunlar 
ölməzdir,  əgər  ölən  olsaydılar,  üstümüzə  [belə]  hücumlar  etməzdilər» 
[Müsəlmanların  bu]  basqınlarında  və  yalnız  sonuncusunda  Əbdü-r-Rəhmandan 
savayı, ölüb-itəni olmayıb. [Nəhayət, türklər]: «Bəlkə cəhd edib görək?», – deyib, 
kolluqda  pusquya  yatırlar.  Bir  dəstə  döyüĢçü  bunların  yanından  ötüb  keçərkən, 
[pusquçular]  ox  atıb,  onları  öldürürlər.  Bundan  sonra  onlar  öz  baĢçılarının 
görüĢünü təĢkil edib, onları müharibə etməyə çağırırlar. Bir gün  isə  onlar sözləĢib,  
vuruĢa    gedirlər.      [Həmin      vaxtlar    da]  Əbdü-r-Rəhman  öldürülür.  [Müsəlman] 
döyüĢçüləri  qəfil  hücuma  məruz  qalaraq,  iki  dəstəyə  bölünürlər:  biri  əl-Bəbə  [üz 
qoyur], onları Səlman mühafizə edib [aradan] çıxarır; digəri isə bunların arasında 
Səlman  əl-Fərisi  və  Əbu  Hüreyra  da  olmaqla  Xəzərə  sarı  üz  tutaraq,  Cilan  və 
Curcana tərəf yollanır. 
Əs-Səri ġueybə, [ġueyb] isə  Seyfə, [bu da] əl-Müstənir ibn Yəzidə, [o da] 
öz  qardaĢı  Qeysə,  [Qeys  isə]  atasına  isnadən  mənə  yazıb  ki,  [sonuncu]  rəvayət 
etmiĢdir: 
Yəzid  ibn  Müaviyə,
83
  Əlqamə  ibn  Qeys,
84
  Midəd  əĢ-ġeybani
85
  və  Əbu 
Müfəzzər  ət-Təmimi  bir  çadırda,  Əmr  ibn  Utbə,
86 
Xalid  ibn  Rəbiə,  əl-Halhal  ibn 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə