Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   44   45   46   47   48   49   50   51   ...   102

103 
 
qaldırmaq  məqsədilə  iĢtirak  edirdi.  Ümumiyyətlə,  Sə'd  ordusunda  Aus  və  əĢ-
ġəmməxdən savayı Əbdə ibn ət-Təbib və əl-Hutey'ə (öl. 678) kimi Ģairlər də vardı. 
ġairlərin  bu  və  ya  digər  hərbi  yürüĢdə  iĢtirakı  о  zamanlar  üçün  təsadüfi  və  nadir 
deyil, əslində geniĢ yayılmıĢ bir hal idi. Bu cür yürüĢlərdə iĢtirak edərək Ģairlər öz 
qəbilə  soydaĢlarının  hünər  və  qəhrəmanlığını  vəsf  edir,  onları  düĢmənlə  döyüĢə 
ruhlandırırdılar.  
89. Burada Həbib ibn Məsləmə nəzərdə tutulur. 
 
 


104 
 
 
ƏL-BƏLAZURĠ 
 
KĠTƏB FUTUHĠ-L-BULDƏN 
 
Azərbaycanın VII-IX əsrlər 
tarixinə dair çıxarıĢlar 
 
Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və 
Ģərhlərin müəllifi Hikmət Əkbərov 
 
Əhməd ibn Yəhya ibn Cabir əl-Bəlazuri (təqr-820-892) orta əsrlər dövrünün 
ərəb tarixçilərindən biridir. Onun  həyatı haqqında  məlumatımız,  ümumiyyətlə, az 
olsa  da,  hər  halda  Abbasi  xəlifələrindən  əl-Mütəvəkkil  (847-861)  və  əl-Müstəinlə 
(862-866) yaxın dostluq münasibətində olduğu, xəlifə əl-Mötəzzin (866-869) oğlu 
Abdullaha müəllimlik etdiyi faktı da məlumdur. Rəvayətə görə, Əhməd ibn Yəhya 
müalicə məqsədilə, təsiri barədə məlumatı olmadığı «bəlazur» Ģirəsini içdiyi üçün 
vəfat etmiĢdir. 
Fars  dilindən  etdiyi  tərcümələrinə  görə  Bəlazurinin  fars  mənĢəli  olduğu 
ehtimal  olunur.  Ancaq  digər  tərəfdən  babasının  Misirdə  məmur  vəzifəsində 
çalıĢması,  öz  təhsilinin  bir  hissəsini  Suriyada  alması  onun  ərəblərlə  daha  çox 
qaynayıb qarıĢdığına, ərəbləĢdiyinə dəlalət edir. 
Əhməd  ibn  Yəhya  əl-Bəlazuri  özünün  iki  məĢhur  əsəri  ilə  Ģöhrət 
qazanmıĢdır. Bunlardan birincisi «Futuhu-l-büldən» («Ölkələrin fəthi»), digəri isə 
«Ənsəbu-l-əĢraf  va  əxbaruhə»  («Yüksək  mənsəblilərin  nəsəbi  və  onlar  haqqında 
məlumatlar») əsəridir. 
«Ənsəbu-l-əĢraf  va  əxbaruhə»  əsəri  Məhəmməd  peyğəmbərin,  onun  ailə 
üzvlərinin,  əshabələrinin  və  bir  sıra  digər  Ģəxsiyyətlərin  tərcümeyi-halına, 
Əməvilər  xilafətinin,  xüsusilə  də  xaricilər  hərəkatının  tarixinə  dair  dəyərli 
məlumatlarla zəngin olduğu üçün mühüm tarixi əsərlərdən biri sayılır. 
Müəllifin «Futuhu-l-buldən» əsəri isə, adından məlum olduğu kimi, əsasən, 
ərəb  fəthlərinə,  istilalarına  həsr  olunmuĢdur.  Əsərdə  baĢlıca  olaraq  Məhəmməd 
peyğəmbərin  ğəzəvatlarından,  ondan  sonra  baĢlanmıĢ  ərəb  istilalarından,  erkən 
Abbasilər dövründə baĢ vermiĢ hərbi hadisələrdən bəhs olunur. «Futuhu-l-buldən» 
əsərində  həmçinin  Xilafətin  siyasi  tarixinə,  iqtisadiyyatına,  ictimai  münasibətlərə 
və Xilafət ərazisində yaĢayan xalqların mədəniyyətinə dair qiymətli məlumatlar da 
vardır. 
Bəlazuri  «Futuhu-l-buldən»  əsərini  yazarkən  zəmanəmizə  qədər  gəlib 
çıxmamıĢ mənbələrdən istifadə etmiĢdir. Tarixi məlumatları, əsasən bilavasitə iĢğal 
olunmuĢ  ərazilərdə  yaĢayan  yerli  Ģəxslərdən  və  ravilərdən  alan  müəllif  onların 
həqiqətə uyğun olanlarına üstünlük vermiĢdir. 


105 
 
«Futuhu-l-buldən»  əsərində  digər  ölkələrlə  yanaĢı  Azərbaycanın  və 
Ərminiyyənin də həmin dövrdəki tarixinə dair fəsillər vardır. Əsərin Azərbaycana 
və  Ərminiyyəyə  həsr  olunmuĢ  hissələrində  bu  ərazilərin  ərəb  orduları  tərəfindən 
iĢğal olunmasından,  yerli  əhali  ilə  ərəblərin  bağladıqları müqavilələrdən, ərəb 
qəbilələrinin  Azərbaycana  köçürülməsindən  və  s.  məsələlərdən  bəhs  olunur. 
Ərminiyyəyə dair materiallar Bəlazurinin ərəb dilində   1956-cı ildə Qahirədə çap 
olunmuĢ I cildindən, Azərbaycana dair materiallar isə həmin əsərin yenə də orada 
1957-ci ildə çap olunmuĢ II cildindən iqtibas edilmiĢdir. Ġqtibas edilmiĢ materiallar 
ərəb  dilindən  ana  dilimizə  ilk  dəfə  olaraq  tam  Ģəkildə  tərcümə  olunur.  Tərcümə 
olunmuĢ  mətnin  ardınca  burada  rast  gəlinən  mühüm  coğrafi  adlara,  Ģəxsiyyətlərə 
dair Ģərhlər və qeydlər verilmiĢdir. Azərbaycan dilində ilk dəfə olaraq nəĢr olunan 
bu  məlumatlar  xalqımızın  orta  əsrlər  tarixinin  daha  da  dərindən  tədqiq  olunması 
baxımından böyük əhəmiyyət kəsb edir. 
 
ƏRMĠNĠYYƏNĠN FƏTHĠ 
 
505-Bərdə
1
  sakinlərindən  Məhəmməd  ibn  Ġsmayıl  və  bəzi  Ģəxslər  Əbu 
Bəraə Anbəsə  ibn Bəhrin sözlərinə  istinadən, habelə  Məhəmməd ibn BiĢr əl-Qali 
öz  Ģeyxlərinin,  Bərmək  ibn  Abdullah  əd-Dəbili,  Məhəmməd  ibn  əl-Muxəyyis  əl-
Xilati  və  baĢqaları  isə  Ərminiyyənin  iĢlərinə  bələd  olan  adamların  sözlərinə 
istinadən  mənə,  bir-biri  ilə  tutuĢdurub  müqayisə  etdiyim  aĢağıdakı  məlumatları 
söylədilər:  ġimĢat,
2
  Qalıqala,
3
  Xilat,
4
  ArciĢ,
5
  Bəcuneys
6
    -  IV  Ərminiyyə,
7
 
Busfurracan
8
  kurası  (vilayəti),  Dəbil,
9
  Sirac  Tayr,
10
  Bəğravənd
11 
-  III  Ərminiyyə, 
Curzan
12
 - II Ərminiyyə, Sisəcan
13
 və Arran
14
 isə - I Ərminiyyə adlanırdı. 
BaĢqalarının  dediyinə  görə  isə,  IV  Ərminiyyə  ancaq  elə  ġimĢatdan  ibarət 
idi.  Qalıqala,  Xilat,  ArciĢ,  Bəcuneys  -  III  Ərminiyyə,  Sırac-Tayr,  Bəğravənd, 
Dəbil, Busfurracan - II Ərminiyyə, Sisəcan, Arran, Tiflis
15
- I Ərminiyyə adlanırdı. 
Curzan  və  Arran  xəzərlərin  əlində  idi,  Ərminiyyənin  qalan  hissəsi  isə 
Ərminiyyəkosun  hökmdarının  rəhbərliyi  altında  bizanslıların  əlində  idi.  Xəzərlər 
tez-tez  öz  ərazilərinin  hüdudlarını  aĢaraq,  qonĢu  ərazilərə  hücumlar  edir  və  bəzən 
də  Dinavərə
16
  çatırdılar.  Buna  görə  də  (Ģah)  Firuzun  oğlu  Qubad
17
  özünün  ən 
böyük sərkərdələrindən birini on iki min nəfərlik qoĢunla onlarla döyüĢə göndərdi. 
O,  Arran  vilayətinə  gəlib,  ər-Ras
18
  çayı  ilə  ġarvan
19
  arasındakı  əraziləri  tutdu. 
Onun  ardınca  (Ģah)  Qubad  buraya  gəldi.  Arranda  Beyləqan
20
  Ģəhərini  və  ölkənin 
əsas Ģəhəri sayılan Bərdəni və Qəbələni
21
 - yəni Xəzər Ģəhərini saldırdı. Daha sonra 
o, ġarvan vilayəti ilə Alan
22
  qapısı  arasında  çiy  kərpicdən  sədd  tikdirdi  və  həmin 
çiy kərpicdən tikilmiĢ səddin boyunca 360 Ģəhər saldırdı ki, bu Ģəhərlər də Bəbu-l-
Əbvab
21
 salınandan  sonra dağıdıldı. (ġah) Qubaddan sonra  onun oğlu  ƏnuĢirəvan  
Xosrov  ibn  Qubad
24
  hakimiyyətə  gəldi  və  o,    ġabran,
25 
Məsqət
26
  Ģəhərlərini,  daha 
sonra  Bəbul-l-Əbvab  Ģəhərini  saldırdı.  Bu  Ģəhər  ona  görə  Əbvab  (qapılar) 
adlandırıldı  ki,  o,  dağda  yolun  üstündə  salınmıĢdı.  Saldırdığı  bu  Ģəhərlərdə  o, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə