Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   52   53   54   55   56   57   58   59   ...   102

120 
 
Onda  əmir  əl-möminin  əl-Mütəvəkkil  aləllah  Böyük  Buğanı
116
  Ərminiyyəyə  vali 
təyin etdi. Buğa Bədlisə gələn kimi Musa ibn Zuraranı həbs etdirdi. Bu, Buqratın 
ölümündən  qəzəblənərək,  Yusifin  qətlində  maraqlı  olan  və  buna  dəstək  verən 
adamlardan biri idi. Buğa xuitlərlə döyüĢdü və onlardan çox sayda adam qırdı, bir 
çoxlarını  əsir  götürdü.  Sonra  o,  əl-Baqda,
117
  AĢot  ibn  Həmzə  ibn  Caciqi  - 
Busfurracanın batriqini mühasirəyə aldı, onu qaladan aĢağı enməyə məcbur etdi və 
Səmarraya  göndərdi,  özü  isə  Curzana  getdi.  Burada  Buğa,  Ġshaq  ibn  Ġsmayılı  ələ 
keçirdi,  iĢgəncələr  verərək,  onu  qətlə  yetirdi.  Buğa  Curzanı  yenidən  fəth  etdi, 
Arranda,  Ərminiyyənin  ətrafında  dağlıq  ərazilərində,  Sisəcanda  yaĢayan,  xristian 
dininə  və  digər  dinlərə  sitayiĢ  edən  üsyançıları,  iğtiĢaĢlarda  müqəssir  sayılan 
adamları tutub özü ilə apardı. Buğa bu minvalla ölkədə əvvəllər misli görünməmiĢ 
Ģəkildə  nizam-intizam,  qanun-qayda  yaratdı  və  241/855-856-cı  ildə  Səmarraya 
qayıtdı.  
 
AZƏRBAYCANIN FƏTHĠ 
 
811. - Hüseyn ibn `Əmr əl-Ərdəbili, Vaqid əl-Ərdəbilinin, həyatda sağ görə 
bildiyi  qocaların  sözlərinə  istinadən  bizə  belə  söylədi  ki,  Muğira  ibn  ġubə  xəlifə 
Ömər  ibn  əl-Xəttab  tərəfindən  Kufəyə  vali  təyin  olunaraq  buraya  gəldiyi  zaman 
özü  ilə  Huzeyfə  ibn  əl-Yəmənə  onun  (Huzeyfənin)  Azərbaycana  vali  təyin 
olunması barədə əmri də gətirdi. Bu əmri Muğira, Huzeyfəyə onun Nihavənddə
118
 
və  ya  buraya  yaxın  ərazidə  olduğu  vaxt  göndərdi.  Huzeyfə  əmri  alaraq, 
Azərbaycanın əsas Ģəhəri olan Ərdəbilə gəldi. Xərac vergisinin yığılmasında məsul 
olan  Ģəhər  mərzbanı
119
  da  burada  yaĢayırdı.  Mərzban  əvvəlcədən  Bacərvan, 
Məyməd,  Neriz,
120
  Sərat,
121
  əĢ-ġiz,
122
  Məyanic
123
  və  baĢqa  yerlərin  əhalisindən 
döyüĢçülər  toplayıb  Huzeyfəyə  qarĢı  döyüĢə  hazırlaĢmıĢdı.  Belə  ki,  onlar 
müsəlmanlarla bir neçə gün Ģiddətlə döyüĢdülər. Sonra mərzban bütün Azərbaycan 
əhalisinin adından Huzeyfə ilə sülh müqaviləsi bağladı. Müqaviləyə əsasən o, 800 
min dirhəm məbləğdə (8..? çəkidə) pul ödəməli idi. Huzeyfə isə onlardan heç kəsi 
öldürməməyi,  əsir  götürməməyi,  atəĢpərəstlik  məbədlərini  uçurub  dağıtmamağı, 
Bəlasacandakı, Sabalandakı,
124
 Satrudandakı kürdləri təqib etməməyi, ġiz əhalisinə 
bayramlarda  rəqs  etməyə,  habelə  xüsusi  mərasimlərdə  həmiĢəki  adət-ənənələrə 
yenə  də  riayət  etməyə  mane  olmamağı  vəd  etdi.  Sonra  Huzeyfə  Muqana
125
  və 
Cilana
126 
hücum  etdi,  bu  yerlərin  əhalisini  məğlubiyyətə  uğratdı  və  vergi 
ödənilməsi Ģərti ilə əhali ilə sülh müqaviləsi bağladı. 
812.  -  Deyirlər  ki,  sonra  xəlifə  Ömər  Huzeyfəni  geri  çağırdı  və  Mosuldan, 
bəzilərinin  məlumatına  görə  isə,  hal-hazırda  Muaviyə  əl-Avdi  adlanan 
ġəhrəzurdan
127
  oraya  gəlmiĢ  'Utbə  ibn    Fərqəd  əs-Suləmini  onun  yerinə 
Azərbaycana vali təyin etdi. `Utbə ibn Fərqəd Ərdəbilə gələrkən buranın əhalisinin 
bağlanılmıĢ  müqaviləyə  sadiq  olduğunu  gördü.  BaĢqa  vilayətlərin  əhalisi  isə  ona 
qarĢı üsyan qaldırdı. Utbə üsyançılara hücum edib onları məğlubiyyətə uğratdı və 


121 
 
qənimət ələ keçirdi. Bu döyüĢdə zahid (asket)
128
 Əmr ibn 'Utbə də onunla bir yerdə 
idi. 
Vaqidi  baĢqa Ģəxslərə istinad edərək məlumat verir ki, Muğira   ibn   ġubə  
22/642-643-cü   ildə  Kufədən   Azərbaycana yürüĢ etdi, ölkəyə daxil olaraq, onu 
zorla ələ keçirdi və əhalinin öhdəsinə xərac vergisini qoydu. 
Ġbn əl-Kəlbi, Əbu Mixnəfə istinad edərək söyləyir ki, Muğira Azərbaycanı 
20/640-641-ci  ildə  iĢğal  etdi,  ancaq  sonra  buranın  əhalisi  islam  dinindən  üz 
döndərdi.  Onda  əl-ƏĢ'as  ibn  Qeys  əl-kindi  ölkəni  yenidən  iĢğal  etdi.  O  burada 
Bacərvan  qalasını  tutdu  və  oranın  əhalisi  ilə,  Ģərtləri  Muğiranın  bağladığı  sülh 
müqaviləsi  ilə  eyni  olan  bir  müqavilə  bağladı.  Əl-əĢasın  bağladığı  müqavilə  bu 
günədək qüvvədədir. 
Əbu Mixnəf Lut ibn Yəhyanın verdiyi məlumata görə xəlifə Ömər əvvəlcə 
Sə'di,  sonra  Əmmarı,  ondan  sonra  isə  Muğiranı  vali  təyin  etdi.  Az  sonra  o,  Sədi 
yenidən həmin vəzifəyə təyin etdi. Ömər, vəfat etdiyi il Sədə və digər vilayətlərin 
əmirlərinə məktub göndərərək, Mədiniyə gəlməklərinə göstəriĢ verdi. Elə ona görə 
də  Sə`d  «ġura»da  (Məclis,  yığıncaq)  iĢtirak  etdi  və  sonra  o,  xəlifə  vəzifəsini 
müvəqqəti icra edən Ömərin göstəriĢi ilə əvvəlki iĢinə qaytarıldı. 
BaĢqalarının  dediyinə  görə  Ömər  vəfat  etdiyi  vaxt  onun  Kufədəki  valisi 
Muğira  idi  və  Ömər  vəsiyyət  etmiĢdi  ki,  Muğiradan  sonra  Kufəyə  Səd,  Bəsrəyə 
Əbu Musa vali təyin olunsunlar. Osman bunların hər ikisini vali təyin etdi, sonra 
isə vəzifədən uzaqlaĢdırdı. 
813.  -  Mədaini,  Əli  ibn  Mucahidin,  Məhəmməd  ibn  Ġshaqın,  əz-Zuhrinin 
sözlərinə  istinad  edərək  mənə  belə  məlumat  verdi  ki,  Allah  Nihavənddə 
çoxallahlılığa  mənsub  olan  adamları  məğlubiyyətə  düçar  edib  qaçmağa  məcbur 
etdikdə  müsəlman  əsgərləri  öz  vətənlərinə  qayıtdılar,  ancaq  kufəlilər  Huzeyfəni 
tərk etmədilər və Huzeyfə onlarla bir yerdə Azərbaycana yürüĢ etdi, oranın əhalisi 
ilə  sülh  müqaviləsi  bağladı.  Müqaviləyə  görə  əhali  yüz  min  dirhəm  məbləğində 
töycü ödəməli idi. 
814.  -  Mədaini,  Əli  ibn  Mucahidə,  'Asim  əl-Əhvala  (çəpgöz  Asim),  Əbu 
Osman  ən-Nəhdiyə  istinad  edərək  mənə  həmçinin  söylədi  ki,  xəlifə  Ömər 
Huzeyfəni Azərbaycandan geri çağırdı və onun yerinə Utbə ibn Fərqəd əs-Suləmini 
vali təyin etdi. Bir gün 'Utbə kirbasa, yəni nazik kağız parçaya bükülmüĢ bir qədər 
xabis
129
  Ģirniyyatından  Ömərə  göndərdi.  Ömər  bunu  əlinə  alarkən  soruĢdu:  «Bu, 
kağız deyilmi?» Ona - «Xeyr» -deyə cavab verdilər. O soruĢdu «Bəs onda nədir?» 
Ona  -  «Bu,  sənə  göndərilmiĢ  hədiyyədir»  -  dedilər.  Ömər  buna  baxdıqdan  sonra: 
«Onu özünə qaytarın» - dedi və Utbəyə belə bir məktub yazdı: «Ey Umm 'Utbənin 
oğlu! Həqiqətən yediyin xabis Ģirniyyatı sənin atanın əməyilə qazanılmamıĢdır». 
Utbənin  söylədiyinə  görə  o,  Azərbaycandan  qayıdıb  Ömərin  hüzuruna 
gələrkən onun əlində bir parça damarlı ət görmüĢdü. 
815.  -  Mədaini.  Abdullah  ibn  Qasımın,  Fərva  ibn  Laqitin  sözlərinə  istinad 
edərək mənə  belə  söylədi ki,  Osman ibn  'Affan  -  Allah ondan razı olsun  –  xəlifə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə