Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   60   61   62   63   64   65   66   67   ...   102

137 
 
141.
 
 Ərəb dilində [təmərrağa] feli «toza-torpağa ağnamaq»,
 
[mərağa] sözü 
isə heyvanın «toza-torpağa ağnadığı yer» mənasında iĢlənir. 
142.
 
 Harun  ər-RəĢid  -  V  Abbasi  xəlifəsidir.  786-809-cu  illərdə 
hakimiyyət baĢında olmuĢdur. Hakimiyyətə Bərməkilərin köməyi ilə gəlmiĢ, sonra 
isə  dövləti  təkbaĢına  idarə  etmiĢdir.  Harun  ər-RəĢidin  dövründə  Abbasilər 
xilafətində  kənd  təsərrüfatı,  sənətkarlıq,  ticarət,  elm  və  mədəniyyət  (ədəbiyyat) 
inkiĢaf  etmiĢdi.  Ancaq  onun  dövrü  həm  də  mərkəzi  hakimiyyətə  qarĢı 
arasıkəsilməz  üsyanlar,  sələfləri  dövründə  baĢlanmıĢ  xürrəmilər  hərəkatının 
yüksəlməsi  ilə  səciyyəvidir.  Harun  ər-RəĢid  Orta  Asiyada  baĢ  vermiĢ  üsyan 
əleyhinə etdiyi yürüĢ zamanı ölmüĢdür. 
143.
 
 Əzdilər - Əl-Əzd ərəb qəbiləsinə mənsub olan Ģəxslər. 
144.
 
 Bəzz  - Cənubi  Azərbaycanda Ərdəbilin Ģimal-qərbində xürrəmilərin 
dayaq  məntəqəsi  sayılan  Ģəhər-qala.  ġimalda  Araz  çayı,  Ģərqdə  Qarasu  çayı, 
cənubda  Axar  çayla  qərbdə  Hacılarçay  arasında  yerləĢirdi.  Xarabalığı  Cənubi 
Azərbaycanda  Qaradağın  Kəleybər qəsəbəsindən təqribən 3 km. cənub-qərbdədir. 
Bəzz  xürrəmilərin  rəhbəri,  Azərbaycan  sərkərdəsi  Babəkin  fəaliyyət  mərkəzi 
olmuĢdur.  Xilafət  ordusu  ilə  son  döyüĢlər  Bəzz  ətrafında  olmuĢdur.  837-ci  ilin 
avqust ayında süqut etmiĢdir. 
145.
 
Mərənd  –  Cənubi  Azərbaycanda  Təbrizin  Ģimal-qərbində  Ģəhər. 
Ərəb  fəthləri  zamanı  kiçik  bir  kənd  idi.  Burada  Əbu-l-Bə'is  adlı  bir  ərəb  məskən 
salmıĢ,  sonra  onun  oğlu  Bə'is  və  nəvəsi  Məhəmməd  Ģəhəri  möhkəmləndirmiĢlər. 
Mühəmməd orada bir qəsr tikdirmiĢdir. 
146.
 
 Kiçik Buğa (Buğa-s-Sağır) - türk mənĢəli ərəb sərkərdəsidir. Xəlifə 
əl-Mütəvəkkilin  dövründə  (847-861)  Azərbaycan  ərazisində  siyasi  sabitliyin 
qorunması məqsədilə aparılan hərbi əməliyyatlara baĢçılıq etmiĢdir. 
147.
 
 Urmiyə  -  Cənubi  Azərbaycanda  eyni  adlı  gölün  qərbində  yerləĢən 
böyük  qədim  bir  Ģəhər.  Rəvayətə  görə  maqların  dinlərinin  banisi  ZərdüĢtün 
vətənidir. Əl-Əzd qəbiləsinin mövlası Sədəqə ibn Əli Sədəqə ibn Dinar bu Ģəhəri 
tutmuĢ və orada qəsrlər tikdirmiĢdir. 
148.
 
 Tibriz  (Təbriz)  -  Yerli  əhali  indiki  Təbriz  Ģəhərini  belə  adlandırdı. 
Azərbaycanın  ən  qədim  Ģəhərlərindən  biri  sayılır.  Tarixi  mənbələrdə  Ģəhərin  adı 
Tarmakis,  Tavriz,  Tarbiz,  TəvreĢ  və  s.  kimi  qeyd  olunur.  Arxeoloji  qazıntılar 
Təbrizin  hələ  e.ə.  Ģəhər-qala  olduğunu  sübut  edir.  VII  əsrin  ortalarında  ərəblər 
tərəfindən iĢğal olunmuĢdur. Xilafət dövründə mahal mərkəzi idi. Xilafət zəiflədiyi 
dövrdə  Azərbaycanda  meydana  gəlmiĢ  Rəvvadilər  dövlətinin  (X  əsrin  I  yarısı  - 
1116-1117) paytaxtı olmuĢdur. 
149.
 
Həmdanilər - Yəmənin Həmdan qəbiləsinə mənsub olan Ģəxslər. 
150.
 
 Bərzə - Cənubi Azərbaycanın cənub-Ģərqində, Marağadan 15 fərsəx 
cənubda Ģəhərcik. 
151.
 
 Avdilər - əl-Avd ərəb qəbiləsinə mənsub olan Ģəxslər.  
152.
 
 Cəbravan  -  Cənubi  Azərbaycanda  orta  əsrlər  dövründə  Bərzə  və 


138 
 
Neriz arasında, Urmiya gölündən 4 fərsəx cənubda, Тəbriz yaxınlığında Ģəhər. 
153.
 
 Kindilər  –  mənĢəcə  yəmən  ərəblərinə  mənsub  olan  ərəb 
qəbilələrindəndir. 
 
 


139 
 
ƏL-YAQUBĠ 
 
Tarix 
 
Azərbaycanın VII-IX əsrlər 
tarixinə aid çıxarıĢlar
 
 
Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və 
Ģərhlərin müəllifi Sevda Süleymanova 
 
Əhməd ibn Əbu Ya'qub ibn Cə'fər ibn Vadih əl-Kətib əl-Abbasi əl-Ya'qubi 
ərəb  tarixi  ədəbiyyatında  praqmatik  təmayülün  ilk  nümayəndələrindən  biridir.  O, 
Abbasilər  sarayı  üzvlərindən  birinə  məxsus  mövlanın  nəslinə  mənsubdur  və  əl-
Abbasi  nisbəsi  də  bununla  bağlıdır.  Gənc  yaĢlarında  o,  Ərminiyədə
30
 yaĢamıĢ, 
sonra  Xorasanda  Tahirilərin  yanında  xidmət  etmiĢdir.  Bu  sülalənin  süqutundan 
sonra (259/873-cü il) Yaqubi Hindistana səfər etmiĢ və oradan Misirə gəlmiĢdir. O, 
ömrünün sonunadək (284/897-ci il) Misirdə yaĢamıĢdır.
 
Yaqubi öz «Tarix» əsərini, görünür, hələ Xorasanda yaĢayarkən yazmıĢdır. 
Burada  Xorasanla  bağlı  tarixi  hadisələrə  geniĢ  yer  verilir.  Onun  bu  kitabı  ərəb 
ədəbiyyatında  ümumdünya  tarixinə  həsr  olunmuĢ  ilk  əsərlərdəndir.  Kitab  iki 
hissəyə  bölünür.  Birinci  hissə  «Ġncil»dəki  patriarxların  tarixi  ilə  baĢlayır,  sonra 
Ġsanın  və  həvarilərin,  müxtəlif  ölkələrin  hökmdarlarının,  müxtəlif  xalqların  tarixi 
təsvir olunur, ölkələrin inzibati bölümləri, sərvətləri, əhalinin həyat tərzi və adətləri 
haqqında geniĢ məlumat verilir. Peyğəmbərin anadan olması təqvimindən baĢlayan 
II hissə Ġslam ölkələrinin tarixinə  həsr olunmuĢdur. Burada müsəlman ölkələri ilə 
qonĢu  olan  vilayətlar  haqqında  heç  bir  məlumat  verilmir.  Əsərdə  müəllif  Ģiə 
hərəkatlarına  geniĢ  yer  vermiĢdir  ki,  bu  da  onun  Ģiə  əqidəsinə,  etiqadına  mənsub 
ailə ənənələri ilə izah edilir. Lakin bu, müəllifin hadisələri obyektiv Ģəkildə təsvir 
etməsinə mane olmur. O, hadisələri bəlağətsiz, konkret Ģəkildə Ģərh edir. 
Yaqubinin  «Tarix»  əsəri  digər  mənbələrdə  olmayan  bir  çox  tarixi 
məlumatlarla  zəngindir  ki,  bu  da  əsərin  xüsusi  maraq  doğurmasına  səbəb  olur. 
Ya'qubinin  daha  bir  əsəri  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  coğrafi  mənbə  olan 
«Kitab  əl-buldən»  («Ölkələr  kitabı»)  əsəridir.  Ya'qubinin  hər  iki  əsəri  hələ  XIX 
əsrin  sonlarında  nəĢr  olunmuĢdur.  «Tarix»  əsəri  Holland  ərəbĢünası  M.T.Xutsma 
                                                           
30
 
Ərəb  müəllifləri  «Ərminiyə»  dedikdə  ərəblərin  Əməvilər  xilafətinə  daxil  etdikləri  bütün  Cənubi 
Qafqaz ölkələrini nəzərdə tuturlar. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə