Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   62   63   64   65   66   67   68   69   ...   102

142 
 
II cild 
 
s. 139-162. Ömər ibn əl-Xəttabın dövrü.
1
 
s. 156-157. 22-ci ildə (XI. 642 - X. 643) Azərbaycan fəth olundu.
2
 Bunu ya 
Əmir  ən-nə`s  əl-Muğira  ibn  ġu'baya  aid  edirlər,  ya  da  HəĢim  ibn  Utba  ibn  Əbu 
Vaqqasa... О (Ömər), Həbib ibn Məsləmə əl-Fəhrini
3
 Ərminiyəyə göndərdi, sonra 
onun ardınca Səlman ibn Rabi'anı köməyə yolladı. Səlman ibn Rabi'a onun yanına 
yalnız Ömərin qətlindən sonra çatdı. 
s. 162-178. Osman ibn Əffanın dövrü.
4
 
s. 168. Osmanın dövründə Həbib ibn Məsləmə, sonra ona köməyə Səlman 
ibn Rabi`a əl-Bəhili Ərminiyəyə göndərilmiĢdilər. О zaman onların arasında ədavət 
baĢlamıĢdı  və  Osmanın  qətlindən  sonra  da  bu  ədavət  davam  edirdi.  Həbib  ibn 
Məsləmə  Ərminiyənin  bəzi  yerlərini    tutmuĢdu.    Osman    Səlmana  Ərminiyə 
üzərinə  getmək  əmrini  göndərir.
5
  O,  Beyləqana
6
  çatanacan  irəliləyir.  Beyləqanın 
əhalisi  onun  qarĢısına  çıxır  və  onunla  sülh  bağlayır.  O,  yoluna  davam  edir  və 
Bərdəyə  çatır.  Bərdə  əhalisi  onunla  məlum  Ģərtlərlə      razılığa  gəlir.  Deyildiyinə 
görə, Həbib ibn Məsləmə Curzanı tutur. Sonra Səlman ġirvana daxil olur, ġirvanın 
məlikləri onunla sülh bağlayırlar.
8
 Bundan sonra o, yoluna davam edir və Maskata
9
 
çatır. Onun əhalisi sülh bağlayır. Lakzın məliki, ġabiranın
10
 və Filanın
11
  əhalisi də 
bu  cür  hərəkət  edirlər.  Bələncər
12
  çayının
13
  arxasında  onu  böyük  bir  ordu  ilə 
xəzərlərin  hökmdarı  (məliki)  Xaqan  qarĢılayır  və  Səlmanı  ordusu  ilə  birgə  qətlə 
yetirir.  Onların  sayı  4  min  nəfər  idi.
14
  Osman  (bundan  sonra)  Huzeyfə  ibn  əl-
Yəmən al-Absini
15
 (Ərminiyəyə vali) təyin edir. Lakin (bir qədər) sonra onu azad 
edərək (yerinə)  Muğira  ibn ġubanı
16
 qoyur. 
s. 178-214. Əmir əl-Mu`minin Əli ibn Əbu Talibin
17
  dövrü.  
s.  202.  О  (Əli  ibn  Əbu  Talib),  Qeys  ibn  Suad  ibn  Ubadaya  Azərbaycana 
hakim təyin olunması əmrini göndərir
18

 s. 269-283. Əbdü-l-Malik ibn Mərvanın dövrü.
19  
s.  272.  Əbdü-l-Malik  qardaĢı  Əbdü-1-Əzizi  Misirə  və  Məğribə  qaytardı. 
QardaĢı BəĢiri Ġraqa, qardaĢı Məhəmmədi Mosula vali təyin etdi. Oraya (Mosula) 
Bəsrədən  Uzd  və  Rabi'anı  da  göndərdi  ki,  о  (Məhəmməd),  Ərminiyəyə  yürüĢ 
etsin.
20
  Bu  ölkənin  əhalisi  üsyan  etmiĢdi.  Məhəmməd  öldürür,  əsir  tutur,  sonra 
ölkənin azadlar (əl-ahrar)
21
 adlanan əhalisi - zadəganlar ilə danıĢıqlara girir. Onlara 
aman  və  təĢrif  vəd  edərək,  bu  səbəblə,  yəni  təĢrifat  münasibəti  ilə  onları  Xilat 
əyalətində  kilsələrə  toplayır.  O,  kilsələrin  ətrafına  odun  yığmağa  əmr  verir. 
Kilsələrin qapılarını onların üzərinə bağlayır və həmin kilsələrə od vuraraq, onların 
hamısını yandırır
22
. Məhəmməd ibn Mərvan ölənəcən Ərminiyədə qalır.
23
 
s. 282-292. Valid ibn Əbdü-l-Malikin dövrü
24 
s.  292.  91-ci  ildə  (709/710)  Əbdü-l-Əziz  ibn  əl-Valid  Məhəmməd  ibn 
Mərvanı ,..
25
 
s. 293. Süleyman ibn Əbdü-l-Malikin dövrü
26



143 
 
s.  299.  Süleyman  əl-Cəzirə
27
  əyalətinə  çıxır  və  Dabik
28
  adlanan  yerə  gəlir. 
O,  Məsləmə  ibn  Əbdü-l-Maliki
29
  Rum  ölkəsinə  yürüĢə  göndərir  və  ona 
Kustantiniyəni
30
  fəth  edənəcən  mühasirədə  saxlamağı  əmr  edir.  Məsləmə 
Kustantiniyəyə  çatanacan  irəliləyir.  Onu  mühasirəyə  alaraq,  sursat  və  azuqədən 
kəsir.  O,  saklabların
31
  Ģəhərini  alır.  Müsəlmanlar  soyuq  və  aclığa  məruz  qalırlar. 
Süleyman  bu  haqda  eĢitdikdə  quru  yolu  ilə  Əmru  ibn  Qeysi  onlara  köməyə 
göndərir. Dəniz yolu ilə Ömər ibn Hübeyrə əl-Fuzariyanı
32
 tutur. Belə ki, rumlular 
Lazikanı
33
 Homs ordusunun əlindən almıĢdılar. 
s. 300. Onun (Süleymanın) dövründə 96-cı ildə (714/715) Məsləmə «Dəmir 
qala»nı
34
  almıĢ  və  qıĢı  Rumun  əyalətlərində  keçirmiĢdi.  Ömər  ibn  Hübeyrə 
dənizdən  hücum  edərək,  Kustantiniyə  körfəzinə  daxil  olmuĢ,  saklabların 
(«sakaliba») Ģəhərini tutmuĢdu. 99-cu ildə (717/718) Süleyman oğlu Davudu Rum 
torpaqlarına  göndərmiĢ,  Məsləmə  Kustantiniyədə  düĢərgə  salmıĢdı.  Davud 
Malatiya nahiyəsindəki «kadınlar qalası»nı
35
 almıĢdı.
36 
s. 301. Ömər ibn Əbdü-l-Əzizin dövrü.
37
 
s.  302.  Ömər  Rum  ölkəsində  Məsləmənin  çəkdiyi  zərər  və məĢəqqətlərdən 
xəbərdar olaraq Amra ibn Qeysi paltar, azuqə və sursatla Məsləməyə və Məsləmə 
ilə  olan  müsəlmanlara  köməyə  göndərir.
36
  O,  ibn  Hatim  ibn  Nu'man  əl-Bəhilini 
türklərin  üzərinə  göndərir.  Yalnız  qaçanlardan  savayı  heç  kim  onun  (əlindən) 
qurtula bilmir və o, (tutulan) 50 əsiri Ömərə təqdim edir
39
 . 
s. 310. Yəzid ibn Əbdü-l-Malikin dövrü
40

s.  313.  Yəzid  əl-Cərrah  ibn  Abdullah  əl-Həkəmini  türklərə  qarĢı  göndərdi. 
104-cü  ildə  (722/723)  o,  Bələncəri  tutdu,  çox  adamı  əsir  alaraq  ər-Rubas  çayına 
çatdı.  Sonra  yoluna  davam etdi və  ər-Ran çayına  çatdı.  Burada  xəzərlərin hakimi 
xaqanın  oğlu  ilə  görüĢdü,  vuruĢda  ona  qalib  gəldi  və  bir  çox  əsir  aldı.  Bələncəri 
alaraq  yoluna  davam  etdi,  Ģəhərdən  Ģəhərə  keçərək  Xəzər  xaqanını  təqib  etdi  və 
nəhayət,  Azərbaycanda  yerləĢən  Dəbil
41
  çayının  yanına  çatdı,  onlar  vuruĢdular. 
Cərrah və onunla olanların hamısı burada öldürüldü.
42
 
s.  314-315.  Valid  ibn  HiĢam
43
  102-ci  ildə  (720-721)  öz  vilayətinin  ordusu 
ilə  Rum  ölkəsinə  hücum  etdi  və  Antakiya  yaxınlığında  çayı  (bərəni)  keçərək 
düĢərgə  saldı.  Ömər  ibn  Hübeyrə  dördüncü  Ərminiyədə  rumlularla  vuruĢdu  və 
qalib  gəldi,  onlardan  7  min  əsir  tutdu.  103-cü  ildə  (721-722)  Abbas  ibn  əl-Valid 
yürüĢə  çıxdı  və  Saraya
44
  əhlini  əsir  aldı.
45
  Türklər  Alan  ölkəsinə  hücum  etdilər. 
Əbdü-r-Rəhman  ibn  Süleyman  əl-Kəlbi  və  Osman  ibn  Həyyan  əl-Mərri  yürüĢə 
çıxır və qalaya hücum edərək onu alırlar. 105-ci ildə (723-724) Səid Əbdü-l-Malik 
ibn  Mərvan  qayıdaraq  türklərin  əyalətinə  yürüĢ  etdi  və  Q.t.n.
46
  qalasını  tutdu. 
Cərrah ibn Abdullah əl-Həkəmi əl-Lan (Alan) qapısını tutdu və bu qapıdan keçdi.
47
 
s. 316. HiĢam ibn Əbdü-l-Malik ibn Mərvanın dövrü.
48
 
s. 317. 107-ci ildə (725/726) HiĢam  Məsləmə ibn Əbdü-l-Maliki Ərminiyə 
və Azərbaycanın hakimi təyin etdi
49
 və о əvvəlcə Səid ibn Amru əl-HəraĢini Xəzər 
ordusunun qabağına göndərdi. Onlarda (xəzərlərdə) 10 min müsəlman əsiri vardı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə