Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   61   62   63   64   65   66   67   68   ...   102

140 
 
tərəfindən bu günədək məlum olan iki nüsxədən biri Kembric əlyazması əsasında 
1883-cü ildə Leydendə nəĢr olunmuĢdur.
31
 
Yaqubinin  Azərbaycan  və  Ərminiyə  ilə  bağlı  hadisələrlə  əlaqədar  geniĢ 
məlumata  malik  olması  bizim  üçün  xüsusi  əhəmiyyət  kəsb  edir.  Buna,  görünür, 
müəllifin  gənclik  illərini  Ərminiyədə  keçirməsi  və  bir  sıra  məlumatları  bilavasitə 
Ģəxsən  əldə  etməsi  təsir  göstərmiĢdir.  Çox  ehtimal  ki,  bəzi  məlumatlar  onun  ailə 
arxivində  saxlanılmıĢdır.  Belə  ki,  onun  ulu  babası  olan  Vadih  xəlifə  əl-Mənsurun 
dövründə  (775-ci  il)  Ərminiyənin  valisi  olmuĢdur.  Bu  məlumatı  Yaqubi  «Tarix» 
əsərində ötəri olaraq verir və ulu babasının vali olduğu dövrü Ģərh etmir.
32
 
Yaqubinin  «Tarix»  əsərinin  II  cildindən  Azərbaycan  və  Ərminiyəyə  aid 
çıxarıĢlar professor P.K.Jüze tərəfindən rus dilinə tərcümə edilmiĢ və 1927-ci ildə 
Bakıda  ərəb  mətni  ilə  nəĢr  olunmuĢdur.
33
 NəĢrdəki  çıxarıĢlar  Xutsmanın  Leyden 
nəĢrindən götürülmüĢdür. 
Bu  nəĢrin  əhəmiyyətini  qeyd  etməklə  yanaĢı,  onun  artıq  müasir  tarix 
elmimizin  tələblərinə  cavab  vermədiyini  və  əsər  üzərində  geniĢ  tədqiqat  iĢinin 
zəruriliyini  nəzərə  alaraq,  Yaqubinin  «Tarix»  əsərindən  Azərbaycan  və 
Ərminiyəyə  aid  çıxarıĢların  Azərbaycan  dilinə  tərcüməsini  qeyd  və  Ģərhlərlə 
oxuculara  təqdim  edirik.  Tərcümə  1959-cu  ildə  Beyrutda  nəĢr  olunmuĢ  ərəb 
mətninə  əsaslanır.
34
 Bu  nəĢrdəki  ərəb  mətni  Xutsmanın  mətnindən  fərqlənmir, 
lakin  bu  nəĢrdə  müəllif  mətninin  1927-ci  il  nəĢrinə  daxil  olmayan  bəzi  əlavə 
hissələri də tərcümə olunmuĢdur. Təqdim etdiyimiz tərcümə Jüzenin tərcüməsi ilə 
müqayisəli  Ģəkildə  təhlil  edilmiĢ,  mənbənin  əhatə  etdiyi  tarixi  hadisələrə, 
məlumatlara  Ģərhlər  verilmiĢdir. 
Əsər  fəsillərə  bölünmədiyindən,  müəllif  mətnində 
olduğu kimi, 
çıxarıĢların hansı xəlifənin dövrünə təsadüf etdiyi göstərilmiĢdir. 
Yaqubinin  «Tarix» əsəri xalqımızın taleyində  həlledici rol oynamıĢ  Xilafət 
dövründə Azərbaycan tarixinə dair mötəbər mənbə kimi öz aktuallığını itirmir. 
 
 
 
 
 
                                                           
31
 
M.Th.  Houtsma.  Ibn  Wadhih  gui  dicitur  al-Yagubi  historiae,  ed.M.Th.  Hotsma,  tt.I-II. 
Lugduni  Batavorum,  1883:  C.Brockelmann.  Al-Ya`gubi.  El,  II,  p.  1215-1216:  И.Ю.Крачковский. 
Арабская  географическая  литература  .  –  Избранные  сочинения  ,  т.  IV.  М.  Л.  1957.  С.  151-154: 
Арабские источники веков М.-Л. 1960. С. 36-366. 
32
 
Ya`qubi, II, s. 371;  tərc. s. 212.
 
33
 
Я`куби.  История  (текст  и  перевод  с  арабского  проф.  П.К.Жузе).  Баку,  1927. 
Материалы по истории Азербайджана. Вып. 4. Главы о Кавказе. 
34
 
Əhməd  ibn  Ya`qub  ibn  Cə`fər  ibn  Vadih  əl-Kətib  əl-Abbasi  əl-Ya`qubi,  Tərix,  Beyrut, 
1379
.  


141 
 
 
Əhməd ibn Əbu Ya'qub ibn Cə'fər ibn Vadih əl-Katib 
 əl-Abbasi əl-Ya'qubi, Tə'rix, Beyrut, 1379. 
 
I cild 
 
s. 178-179. Carbinin hakimləri. 
 
Faleğ  ibn  Abir
2
  ibn  ArfaxĢəd
3
  ibn  Sim  ibn  Nuh  Nuhun  övladları  arasında 
torpağı  bölüĢdürdükdən  sonra  Amur
4
  ibn  Tubəl  ibn  Yafəs  ibn  Nuhun  övladları 
Məğribin sol tərəfindən yola çıxdılar. Onlardan bir tayfa - Naumun övladları Ģimal 
səmtində  yerləĢən  Carbi  nahiyəsinə  gəlib  çatdılar  və  bu  ölkədə  yayıldılar.
5
  Onlar 
bir  neçə  məmləkət  yaratdılar:  əl-Burcan
6
,  əd-Dəyləm,
7
  ət-Təbər
8
,  ət-Taylasan
9

Cilan
10
,  Filan,
11
  əl-Lan
12
,  əl-Xəzər
13
,  əd-Dudaniyə
14
,  əl-Ərmin,  Xəzərlər  bütün 
Ərminiyə  ölkəsini  zəbt  edənlərdir.  Onların  üzərində  hakim  vardır  ki,  ona  xaqan 
deyilir.  Onun  ər-Ran
15
,  Curzan
16
,  əl-Basfurcan
17
  ,  əs-Sisacan
18
  üzərində  Yəzid 
BalaĢ adlı caniĢini vardı. Dördüncü Ərminiyə adlanan bu vilayəti farsların padĢahı 
Qubad
19
 fəth edir və Bab əl-Lanadək 1000 fərsəx  uzanaraq 360  Ģəhəri əhatə edən 
bu əyalət ƏnuĢirəvana
20
 keçir. 
Farsların  padĢahı  Bab  əl-Əbvabı,
21
  Tabarsaranı
22
,  Bələncəri
23
  tutur, 
Qaliqala
24
 Ģəhərini və bir çox (baĢqa) Ģəhərlər salaraq, burada fars əhlindən olanları 
yerləĢdirir
25
.  Sonra  xəzərlər  farsların  onlardan  aldıqları  torpaqları  geri  qaytardılar 
və  bir  müddət  bu  torpaqlar  onların  əlində  qaldı.  Daha  sonra  rumlular  bu  ərazini 
onların əlindən  aldılar və  dördüncü Ərminiyə  üzərində  əl-Mavriyan
26
  adlı  padĢah 
hakimlik  edirdi.  Bir  neçə  əmirlik  (ondan)  ayrıldı.  Hər  bir  əmirin  (baĢçının)  öz 
qalası və istehkamı vardı ki, bunlar əmirlərə həmin padĢahlar tərəfindən verilmiĢdi. 
Amurun  nəslindən  olan  bir  tayfa  çayın  arxasına  keçir  və  burada  yayılaraq 
bir  neçə  ölkə  yaradır,  çoxlu  millətlərə  bölünürlər.  Bunlardan:  əl-Xuttal
27
,  əl-
Qudyan
28
,  əl-UĢrusana,  əs-Soğd,  əl-Fərğanə,  əĢ-ġaĢ
29
,  ət-türk,  əl-xarluxiyyə
30
,  ət-
tuğuzğuz
31
,  ət-türk  əl-kimək
32
  və  ət-tubbət
33
.  Türklərdə  dairələri,  Ģəhərləri, 
istehkamları  olan  xalq  var.  Onların  arasında  xalq  var  ki,  dağların  və  köçərilər 
sayağı  çöllərin  hakimidir.  Onların  uzun  saçları  var.  Onların  mənzilləri  keçə 
çadırlardır.  YürüĢ  zamanı  bir  çadırdan  20  döyüĢçü  çıxır.  Onların  oxu  heç  vaxt 
yayınmır.  Onların  mənzilləri  əvvəllər  Xorasanın  vilayətlərindən  Tübbət  və  Çin 
dağlarınadək uzanırdı.  
Tübbətə  gəlincə,  bu,  geniĢ,  Çindən  də  böyük  ölkədir.  Onun  vilayətləri 
zəngindir.  Onlar  alınmaz  qala  və  sədlərə  malikdirlər  və  çinlilərin  sənətinə 
yiyələnmiĢlər.  Onların  ölkəsində  cüyürlər  var  ki,  göbəyindən  miĢk  alınır.  Onlar 
sənəmlərə  (bütlərə)  sitayiĢ  edirlər.  Onların  od  məbədləri  (evləri)  var.  Onlar  çox 
güclü və nüfuzludurlar. Heç kim onlarla vuruĢmur. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə