Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   57   58   59   60   61   62   63   64   ...   102

131 
 
Ģəhərlərdən biri sayılırdı. 
64.
 
əl-Mənsur  Əbu  Cəfər  Abdulla  ibn  Mühəmməd  -  II  Abbasi 
xəlifəsidir. 754-775-ci illərdə hakimiyyət baĢında olmuĢdur. Hakimiyyəti dövründə 
bir  sıra  islahatlar  keçirmiĢ,  ticarət  və  sənətkarlığı  inkiĢaf  etdirmiĢ,  habelə  762-ci 
ildə Bağdad Ģəhərinin əsasını qoymuĢdur. 
65.
 
əl-Mötəsim billah Mühəmməd - VIII Abbasi xəlifəsidir. 833-842-ci 
illər ərzində hakimiyyət baĢında olmuĢdur. Bu dövrdə xürrəmilərin rəhbəri Babək 
ələ  keçmiĢ,  bununla  da  Babək  hərəkatına  son  qoyulmuĢdur.  Hərbi  iĢlərdə  türk 
mənĢəli  sərkərdələrə  üstünlük  vermiĢdir.  Hakimiyyəti  illərində  Bizansla 
müharibələrdə böyük qələbələr əldə olunmuĢdur. 
66.
 
Ərəbcə  mətndə  bu  sözün  hərəkələri  olmadığı  üçün  təxminən  «əs-
Samə» kimi oxunur. 
67.
 
Moks - Busfurracanın vilayətlərindən biri. 
68.
 
Xərac - Orta əsrlərdə islam ölkələrində müsəlman əhalidən pul və ya 
natura Ģəklində alınan əsas torpaq vergisi. 
69.
 
Tirrix gölü - Kiçik Asiyadakı Van gölündə «tarex» (tirrix) adlı xırda 
yağlı, ləzzətli bir balıq tutulurdu. Buna görə də Tirrix gölü dedikdə, bəzi mənbələrə 
əsasən həmin Van gölü nəzərdə tutulur. 
70.
 
Mərvan  ibn  Mühəmməd  (II  Mərvan)  -  Əməvilər  sülaləsindən  olan 
sonuncu xəlifədir. 744-750-ci illər ərzində dövlət baĢçısı olmuĢdur. Xəlifə HiĢamın 
(724-743) dövründə Azərbaycanın, Ərminiyyənin və əl-Cəzirənin valisi olmuĢdur. 
Xəzərlərə qarĢı yürüĢü (732-733) ilə məĢhurdur. Onun hakimiyyət dövrü Xilafətə 
qarĢı Suriyada Ģəhər və kənd əhalisinin üsyanları, əl-Cəzirədə və Ġraqda xaricilərin, 
Xorasanda  və  Məvaraənnəhrdə  Ģiələrin  çıxıĢları  ilə  səciyyəvidir.  747-ci  ildə  Orta 
Asiyada - Mərvdə baĢ vermiĢ, daha sonra Qərbi Ġrana və Ġraqa yayılmıĢ üsyan 750-
ci ildə II Mərvanın ölümü, Əməvilərin süqutu ilə nəticələndi. 
71.  Ərəbcə  mətndə  bu  ad  tam  hərəkələnməndiyi  üçün  təxminən  «Nuqlə» 
yaxud da «Nuqli» kimi oxunur. 
72.
 
Əhlü-l-kitəb - xristianlar və yəhudilər nəzərdə tutulur. 
73.
 
əl-Cərrah 
ibn 
Abdullah 
əl-Həkəmi 
ən 
məĢhur 
ərəb 
sərkərdələrindən biri idi. 104/722-723-cü ildə Azərbaycana vali təyin olunmuĢdu. 
74.
 
Rustaq  - bir neçə kənddən və mülklərdən ibarət olan inzibati bölgü. 
Xilafət  dövründə  ölkə  vilayətlərə,  vilayət  quralara  (osman-istan),  qura  (kura)-
nahiyələrə, nahiyə isə rustaqlara bölünürdü. Hər rustaqın tərkibində bir neçə kənd 
(qəryə) və mülk (ziya) var idi. 
75.
 
Kisal  -  Azərbaycanın  müasir  Qazax  Ģəhəri  ilə  eyniləĢdirilir. 
Tədqiqatçıların fikrincə bu Ģəhər ərəb caniĢini Mərvan ibn Məhəmməd tərəfindən 
VIII əsrin 30-cu illərində salınmıĢdır. Bəlazurinin bu əsərində VII əsrin I yarısında 
fəth  olunmuĢ  ərazilər  sırasında  adı  çəkilən  Kisal  görünür  həmin  Ģəhərin  deyil, 
sonralar onun salınmıĢ olduğu yerin adıdır. 
76.
 
Xunan - (Hunan) - Arranın qərbində, Xosrov ƏnuĢirəvanın dövründə 


132 
 
hunsabirlərin  yaĢadığı  Ģəhər.  Xarabalığı  Tovuz  Ģəhərindən  20  km  Ģimal-Ģərqdə, 
Kürün sağ sahilindədir. 
77.
 
Kustasci (KuĢtəsci, KuĢtasfi, QuĢtasfi) - Kür çayının Xəzər dənizinə 
töküldüyü  yer  belə  adlanırdı.  Orta  əsrlərdə  ġirvan  dövləti  ilə  bağlı  ayrıca  mahal 
sayılırdı. 
78.
 
Sənnarilər,  (Sənarilər,  Sanarlar)  Gürcü  dilində  ts'anar-mərd  dağlılar 
deməkdir.  Sənarilər-Alazan  (Qaxix)  çayından  Ģimalda  və  ġəkidən  Ģimali-qərbdə, 
Ġlisu  dərəsində  yaĢamıĢ  dağlı  tayfalardır.  Sonralar,  əsasən,  gürcülərlə  qaynayıb-
qarıĢmıĢlar. 
79.
 
Fərsəx - 6 km-dir. 
80.
 
Turtur  (ərəb  hərfləri  ilə  «Sursur»)  -  Azərbaycanın  müasir  Tərtər 
çayı. 
81.
 
Bəlasacan  (Bəlasican, Bəlasakan)  - Kürün aĢağı axarında, çayın sağ 
sahilində - Muğan düzündə vilayət. Eyni adlı səhra isə Albaniyanın tarixi vilayəti 
sayılan  Balasakanın  adı  ilə  bağlıdır.  Balasacan  səhrası  orta  əsr  mənbələrinə  görə 
(Əbu Dulaf) qərbdə  Bərdədən Ģərqdə  Xəzər dənizinə qədər, cənubda  Bərzənddən 
Ģimalda Kür çayına qədər uzanırdı. Bəzi  mənbələrə  görə isə Kürün aĢağı məcrası 
ilə Araz çayı arasındakı ərazidə yerləĢirdi. 
82.
 
Sədəqə - zəkat nəzərdə tutulur. 
83.
 
ġəmkur  (ġamxor)  -  Azərbaycanın  qədim  Ģəhərlərindəndir.  Orta  əsr 
mənbələrində  ġamkur,  ġəmkur,  ġəmkir  kimi  adı  çəkilir.  ġəhər  kimi  orta  əsrlərdə 
formalaĢdığı  ehtimal  olunur.  Qədim  ġəmkurun  xarabalıqları  ġəmkirçayın  sol 
sahilindədir. VII əsrin ortalarında ərəb qoĢunları tərəfindən iĢğal olunmuĢdur. 752-
ci  ildə  ərəblərə  qarĢı  üsyan  edən  siyavurdilər  (bax:  Ģərh  128)  ġamxoru 
dağıtmıĢdılar.  Abbasi sərkərdəsi Buğa-l-Kəbir siyavurdiləri  məğlubiyyətə  uğradıb 
islam dinini qəbul etmiĢ xəzərləri, həmçinin Bərdə tacirlərinin bir hissəsıni buraya 
köçürərək,  abadlaĢdırdı  və  Ģəhərə  xəlifə  əl-Mütəvəkkilin  (847-861)  Ģərəfinə 
Mütəvəkkiliyyə adını verdi. 
84. Əs-Səvardiyyə - siyavurdilər. VIII əsrin ortalarında peçenqlərin basqını 
nəticəsində  macarların  bir  hissəsi  qərbdə,  digər  hissəsi  isə  Ġran  vilayətlərinin 
birində  məskən  saldılar.  Həmin  macarlar  sonralar  xristianlığı  qəbul  edib 
erməniləĢmiĢlər.  Erməni  dilində  «Sevordik»  (qara  oğullar),  ərəb  dilində  «əs-
səvardiyyə» və ya «siyavurdiyyə» adlanan bu xalqın əsas yaĢayıĢ yeri indiki Tovuz 
rayonunun ərazisində idi.  (N.Vəlixanlı «IX-XI əsr ərəb  coğrafiyaĢünas-səyyahları 
Azərbaycan haqqında», Bakı, 1974, s.48) 
85.
 
Mövla  -  Ərəb  istilaları  zamanı  iĢğal  olunmuĢ  ölkələrdə  ərəb 
qəbilələri və ya ərəb aristokratiyası yerli əhalidən olan bəzi adamlara himayədarlıq 
edirdilər.  Bunun  müqabilində  isə  həmin  adamlar  onlara  öz  peĢələrinə  müvafiq 
olaraq  xidmət  göstərirdilər.  Bunlar  -  mövla  adlanırdılar.  Mövla  qrupları  müxtəlif 
peĢə  və  ixtisas  sahiblərindən,  о  cümlədən  həkimlərdən,  astroloqlardan,  Ģairlərdən 
və s. ibarət idi. (Ətraflı məlumat üçün bax: Е.А.Беляев «Арабы, ислам и арабский 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə