Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   54   55   56   57   58   59   60   61   ...   102

124 
 
Hüseyn  məlumat  verir  ki,  Bərzənd
137
  kiçik  bir  Ģəhərcik  idi.  Əmir  əl-
möminin  əl-Mötəsim-billahın  Azərbaycan,  Ərminiyyə  və  Cəbəldəki  amili  AfĢin 
Heydər  ibn  Kavus
138
  kafir  xürrəmi  Babəklə
139
  müharibə  apardığı  günlərdə  öz 
qoĢunu ilə burada düĢərgə qurmuĢ və Ģəhəri möhkəmləndirmiĢdi. 
819. - Deyirlər ki, Marağa
140
 Ģəhəri əvvəllər Ġqrahruz 
 
adlanırdı. Muqana və 
Cilana etdiyi yürüĢdən qayıdarkən Ərminiyyə və Azərbaycanın valisi Mərvan ibn 
Məhəmməd Marağa  yaxınlığında  düĢərgə  saldı.  Bu ərazidə çoxlu peyinə  mövcud 
olduğu üçün onun öz atı və silahdaĢlarının atları peyində ağnamağa baĢladılar. Bu 
zamandan bəri camaat  «Heyvanların  toz-torpağda  ağnadığı  yerə,  (əl-mərağaya)
141
 
gedin»  ifadəsini  iĢlətmiĢdir.  Sonralar  «yer»  sözü  ixtisara  düĢmüĢdür  və  buranı 
sadəcə «əl-Mərağa» - Marağa adlandırmıĢlar. Sakinlər bu Ģəhəri Mərvana döyüĢsüz 
təslim  etdilər.  Mərvan  Ģəhərin  tikintisini  baĢa  çatdırdı.  Onun  Ģəhərin  idarə 
olunmasını həvalə etdiyi adamlar yerli camaatla xoĢ münasibətlər yaratdılar və bu, 
oraya  bir-birinə  əl  tutmaq,  kömək  etmək  istəyən  çox  sayda  adamın  köçüb 
gəlməsinə səbəb oldu: onlar Ģəhəri bərpa edib abadlaĢdırdılar. 
Sonralar  Marağa  Əməvilərin  bütün  mülk  əraziləri  ilə  bərabər  onların 
əlindən  alınıb  əmir  əl-möminin  Harun  ər-RəĢidin
142
  qızlarının  mülkiyyətinə 
çevrildi.  Harun  ər-RəĢidin  hakimiyyəti  dövründə  burada  Vəcnə  əl-Əzdi  və 
Əzdilərin
143
  mövlası  Sədəqə  ibn  Əli  qiyam  qaldırıb  iğtiĢaĢ  törətdiyi  zaman 
Ərminiyyəyə  və  Azərbaycana  vali  təyin  olunmuĢ  Xuzeymə  ibn  Xazim  ibn 
Xuzeymə Ģəhərin ətrafında divarlar tikdirdi. Onu möhkəmləndirdi və abadlaĢdırdı, 
oraya çox sayda qoĢun yerləĢdirdi. 
Sonra xürrəmi Babək
144
  gələndə müsəlmanlar Marağaya qaçıb getdilər. Bu 
Ģəhərdə yerləĢdilər və burada öz mövqelərini möhkəmləndirdilər. Xəlifə Məmunun 
dövründə  onun  bəzi  amilləri,  o  cümlədən  Əhməd  ibn  əl-Cüneyd  ibn  Fərzəndi  və 
Əli  ibn  HiĢam  Marağanın  divarlarını  təmir  etdirdilər.  Sonra  camaat  Ģəhərətrafı 
ərazidə məskən salıb onu möhkəmləndirməyə baĢladı. 
Mərəndə
145
  gəlincə  o,  kiçik  bir  Ģəhər  idi.  Orada  Həlbəs  Əbu-l-Bəis  öz 
adamları ilə yerləĢmiĢdi. Əvvəlcə Əbu-l-Bə`is, sonra isə onun oğlu Mühəmməd bu 
Ģəhəri  möhkəmləndirmiĢdilər.  Mühəmməd  ibn  əl-Bə`is  burada  bir  qəsr  də 
tikdirmiĢdi.  O,  əmir  əl-möminin  əl-Mütəvəkkil  alə-allahın  dövründə  üsyan 
qaldırmıĢdı  və  bu  buna  görə  də  xəlifənin  mövlası  Buğa-s-Sağır  (Kiçik  buğa)
146
 
Mühəmmədlə  döyüĢüb  onu  məğlub  etmiĢdi.  Buğa-s-Sağır  onu  tutub  Səmarraya 
göndərmiĢ, Mərəndin divarlarını və bu qəsri dağıtmıĢdı. Əl-Bə`is – Atib ibn Əmr 
ibn  Vahb  ibn  Aqsa  ibn  Du`mi  ibn  Cədilə  ibn  Əsəd  ibn  Rəbiənin  nəslindəndir. 
Bəzilərinin  fikrincə  isə  Atib  –  Auf  ibn  Sinanın  oğludur,  hər  halda  atiblər  belə 
deyirlər, ancaq bunu Allah bilər. 
Urmiyəyə
147
  gəlincə  o,  qədim  bir  Ģəhərdir.  AtəĢpərəstlərin  fikrincə  onların 
rəhbəri,  müəlimi  ZərdüĢt  bu  Ģəhərdəndir.  Əzdilərin  mövlası  Sədəqə  ibn  Əli  ibn 
Sədəqə  ibn  Dinar  Urmiyə  Ģəhərini  ələ  keçirib,  oraya  daxil  olana  qədər  Ģəhərin 


125 
 
əhalisi  ilə  döyüĢmüĢdür.  O  bu  Ģəhərdə  öz  qardaĢları  ilə  birlikdə  bir  neçə  qəsr 
tikdirmiĢdir.  
Tibrizdə
148
  isə  əvvəlcə  ər-Rəvvad  əl-Əzdi,  ondan  sonra  Vəcnə  ibn  ər-
Rəvvad yerləĢib, məskən salmıĢdılar. Vəcnə ibn Rəvvad və onun qardaĢları burada 
binalar  ucaltmıĢ,  Ģəhərin  ətrafında  divarlar  hörərək,  onu  möhkəmləndirmiĢdilər. 
Onunla bir yerdə buraya gəlmiĢ baĢqa adamlar da bu Ģəhərdə məskən salmıĢdılar. 
Məyanic və Xəlbəsə - həmdanilərin
149
 mənzilləridir. Abdullah ibn Cəfər əl-
Həmdani Məyanicdə özünə bir məhəllə saldı, Sultan isə orada minbər qoydurdu. 
Bərzə
150
 kurasına gəlincə o avdilərin
151
 əlindədir. Onun əsas Ģəhəri onlardan 
bir  nəfərə  məxsusdur.  Bu  Ģəxs  Ģəhərə,  baĢqa  yerlərdən  köçüb  gəlmiĢ  çox  sayda 
adam  topladı    və  burada  möhkəm  bir  qala  tikdirdi.  239/853-854-cü  ildə  avdinin 
iradəsinə zidd olaraq burda bir minbər də ucaldıldı. 
Neriz – qədim, dağıdılmıĢ qəsri olan kiçik bir Ģəhərdir. Bu Ģəhərdə Murr ibn 
Əmr  əl-Mausuli  ət-Tai  yerləĢdi.  O  burada  binalar  tikdirdi,  buraya  öz  övladlarını, 
nəvə-nəticəsini  köçürdüb  yerləĢdirdi.  Sonralar  həmin  adamlar  bu  Ģəhərdə  qəsrlər 
tikib  onu  abadlaĢdırdılar,  Cəbravanda
152
  bazar  tikdilər,  sonra  onu  böyüdüb 
geniĢləndirdilər. Sultan buranın idarə olunmasını onların ixtiyarına verdi və onlar 
həmin ərazini Azərbaycanın valisinə tabe olmadan idarə edirdilər.  
Sərata  gəlincə,  burada  kindilərin
153
  bir  qismi  yerləĢmiĢdi.  Onlardan 
bəzilərinin  dediyinə  görə,  kindilər  əl-ƏĢ`as  ibn  Qeys  əl-Kindi  ilə  bir  yerdə  olan 
adamların nəslindəndirlər.
 
 
 
 
 
 


126 
 
Qeydlər və Ģərhlər 
 
1.  Bərdə  -  VI  əsrdən  baĢlayaraq  Arranın  (Qafqaz  Albaniyası)  əsas  Ģəhəri, 
paytaxtı  olmuĢdur.  ġəhərin  xarabalıqları  eyni  adlı  Azərbaycan  Ģəhəri  Bərdənin 
yaxınlığında, Tərtər çayının Kürə qovuĢduğu yerdə yerləĢir. 
2.  ġimĢat  -  Fərat  çayı  üzərində  qədim  Bizans  Ģəhəri.  XIII  əsrin  əvvəlində 
Azərbaycanda  olmuĢ  ərəb  coğrafiyaĢünası  və  səyyahı  Yaqut  əl-Həməvinin 
dövründə bu Ģəhər artıq bütünlüklə dağıdılmıĢdı. 
3.  Qaliqala  (Ərzrum)  qədim  Feodosipol  Ģəhəridir.  Orta  əsr  mənbələrində 
Türkiyədə  Araz  çayının  mənbəyinə  yaxın  yerdə  yerləĢən  Ərzrum  Ģəhəri  ilə 
eyniləĢdirilir. 
4. Xilat - Türkiyə ərazisindəki Van gölünün sahilində yerləĢən müasir Axlat 
Ģəhəri. Ərəb mənbələrində Van gölü də bu Ģəhərin adı ilə Xilat adlandırılır. 
5. ArciĢ - Türkiyədə Van gölünün Ģimal sahilində  yerləĢən ArciĢ Ģəhəri ilə 
eyniləĢdirilir. 
6. Bəcuneys - Xilat vilayətinin qədim mahallarından biri. 
7.  Ərminiyyə  (Ərməniyyə)  -  VIII  əsrdə  Əməvilər  xilafətinin  tərkibində 
yaradılmıĢ  caniĢinlik.  Bu  caniĢinliyə  Ermənistan,  Arran  və  Gürcüstan  daxil  idi. 
Ġnzibati mərkəzi əvvəlcə Dvin (Dəbil) Ģəhəri idi. 789-cu ildə Bərdəyə köçürüldü. 
8.  Busfurracan  (Basfurcan)  -  (erkən  orta  əsr  mənbələrində  Vaspurakan)  - 
Yaqut  əl-Həməviyə  görə  Arranın  əyalətlərindən  biridir,  əsas  Ģəhəri    NəĢəvadır. 
(Naxçıvan).   Yaqut «Mucəmu-l-buldən»,  1 с. s. 624. 
9.  Dəbil  (Dvin)  -  Ərminiyyənin  Ģəhərlərindən  biri.  789-cu  ilədək  həmin 
caniĢinliyin inzibati mərkəzi olmuĢdur. 
10.  Sirac  Tayr  - (erm.  ġirak)  - Ermənistan ərazisində, Sevanın qərbində, 
Araz çayının Ģimal tərəfində yerləĢən tarixi vilayət. 
11. Bəğravənd - Ermənistan  ərazisində   Ermənistan   yaylasında Arazdan 
cənub tərəfdə yerləĢən tarixi vilayət. 
12. Curzan - Gürcülərin yaĢadığı əraziyə - Gürcüstana ərəblərin verdiyi ad. 
13. Sisəcan - Araz çayı ilə Sevan gölü arasında yerləĢən tarixi vilayət. 
14.  Arran  -  Ərəb  mənbələrində  Qafqaz  Albaniyası  belə  adlandırılır. 
CoğrafiyaĢünas  əl-Ġstəxri  (X  əsr)  Arran  sərhədlərinin  Ģərqdən  qərbə  doğru  – 
Dərbənddən Tiflisədək, cənuba doğru Araz çayınadək uzandığını göstərir, tarixçi-
səyyah  Ya'qubi  isə  Arranı  Yuxarı  Azərbaycan  kimi  qeyd  edir.  Ümumiyyətlə, 
mənbələrə  əsaslansaq,  Arranın,  demək  olar  ki,  ərəblərdən  əvvəlki  dövr  Alban 
çarlığının malik olduğu əraziləri əhatə etməsi fikri ilə razılaĢarıq. Arranın paytaxtı 
VI  əsrdən  etibarən  Bərdə  Ģəhəri  olmuĢ,  bu  Ģəhər  943-cü  ildə  dağıdıldıqdan  sonra 
Gəncəyə köçürülmüĢdür. 
15.
 
Tiflis  -  Müasir  Tbilisi  Ģəhəri  1936-cı  ilədək  belə  adlanırdı.  Orta  əsr 
müəlliflərinin məlumatına görə sərhədyanı Ģəhər olan Tiflis öz ətrafları ilə birlikdə 
Arranın Bərdə, Bəb-u-1-Əbvab kimi iri Ģəhərləri sırasında idi. 644-cü ildə ərəblər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə