Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   53   54   55   56   57   58   59   60   ...   102

122 
 
olarkən  'Utbəni  Azərbaycandan  geri  çağırdı  və  Valid  ibn  'Uqbə  ibn  Əbu  Muaytı 
onun  yerinə  vali  təyin  etdi.  Ancaq  əhali  sülh  müqaviləsini  pozaraq,  ona  tabe 
olmadı. Buna görə də Valid 25/642-643-cü ildə onlara qarĢı yürüĢ etdi. Bu zaman 
onun ordusunun avanqardına Abdullah ibn ġibl əl-Əhəmməsi baĢçılıq edirdi. Valid 
Muqan,  əl-Bəbr
130
 və Taylasan
131
 əhalisinə hücum etdi, qənimət ələ keçirdi və bir 
çoxlarını  əsir  götürdü.  Azərbaycan  vilayətlərinin  əhalisi  ondan  aman  dilədi  və  o, 
əhali ilə, Ģərtləri Huzeyfənin bağladığı sülh müqaviləsi ilə eyni olan bir müqavilə 
bağladı. 
Ġbn  əl-Kəlbi  xəbər  verir  ki,  Əli  ibn  Əbu  Talıb  -  Allah  ondan  razı  olsun  - 
Səid ibn Səriyə əl-Xizaini, ondan sonra əl-ƏĢ'as ibn Qeys əl-Kindini Azərbaycana 
vali təyin etdi. 
816.  -  Abdullah  ibn  Muaz  əl-Anqazi  öz  atasının,  Sə'd  ibn  əl-Həkəm  ibn 
'Utbənin,  Zeyd  ibn  Vahbın  sözlərinə  istinad  edərək  mənə  belə  məlumat  verdi  ki, 
Allah Nihavənddə çoxallahlılığın tərəfdarlarını  məğlubiyyətə düçar edib qaçmağa 
məcbur edəndə Hicaz əhalisi Hicaza, Bəsrə
132
 əhalisi Bəsrəyə qayıtdı, Huzeyfə isə 
kufəlilərlə  bir  yerdə  Nihavənddə  qaldı.  O,  kufəlilərlə  birlikdə  Azərbaycana  yürüĢ 
etdi,  buranın  əhalisi  ilə,  ona  ildə  800  min  dirhəm  məbləğində  töycü  ödənilməsi 
Ģərti ilə sülh  müqaviləsi bağladı.  Ömər ibn əl-Xəttab bu ölkədəki  həmvətənlərinə 
bu məzmunda bir məktub yazıb göndərdi: «Siz elə bir ölkədəsiniz ki, oranın əhalisi 
yeməklərin  və  geyimlərin  hazırlanmasında  leĢdən,  cəmdəkdən  istifadə  edir.  Ona 
görə  də  ancaq  istifadəsinə  icazə  verilən  yeməkləri  yeyin  və  təmiz  tərkibli,  yəni 
xəzdən hazırlanmıĢ paltarlar geyin.» 
817.  -  Abbas  ibn  Valid  ən-Nərsi,  Əbdü-l-Vahid  ibn  Ziyadın,  Asim  əl-
Əhvalın (Çəpgöz  Asim) və  Əbu Osman ən-Nəhdinin  sözlərinə  əsaslanaraq,  mənə 
aĢağıdakı məlumatı söylədi: «Utbə ibn Fərqəd Azərbaycanı fəth edən zaman mən 
onunla  bir  yerdə  idim.  Bir  dəfə  o,  iki  səbət  xabis  biĢirtdirib  üstünü 
dəri  və  keçə  ilə  örtdürdü  və  onu  özünün  mövlası  Suheymlə  Ömərə  göndərdi. 
Suheym  Ömərin  hüzuruna  gələrkən  Ömər  ondan  soruĢdu:  «Bu  gətirdiyin  nədir? 
Qızıldır,  yoxsa  kağız?»  Ömər  səbətlərin  örtüyünün  açılmasını  əmr  etdi.  O, 
xabisdən  daddı  və  dedi:  «Bu,  yaxĢı  Ģeydir.  Ancaq  bütün  mühacirlər  bundan 
doyunca  yemiĢlərmi?»  Suheym  cavab  verdi:  «Xeyr,  o,  ancaq  sənin  üçün  nəzərdə 
tutulub». Onda Ömər 'Utbəyə aĢağıdakı naməni göndərdi: «Allahın qulu Ömərdən, 
əmir əl-muminindən (möminlərin əmirindən) Utbə ibn Fərqədə. Bu xabis nə sənin 
əməyindən, nə də sənin ananın və atanın əməyindən əldə olunmuĢ qazanc hesabına 
alınmayıb. Buna görə də biz onu yeməyəcəyik. Biz ancaq müsəlmanların yürüĢlər 
zamanı yeyib doyduqları yeməklərdən yeyirik.» 
818.  -  Hüseyn  ibn  Amr  və  Əhməd  ibn  Muslih  əl-Əzdi  azərbaycanlı 
qocaların sözlərinə istinadən mənə belə söylədilər ki, Valid ibn 'Uqbə Azərbaycana 
əl-ƏĢ'as ibn Qeyslə birlikdə gəldi və oranı tərk edən zaman onu öz yerinə vali təyin 
etdi.  Bu  vaxt  əhali  üsyan  etdi  və  əl-ƏĢ'as  Validə  məktub  yazaraq,  ondan  kömək 
istədi.  Valid  ona  kufəlilərdən  təĢkil  olunmuĢ  böyük  bir  ordu  göndərdi.  Əl-ƏĢ'as 


123 
 
bağdan  bağa  («han»)  hərəkət  edərək  ölkəni  iĢğal  etdi:  «han»  sözü  Azərbaycan 
əhalisinin  dilində  «bağ»  mənasında  iĢlədilir.  O,  əhali  ilə  Ģərtlərinə  görə  əvvəllər 
Huzeyfə  və  Utbə  ibn  Fərqədin  bir-biri  ilə  bağladıqları  müqavilə  ilə  eyni  olan  bir 
müqavilə bağladı. Əl-ƏĢ'as dövlət xəzinəsinın hesabından maaĢ və təqaüd alan bir 
dəstə  ərəbi  Azərbaycana  köçürtdü,  onlara  əmr  etdi  ki,  buranın  əhalisini  islamı 
qəbul etməyə sövq etsinlər. 
Sonra Səid ibn əl-Asi bu ölkəyə vali təyin olundu. O, Azərbaycan əhalisinə 
qarĢı  yürüĢ  etdi  və  Muqanın,  Cilanın  əhalisini  məğlubiyyətə  uğratdı.  Urm
133
  və 
Bəlvankarah
134
 əyalətlərində ona qarĢı çıxan ermənilərdən, Azərbaycan əhalisindən 
ibarət  böyük  bir  dəstə  bir  yerə  toplaĢmıĢdı.  Səid,  Cərir  ibn  Abdullah  əl-Bəcəlini 
onlara  qarĢı  döyüĢə  göndərdi.  Cərir  ibn  Abdullah  onları  məğlubiyyətə  uğratdı, 
baĢçılarını tutub Bacərvan qalasında çarmıxa çəkdirdi. 
Deyirlər  ki,  bu  yürüĢdə  ġəmmax  ibn  Dirar  əs-Sə`ləbi,  habelə  Bukeyr  ibn 
ġəddad  ibn  Amir-Ətlalın  sahibi  də  Səid  ibn  əl-Asi  ilə  bir  yerdə  idilər.  Bukeyr 
haqqında ġəmmax belə deyir: 
«Rədd olsun ġuddaxın nəslindən olan Bukeyri  -  Ətlalın sahibini Muqanda 
düĢmənə təslim etmiĢ atlılar!» 
Bukeyr Kinanə
135
 qəbiləsindən idi. O həmin Bukeyrdir ki, bir dəfə Ömərin 
xəlifəliyi  dövründə  bir  yəhudinin  təntənə  ilə  «Qoy  saçları  pırtlaĢıq,  bir-birinə 
qarıĢmıĢ, islama valeh olub yolundan çıxmıĢ o (bədəvi) bilsin ki, mən bütün gecəni 
onun arvadı ilə bir yerdə keçirmiĢəm» söylədiyini eĢidərkən onu qətlə yetirmiĢdir. 
Sonra  Əli  ibn  Əbu  Talib,  əl-ƏĢası  Azərbaycana  vali  təyin  etdi.  Əl-ƏĢ'as 
buraya  gələrkən  əhalinin  əksəriyyətinin  artıq  islamı  qəbul  etdiyinin  və  Quranı 
oxumağının Ģahidi oldu. O, dövlət xəzinəsinin hesabına təqaüd və məvacib alan bir 
dəstə  ərəbi  Ərdəbilə  köçürtdü,  bu  Ģəhəri  tikib  abadlaĢdırdı,  burada  bir  məscid 
tikdirdi; bu məscid sonralar böyüdülüb geniĢləndirilmiĢdi. 
Hüseyn  ibn  Amr  Vaqidinin  verdiyi  məlumata  əsaslanaraq  xəbər  verir  ki, 
ərəblər  Azərbaycanı  ələ  keçirərkən  Bəsrə  və  Kufə  Ģəhərlərində,  habelə  Suriyada 
yaĢayan  bir  sıra  qəbilələr  tələsik  buraya  axıĢıb  gəlməyə  baĢladılar.  Onlar 
bacardıqları  qədər  çoxlu  qənimət  ələ  keçirdilər,  bəziləri  isə  pulla  yerli  əhalidən 
torpaq sahələri aldılar, kəndlər mühafizə məqsədi ilə onların sərəncamına verildi və 
bu kəndlərin sakinləri həmin adamların muzdurlarına çevrildilər. 
Hüseyn  həmçinin  xəbər  verir  ki,  Varsan  son  vaxtlar  Babəkin  dövründə 
yaradılmıĢ  VəhĢ  və  ƏrĢaq
136
  kimi  bir  müĢahidə  məntəqəsi  idi.  Bu  məntəqəni 
Mərvan ibn Məhəmməd ibn Mərvan ibn əl-Həkəm salmıĢdı. O, buranın torpağını 
canlandırıb  yaxĢılaĢdırmıĢ,  məntəqəni  möhkəmləndirmiĢ  və  onu  özünün  mülkünə 
çevirmiĢdi. Sonralar bu məntəqə Əməvilərin bütün mülkləri ilə bir yerdə müsadirə 
olunub.  Cəfərin  anası,  əmir  əl-möminin  Cəfər  ibn  əl-Mənsurun  qızı  Zubeydəyə 
verildi.  Zubeydə  tərəfindən  mülklərin  idarə  olunması  həvalə  olunmuĢ  adamlar 
Ģəhərin  divarlarını  uçurdub  dağıtdılar.  Son  vaxtlar  bu  divarlar  təmir  və  bərpa 
olunmuĢdur. Əl-Varsani isə Zubeydənin mövlalarından biri idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə