Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   55   56   57   58   59   60   61   62   ...   102

127 
 
tərəfindən iĢğal olunmuĢ və 1122-ci ilədək müsəlmanların tabeliyində qalmıĢdır. 
16.
 
Dinavər  -  əl-Cibəl  (qədim  Midiya  ərazisi)  vilayətində  mühüm 
Ģəhərlərdən  biri.  Xarabalıqları  Camasi  -  ab  çayı  ilə  qovuĢan  Əbu  Dinavər  çayı 
sahilində  yerləĢir.  ġəhərin  adı  bəzən  səhvən  «Deynəvər»  də  adlandırılır.  (bax: 
N.Vəlixanlı Ġbn Xordadbehin «Yollar və ölkələr haqqında kitab», s.166) 
17.
 
Firuzun  oğlu  Qubad  (I  Qubad)  -  Sasani  hökmdarlarındandır.  488-
496, 
499-531-ci 
illərdə  hakimiyyətdə  olmuĢdur.  Sasanilər  dövlətində 
mərkəzləĢdirmə  siyasəti  aparmıĢ,  iqtisadi  islahatlar  keçirmiĢdir.  VI  əsrin  I 
yarısında 
Azarbaycanın 
Ģimal 
rayonlarında 
müdafiə 
istehkamlarını 
geniĢləndirmiĢdir. 
18.
 
Ər-Ras  -  Müasir  Araz  çayıdır.  Ġbn  Xordadbeh  özünün  «Yollar  və 
ölkələr  haqqında  kitabında»  ər-Rasın  Ərminiyyədəki  Qaliqala  yaxınlığında  baĢ 
götürdüyünü  və  Arranda  Beyləqan  yaxınlığında  Kür  çayına  töküldüyünü 
göstərmiĢdir. (Ġbn Xordadbeh «Yollar və ölkələr haqqında kitab» s. 136) 
19.
 
ġarvan (ġirvan) vilayəti – Azərbaycanın Ģimal-Ģərq hissəsini - Xəzər 
dənizinin sahili ilə Kür və Dərbənd arasındakı sahəni əhatə edən tarixi vilayət. 
20.
 
Beyləqan  -  Orta  əsr  azərbaycan  Ģəhərlərindəndir.  Ərəb  mənbələrinə 
görə Sasani hökmdarı I Qubad tərəfindən VI əsrin əvvəllərində salınmıĢdır. 1221-
ci ildə monqolların hücumu nəticəsində dağılan bu Ģəhər XVI əsrdə tam tənəzzülə 
uğramıĢdır.  Xarabalıqları  arxeoloji  qazıntılar  nəticəsində  Azərbaycanın  müasir 
Beyləqan (əvvəlki Jdanov) rayonu yaxınlığındakı Örənqala adlı yerdə tapılmıĢdır. 
21.
 
Qəbələ  -  Qafqaz  Albaniyasının  qədim  paytaxtı  olmuĢdur.  ġəhərin 
xarabalıqları  Azərbaycanın  Qəbələ  (əvvəlki  QutqaĢen)  rayonunun  Çuxurqəbələ 
kəndindən Ģimal tərəfdə yerləĢir. XVIII əsrdə tam Ģəkildə dağıdıldıqdan sonra əhali 
Ģəhəri tərk etməyə məcbur olmuĢdur. 
22.
 
Alan  qapısı  (Bəb  əl-Lan)  eramızın  I  əsrində  Azov  ətrafında  və  Ön 
Qafqazda  məskunlaĢmıĢ,  birbaĢa  osetinlərin  nəsilləri  sayılan  alanlar  adlı  tayfanın 
adı  ilə  bağlıdır.  Müasir  Daryal  dərəsi  orta  əsrlərdə  coğrafiyaĢünaslara  «Alan 
qapısı»  və  «Qafqaz  qapısı» kimi  məlum olmuĢdur. Bu dərə Terek çayının Böyük 
Qafqazın Yan silsiləsini kəsdiyi yerdə yerləĢir.  
23.
 
Bəb  əl-Əbvab  -  Ərəb  mənbələrində  müasir  Dərbənd  Ģəhərinin  adı. 
Qafqaz Albaniyasının ən qədim Ģəhərlərindən biri sayılır. Arranın  mühüm  sərhəd 
rayonları  sırasında  olmuĢdur.  Dəfələrlə  xəzərlərlə  ərəblərin  döyüĢ  meydanına 
çevrilmiĢdir. Ərəblər tərəfindən 642/643-cü ildə iĢğal olunmuĢdur.  
24.
 
ƏnuĢirəvan Xosrov ibn Qubad - I Xosrov ƏnuĢirəvan, NuĢirəvan - 
Sasani  hökmdarlarındandır.  (531-579).  O,  I  Qubadın  oğludur.  VI  əsrin  40-70-ci 
illərində  Bizansla  müharibələr aparmıĢdır. Hakimiyyət  dövrü Sasanilər dövlətinin 
ən qüdrətli dövrü olub, ölkədə feodalizmin inkiĢafı ilə səciyyələnir.  
25.
 
ġabran  (ġabiran,  ġaburan,  ġaporan,  Sabiran)  -  Azərbaycanda  tarixi 
qədim Ģəhər. Arranın Xəzər dənizi sahilində yerləĢən sərhəd Ģəhərlərindən biridir. 
Xarabalığı müasir Dəvəçi rayonunun ġahnəzərli kəndi yaxınlığındadır. Ərəb-xəzər 


128 
 
müharibələri zamanı dəfələrlə əldən-ələ keçmiĢ, VII əsrdə ərəblər tərəfindən iĢğal 
olunmuĢdur. XVIII əsrdə tənəzzül edərək xarabalığa çevrilmiĢdir. 
26.
 
Məsqət - Samur çayı, Xəzər dənizi, Dağıstan və ġirvanla həmsərhəd 
olan tarixi Azərbaycan ərazisi. Ərəb mənbələrində qala və Ģəhər kimi qeyd edilən 
Məsqətin  təxminən  indiki  Vəlvələ  yə  Samur  çayları  arasında  yerləĢdiyi  güman 
edilir.  Tədqiqatçılardan  V.F.Minorski  və  baĢqalarının  fikrincə,  əyalətin  adı  qədim 
massagetlərlə  əlaqədar  olub,  onun  ərəbləĢmiĢ  variantıdır.  VII  əsrdə  ərəb-xəzər 
müharibələrinin döyüĢ meydanı olmuĢdur. 
27.
 
Siyasicilər - Qafqaz dağlarında yerləĢən yeddi keçidi mühafizə edən 
sasani hərbçiləri idilər. 
28.
 
ġəkkən  (ġəkin,  ġəkki)  –  Qədim  Albaniya  Ģəhərlərindəndir,  indiki 
ġəki  rayonunun  ərazisində  yerləĢirdi,  ġirvandan  Ģimala,  Qafqaz  dağlarının 
yaxınlığında Alazan çayının Ģərq qolu boyunca olan ərazini əhatə edirdi. 
29.
 
Kəmibəran  -  Albaniyanın  Ġberiya  (ġərqi  Gürcüstan)  ilə  həmsərhəd 
olan vilayəti. Antik dövrdə Kambisena, erkən orta əsrlərdə Kambçek adlanırdı. 
30.
 
Dudaniyyə Qafqaz dağlarının ən yüksək yerlərində yaĢayan bir tayfa 
idi. 
31.
 
Durzuqiyyə - çeçen-inquĢ qəbilələrindəndir. 
32.
 
Suğdəbil  -  Kür  çayının  Ģərq  sahilində  Tiflislə  üzbəüz  yerləĢən  orta 
əsr  Ģəhəri.  Sasanilər  tərəfindən  imperiyanın  Ģimal  sərhədlərini  möhkəmləndirmək 
məqsədilə buraya Orta Asiyanın Soğd (Suqud, Soqdiana) vilayətindən soğdilərdən 
və farslardan ibarət əhali köçürülmüĢdü. ġəhər 644-cü ildə ərəblər tərəfindən zəbt 
olunmuĢdur. 
33.
 
Soğdilər (soğdlar) - E.ə. I minilliyin ortalarında Orta Asiyanın qədim 
Soğd  vilayətində  məskunlaĢmıĢ  qədim  Ģərqi  irandilli  xalq.  Soğdilərin  əsasını 
sakların köçəri və oturaq tayfaları təĢkil edirdi. Soğdilər müasir tacik və özbəklərin 
əcdadlarından biri hesab olunurlar. 
34.
 
Bəb  Firuz  Qubad  -  Ümumiyyətlə,  bu,  Bəb  əl-Əbvab  (Dərbənd) 
yaxınlığında  yerləĢən  Firuz  Qubad  Ģəhərində  Sasani  hökmdarı  ƏnuĢirvan 
tərəfindən  ucaldılmıĢ  qəsrin  adı  kimi  tanınır.  Mətnin  məzmununa  görə  isə,  eyni 
adlı  baĢqa  bir  qəsrin  Curzan  vilayətinin  bizanslılarla  həmsərhəd  ərazidə  tikilmiĢ 
olduğu haqda mühakimə yürütmək olar. 
35.
 
Bəb  Ləziqa  -  Qərbi  Gürcüstanın  Qara  dəniz  sahilindəki  geniĢ 
əraziləri əhatə edən qədim Ləziqada yerləĢdiyi güman edilir. 
36.
 
Trabezunda dənizi - Qara dəniz 
37.
 
Bəb  Bəriqa  -  Gürcüstanın  Qara  dəniz  sahilində  Sasanilərin 
tikdirdikləri qalalardan biri. 
38.
 
Bəb  Səmsəxi  -  (Samsxe)  –  Həbib  ibn  Məsləmənin  fəth  etdiyi 
qalalardan  biri  idi  və  Səmsəxi  vilayəti  Cürzana  bitiĢik  idi.  Tədqiqatçılardan 
Minorski  (История  Ширвана  s.  210)  və  N.Vəlixanlı  VII-XII  əsr  ərəb 
coğrafiyaĢünas  səyyahları  Azərbaycan  haqqında  s.72)  Bəb  Səmsəxinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə