Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   49   50   51   52   53   54   55   56   ...   102

114 
 
Ərminiyyəyə isə Huzeyfə ibn əl-'Yəmən əl-Absini vali təyin etdi. Bərdəyə gələrək, 
Huzeyfə  bu  Ģəhərlə  Qaliqala  və  Xeyzan  arasında  yerləĢən  vilayətlərə  öz 
amillərini
92
 göndərdi. Ancaq sonra ona oranı tərk etməsi, öz yerini onunla bir yerdə 
olan  Sıla  ibn  Zufar  əl-Absiyə  təhvil  verməsi  barədə  xəlifə  Osmanın  yazılı  əmri 
gəldi. Huzeyfə iĢini ona təhvil verdi, Həbib isə Suriyaya qayıtdı. Buradan o adətən 
Bizans  vilayətlərinə hücumlar edərdi.  O, qoĢunu ilə  Himsdə
93
  də  qalmıĢdı.  Lakin 
Muaviyə onu DəməĢqə göndərdi və o burada 42/662-ci ildə 35 yaĢında ikən vəfat 
etdi.  Xəlifə  Osman  mühasirədə  olan  vaxt  Muaviyə  Həbibi  ona  köməyə 
göndərmiĢdi.  O  isə  Vadi  əl-Quraya
94
  çatarkən  Osmanın  ölüm  xəbərini  eĢidərək 
geriyə qayıtmıĢdı. 
519. - Deyirlər ki, sonra xəlifə Osman Muğirə ibn ġu'bəni Azərbaycanın və 
Ərminiyyənin valisi təyin etdi, sonra onu vəzifəsindən kənar edib Ərminiyyəyə ibn 
Rəbiə ibn Umeyyə ibn Əbu-Ģ-Salt əs-Səqafini,  baĢqa məlumatlara görə  isə Amr 
ibn Muaviyə ibn əl-Müntəfiq əl-Uqeylini vali təyin etdi. Bəzilərinin dediyinə görə 
15 il ərzində Ərminiyyənin valisi Muğirədən sonra  Bənu  Kiləb qəbiləsindən  bir 
nəfər,  ondan  sonra  isə  əl-Uqeyli olmuĢdur. Sonra xəlifə Əli tərəfindən -  Allah 
ondan  razı  olsun  -  əl-ƏĢas  ibn  Qeys  Ərminiyyənin  və  Azərbaycanın  valisi  təyin 
olunmuĢdur.  Ondan  sonra  isə  artıq  Muaviyə  tərəfindən  Abdullah  ibn  Hatim  ibn 
Numan  ibn  Əmr  əl-Bəhili  bu  ərazilərin  valisi  təyin  olunmuĢ  və  orada  da  vəfat 
etmiĢdir. Daha  sonra  Ərminiyyəni onun qardaĢı Əbdüləziz ibn  Hatim ibn Numan 
idarə  etmiĢ,  Dəbil  Ģəhərini  saldırmıĢ,  onu  möhkəmləndirmiĢ  və  məscidini 
geniĢləndirmiĢdir.  O,  həmçinin  NəĢəva  Ģəhərini  saldırmıĢ,  Bərdə  Ģəhərini  bərpa 
etdirmiĢ,  bəzi  məlumatlara  görə  isə  oranı  yenidən  tikdirmiĢ,  ətrafında  yaxĢı  bir 
xəndək  qazdırmıĢ  və  Beyləqan  Ģəhərini  də  bərpa  etdirmiĢdir.  Çünki  bu  Ģəhərlər 
tamamilə dağıdılmıĢ vəziyyətdə idi. Həmçinin belə söyləyirlər ki, Bərdəni Əbdu-l-
Məlik    ibn    Mərvanın
95
  hakimiyyəti    dövründə    Məhəmməd  ibn  Mərvan  bərpa 
etdirmiĢdir.  Vaqidinin  məlumatına  görə,  Əbdu-l-Məlik    Bərdəni    Hatim    ibn  
Numan əl-Bəhilinin, ya da onun oğlunun köməyi ilə saldırmıĢdır. Əbdu-l-Məlikin 
dövründə Ərminiyyənin valisi Osman ibn Valid ibn Uqbə ibn əbu Muayt olmuĢdur. 
520.  –  Xəbər  verirlər  ki,  Ġbn  Zubeyrin  dövründəki  qarıĢıqlıq,  qiyam 
dövründə  Ərminiyyə  nəzarətdən  çıxdı  və  onun  müstəqil,  azad  vətəndaĢları  
müqavilələri  pozdular.  Buna görə də Mühəmməd ibn Mərvan öz qardaĢı Əbdu-l-
Məlik tərəfindən Ərminiyyənin valisi təyin olunarkən onlarla müharibəyə baĢladı,
 
onları məğlub edib, bir çox adamı qətlə yetirdi, əsir götürdü və ölkəni özünə tabe 
etdirdi. O, sağ qalanlara vəd etdi ki, onlara güzəĢtə gedəcəkdir. Bundan ötrü onlar 
Xilat  vilayətinin  kilsələrində  yığıĢdılar.  O  isə  kilsələrin  qapılarını  bağlatdırdı, 
qapıların  yanında  xüsusi  adamlar  qoydu  və  onlara  od  vurdurdu.  Bu  istila  zamanı 
sisəcanlı Yəzid ibn Useydin anası da əsir düĢdü. O bu vilayətin batriqinin qızı idi. 
521.  -  Deyirlər  ki,  Əbdu-l-Məlikin  oğlu  xəlifə  Süleyman
96
  Ərminiyyənin 
idarə olunmasını Adiyy ibn Amira əl-Kindiyə həvalə etdi. Adiyy ibn Amira, xəlifə 
Əli ibn Əbu Talibi
97
  tərk  edib  Raqqaya  getmiĢ  adamlardan  biri  idi.  Adiyy,  Ömər 


115 
 
ibn Əbdu-l-Əzizin
98
  dövründə  də  Ərminiyyənin  valisi  idi  və  Beyləqandakı  Adiyy 
çayı da onun adını daĢıyır. Bəzilərinin II Ömərin hakimiyyəti dövründə Hatim ibn 
Numanın  Ərminiyyənin  hökmdarı  olması  haqqında  söylədikləri  məlumatlar  isə 
həqiqətə uyğun deyildir. 
Bundan  sonra  xəlifə  Yəzid  ibn  Əbdu-l-Məlik
99
  Ərminiyyəyə  Milaq  Saffar 
əl-Bəhranini  vali  təyin  etdi,  sonra  onu  vəzifəsindən  kənar  edib,  yerinə  Haris  ibn 
Amr  ət-Taini  təyin  etdi.  Haris  lakzların  ərazisinə  hücum  etdi  və  Həsmədan 
rustaqını  iĢğal  etdi.  Sonra  Muzhic  qəbiləsindən  olan  əl-Cərrah  ibn  Abdullah  əl-
Hakəmi Ərminiyyənin hökmdarı təyin olundu. O, Bərdəyə gəldi, burada ona tərəzi 
və  ölçülərdən  düzgün  istifadə  olunmaması  barədə  məlumat  verdilər.  Əl-Cərrah 
məsələni ədalətlə həll edərək, əhalinin bu günədək istifadə etməkdə olduğu  -  «əl-
Cərrahı» adlı yeni bir ölçü tətbiq etdi. Sonra o, Kür çayını keçib yoluna davam etdi 
və  Sammur  çayına  çatdı.  Əl-Cərrah  bu  çayı  da  keçib,  oradan  xəzərlərə  tərəf 
yollandı, orada xəzərlərdən çox sayda adam qırdı. O, Həmzin vilayətinin əhalisi ilə 
də  döyüĢdü.  Ancaq  sonra  onlarla  bu  sərtlə  sülh  müqaviləsi  bağladı  ki,  Xeyzanın 
(Ceyzanın) ətraflarına köçsünlər və burada onlara iki kənd ayırdı. Sonra əl-Cərrah 
Qumik
100
 əhalisinə hücum edib, onlardan çoxlu əsir götürdü və oradan geri dönüb 
ġəkkəyə  gəldi.  Onun  qoĢunu  qıĢı  Bərdədə  və  Beyləqanda  keçirdi.  Az  sonra 
xəzərlər  hiddətlənib  ayağa  qalxdılar  və  ər-Ras  çayını  keçdilər.  Əl-Cərrah  onlarla 
Varsan  səhrasında  döyüĢdü.    Xəzərlər  Ərdəbilə
101
  tərəf  geri  çəkildilər.  Ancaq  əl-
Cərrah onlara Ərminiyyə sərhədlərindən 4 fərsəx aralıda çatdı və tərəflər bir-birləri 
ilə  3  gün  vuruĢmalı  oldular.  DöyüĢdə  əl-Cərrah  özü  və  onunla  bir  yerdə  olan 
tərəfdarları  həlak  oldular.  Bu  münasibətlə  həmin  çay  əl-Cərrah  çayı,  üzərindəki 
körpülərdən biri isə əl-Cərrah körpüsü adlandırıldı. Sonra xəlifə HiĢam ibn Əbdu-l-
Məlik,
102
    Məsləmə  ibn  Əbdü-l-Məliki  Ərminiyyənin  valisi,  Səid  ibn  Əmt  ibn 
Əsvad  əl-CuraĢini  isə  onun  avanqardının
103
  rəhbəri  təyin  etdi.    Ġshaq  ibn  Muslim 
əl-Uqeyli  və  onun  qardaĢları,  Amir  ibn  Rəbiə  ibn  Sasaənin  nəslindən  olan  – 
Cəvana ibn əl-Haris ibn Xalid, Umeyr ibn əl-Hubab əs-Suləminin oğulları Zufafə 
və  Xalid, Furat  ibn Səlman əl-Bəhili,  Valid ibn əl-Qa'qaə  əl-`Absi də  onunla  (əl-
CuraĢi ilə) bir yerdə idilər. Səid, Varsanı mühasirədə saxlamıĢ xəzərlərin   üzərinə   
hücum   edib mühasirəni   yardı   və   onları məğlub etdi. Xəzərlər Azərbaycanın 
Məyməd
104
  vilayətinə  getdilər.  Səid  xəzərlərlə  müharibəyə  hazırlaĢdığı  vaxt 
Məsləmədən məktub aldı. Məktubda Məsləmə Səidi, onun oraya gəliĢindən qabaq 
xəzərlərlə  döyüĢə  baĢlamağına  görə  ınəzəmmət  etdi  və  Səidə  orduya 
komandanlığın  artıq  Əbdu-l-Məlik  ibn  Muslim  əl-Uqeyliyə  tapĢırılması  barədə 
məlumat verdi. Səid orduya komandanlığı təhvil verəndən sonra onu Məsləmənin 
elçisi  həbs  etdirdi,  əl-qolunu  qandallayıb  Bərdəyə  göndərdi.  Burada  onu  zindana 
saldılar. Xəzərlər isə ərazidən uzaqlaĢa bildilər, ancaq Məsləmə onları təqib etdi və 
bu  barədə  HiĢama  məlumat  göndərdi.  HiĢam  isə  cavabında  ona  aĢağıdakı  Ģeri 
yazdı;  «doğurdanmı sən Məyməddə  xəzərləri  gördüyün  halda   onlara  oranı tərk 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə