Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   47   48   49   50   51   52   53   54   ...   102

110 
 
və  xərac    verilməsinin  müqabilində  onun  burada  vali    vəzifəsində  qalmasından 
bəhs  olunurdu.  Həbib  batriqi  Ġyadın  yanına  göndərdi,  özü  isə  Hərək  ilə  əl-Vark 
səhrası arasındakı   yerdə dayandı. Burada Xilatın batriqi ödəyəcəyi vergi haqqı ilə 
birlikdə  onun  yanına  gəldi,  ona  hədiyyə  bağıĢlamaq  istədi,  ancaq  o  bunu    qəbul 
etmədi.  Sonra  Həbib  Xilatda  oldu,  oradan  da  əs-Saməyə
66 
gəldi.  Orada  onu 
Busfurracanın  vilayətlərindən  biri  sayılan  Moksun
67
  hökmdarı  qarĢıladı.  Həbib 
onun öz tutduğu vəzifəsində qalmağını  təsdiq  etdi,  onunla  birgə  adam  göndərdi,  
sülh    və  əmin-amanlıq  barədə  ona  fərman  yazıb  verdi.  Həbib  bundan  sonra 
əsgərləri  ArciĢ  və  Bəcuneysin kəndlərinin üzərinə  göndərdi.  Əsgərlər bu kəndləri 
zəbt  etdilər,  əhalisindən  cizyə  vergisi  yığdılar.  Həmin  vilayətlərin  əyanları  onun   
yanına  gəldilər.  Həbib  onlara   xərac  vergisi
68
    ödəmək    Ģərtilə    öz    ərazilərində 
hökmran  olmaqlarını  təsdiq  etdi.  Tirrix
69
  gölünə  gəlincə  Həbib  bu  məsələyə 
toxunmadı.  Bu  göl  Mühəmməd  ibn  Mərvan  ibn  əl-Həkəm  əl-Cəzirəyə  və 
Ərminiyyəyə  vali  təyin  olunanadək  heç  kimə  məxsus  deyildi.  Məhəmməd  balıq 
ovunu  və  satıĢını  öz  əlinə  aldı,  bundan  böyük  gəlir  əldə  etdi.  Ondan  sonra  gölə 
Mərvan ibn Məhəmməd
70
 sahib oldusa da, az sonra bu onun da əlindən alındı. 
Vaqidi deyir ki, Həbib yoluna davam edərək, Əzdisata çatdı. Bu, elə Qırmız 
Ģəhərciyidir. Sonra  o, Kürdlərin çayının o tayına  keçdi,  Dəbil çəmənində  məskən 
saldı,  atlı  dəstələrini  Ģəhərə  göndərdi,  özü  isə  hərəkət  edərək,  Ģəhərin  qapılarına 
yaxın  yerdə  dayandı.  ġəhərin  əhalisi  istehkamlar  qurdu  və  onun  ordusuna  oxlar 
atmağa  baĢladı.  Onda  Həbib  Ģəhərin  divarlarının  yanında  daĢatan  maĢınlar 
yerləĢdirdi və əhalinin üzərinə daĢ yağdırdı. Bu o vaxta qədər davam etdi ki, əhali 
ondan sülh və aman dilədi. Həbib onların xahiĢinə əməl etdi. Bundan sonra onun 
atlı  qoĢunu  ərazi  boyu  daha  da  irəliləyərək,  Curnidə  dayandı.  ƏĢuĢa,  Zətu-1-
lucuma, Əhrar vadisinə qədər gedib çıxdı, Dəbilin bütün kəndlərini ələ keçirdi. O, 
Sirac-Tayrın və Bəğravəndin üzərinə qoĢun göndərdi. Bəğravəndin batriqi Həbibin 
yanına  gəlib  vergi  ödəməsi,  müsəlmanlarla  dostluq  münasibətində  olması, 
düĢmənlərə  qarĢı  mübarizədə  onlara  kömək  etməsi,  onları  ərzaqla  təmin  etməsi 
Ģərtləri ilə onunla sülh müqaviləsi bağladı. Dəbillə bağlanılmıĢ sülh müqaviləsinin 
mətni  belə  idi:  «Rəhmli,  mərhəmətli  Allahın  adı  ilə.  Bu  fərman  Dəbil  Ģəhərinin 
xristian  əhalisinə,  atəĢpərəstlərinə,  yəhudilərinə,  burada  olanlara  və  olmayanlara 
ona görə təqdim olunur ki, mən sizin özünüzün və var-dövlətinizin, kilsələrinizin, 
sinaqoqlarınızın,  Ģəhərinizin  divarlarının  təhlükəsizliyinə  zəmanət  verirəm.  Sizin 
təhlükəsizliyiniz  təmin  olunmuĢdur.  Nə  qədər  ki  siz  saziĢə  əməl  edib  cizyə  və 
xərac vergisini ödəyəcəksiniz, biz də bu saziĢin sərtlərinə  əməl  edəcəyik  və  buna 
ən  etibarlı  zamin,  zəmanətçi  olan  Allah  özü  zəmanət  verir.  Fərmana  Həbib  ibn 
Məsləmənin möhürü vurulmuĢdur.» 
Həbib  sonra  NəĢəvaya  yaxınlaĢıb  oranı  da  iĢğal  etdi,  oranın  sakinləri  ilə 
məzmunca  Dəbil  müqaviləsi  ilə  eyni  olan  bir  müqavilə  bağladı.  Burada  onun 
yanına  Busfurracanın  batriqi  gəldi,  bütün  ölkəsinin  və  vilayətlərinin  adından  ona 
illik xəracı ödəmək Ģərti ilə onunla sülh müqaviləsi bağladı. Həbib sonra Sisəcana 


111 
 
tərəf hərəkət etdi, oranın əhalisi ilə döyüĢüb, onları məğlub etdi. Bunun ardınca o, 
Vaysı ələ keçirdi, oradakı qalalarda yaĢayan əhali ilə xərac ödəmələri Ģərti ilə sülh 
müqaviləsi bağladı və oradan da Curzana yollandı. 
512.
 
-  Dəbil  Ģəhərinin  ağsaqqalları,  o  cümlədən  Bərmək  ibn  Abdullah 
mənə  söylədilər  ki,  Həbib  ibn  Məsləmə  öz  adamları  ilə  birlikdə  Curzana  tərəf 
hərəkət etdi. Onlar Zətu-l-lücuma çatanda atlarının yəhərlərini açıb onları otlamağa 
buraxdılar.  Bu  anda  bir  dəstə  kəndli  onlara  hücum  etdi  və  atlarının  yəhərlərini 
bağlamağa  imkan  vermədən  onlarla  döyüĢə  giriĢdi.  Kəndlilər  onlara  üstün  gəlib 
yəhərləri  və  bacardıqları  qədər  çox  sayda  atı  onların  əlindən  aldılar.  Ancaq  az 
sonra  onlar  (Həbibin  tərəfdarları)  kəndlilərə  hücum  etdilər,  onları  darmadağın 
etdilər  və  ələ  keçirdiklərini  geri  aldılar.  Buna  görə  də  o  vaxtdan  bəri  həmin  yer 
Zətu-l-lucum  adlanır.  Deyirlər  ki,  sonra  Həbibin  istiqamət  götürüb  yollandığı 
Cürzanın  batriqinin  və  oranın  camaatının  elçisi  onun  yanına  gəlib  onların 
məktubunu ona çatdırdı, sülh müqaviləsinin bağlanmasını xahiĢ etdi. Həbib onlara 
belə  bir  namə  yazdı:  «Mənim  və  mənimlə  birlikdə  olan  möminlərin  yanına  sizin 
elçiniz
71
  gəldi.  O  sizin  adınızdan  dedi  ki,  siz  bizi  Allahın  üstün  tutub  rəğbət  və 
mərhəmət  bəslədiyi  bir  xalq  hesab  edirsiniz.  Bu,  doğrudan  da  belədir  -  Allaha 
Ģükür,  səna  olsun.  Onun  məxluqları  içərisində  ən  yaxĢısı  sayılan  peyğəmbərinə  - 
Məhəmmədə  xeyr  duası  olsun.  Siz  həmçinin  qeyd  edirsiniz  ki,  bizimlə  sülh 
Ģəraitində  yaĢamaq  arzusundasınız.  Mən  sizin  hədiyyənizi  qiymətləndirirəm  və 
onun dəyərini sizdən tutulan  cizyə  vergisinin bir hissəsi  hesab edirəm. Mən sizin 
təhlükəsizliyiniz, asayiĢiniz barədə fərman yazmıĢam və ona bir Ģərt daxil etmiĢəm. 
Əgər  siz  bu  Ģərti  qəbul  edib  və  ona  əməl  etsəniz,  onda  bu  sizin  üçün  sərfəli 
olacaqdır. Əks-təqdirdə, sizə Allah və onun peyğəmbəri tərəfindən müharibə elan 
olunacaqdır. Qoy doğru yolla gedənlərə sülh olsun!» 
Sonra Həbib Tiflisə gəldi və onun əhalisinə sülh haqqında aĢağıdakı fərmanı 
yazdı: 
«Rəhmli və mərhəmətli Allahın adından. 
Bu  fərman  Həbib  ibn  Məsləmə  tərəfindən  Tiflis  əhalisinə,  Məncəlis  və 
Qırmızı Curzandan (Curzan əl-Qırmız) gələnlərə ona görə verilir ki, onların Ģəxsən 
özlərinin,  habelə  kilsələrinin,  monastırlarının  təhlükəsizliyi  təmin  olunacaq, 
ibadətlərinə  və  s.  dini  azadlıqlarına  zəmanət  veriləcəkdir.  Bu  halda  onlar  öz 
itaətkarlıqlarını etiraf etməli, ailələrinin hər birindən bir dinar hesabı ilə cizyə - can 
vergisi  verməlidirlər.  Can  vergisini  azaltmaq  məqsədilə  siz  bir  neçə  ailəni 
birləĢdirib bir ailə hesab etməməlisiniz və eləcə də biz ailələrin sayını artıq hesab 
etmək məqsədi ilə onların hər birini bir neçə hissəyə bölməməliyik. Siz Allahın və 
onun  peyğəmbərinin  -  ona  Allahın  xeyir-duası  olsun  –düĢmənlərinə  qarĢı 
mübarizədə  bacardığınız  qədər  bizə  öz  məsləhətlərinizlə  kömək  etməli  və  bizə 
arxa, dayaq olmalısınız. Siz köməyə ehtiyacı olan müsəlmanı bir gecə öz evinizdə 
qonaq  saxlamalı  və  ona  «əhlü-l-kitəb»in
72
  istifadəsinə  qadağa  qoyulmamıĢ 
yeməklərindən təqdim etməlisiniz. Əgər müsəlmanlardan kimsə sizin ərazinizdə öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə