Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   45   46   47   48   49   50   51   52   ...   102

106 
 
(ƏnuĢirəvan) siyasicilər
27
  adı    verdiyi    bir  xalqı   yerləĢdirdi.    Arran  torpağında  o, 
ġəkkən,
28
  Kəmibəran
29
  qapılarını  və  dudaniyyə
30
  qapılarını  saldırdı.  Dudanilərin 
bənu Dudan ibn Əsəd ibn Xüzeymənin nəslindən olduqları fərz olunur. O həmçinin 
hər  biri  bir  daĢ  qəsr  olan  on  iki  qapıdan  ibarət  Durzuqiyyə
31
  qapılarını  saldırdı. 
ƏnuĢirəvan Curzan torpağında Suğdəbil
32
 adlanan bir  Ģəhər saldırıb soğdiləri
33
  və 
farsları oraya yerləĢdirdi, buranı keĢikçi məntəqəsinə çevirdi. O, Curzan vilayətinin 
bizanslılarla  həmsərhəd  olan  hissəsində  Bəb  Firuz  Qubad
34
  (Firuz  Qubad  qapısı), 
Bəb  Ləziqa
35
  (Ləziqa  qapısı)  adlı  qəsrləri  və  Trabezunda  dənizi
36
  sahilində  Bəb 
Bəriqa
37
   (Bəriqa qapısı) adlı baĢqa bir qəsri tikdirdi. O həmçinin Bəb əl-lan (Alan 
qapısı),  Bəb  Səmsəxi
38 
(Səmsəxi  qapısı),  Cərdəman  qalasını
39
  və  ġəmĢulday 
qalasını  tikdirdi.  ƏnuĢirəvan  Ərminiyyənin  bizanslıların  əlində  olan  bütün 
vilayətlərini  tutdu  və  Dəbil  Ģəhərini  bərpa  edərək,  möhkəmlətdi.  O  Busfurracan 
vilayətində NəĢəva
40
 Ģəhərini saldırdı. Sisəcan torpağında Vays qəsrini, habelə bir 
neçə  qala,  o  cümlədən Kiləb, Sahyunis qalalarını tikdirib, bu qəsrlərə  və  qalalara 
siyasicilərdən ibərət güclü köməkçi dəstələri yerləĢdirdi. 
Bundan  sonra  ƏnuĢirəvan  türklərin  padĢahına  məktub  yazaraq,  onunla 
dostluq əlaqələri yaratmağı, sülh bağlamağı  və qarĢılıqlı surətdə bir-biri ilə həmrəy 
olmağı  təklif  etdi.  ƏnuĢirəvan  yaxĢı  münasibət  yaratmaq  məqsədilə  onun  qızı  ilə 
evlənmək  və  onun  kürəkəni  olmaq  arzusunu  ona  bildirdi.  O  həmçinin  öz 
arvadlarından birinin qızlığa götürdüyü bir kənizi öz qızı kimi qələmə verərək, türk 
padĢahına  göndərdi.  Türk  padĢahı  isə  qızını  ona  «hədiyyə  verdi»  və  özü  də  onun 
yanına gəldi. Onlar BərĢəliyyədə
41
 görüĢüb burada bir neçə gün Ģənlik etdilər, bir-
birinə  qayğı  göstərərək  xoĢ  münasibətdə  oldular.  Sonra  ƏnuĢirəvan  özünə  yaxın, 
etibar  etdiyi  adamlardan  bir  neçəsinə  əmr  etdi  ki,  onlar  türk  düĢərgəsinin 
yaxınlığında gecələsinlər və bu zaman düĢərgəyə od  vursunlar. Onlar əmri yerinə 
yetirdilər.  Ertəsi  gün  türk  padĢahı  ƏnuĢirəvana  bu  barədə  narazılığını  bildirdi. 
ƏnuĢirəvan  isə  bu iĢlə  heç bir əlaqəsi olmadığını,  habelə  adamlarının bunu etmiĢ 
olduqlarına  inanmadığını  bildirdi.  Bir  neçə  gündən  sonra  ƏnuĢirəvan  həmin 
adamlara  əmr  etdi  ki,  törətdikləri  əməli  bir  də  təkrar  etsinlər.  Onlar  bunu  yerinə 
yetirdilər.  Türk  bu  məsələdən  hiddətləndi,  ancaq  ƏnuĢirəvan  bu  barədə  öz 
təəssüfünü bildirib ondan üzr istədi və o da sakitləĢdi. Sonra ƏnuĢirəvan əmr etdi 
ki,  onun  öz  düĢərgəsinin  yalnız  otdan  və  çubuqdan  düzəldilmiĢ  komacıqlarından 
ibarət  olan  hissəsini  yandırsınlar.  Səhər  açılan  kimi  ƏnuĢirəvan  türkə  möhkəm 
gileylənərək  dedi  ki,  türkün  adamları  az  qala  onun  düĢərgəsini  dağıdacaqdılar  və 
artıq  o,  türkün  ona  Ģübhə  ilə  yanaĢdığını  hiss  edir.  Lakin  türk  baĢ  verənlərin 
səbəbindən xəbərsiz olduğuna and içdi. Onda ƏnuĢirəvan dedi: «Mənim qardaĢım, 
hər ikimizin əsgərləri bizim aramızda bağlanmıĢ sülh saziĢini bəyənmədilər. Çünki 
onlar,  nəticədə  bizim  aramızda  baĢ  verən  müharibələrdən  və  hücumlardan  əldə 
etdikləri  gəlirdən  məhrum  olmuĢlar.  Mən  inanmıram  ki,  biz  bir-birimizlə  səmimi 
surətdə  barıĢığa  gələndən,  bir-birimizə  qarĢılıqlı    inam,  məhəbbət  bəslədikdən  və 
bir-birimizlə  qohum  olduqdan  sonra  da  onlar  qəlblərimizə  toxunaraq,  arada 


107 
 
düĢmənçilik hissi oyadan hər hansı bir əməli törətməsinlər. Zənnimcə, yaxĢı olardı 
ki,  mənə  izn  verəsən  səninlə  öz  aramda  bir  divar  tikdirim  və  oraya  qapı  (lar) 
qoydurum,  beləliklə,  istədiyimiz  adamlar  istisna  olmaqla,  nə  bizdən  sizə,  nə  də 
sizdən  bizə  bir  nəfər  gələ  bilsin.»  Türk  buna  razı  oldu  və  öz  ölkəsinə  qayıtdı. 
ƏnuĢirəvan  divarın  tikintisindən  ötrü  orada  qaldı  və  bu  divarı  tikdirdi.  O,  divarı 
dəniz  tərəfdən  qaya  və  qurğuĢundan  inĢa  etdirdi.  Divarın  eni  300  zira`
42
  idi  və 
dağların  zirvəsinə  qədər  uzanırdı.  ƏnuĢirəvan,  həmçinin  daĢların  gəmilərlə 
daĢınaraq  dənizə  tökülməsinə  əmr  verdi,  daĢlar  suyun  üzündə  görünəndə  divarı  
bunların üstündə  3  mil
43
 uzunluqda tikdirdi. Divarın tikintisi baĢa çatdıqdan sonra 
ƏnuĢirəvan onun girəcəyində dəmir qapılar qoydurdu və onlara keĢik çəkməyi 100 
nəfər  atlıya  tapĢırdı.  Halbuki,  əvvəllər  bu  ərazinin  mühafizəsi  üçün  50  min  əsgər 
tələb olunurdu. O bu divarın üstündə oynaq, hərəkət edən bir bürc, qüllə qoydurdu. 
Bundan sonra xaqana dedilər ki ƏnuĢirəvan onu aldatmıĢ, öz qızını deyil, baĢqa bir 
qızı ona ərə vermiĢ və ona qarĢı öz mövqelərini qüvvətləndirmiĢdir. Ancaq xaqan 
buna qarĢı heç bir tədbir görə bilmədi. 
ƏnuĢirəvan  hökmdarları  seçib  təyin  etdi,  onların  hərəsinə  müəyyən  bir 
vilayətin Ģahlığını, idarə etməyi tapĢırdı. VahrarzənĢah ləqəbi daĢıyan Dağ xaqanı - 
Səririn
44
 hökmdarı, FilanĢah ləqəbli Filanın
45
 hökmdarı, TəbərsərənĢah, CurcanĢah 
ləqəbli  əl-Ləkz
46
  hökmdarı,  Ģahlığı  artıq  süquta  uğramıĢ  Məsqət  hökmdarı, 
LiranĢah ləqəbli Liran hökmdarı, ġirvanĢah ləqəbli ġirvan
47
 hökmdarı bu Ģahlardan 
idilər.  O,  Buxxun  hakiminin  Buxxda,  Zirikiranın
48
  hakiminin  isə  Zirikiranda 
padĢah  olmasını  təsdiq  etdi.  O,  Qabaq  dağı
49
  hökmdarlarının  sahib  olduqları 
ərazilərdə  hökmranlığını  təsdiq  etdi  və  ona  vergi  ödəmələri  Ģərti  ilə  onlarla 
müqavilə  bağladı.  Ərminiyyə  islamın  meydana  gəlməsinə  qədər  farsların  əlində 
oldu.  Çoxsayda  siyasicilər  öz  qalalarını,  Ģəhərlərini  tərk  etdilər  və  bunlar 
xarabalıqlara çevrildilər. Xəzərlər və bizanslılar isə onların bir vaxt sahib olduqları 
nə var idisə, onu ələ keçirdilər. 
506.
 
-  Deyirlər  ki,  bəzən  bizanslıların  iĢləri  öz  qaydasında  olmurdu  və 
onların arasında yerli hökmdarlar meydana çıxırdı. Belə ki, onlardan bir nəfər kiĢi 
Ərminiyakosun hökmdarı oldu. Ölümündən sonra  onun Qali adlı  arvadı hökmdar 
oldu.  O,  Qaliqala  Ģəhərini  saldırdı  və  ona  Qaliqala  adı  verdi.  Bu  sözün  mənası 
«Qalinin  yaxĢı  əməlləri»  deməkdir.  Deyilənə  görə,  Ģəhər  qapılarının  birinin 
üzərində  onun  Ģəkli  təsvir  olunmuĢdu.  Ərəblər  isə  Qaliqala  sözünü  «Qaliqala»  
kimi tələffüz edirdilər.
50
 
507.  -  Deyirlər  ki,  Osman  ibn  Affan
51
  xəlifə  olduqdan  sonra  özünün 
Suriyada,  əl-Cəzirədə
52
  və  oranın  sərhəd  məntəqələrindəki  caniĢini  Müaviyəyə 
məktub  yazaraq  əmr  etdi  ki,  Həbib  ibn  Məsləmə  əl-Fihrini
53
  silahlandıraraq, 
Ərminiyyəyə  göndərsin.  Həbib  Suriyanın  fəthində  və  Bizans  ərazilərinə  edilən 
hərbi yürüĢlərdə böyük igidliklər göstərmiĢdi və bu məsələ Ömərə
54
, sonra Osmana 
- Allah onlardan razı olsun - və onların xələflərinə məlum idi. Bəzilərinin dediyinə 
görə isə, Osman özü Həbibə yazılı surətdə əmr göndərdi ki, Ərminiyyəni tutsun və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə