Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   46   47   48   49   50   51   52   53   ...   102

108 
 
bu,  daha  doğru  məlumatdır.  O,  bəzilərinin  məlumatına  görə  6  min  nəfərlik, 
digərlərinin  dediyinə  görə  isə,  Suriya  və  əl-Cəzirənin  əhalisindən  ibarət  8  min 
nəfərlik  qoĢunla  oraya  yollandı.  O,  (Həbib)  Qaliqalaya  gəldi  və  onu  mühasirəyə 
aldı. ġəhərin əhalisi ona qarĢı çıxdı, o, onlarla döyüĢdü və onları Ģəhərə qayıtmağa 
məcbur etdi.  Onda  əhali  aman dilədi,  Ģəhəri tərk etməyə  və  cizyə
55
  ödəməyə  razı 
oldu.  Onların  bir  çoxu  Ģəhəri  tərk  edib  bizans  vilayətlərinə  getdi.  Həbib  isə  öz 
adamları  ilə  Qaliqalada  bir  neçə  ay  qaldı.  Sonra  o,  Ərminiyyəkosun  batriqinin 
(patrisisinin)
56
  müsəlmanlara  qarĢı  çox  sayda  qoĢun  topladığını  və  ona  Allan, 
Əfxaz, Səməndərin
57
 xəzər sakinlərindən ibarət köməkçi dəstələrin də qoĢulduğunu 
eĢidəndə  Osmana  məktub  yazaraq,  ondan  kömək  istədi.  Osman  isə  Müaviyəyə 
məktub  göndərərək  Suriya  və  əl-Cəzirə  əhalisi  arasında  cihadda  müqəddəs 
müharibədə  iĢtirak  etmək  və  qənimət  ələ  keçirmək  istəyənləri  ona  köməyə 
göndərməyi  tapĢırdı.  Müaviyə  Həbibə  köməyə  2000  nəfər  adam  göndərdi.  Həbib 
onları  Qaliqalada  yerləĢdirdi,  onlara  torpaq  sahələri  verdi  və  onlardan  ibarət  bir 
(mühafizə) qarnizonu yaratdı. Osman Həbibin məktubunu aldıqdan sonra Kufədəki 
caniĢini  Səid  ibn  əl-Ası  ibn  Sə'id  ibn  əl-Ası  ibn  Uməyyaya  məktub  göndərərək, 
Həbibə kömək məqsədilə Səlman əl-Xeyl ləqəbli Səlman ibn Rəbiə əl-Bəhilinin
58 
komandanlığı  altında  qoĢun  göndərməsini  əmr  etdi.  Bu,  xeyirxah,  ləyaqətli  və 
döyüĢkən  bir  adam  idi.  Səlman  əl-Xeyl  Kufə  əhlindən  təĢkil  olunmuĢ  6  min 
nəfərlik  qoĢunla  Həbibin  yanına  yollandı.  Bu  zaman,  hələ  Həbibə  kömək 
gələnədək  bizanslılar  öz  tərəfdarları  ilə  birlikdə  Fərat  çayı  sahilinə  gəldilər  və 
burada yerləĢdilər. Ancaq müsəlmanlar gecə vaxtı hücuma keçib onları darmadağın 
etdilər  və  baĢçılarını  öldürdülər.  Həbibin  Kəlb  qəbiləsindən  olan  arvadı  - 
Abdullanın anası,  Yəzidin qızı  həmin gecə  bir az əvvəl  öz  ərindən soruĢdu:  «Biz 
harada görüĢəcəyik?» O isə cavab verdi:  «Ya zalımın, qaniçənin çadırında, ya da 
cənnətdə». Həbib çadırın yanına gəlib çatanda onu orada gördü. 
508.  -  Deyirlər  ki,  Səlman  o  zaman  gəlib  çıxmıĢdı  ki,  müsəlmanlar  artıq 
düĢməni  məğlub  etmiĢdilər,  Kufə  əhli  isə  qənimətin  onlar  arasında  da 
bölüĢdürülməsini  tələb  etdi,  ancaq  onlara  rədd  cavabı  verdilər.  Hətta  Həbiblə 
Səlman arasında böyük bir mübahisə də oldu və müsəlmanlardan bəziləri Səlmanı 
ölümlə hədələdilər. Bu barədə Ģair belə yazır: 
«Əgər  siz  Səlmanı  öldürsəniz,  biz  də  Həbibi  öldürəcəyik.  Əgər  siz  Ġbn 
Affanın
59
 yanına getsəniz, biz də gedəcəyik.» 
Bu məsələ barəsində Osmana məktub yazdılar. O isə cavab məktubu yazıb 
bildirdi  ki,  qənimət  suriyalılar  arasında  bölüĢdürülməlidir,  Səlmana  isə  məktub 
göndərərək, Arrana yürüĢ etməyi əmr verdi. 
BaĢqalarının  söylədiklərinə  görə,  Səlman  Osmanın  xəlifəliyi  dövründə 
Ərminiyyəyə yollandı, orada əsirlər və qənimət ələ keçirdi. Sonra - 25/645-646-cı  
ildə    Hədisətu-l-Mosulda
60 
olan  Valid  ibn  Uqbənin  yanına  getdi.  Ona  Osmanın 
məktubu  gəldi.  Bu  məktubda  Osman  Müaviyədən  bizanslıların  çoxsaylı  qoĢunla 
müsəlmanlara qarĢı hücuma hazırlaĢdıqları və buna görə də onun köməyə ehtiyacı 


109 
 
olması  barədə  bir  məktub  aldığını  bildirirdi.  Osman  Validə  əmr  verdi  ki, 
Müaviyəyə  8000  nəfərlik  əlavə  qoĢun      göndərsin.      O,      (Valid)      Səlman      ibn   
Rəbiə      əl-Bəhilinin  baĢçılığı  altında  həmin  qoĢunu  göndərdi.  Müaviyə  də  Həbib 
ibn Məsləmə əl-Fihrini baĢçılıq etdiyi belə bir əlavə qoĢunla oraya göndərdi. Onlar 
bir  çox  qalaları  fəth  etdilər,  əsirləri  ələ  keçirdilər.  Ancaq  aralarında  hakimiyyət 
üstündə mübahisə düĢdü və suriyalılar Səlmanı öldürmək qərarına gəldilər. ġair bu 
barədə  yuxarıdakı  Ģerdə  məlumat  verir.  Birinci  məlumat  həqiqətə  daha  uyğundur. 
Bunu  mənə  Qaliqala  camaatından  olan  bir  neçə  qoca  söyləmiĢdir.  Həmçinin  bu 
məlumatları  mənə  həmin  Ģəhərin  qazisi  Attaf  ibn  Sufyan  Əbu-l-Əsbağ  yazıb 
bildirmiĢdir. 
509.  -  Məhəmməd  ibn  Sad,  əl-Vaqidinin
61
  sözlərinə,  o  da  öz  atasının 
sözlərinə  əsaslanan  Abdul  Həmid  ibn  Cəfərin  sözlərinə  istinadən  belə  məlumat 
verirlər  ki,  Həbib  ibn  Məsləmə  Dəbil  camaatını  mühasirəyə  aldı  və  Ģəhərin 
kənarında yerləĢdi. Burada o, bizanslı Mavriyana rast gəldi, gecə vaxtı hücum edib 
onu  öldürdü,  düĢərgəsində  nə  varsa,  ələ  keçirdi.  Səlman  isə  bundan  sonra  onun 
yanına gəldi. Amma daha düzgün məlumata görə onlar Qaliqalada görüĢdülər. 
510.
 
-  Qaliqala  sakinləri  Məhəmməd  ibn  BiĢr  və  ibn  Varz  Qaliqala 
Ģəhərinin  qocalarının  söylədiklərinə  istinadən  mənə  belə  məlumat  verdilər  ki,  bu 
Ģəhər fəth olunan vaxtdan ta ət-Tağiyənin
62
 133/750-751-ci ildə etdiyi hücumlarına 
qədər  əhalinin  Ģücaəti  sayəsində  ələkeçməz,  alınmaz  bir  yer  idi.  O,  Malatiya
63
 
Ģəhərinin sakinlərini mühasirəyə aldı, Ģəhərin divarlarını dağıtdı, oradakı müsəlman 
əhalini  əl-Cəzirəyə  köçürtdürdü.  Sonra  o,  Mərc  əl-Hisa  adlı  yerdə  dayandı  və 
erməni  Kusanı  Qaliqalaya  döyüĢə  göndərdi.  Kusan  Qaliqalanı  mühasirəyə  aldı. 
ġəhərdə  həmin  gün  əhalinin  sayı  az  idi  və  Ģəhərin  valisi  Əbu  Kərimə  idi. 
Qaliqalanın erməni əhalisindən olan iki qardaĢ Ģəhərin divarında deĢik açdılar, bu 
yolla  Ģəhərdən  çıxdılar  və  Kusanı  qarĢıladılar.  Onlar  Kusanın  Ģəhərə  girməsinə 
Ģərait  yaratdılar.  Kusan  Ģəhəri  iĢğal  etdi,  adamları  qətlə  yetirdi,  əsir  götürdü, 
Ģəhərin  divarlarını  dağıtdı,  ələ  keçirtdiklərini  ət-Tağiyəyə  apardı,  əsirləri  isə  öz 
adamları arasında bölüĢdürdü. 
511.
 
-  əl-Vaqidi  yazır  ki,  139/756-757-ci  ildə  xəlifə  əl-Mənsur
64
 
Qaliqalanın əsir  düĢmüĢ sakinlərindən sağ qalanlarını satın aldı.  Qaliqalanı bərpa 
etdi,  abadlaĢdırdı,  geri  aldığı  əsirləri  Ģəhərə  göndərdi.  O,  əl-Cəzirə  və  baĢqa 
vilayətlərin  əhalisindən  ibarət  qoĢunları  oraya  göndərdi.  Xəlifə  əl-Mötəsim-
billahın
65
 hakimiyyəti dövründə bizanslıların zülmkar hökmdarı Qaliqalaya hücum 
etdi,  mərmilərlə  onun divarlarına  elə  zərbələr endirdi ki,  divarlar az qaldı dağılıb 
yerə  düĢsün.  Əl-Mötəsim  Ģəhərin  möhkəmləndirilməsi  üçün  beĢ  yüz  min  dirhəm 
pul sərf etdi. 
512.  -  Deyirlər  ki,  Həbib  Qaliqalanı  istila  edəndən  sonra  irəliləyərək, 
Marbalaya  çatdı,  burada  Xilatın  batriqi  onun  yanına  gələrək  Ġyad  ibn  Qənmin 
məktubunu  (fərmanını)  gətirdi.  Ġyadın  bu  məktubunda  batriqin  Ģəxsiyyətinin, 
əmlakının  toxunulmazlığından,  vilayətinin  təhlükəsizliyinin  təmin  olunmasından 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə