Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   27   28   29   30   31   32   33   34   ...   102

68 
 
Xorasanda,  sonra  isə  Ġraqda  və  Xilafətin  baĢqa  vilayətlərində  qalxmıĢ  hərəkatın 
baĢçısı idi. Onun rəhbəri olduğu qüvvələr Əməviləri yıxıb hakimiyyətə Abbasiləri 
gətirdilər.  Sonra  Abbasilər  Əbu  Müslümün  xalq  kütlələri  arasında  artan 
nüfuzundan  qorxaraq,  onu  hakimiyyətin  devrilməsində  təqsirləndirib,  755-ci  il 
fevralın  15-də  xəlifə  əl-Mənsurun  əmri  ilə  edam  etdilər.  Əbu  Müslümün  qətli 
Xilafətin  bütün  ərazisində,  o  cümlədən  Azərbaycanda  da  Abbasilərə  qarĢı 
üsyanlara səbəb oldu. 
108.
 
 Abbasilər  sülaləsindən  birinci  xəlifə  Əbülabbas  əs-Səffah  750-754-
cü illərdə hakimiyyətdə olub. 
109.
 
 Məhəmməd  ibn  Sul  Azərbaycanda  Əməvilərin  axırıncı  valisi  olan 
Ġshaq ibn Müslümü əvəz etdi. 
110.
 
 Əbu  Cəfər  əl-Mənsur  Azərbaycana  vali  hicri  134-cü  ildə 
(30.VII.751-17.VII.752) təyin olunub. 
111.
 
 Yaquta görə  (VII  c,  səh.)  Kiran  -  Azərbaycanda  «Təbrizlə Beyləqan 
arasında yerləĢən Ģəhərdir». Culfa ilə Ordubad arasındakı Xaraba Gilan Ģəhərgahı 
ilə eyniləĢdirilir. 
112.  Abbasilər  sülaləsinin  ikinci  xəlifəsi  əl-Mənsur  754-775-ci  illərdə 
hakimyyətdə olub.  
113.     Yəzid     ibn      Useyd      əs-Sulami      Arrana      vali      hicri  135-ci  ildə 
(18.VII.752-6.VII.753) təyin olunub.   
114.  Yaquta  görə  (II  c.  səh.  446)  xəzər  padĢahının  adı  Ras  Tarxan  idi. 
Təbəridə (III c. səh. 328) onun adı Astarxan kimi qeyd olunub. 
115. Xəzərlərin bu yürüĢü hicri 145-ci ildə (1.IV.762-20.III.763) olmuĢdu. 
116.   Yəqin ki, bu Calqan dağıdır. 
1  17.  «Dərbəndnamə»nin  bir  nüsxəsinə  görə  Dərbəndin  aĢağıdakı  qapıları 
(darvazaları) var idi: Bab əl-Muhacir, Bab əl-Cihad, Bab əl-Məktum, Bab əl-Qəsr 
və Bab əl-Küçük (bax: A.R.ġixsaidov. Daqestan v X-XIV vv. Mahaçqala, 1975, səh. 
28). 
118. Yəzid ibn Üseyd əs-Sulami Arranda 769-cu ilədək vali olub. 
119. Bikar ibn Müslüm əl-Uqeyli 769-770-ci illərdə Arranın valisi olub. 
120.  Əl-Həsən  ibn  Qəhtəbə  Azərbaycanda  iki  dəfə  vali  olub:  xəlifə  əs-
Səffahın  vaxtında  və  770-ci  ildən  775-ci  ilədək.  Əl-Bəlazuri  xəbər  verir  ki,  (səh. 
210),  «bu  həmin  əl-Həsəndir  ki,  onun  adına  Beyləqandakı  Həsənçayı  (arxı), 
Bərdədəki  «Həsən  bağı»  adı  ilə  tanınmıĢ  bağ  və  «əl-Həsəniyyə»  kimi  məĢhur 
malikanə  aiddir  (və  huva  əlləzi  nəsəbə  ileyhi  nəhr  əl-Həsən  bil-Beyləqan 
vəl-bağ  əlləzi    yirafu    bi-bağ  əl-Həsən    bi-Bərdə    vəd-diya  əl-mərufa    bil-
Həsəniyyə)   Həsən   ibn   Qəhtəbədən   sonra  Azərbaycanda Osman ibn Əmmara 
ibn  Huraym  (775-777-ci  illərdə) bir-birinin  ardınca  və  Bistam  ibn  Əmr  ət-Təğlibi 
(777-778-ci  illərdə)  vali  olmuĢlar.  Abbasilərin  üçüncü  xəlifəsi  əl-Mehdinin 
vaxtında (775-785) Azərbaycanın və bütün qərbdəki torpaqların valisi əl-Mehdinin 
oğlu Harun ər-RəĢid (778-786) olmuĢdur. 


69 
 
121.
 
 Sanarilər  (gürcü  dilində  -  tsanar)  Alazan  (Qakix)  çayından  Ģimalda 
və ġəkidən Ģimal-qərbdə, Ġlisu dairəsində yaĢayırdılar. 
122.
 
Cavaxeti - Axalkalak çayının sahilində Ģəhər (Gürcüstan). 
123.
 
 Harun ər-RəĢid Abbasilərdən beĢinci xəlifə idi (786-809). 
124.
 
 Əl-Fəzl  ibn  Yəhya  əl-Bərməkiyə  qədər  Azərbaycanın  valiləri 
Hüzeymə ibn Hazim ət-Təmimi, Yusif ibn RəĢid əs-Sulami, Yəzid ibn Məzyəd əĢ-
ġeybani və xəlifənin qardaĢı Übeydallah ibn əl-Mehdi olublar. 
125.
 
ƏĢərilər  -  məĢhur  əl-ƏĢər  nəslindən  olanlardır.  Bunların  ən 
görkəmliləri  Əbu  Burda  Amir  ibn  Musa  əl-ƏĢəri  (?-722)  və  Əbdülhəsən  Əli  əl-
ƏĢəri (873-936) idilər. 
126.
 
 Bərdə əhalisinin üsyanı Arran və Azərbaycan əhalisinin xilafətə qarĢı 
elliklə  üsyana  qalxmasına  təkan  verdi.  Üsyanın  ən  Ģiddətlisi  Beyləqanda  xarici 
təriqətinə mənsub Əbu Müslümün rəhbərliyi altında oldu. 
127.
 
 Səid ibn Məhəmməd əl-Ləhəbi ərəblərin Arrandakı qoĢunlarının baĢ 
sərkərdəsi idi. Əbüssabbah isə yerli xərac divanının rəhbəri idi (bax: əl-Yəqubi, II 
c, səh. 517) 
128.
 
 Əbu  Müslüm  xarici  təriqətinə  mənsub  olanların  ən  məĢhurlarından 
idi.  O,  xəlifələrdən  əl-Hadi  və  Harun  ər-RəĢidin  zamanında  dəfələrlə  çıxıĢlar 
etmiĢdi.  Dağıstan  xalqlarının  bəzilərinin  islamlaĢması  onun  adı  ilə  bağlıdır.  Hətta 
Dağıstanda «Əbu Müslüm tarixi»nin bir neçə nüsxələri var (bax: A.R.ġixsaidov. X-
XV  əsrlərdə  Cənubi  Dağıstanda  islamın  yayılması.  SSRĠ  EA  Dağıstan  filialının 
Tarix, Dil və Ədəbiyyat Ġnstitutunun Elmi əsərləri, VI cild, Mahaçqala, 1958, səh. 
137). 
129.
 
 Səid  ibn  Səlm  ibn  Quteybə  Azərbaycanın  və  Arranın  hakimliyinə 
796-cı ildə təyin olundu. 
130.
 
 Ən-Nəcm  ibn  HaĢim  Dərbəndi  216  il  ərzində  idarə  edən  HaĢimilər 
sülaləsinin banisidir. Bu sülalə HaĢim ibn Suraqa ibn Salis ibn Həyyun ibn Nəcm 
ibn HaĢim əs-Sulamidən baĢlanır (bax: V.F.Minorski. ġirvanın və Dərbəndin tarixi, 
M., 1965, səh. 64, 97-98). 
131.
 
 Əs-Sul - dağ keçidinin ərəbcə adıdır. Ola bilsin ki, bu keçid Ġsmayıllı 
rayonunun Sulut kəndinin yaxınlığındadır.   
132.
 
 Xəzərlərin Azərbaycana bu sonuncu dəhĢətli basqını 799-cu ildə baĢ 
verib.  Ġbn  əl-Əsirin  verdiyi  xəbərə  görə  (V  c.  səh.108)  xəzərlər  ölkədə  70  gün 
qalmıĢ, özləri ilə yüz min baĢ mal-qara aparmıĢlar. 
133.
 
 Yəzid  ibn  Məzyəd  əĢ-ġeybani  xəzərlərin  yuxarıda  göstərilən 
hücumundan sonra 799-cu ildə ikinci dəfə Azərbaycanın, Arranın, Ərminiyənin və 
Dərbəndin  hakimi  təyin  edilmiĢdi.  Yəzid  ĢirvanĢah  Məzyədilər  sülaləsinin 
banisidir. O, 801-ci ildə vəfat edib. 
134.  Əsəd ibn Yəzid ibn Məzyəd əĢ-ġeybani yalnız bir il (802-ci ilə qədər) 
hakim olub.  
135. Hüzeymə ibn Hazim ət-Təmimi 803-806-cı illərdə hakimiyyətdə olub. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə