34
zamanda
İnternet istifadəçisi olan uşaqlarla bağlı hesabatlar
hazırlamağı və İnternetdən asılılıq məsələlərini əhatə edir .
eSafety Kit Online.
i
stifad
əçiləri İnternetdəki
t
əhlükələrdən, kiberzorakılıqlardan
qorumaq m
əqsədini daşıyır. eSafety
Kit Online layih
əsi təqdimat və
maarifl
əndirmə istiqamətli materiallar yayır [20]. eSafety Kit
Online valideynl
ər, müəllimlər və 6-12 yaş qrupu uşaqlarla
işləyir. Layihə 23 ölkədə 18 dildə fəaliyyət göstərir. Bu
dill
ərdə bukletlərin, məlumatlandırma vasitələrinin çapını və
yayılmasını təşkil edərək onlayn mühitdə hədəf qruplarını
maksimum
əhatə etməyi nəzərdə tutur. İnteraktiv ailə paketi
is
ə
valideynl
ərə
övladlarının
İnternet mühitində
mühafiz
əsində bələdçilik edir. www.esafetykit.net saytı
vasit
əsilə koordinasiya edilir. Saytda müxtəlif viktorinalar,
əyləncəli-öyrədici oyunlar və faydalı məsləhətlər təqdim
olunur ki, bu da uşaqları İnternetdə olan təhlükələr barədə
motivasiya edir [20].
35
II.
RƏQƏMSAL
ALƏMDƏ
UŞAQLARIN
DAVRANIŞLARI
Uşaqların İnternetdə qarşılaşdığı təhlükələrlə bağlı
aparılan araşdırmalara görə İnternetdən istifadə zamanı
onların əksəriyyətinin öz təəssüratlarını valideynləri ilə deyil,
dostları, yaşıdları ilə bölüşdüyü məlum olmuşdur.
Təhlükələrlə qarşılaşmış uşaqların yarıdan çoxunun isə bu
mövzu barəsində heç kimlə fikir mübadiləsi aparmır.
İnternetdən uşaqların istifadəsi onların yaş qruplarına görə
fərqlidir. İstər sosial şəbəkələrdə, istərsə də rəqəmsal
əşyalarla münasibətdə bu fərqlər özünü göstərir.
2.1. İnformasiya təhlükəsizliyinin yaşa uyğun
xüsusiyy
ətləri
Yaş psixologiyası real həyatda olduğu kimi elektron
mühitdə də fərqlidir. 6 yaş -17 yaş arası uşaqların İnternetdə
hansı təhlükələrlə qarşılaşdığını nəzərdən keçirək [21].
6 yaşlı uşaqların İnternet təhlükəsizliyi. Bu yaşda
uşaqlar ətrafda olanlarla yeni tanış olur, həyatda hər şeyə
müsbət baxışlarla baxırlar. Onlar öyrəndikləri hər bir şeylə,
özlərinin oxuma və sayma qabiliyyətləri ilə fəxr edir və öz
ideyalarını bölüşdürməyi xoşlayırlar. Bu yaşda uşaqlar
36
oyunları çox sevir və mausdan istifadə etməyi bəzən
böyüklərdən yaxşı bacarırlar. Amma azyaşlılar oxumağı,
yazmağı yeni öyrəndikləri üçün saytların axtarışında
acizdirlər. İnternetə yalnız valideynlərinin iştirakı ilə daxil
olmalıdırlar. Valideynlər onlara İnternetdə ünsiyyətin real
olmadığını və qeyri-ciddi bir ünsiyyət olduğunu başa
sal
malıdırlar.
7-
8 yaş arası uşaqların İnternet təhlükəsizliyi. Bu
yaşda olan uşaqların yaş psixologiyasından asılı olaraq, onlar
yalnız özləri istədiyi işləri görmək istəyirlər. Valideynlərdən
icazə almadan nəsə etmək istəyi onlarda təbii bir hal kimi
olar. Onlar texnologiyanı sürətlə öyrənirlər. Həmişə
valideynlərinin icazə vermədikləri saytlara, çatlara baxmaq
istəyi güclü olur. Bu yaşda uşaqlar sadəlövh və öz ailələrinə
çox bağlı olurlar. Onlar ən çox oyunlarla maraqlanır, elektron
poçtdan istifadə edirlər.
Onların informasiya təhlükəsizliyinin təmin edilməsi
üçün İnternetdən istifadəni müəyyən qaydalara uyğun əməl
edi
lməsinə təhrik etməlidir. Hətta bu siyahıları onların
iştirakı ilə tərtib etmək lazımdır. Uşağa bütün bunların məhz
onun təhlükəsizliyinin təmin olunması üçün edildiyi başa
salınmalıdır. “Ağ siyahı”da qeyd olunan və yalnız
37
valideynlərin icazə verdikləri saytlara baxa biləcəkləri izah
olunmalıdır. Müxtəlif proqram təminatının köməyi ilə
ödənişsiz proqram paketlərinə müraciətlərdə əngəllər
yaradılmalıdır.
Onların maraqları valideynlərinin icazəsi olmadan hər
hansı faylları, proqramları və yaxud musiqini yükləməyə, ani
mesajlaşmaya, İnternetdə “dost” axtarışına olduğundan,
İnternetdə təhlükəli şəxslərlə və cinsi istismarçılarla
qarşılaşma ehtimalı da yüksək olur. Daha çox vizual
görün
tü, şəkil, musiqi onların maraq dairəsində olur.
9-
12 yaş arası uşaqların İnternet təhlükəsizliy. Bu yaş
qrupundan
olan uşaqlar İnternet və orda mövcud olan
informasiya haqda
məlumatlıdırlar. Həmin informasiyanı
görmək, oxumaq və eşitmək istəyi tam təbiidir. Erkən
yeniyetməlik dövründə olduqları üçün davranışlarında
sərbəstlik nəzərə çarpır.
Bu yaşda uşaqlar İnternetdən ən çox dərslərini
öyrənmək məqsədilə istifadə edirlər. İstifadə zamanı onlar
daha çox arzuolunmaz məlumatlarla rastlaşa bilərlər. Bu
məlumatların bloklanması valideynin nəzarəti altında həyata
keçirilməlidir.
Dostları ilə paylaş: |