Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu
Məhəbbət Mirzəliyeva
Kamilə Vəliyeva
MAŞIN TƏRCÜMƏSİNİN NƏZƏRİ
PROBLEMLƏRİ
«Elm və təhsil»
Bakı – 2016
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur
Redaktor:
Məsumə Məmmədova
Texniki elmləri doktoru, professor
Rəyçilər:
Məsud Mahmudov
Filologiya elmləri doktoru, professor
İlham Tahirov
Filologiya elmləri doktoru, professor
Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva. MAŞIN TƏRCÜMƏ-
SİNİN NƏZƏRİ PROBLEMLƏRİ. Bakı, «Elm və təhsil», 2016, 120 s.
Monoqrafiya maşın tərcüməsinin nəzəri məsələlərinə
həsr olunmuşdur. Eyni zamanda süni intellektin mühüm
problemlərindən biri olan təbii dillərin kompüterdə tanın-
ması, kompüter vasitəsi ilə dillərin öyrənilməsi məsələləri-
nə toxunulmuşdur.
Monoqrafiya tətbiqi dilçiliyin, süni intellektin aktual problemləri
ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur
ISBN 978-9952-8142-8-4
«Elm və təhsil», 2016
ÖN SÖZ
Əziz oxucular!
Sizə təqdim edilən əsəri yazmaqda məqsəd kompüter dilçi-
liyinin əsas istiqamətləri haqqında yığcam, sadə şəkildə məlu-
mat vermək, necə deyərlər onun əlifbası ilə tanış etməkdir. Kom-
püter dilçiliyinin Azərbaycanda 60-cı illərdən başlamasına bax-
mayaraq, çox təəssüf ki, bu sahə üzrə hələ də mütəxəssis cüzi
saydadır. Buna başlıca səbəb isə kompüter dilçiliyinin qarşısına
qoyduğu məsələlərin həlli üçün filoloji biliklərdən əlavə, riyazi
biliklərə malik mütəxəssislərin yoxluğudur. Məhz iki sahənin
(humanitar və texniki) qovuşuğundan yaranmış kompüter dilçi-
liyi üzrə tədqiqat işinin aparılması üçün yüksək hazırlıqlı, riyazi
məntiqi, çoxluqlar nəzəriyyəsini, alqoritmləri, proqramlaşdır-
manı, bir sözlə informasiya texnologiyalarını bilən mütəxəssislə-
rin olması ən vacib amillərdəndir. Bu cür səviyyəli mütəxəssis-
lərin yetişdirilməsi ilk növbədə ali məktəblərin öhdəsinə düşür.
Acınacaqlı haldır ki, bu vaxta qədər zəngin ali məktəbləri olan
respublikamızda hələ də uyğun kafedralar açılmamış, dərs vəsa-
itləri yazılmamışdır. Hal-hazırda bütün ağırlıq elmin vurğunu
olan, yeniliyə, axtarışlara meyl edən gənclərin çiyinlərinə düşür.
Unutmamalıyıq ki, elmlə məşğul olan tədqiqatçı əsas
keyfiyyətləri: ilk növbədə elmə məhəbbət, fədakarlıq, səbir, cəsa-
rət, dözümlülük, qarşıya çıxan çətinliklərdən, maneələrdən qorx-
mamaq, ruhdan düşməmək inamını özündə aşılamalıdır.
Ümidvarıq ki, kifayət qədər sadə və konkret şəkildə yazıl-
mış bu əsər, kompüter dilçiliyi üzrə tədqiqat aparmaq istəyən-
lərin arzusunun yerinə yetirilməsində rol oynayacaqdır.
Elm fədailərinə uğurlar diləyi ilə,
Müəlliflərdən
Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva
4
I FƏSİL
KOMPÜTER DİLÇİLİYİNİN MÜASİR İSTİQAMƏTLƏRİ
üasir dövrdə informatika və linqvistikanın qovu-
şuğunda yaranan kompüter dilçiliyi sürətlə inki-
şaf edən elm sahələrindəndir. O, tətbiqi dilçili-
yin bir qolu olub informatikanın linqvistik əsas-
larını kompüter proqramları vasitəsilə dil və tə-
fəkkürün, eləcə də dilin modelləşdirilməsini öyrənir və bununla
informasiyanın təqdimində ümumi dili yaratmaq və təkmilləş-
dirmək, süni intellektin əsas məsələlərindən sayılan təbii dillərin
interfeysini, informasiya sistemlərinin modelləşdirilməsi kimi
məsələlərin həllini qarşısına məqsəd qoyur.
Hələ XX əsrin 60-cı illərində başlanmış kompüter dilçili-
yinin əsas problemləri nəzəri linqvistik modellərin hazırlanması-
na yönəlmişdi. Lakin sonralar tədqiqat obyekti daha geniş yöndə
statistik metodların tətbiqi ilə maşın təliminə, mətnlərin emalına,
bir sıra evristik məsələlərin həllinə istiqamətləndi. Bu istiqamət-
də aparılan araşdırmalara Hindistanın Mumbai şəhərində keçiri-
lən konfrans materialları bariz nümunə ola bilər.
1
Yuxarıda qeyd etdiyimiz kimi kompüter dilçiliyi süni in-
tellektin probleminə daxil olan insanın intellektual fəaliyyətində
təbii dillərin riyazi modelini hazırlayan bir elm sahəsi olduğun-
dan, təbii ki, burada əsas vurğu kompüter sistemi üçün dilin tət-
biqinə və işlənməsinə düşür ki, bununla əlaqədar onun əsas isti-
qamətləri aşağıda sadalanan məsələlərə yönəlir:
1.
Təbii dilin emalı (ing. natural language processing)
(Burada mətnin sintaktik, morfoloji, semantik təhlili nəzərdə
tutulur);
1
Толдова С.Ю., Ляшевская О.Н. Современные проблемы тенденции компьютер-
ной лингвистики. ВЯ, 1,2014 http:\\coling 2012- iitb.org
M
Dostları ilə paylaş: |